İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə31/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   27   28   29   30   31   32   33   34   ...   39

 
102 
qancdır. Bunsuz Otellonu ifa etmək mümkün deyil.  Lakin o nə isə 
dərin insani keyfiyyətlərə malikdir... Onun necə dəhşətli hadisələrə 
düşdüyünün  şahidi  oluruq.  Ələkbərov  ümumbəşəri  bir  faciə  oyna-
mağa  çalışmır.  Ələkbərovun  ifasında  mənim  üçün  əziz  olan  cəhət-
lərdən biri məhz budur. O, azərbaycanlı olaraq qalır. Onun halı pis 
olduqda  yalnız  orada,  Xəzərdə  görülməsi  mümkün  olan  təkraro-
lunmaz bir hərəkət edir. Məhz ona görə ki, bu obraz məna etibarilə 
sırf milli, emosiya ilə ümumbəşəri əhəmiyyət kəsb edir” (2). 
P.  Novitski  “İzvestiya”  qəzetində  (30.05.1959)  yazır  ki;  “Nə 
qədər  ki,  Otellonun  ürəyinə  yara  vurulmamışdır,  o,  heç  vaxt  ağla-
mırdı.  O,  həyatında  birinci  dəfə  qorxunc  və  mərdanə  göz  yaşları 
axıdır. Ələkbərov bu göz yaşlarından qorxmur. Bəlkə də onun yarat-
dığı Otello bütün başqa Otellolardan ən insanpərvəridir, çünki o öz 
göz yaşları, kədər və zəifliyi ilə utanıb sıxılmır. Axıtdığı göz yaşları 
bəzən  acı,  istehzalı  gülüşlə  bitir,  bundan  sonra  isə  amansız  kin  və 
qəzəb hissləri alovlanır...”. 
“Ələkbərovun Otellosu qüdrət və vüsətə malik olmaqla bəra-
bər, həm də epik bir xarakterlə cilalanmışdı. Onun sadəliyyində əzə-
mət, düşncələrində isə dramatik bir çarpışma var idi...
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Otello” tamaşasından səhnə. 
Soldan: Otello – Ə.Ələkbərov, Yaqo – R.Əfqanlı  


 
103 
 
 
Ələkbərovun  yaratdığı  Otello  Şekspirin  yaradıcılığı  kimi  çox 
mənalı, əsrarəngizdir. Onun ifasında böyük bir ürəyin titrəyişi, peş-
mançılıq  və kədəri, qəzəb və  qətiyyəti duyulur.  1959-cu  ildə  Azər-
baycan  ədəbiyyatı  və  incəsənəti  ongünlüyü  zamanı  Ələkbərovun 
Otellosu  barədə  məqalə  yazan  P.  Novitski  deyir  ki.  o  öz  jest  və 
mimikalarını  sanki  riyazı  hesablamalar  əsasında  qurubdur.  Qeyd 
etməliyik  ki,  bu  fikir  aktyorun  çoxmənalı,  həyat  qədər  təravətli  və 
çoşqun ifasından hasil olan bir qənaətdir. Doğrudan da Ələkbərovun 
səsinin  təcəssüm  etdirdiyi  həyat  elə  dərin,  məntiqli  və  cazibəli, 
nikbin və kədərlidir ki, onu eşidərkən özündə vüqar, qüvvət duyma-
maq və bəzən də kövrələrək kədərlənməmək qeyri-mümkündür. O, 
mütəəssir  edir  və  eyni  zamanda  öz  mərdanəliyi,  nəcibliyi  ilə 
tamaşaçıların qəlbində qürur hissi oyadır. Onun pıçıltılarında, sakit-
sakit danışıqlarında etiraz edib həqiqət naminə haray qoparan böyük 
bir  insan  qəlbinin  döyüntüləri,  qəzəb  və  kədər  hiss  olunur.  Burada 
Ələkbərov hər bir sözə,  əsərdəki  hər bir  fikrə qarşı həssaslıqla  ya-
naşır, ona öz yaradıcılıq münasibətini bildirir. Ələkbərov öz isteda-
dının bütün imkanlarını məhz Otello obrazında açmağa nail olmuş-
dur” (2). 
V.  Rıpsova  “Moskovskaya  pravda”  qəzetində  (30.05.1959) 
yazır  ki;  “Onun  Otellosu  yazıqlıq  hissi  doğurmur,  o,  həsəd  aparır. 
Bu insan təmiz qəlbli, böyük ağlı olan hərbi xadimdir. O, yarımçıq 
hiss bilmir, onun sevgisi dəniz kimi  əzəmətli,  inamı isə  sonsuzdur. 
Dezdemonanın  xəyanət  sədası  nəinki  onu  sarsıdır,  hətta  təhqir 
edir...” 
“Məşhur  rejissor  Y.  Zavadski  yazır  ki;  “Ələkbərov  Otello 
obrazını  özünəməxsus  bir  orijinallıqla  yaradır.  Otello  onun  özü-
nünküdür. O, ən məşhur Otello ifaçılarındın də məhz bu keyfiyyəti 
ilə  fərqlənir.  Bu,  sovet  aktyor  sənətinin  qələbəsi  kimi  qiymətlən-
dirilməlidir”.” (2). 
Ələsgər  Ələkbərovun  əzəmətli  görkəmi,  getdikcə  alovlanan 
nitqi tamaşaçını heyrətə gətirirdi. Otello-Ələkbərov bütün monoloq-


 
104 
larını tamaşaçılara çox gözəl çatdırırdı. Çünki, məlahətli səs, zəngin, 
müxtəlif  çalarlı  intonasiya  monoloqların  məzmunu  ilə  həmahəng 
səslənirdi. 
Ə. Ağayev “Kommunist” qəzetində (16.05.1959) yazır ki; “Ə. 
Ələkbərovun  oynadığı  Otello  rolu  üzərində  son  bir  neçə  ildə 
xüsusilə  çalışmış,  yaradıcılıq  axtarışları  aparmış  və  obrazın  daha 
dolğun və məzmunlu çıxmasına müvəffəq olmuşdur... Otello-Ələk-
bərov indi tamaşanın əvvəlindən axırına doğru inandırıcı və təbii bir 
daxili inkişaf keçirən mənəvi cəhətdən getdikcə daha çox yüksələn, 
yaqoların, barabansioların mühitindəki iyrəncliklərlə toqquşan və öz 
faciəsi  ilə  dövrün,  zamanın  ziddiyyətlərini  açıb  göstərən  bir  insan-
dır...  Ə.  Ələkbərov  öz  oyununda  obrazın  təmiz  məhəbbət  hissini, 
açıq ürəkliyini, səmimiyyətini ondakı qətiyyət və qəhrəmanlıq sifət-
lərilə, vətəndaşlıq duyğuları ilə çox gözəl əlaqələndirir. Ə. Ələkbə-
rovun  danışığında,  hərəkətlərində  bir  təmkinlik  vardır,  o  səhnədə 
quru pafos xatirinə ucadan monoloq söyləmir, öz oyununda ümumi 
və tam bir ahəng yaratmağa müvəffəq olur”. 
Ə.  Ələkbərov  Otellonu  şəxsi  faciə  kimi  yox,  hər  bir  insanın 
faciəsi  kimi  ifa  edirdi.  O,  həmişə  Otelloya  diqqətlə  yanaşaraq,  onu 
düşünülmüş,  bitkin,  sanballı  obraz  səviyyəsinə  qaldırmağa  nail 
olmuşdur. 
“O,  sevgi  və  sədaqətə  inanan  böyük  ürəkli,  nəcib  bir  insan 
kimi  diqqəti  cəlb  edirdi.  Eyni  zamanda  o,  dövrünün  yüksək  mədə-
niyyətini  özündə  cəmləşdirən  və  alovlu  bir  etiqadla  insana  inanıb 
onu sevən bir humanist idi. Ə. Ələkbərov bu keyfiyyətləri ustalıqla 
canlandırdığı  kimi,  onun  məhz  ərəb  olduğu  da  geyimində  və  otu-
ruşunda,  hərəkətlərində  xüsusi  qeyd  edirdi...  Qüdrətli  bir  sərkərdə, 
dövrünün böyük bir insanı olan Otello-Ələkbərov mərdanə sadəliyi, 
paklığı  və  mehribanlığı  ilə  diqqəti  cəlb  edirdi.  Ələkbərovun  Otel-
losu öz əzəmətli, vüqarı, insanpərvərliyi, səmimiliyi və insana hör-
mət və məhəbbəti ilə, haqsızlığa qarşı bəslədiyi odlu nifrəti ilə diq-
qəti cəlb  edir, tamaşaçıların qəlbində  nəcib  hisslər, bəşəri duyğular 
oyadırdı” (2). 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə