İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə29/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   25   26   27   28   29   30   31   32   ...   39

 
95 
“Ə. Ələkbərov Xlebnikovun mənəvi zənginliyini, insani key-
fiyyətlərini həyati və rəngarəng boyalarla açıb göstərməyə müvəffəq 
olurdu” (1). 
Xlebnikov-Ələkbərov  cəsarətli,  heç  nədən  çəkinməyən, 
vətəninə bağlı insan idi. 
“Xlebnikov-Ələkbərov  istedadlı  bir  mütəxəsis  olduğu  kimi, 
mehriban  təbiətli,  qayğıkeş  və  nəzakətli  bir  insan,  nəvazişli  bir  ata 
idi” (2). 
Ə. Ələkbərovun Xlebnikovu hər zaman müasir ruhla yaşayan 
dolğun səhnə obrazı idi. 
1957-il  sentyabr  ayının  14-də  A.  İsgəndərovun  quruluşunda 
tamaşaya qoyulan M. Hyseynin “Cavanşir” əsərində Ə. Ələkbərova 
Cavanşir obrazı tapşırıldı. 
Ələsgər  Ələkbərov  “Ədəbiyyat  və  incəsənət”  qəzetində 
(14.09.1957)  yazırdı;  “Bu  gün  teatrımız  yazıçı  Hüseyn  Mehdinin 
“Cavanşir”  tarixi-qəhrəmanlıq  dramının  ilk  tamaşası  ilə  yeni  möv-
sümə  başlayır.  Hazırladığımız  bu  əsərdə  öhdəmə  düşən  Cavanşir 
surəti  Vaqifdən  sonra  mənim  üçün  ən  çətin  və  məsuliyyətli  rollar-
dandır. Xalqımızın yadelli qəsbkarlarla qarşı qəhrəmanlıq mübarizə-
sindən bəhs edən bu əsər üzərində kollektivimiz böyük həvəslə işlə-
mişdir. Bizim teatr qəhrəmanlıq dramları tamaşaya qoymaqda zən-
gin təcrübəyə malikdir. Ümid etmək olar ki, kollektivimiz öz zəngin 
təcrübəsinə arxalanaraq dramaturqun ilhamla yaratmış olduğu pyesi 
realist planda, monumental bir səviyyəyə qaldıra bilmişdir”. 
“İstilaçılara,  qabaqcıl  bəşəriyyətin  ən  gözəl  ideyalarının  düş-
mənlərinə qarşı mübarizəyə çağıran “Cavanşir” ilk növbədə baş rolu 
ifa edən Ələkbərovun və bütün ansamblın ilhamlı işi nəticəsində əsl 
patriotik-qəhrəmanlıq tamaşasına çevrilmişdir” (21). 
Ə.  Ələkbərovun  ifasında  Cavanşir  böyük  sərkərdə,  vətənini 
sevən bir insan, bacarıqlı dövlət xadimi idi. Onun Cavanşiri mücər-
rəd düşüncədən uzaq olan, yaşadığı zamanın tələbləri ilə ayaqlaşan, 
böyük arzularla yaşayan şəxsiyyət idi. 
“Cavanşir  rolunu  oynayan  Ələsgər  Ələkbərovun  fəaliyyəti 
diqqəti xüsusilə cəlb edir. Ə. Ələkbərovun yaradıcılığında qəhrəman 


 
96 
şəxsiyyətlərin,  tarixi  simaların  obrazı  nmüəyyən  bir  silsilə  təşkil 
edir və aktyor hər yeni obrazı yaradarkən üslübuna xas olan mühüm 
bir keyfiyyəti, romantik qəhrəmanlıq keyfiyyətini nümayiş etdirir... 
Cavanşir-Ə.  Ələkbərovun  məharətlə  yaratdığı  surətlər  silsiləsidir. 
Ə.  Ələkbərov  bütün  rollarda 
temperamentli 
və 
qızqındır. 
Romantik  vüsət  və  qəhrəmanlıq 
əhvali-ruhiyyəsi  aktyorun  fərdi 
yaradıcılıq  üslubunun  məğzini 
təşkil  edir.  Onu  da  deyək  ki, 
aktyor  yaratdığı  surətlərlə  yanaşı 
ozü  də  inkişaf  edir,  hər  yeni 
obraza  axtarıb  təzə  orijinal 
cizgilər 
tapır.  Cavanşiri  ya-
radarkən də Ə. Ələkbərov əvvəlki 
yaradıcılıq 
ənənəsinə 
sadiq 
qalmışdır.  Cavanşir  Ə.  Ələkbəro-
vun  ifasında  qorxmaz  bir  sərkər-
dədir,  el  qəhrəmanıdır,  yumşaq 
ürəkli  bir  atadır  və  ziddiyyətlər 
içərisində  çırpınan  namuslu  bir 
hökmdardır.  Aktyor  zəngin  və  əl-
van  boyalarla  bu  bir  şəxsiyyətin 
varlığında toplanmış müxtəlif cəhətləri, çox zaman da bir-birini in-
kar  edən  xasiyyətləri  məharətlə  aca  bilir...  Cavanşir-Ələkbərov 
hökmdardan çox atadır; idarə etdiyi xalqın və dövlətin dərdinə qa-
lan, onun üçün çalışan və yaşayan xalq ağsaqqalıdır” (10). 
Ələsgər Ələkbərovun yaratdığı Cavanşir obrazı onun Vaqif və 
Otellodan  sonra  ifa  etdiyi  ən  müvəffəqiyyətli  səhnə  qəhrəmanı  idi. 
Aktyor Cavanşirin mənəvi aləmini dərindən duyurdu. Elə ona görə 
də  o,  Cavanşiri  həm  sərkərdə,  həm  də  ata  kimi  tamaşaçılara 
ustalıqla çatdırırdı. 
“Öz qəhrəmanının şahənə əzəmətinə aludə olan Ələsgər Ələk-
bərov möhtəşəm, ülvi bir hökmdar-vətəndaş surətu yaradırdı” (9). 
Ə.Ələkbərov – Cavanşir 
rolunda 


 
97 
Cavanşir-Ələkbərov  yaşadığı  dövrün  çəkişmələrini,  etik  və 
estetik yaxınlığı təmsil edən sərkərdə idi. 
C.  Xəndan  “Kommunist”  qəzetində  (06.10.1957)  yazır  ki;  “ 
Pyesdə  ən  çox  nəzəri  cəlb  edən  rollardan  biri  Cavanşirdir.  Artist 
Ələsgər  Ələkbərov  bu  rolu  özünə  məxsus  bir  incəlik,  böyük  bir 
istedad və məharətlə oynayır. Ələkbərov xalqımızın tarixində ölməz 
şöhrət  qazanan  Ağvan  hökmdarının  unudulmaz  və  parlaq  obrazını 
müvəffəqiyyətlə canlandıra bilmişdir. Cavanşir xalqa, vətənə sadiq 
olan  bir  sərkərdə,  oğul  məhəbbətilə  alışıb  yanan  bir  ata,  gözəl  ailə 
başçısı və elin yüksək məhəbbətini qazanmış təvazökar bir insandır. 
O,  satqınlara,  düşmənlərə  qarşı  isə  çox  amansız  və  barışmazdır. 
Belə bir mürəkkəb xarakterli surətin səhnədə canlandırması artisdən 
böyük yaradıcılıq bacarığı və gərgin əmək tələb edir. Bu mənada Ə. 
Ələkbərov  Cavanşir  rolunu  sadəcə  olaraq  oynamır,  yaradır.  Oğlu-
nun ölümünə qərar verən, onun ölümündən sonra dərin iztirablar ke-
çirən  Cavanşir-Ələkbərov  nə  qədər  təsirli  və  həyacanlıdır.  Cavan-
şirdə-Ələkbərovda eyni mürəkkəb psixoloji halları Bəhramla üz-üzə 
gəldikdə,  arvadının  əsr  alındığını  eşitdikdə  və  ən  sevimli  ordu 
başçılarından  Qartalın  ağır  işgəncələrdən  sonra  ölmünü  gördükdə 
müşahidə  edirik.  Yaradıcı  əməyin  məhsulu  olan  bu  rolu  istedadlı 
artistimiz Ələkbərovun yeni bir qələbəsi saymalıyıq”. 
Sərkərdə  Cavanşirin  parlaq  obrazını  Ə.  Ələkbərov  öz  təqdi-
matında əməli ilə sözü, gücü ilə ağlı bir olan cəngavər idi. 
Ə.  Ələkbərov  tamaşanın  sözsüz  yerlərində  də  ağıllı  nəzərləri 
ilə  camaatı  dinləyərkən  belə  əzəmətli,  samballı  görünürdü.  Cavan-
şir-Ələkbərovun yerişidə, baxışıda düşünülmüş idi, obrazın psixolo-
giyasına uyğun gəlirdi. 
A.  Axundov  “Azərbaycan  gəncləri”  qəzetində  (09.03.1962.) 
yazır ki; “Ələkbərovun ifasında Cavanşir xalqına, Vətənə  sədaqətli 
olan  qüdrətli  bir  sərkərdə,  oğul  məhəbbəti  ilə  alışıb-yanan  bir  ata, 
peşimançılıq  hissindən  əzab-əziyyət  cəkən  nəcib  bir  insan  kimi 
tamaşaçıların rəğbətini qazanır”. 
Ə.  Ələkbərovun  ifasında  Cavanşir  ağıllı  cəngavər,  qorxmaz 
sərkərdə,  bacarıqlı  dövlət  başçısı  idi.  Onun  Cavanşiri  xalqla  birgə 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə