İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə30/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   26   27   28   29   30   31   32   33   ...   39

 
98 
olan bir rəhbər idi. Ona görə də aktyor bu mürəkkəb xarakterli ob-
raz ilə tamaşacıların qəlbinə yol tapa bilmişdir. 
“Bu  tamaşada  Ə.  Ələkbərov,  vətən  və  xalqın  məhəbbəti  hər 
şeydən üstündür, onun səadəti naminə insan həyatını belə əsirgəmə-
məlidir-fikrini  ifadə  edir,  tamaşaçılarda  nəcib  hisslər  oyadırdı.  Bir 
qədər sonra isə hiylə və riyakarlıqla aldanıldığını dərk edib, qanun-
suz  qərarının  əzabını  çəkən  Cavanşirin  xəzan  dövrü  başlanırdı. 
Ələkbərov  Cavanşirin  həyatı  sona  çatdığını  saralmış  varlığında, 
kədərli səsində, qəmli gözlərində və taqətdən düşmüş hərəkətlərində 
ifadə  edirdi.  O,  yeganə  və  sevimli  oğlunu  qətiyyən  yaddan  çıxara 
bilmədiyi üçün tez-tez onu xəyalı ilə danışır (16-cı şəkil), ömrünün 
mənasızlığını,  özünü  məzəmmət  edərək  peşman  olduğunu  ürəklərə 
od  salan  bir  dillə  söyləyirdi.  Burada  aktyor  bir  atanın  dəhşətli  fa-
ciələr  qarşısında  diz  çöküb  gücsüz-taqətsiz  qaldığını  ustalıqla  can-
landırırdı.  Öz  qüvvət  və  qüdrəti  ilə  şöhrət  tapmış  əzəmətli,  vüqarlı 
Cavanşir-Ələkbərov törətdiyi günahsız faciə qarşısında sanki didilir, 
mənliyi  parçalanır.  O,  düzəlməsi  qeyri-mümkün  olan  bu  cinayətin 
dəhşətini  xatırladıqca  taqətdən  düşür,  müvazinətini  itirir  və  mehri-
ban bir ata nəvazişi ilə fəryad edirdi. Onun bu fəryadında göz  yaş-
ları, təəssüf, peşmançılıq və yalvarış duyulurdu. Aktyor Cavanşıirin 
bu  keyfiyyətlərini  yüksək  bədiilik  və  emosionallıqla  yaratdığından 
tamaşaçıların hissinə, şüuruna, fəal surətdə müdaxilə edirdi” (2). 
1957-ci  ilin  noyabr  ayında  teatr  Moskvada  keçirilən  Ümumit-
tifaq  teatr  festivalında  “Cavanşir”  pyesi  tamaşacılara  göstərildi  və     
Ə. Ələkbərov Cavanşir obrazına  görə Ümumittifaq teatr festivalının 
laureatı oldu. Moskva tamaşacıları tərəfindən böyük rəğbətlə qarşıla-
nan bu tamaşadan sonra Y. Zavadski, N. Hikmət, V. Komissarjevski 
Ə.  Ələkbərovu  təbrik  edərək  onu  dövrün  ən  böyük  faciə  aktyoru 
adlandırdılar. 
V.  Komissarjevski  “Pravda”  qəzetində  (03.12.1957)  yazır  ki; 
“Ələkbərovun Cavanşir  rolundakı  son dərəcə təmkinli və sərt ifası 
onun  bizim  səhnəmizin  ən  yaxşı  faciə  aktyorları  sırasına  çıxarmaq 
üçün kifayətdir ”. 


 
99 
Tamaşa bitdikdən sonra böyük türk şairi N. Hikmət səhnə ar-
xasına gəlib, Ə. Ələkbərovu təbrik edərək, qucaqlayıb dedi; “Ələs-
gər qardaş, sizin yaratdığınız Cavanşir obrazı qorxmaz bir sərkərdə, 
zəkalı  dövlət  başçısı  olmaqla  bərabər,  qartal  kimi  cəsurdur”  (2). 
Sonra  N.  Hikmət  “Teatr”  jurnalında  (1958,  №  1,  s.100  )  yazırdı; 
“Bu  tamaşada  baş  rolu  ifa  edən  Ə.  Ələkbərov  öz  sənətkarlığı  ilə 
məni sevindirdi”. 
1959-cu  il  aprel  ayının  25-də  A.  İsgəndərov  “Otello”  tama-
şasını yeni quruluşda tamaşaya qoydu və yenə də Ə. Ələkbərov baş 
rolu, Otellonu ifa etdi. 
M.  Allahverdiyev  “Ədəbiyyat  və  incəsənət”  qəzetində 
(25.04.1964)  yazır  ki;  “Ələkbərov  bu  ölməz  obraz  üzərində  yara-
dıcılıq  axtarışlarını  daim  davam  etdirmişdir.  Onun  1959-cu  ildə 
Moskvada  keçirilən  Azərbaycan  incəsənəti  və  ədəbiyyatı  ongünlü-
yündə ifa etdiyi Otello göstədi ki, Ələkbərov həmişə obrazın həyatı 
və  düşüncələri  ilə  yaşayan  qüdrətli  aktyordur.  Ə.Ələkbərov 
Moskvada tamaşaçılarının qarşısında Otellonun bütün arzu və istək-
lərini yüksək bir bədiiliklə canlandırdığı üçün hərarətlə qarşılandı... 
SSRİ xalq artisti Ə. Ələkbərov Otello obrazı ilə tamaşaçıların 
qəlbinə, şüuruna yol tapmış, estetik hisslər, nəcib duyğular aşılamış, 
Şekspirin insana, həyata olan məhəbbətini bütünlüklə ifadə etməyə 
nail olmuşdur ”. 
1959-cu il may ayının 22-dən 31-nə qədər Azərbaycan Dövlət 
Dram Teatrı Moskvada Azərbaycan Ədəbiyyatı və İncəsənəti Deka-
dasında  iştirak  etdi  və  mayın  26,  29,  31  “  Otello  ”  tamaşası  Vax-
tanqov teatrının binasında göstərildi. 
L.  Bədirbəyli  yazır  ki;  “Təkrarsız  sənət  möcüzəsi-Otello  rolu 
aktyorun  yaradıcılığında  əsl  sənət  zirvəsi  idi.  Otello-Ələsgər  istər 
tərəf-müqabillərini,  istərsə  də  tamaşacıları  öz  ardınca  aparmaq 
qüvvəsinə qədər yüksəlirdi.  
Tamaşaçı  onunla  sevinir,  gülür,  onunla  birlikdə  kədərlənir, 
göz yaşı axıdırdı. Odlu temperamenti, güclü və məlahətli səsi insanı 
heyran edərdi. Tamaşanın son pərdəsində Dezdemonanı boğan səh-
nədə,  gah  pıçıltı,  gah  da  ürəkləri  yandıran  fəryadla  söylədiyi  son 


 
100 
monoloq zamanı göz yaşları üzümə yağış kimi axırdı. Ələsgər Otel-
lonu  böyük  şövqlə,  ilhanla  sənətin  ecazkar  qüvvəsinə  gətirib 
çıxaranda 
tamaşaçı  da, 
iştirakçılar  da 
səhnəni  və 
aktyoru unudur, həyatın özü kimi həyati bir lövhə alınırdı... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ə.Ələkbərov – Otello rolunda 


 
101 
 
Dünyanın bir çox ölkələrində Otello rolunda çıxış etmiş məş-
hur  erməni  aktyoru  Papazyan  bu  rolu  türk  dilində  oynayırdı...  O, 
böyük fəxarətlə qeyd etdi ki, “dünyanın bir çox ölkələrində bu rolun 
ifaçısı olmuş və ifaçılar, otellolar görmüşəm, fəqət Ələsgərin Otel-
losu  bənzərsiz  və  ən  düzgün  həllini  tapmış  Otellodur.  Əsl  Şekspir 
Otellosuna əhsən” ”(5). 
“Ələkbərovun  1959-cu  ildə  Moskvada  keçirilən  Azərbaycan 
incəsənəti  və  ədəbiyyatı  ongünlüyündə  Ə.  Ələkbərovun  ifa  etdiyi 
Otello  bir  daha  göstərdi  ki,  o,  daim  obrazla  yaşamış  ...  ifaçılıq 
sənətini daha da gücləndirmişdir. 
Ələkbərov  Moskva  tamaşaçıları  qarşısında  Otellonun  bütün 
arzu və istəklərini bacarıqla canlandırdığı üçün son dərəcə hərarətlə 
qarşılandı.  Tamaşa  sona  çatdıqdan  salonda:  “Sağ  ol,  alovlu  Otello, 
əhsən,  Ələkbərov”,-  deyə  tamaşaçılar  sevinclə  səslənir  və  ondan 
razı qaldıqlarını bildirirdilər. 
Tamaşanın  müzakirəsində  Ələkbərovun  Otellosunun  bədii 
dəyərindən, obrazlı təbiətindən bəhs edən SSRİ Teatr Cəmiyyətinin 
üzvü F. P. Bandarenko demişdi: “... Xorovanın Otellosu daha mər-
danə, cəngavər və  güclüdür. Txapsayev öz fərdi  imkanlarının vasi-
təsilə  Otellonu  bir  qədər  lirik  və  yumşaq  təbiətli  yaradır.  Ələkbə-
rovda isə geniş qəlb, yumşaqlıq, cazibədarlıq, sevgi və nə isə böyük 
bir sadəlik var. Xüsusilə birinci hissədə... Dezdemonanın onun yanı-
na  gəlməsini  söyləyərkən  və  Senatda  monoloq  danışması  çox  gö-
zəldir. Burada onun özünəməxsus üslubu, cizgiləri və rəngarəng bo-
yaları var. Bu, lazımlı və sağlam bir palitradır. 
Bundan əlavə, müzakirədə M. B. Korabelnikov tamaşanın ro-
mantik  səpkisindən  danışarkən  Ələkbərovun  Otellosunu  xüsusilə 
bəyəndiyini  göstərirdi.  O  dedi:  “Mən  Otellonu  12  və  14  teatrda 
müxtəlif aktyorların, o cümlədən Xorova və Txapsayev kimi birinci 
dərəcəli aktyorların ifasında görmüşəm... Məhrum Morozov danışır-
dı ki, bu əsər kədərli mavr haqqında povestdir. Ə. Ələkbərov Otel-
lonu məhz belə oynayır... O inanır. Ancaq eyni zamanda o, qısqanc-
dır. Bunsuz rolu oynamaq olmaz. O, adi insan qısqanclığı qədər qıs-


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə