İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə27/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   23   24   25   26   27   28   29   30   ...   39

 
87 
1951-ci il iyun ayının 13-də Mehdi Məmmədovun quruluşun-
da M. H. Təhmaslbin “Çiçəklənən arzular” əsəri tamaşaya qoyuldu 
və professor İmanov rolunu Ə. Ələkbərov ifa etdi. 
1952-ci  il  may  ayının  17-də  A.  İsgəndərovun  quruluşunda 
səhnəyə qoyulan A. Şirvanzadənin “Namus” əsərində Ə. Ələkbəro-
va Barxudar obrazı tapşırıldı. 
“Ələsgər  Ələkbərov,  namus  pərdəsi  altında  gizlənən,  əslində 
isə  cəhalət  və  nadanlıq  müccəməsi  olan  Barxudarın  feodal  zehniy-
yətindən doğan amansızlığını qatı satirik boyalarla rəsm edə bilirdi” 
(30). 
Ə. Ələkbərovun Barxudarı mövhumatcı, feodal tipli, qoca ki-
şidir.  Aktyor  Barxudarı  orijinal,  keyfiyyətli  bir  obraz  kimi  tama-
şaçıya təqdim edirdi. 
“Barxudar obrazı Ələkbərovun ifasında xüsusi mülkiyyətçilik 
dünyasının  köhnə  çəmiyyətin  törətdiyi  tipik  bir  insan  xarakterinə 
çevrilir.  Köhnə  adət  və  ənənələr  Barxudar-Ələkbərov  üçün  insan 
taleyindən,  saf  və  yüksək  hisslərdən  qat-qat  müqəddəsdir,  o  öz 
namus  idealına  fanatikcəsinə  inanır,  bundan  başqa  heç  bir  şeyi 
tanımaq,  bilmək,  heç  bir  şeylə  hesablaşmaq  istəmir.  Lakin  artist 
Barxudarın bu əsas cəhətini qabarıq göstərməklə bərabər onu canlı 
bir insan kimi təsvir edir. Barxudar-Ələkbərov sərt xarakterli zorakı, 
amansız təbiətli, inadkar, məğrur bir adamdır” (21). 
Ə.  Ələkbərov  avam  Barxudarın  iç  üzünü  tamaşaçıya  düzgün 
göstərməyə nail olmuşdur. Uzun çubuqdan qullab vuran Barxudar-
Ələkbərov dindarlığın dəhşətli simasına çevrilmiş bir insan idi.  
“Barxudarı heç bir məsləhət, minnət və dostluq münasibətləri 
öz  fikrindən  daşındırıb  qərarını  dəyişdirməyə  vadar  edə  bilmir. 
Barxudar-Ələkbərov  bir  yerdə  oturanda  sanki  yorulub  əldən  düşür, 
arabir  əli  ilə  belini  tutur  və  güclü  bir  ağrı  çəkdiyini  tamaşaçıya 
çatdırırdı. Lakin o, qızının və Seyranın arxasınca qaçanda, arvadına 
və  oğluna  acıqlananda  cəld,  zəhmli  və  qəzəbli  idi.  Bu  səhnədə  o, 
müstəbid bir ailə başçısı kimi diqqəti cəlb edirdi” (2).  


 
88 
“Ə.  Ələkbərovun  ifasındakı  Barxu-
dar həm müəllifin düşündüyü və yaratdığı, 
həm  rejissorun  arzuladığı  və  kəşf  etdiyi 
həyatı bir surətdir. Barxudar-Ələkbərov ilk 
gəlişilə  səhnəyə  qorxunc  və  sirlərlə  dolu 
bir sükut, bütün şüurlar və qəlblər üzərin-
də  hökmranlıq  sürmək  iddiasında  olan, 
adət  və  ənənəyə  öz  dindar  fanatik  idrakı 
nöqteyi-nəzərindən  yanaşan  sərt  təbiətli 
bir  qocanın  zahiri  təmkinliyini  gətirir” 
(10). 
Böyük və güclü yaradıcılıq diapazo-
nuna  malik  olan,  görkəmli  sənətkar  Ələs-
gər  Ələkbərov  Barxudarın  ən  kamil  ifa-
cılarından  biri  idi.  Onun  Barxudarı  dinin 
pərdəsi  altında  bütün  insani  keyfiyyətlərini,  mövhumatın  lazımsız 
qanunlarına qurban edilmış bir şəxsin obrazını tamaşaçılara düzgün 
çatdırmışdır. Barxudar-Ələkbərovun yeni yaradıcılıq qələbəsi idi. 
1953-cü  il  mart  ayının  20-də  Ə.  Babayevin  tərcüməsində,      
A. İsgəndərovun quruluşunda səhnəyə qoyulan N. Hikmətin “Türki-
yədə”  əsərində  müəllif  adından  aparıcı  Ə.  Ələkbərova  tapşırılırdı. 
Bu əsər əzilən, alçalan xalqın həyatından, onu xarıci ölkələrdə yaşa-
yan, ağalara qul edən satqın insanların həyatından bəhs edirdi. 
“Müəllif  adından  danışan  bu  adamın  rolunda  Ələsgər 
Ələkbərov böyük ustalıqla çıxış edirdi” (17). 
Bu  tamaşada  aparıcı-Ələkbərov  millətin  taleyi  ilə  alver  edən 
vəhşi xislətli insanların əməllərini gördükcə dəhşətə gəlirdi. 
“Ə. Ələkbərov müəllifin adından çıxış edir, səhnəmizidə nadir 
hallarda təsadüf edilən aparıcı rolunda tamaşanın ifşaçı motivlərinin 
gücləndirilməsinə böyük təsir göstərirdi... Aparıcının dili ilə müəllif 
danışır.  Burada  fikir  ümumiləşdirmə  olsa  da,  açıqdır,  müstəqildir, 
aydındır. Bu, asan görünsə də aktyor üçün bir o qədər sadə məsələ 
deyildir.  Müstəqil  bir  xətt  üzrə  oynamaq  və  təsirli  olmaq,  inandır-
maq və sevilmək çox çətindir” (2). 
Ə.Ələkbərov – Barxudar 
rolunda 


 
89 
Ələsgər Ələkbərovun aparıcısının təşnə qəlblə danışığı tama-
şaçını inandırır və ardınca aparırdı. 
1954-ci  il  fevral  ayının  13-də  Ə. 
Məmmədxanlının tərcüməsində və T. Ka-
zımovun quruluşunda M. Qorkinin “Vas-
sa Jeleznova” pyesi tamaşaya qoyuldu və 
Proxor Xrapov obrazını Ə. Ələkbərov ifa 
etdi.
 
 
Proxor-Ələkbərov  heç  nəyə  inamı 
olmayan  əyyaş  bir  insan  idi.  Aktyor  bu 
obrazı realist boyalarla yaratmışdır. 
“Ə.  Ələkbərov  öz  istedadının  yeni 
bir cəhətini-xarakter rolları oynamaq mə-
harətini parlaq surətdə nümayiş etdirir ki, 
bu da  onun  yeni  yaradıcılıq nailiyyəti ki-
mi  qiymətləndirilməlidir.  Ələkbərov,  xü-
susən Xrapovun öz bacısı Vassa Jelezno-
vaya münasibətini çox aydın və bariz bir 
şəkildə vermişdir. Tamaşaya mənalı bir gülüş gətirən Ələkbərov öz 
rolunda  həm  canlı,  həm  də  təbiidir.  Xrapov  obrazı  ümumən  bütün 
tamaşanın ideyasını açmaqda olduqca mühüm rol oynayır” (11). 
Proxor-Ələkbərovda  bir  xudpəsəndlik  var  idi  ki,  bu  da  onun 
tərbiyyə aldığı mühitdən irəli gəlirdi. 
H. 
Abbaszadə 
“Ədəbiyyat  və  incəsənət”  qəzetində 
(06.03.1954)  yazır  ki;  “Qorkinin  yaratdığı  mürəkkəb  obrazlardan 
biri də Vassanın  qardaşı Proxor Xrapovdur. Artist  Ə. Ələkbərovun 
yaratdığı avara, gününü içki və əxlaq pozğunluğu ilə keçirən Proxor 
obrazı  burjua  cəmiyyətinin  tipik  bir  nümayəndəsidir.  Proxor-
Ələkbərov  özündən  gücsüzlərə  yuxarıdan  baxıb  onları  incidir. 
İnsani  sifətlərini  itirən  bu  heyvan  vaxtilə  ismətini  pozduğu  hamilə 
Lizanı vəhşicəsinə döyür... Proxor-Ələkbərov ölmə doğru gedən bir 
sinfin  bütün  mənfiliklərini  özündə  təcəssüm  etdirir”.  Ə.Ələkbərov 
Proxor Xrapovun daxilindəki eybəcərliyi, onun vəhşi təbiətini tama-
şaçılara göstərməklə ona qarşı kəskin nifrət yaradırdı.  
Ə.Ələkbərov – Proxor 
Xrapov rolunda 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə