İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə23/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   19   20   21   22   23   24   25   26   ...   39

 
75 
“...Alxan,  Ələkbərovun  ifasında  həyatını  təmiz,  namuslu 
əməklə keçirmişdir. Özünə, fəaliyyətinə və hər gördüyü işə tənqidi 
yanaşan,  ictimai  inkişafı  görüb-duymağı  bacaran  ağıllı  və  dünya 
görmüş adamları xatırladan bir qoca kolxoz sədridir” (25). 
Ə. Ələkbərovun ifa etdiyi Alxan rəhbərlik etdiyi kolxozda hər 
işin  qaydada  olduğuna  qəlbən  inanırdı.  Zəhmətsevər  Alxan-Ələk-
bərov  heç  cür  inana  bilmirdi  ki,  zamanla  ayaqlaşa  bilmir,  bu  fikir 
ona  əzab  verirdi,  onu  incidirdi.  Onun  Alxanı  düşüncəli,  əməyi  hər 
şeydən uca tutan mərd kisi idi. 
“Ələkbərovun  qəhrəmanı  dünya  görmüş  adamdır,  onun  üçün 
cəmiyyət  qarşısında  ictimai  borc  hissindən  yüksək  heç  nə  yoxdur. 
On  yeddi  ildir  ki,  o,  kolxoza  rəhbərlik  edir.  Alxan  sarsılmaz  və 
şəksiz  bir  nüfuz  sahibidir.  O,  təkcə  yaxşı  kolxoz  sədri  deyil,  onda 
hamının  hörmət  etdiyi  mötəbər,  ixtiyar  qocanın  müdrikliyi  vardır. 
Onun bir rəhbər kimi müsbət xüsusiyyətləri atalıq qayğısı və xeyir-
xahlığı  ilə  birləşir.  Alxan-Ələkbərovun  bütün  daxili-insani  keyfiy-
yətləri,  onun  heç  zaman  pozulmayan  təmkini,  düşünüb-daşınaraq 
danışması,  ağır  yerişi,  aydın,  inam təlqin  edən nəcib  görünüşü, ha-
mısı surətin bu keyfiyyətləri ilə ahəng təşkil edirdi” (9). 
Ə. Ələkbərov  yaratdığı  Alxan obrazı ilə hamıya başa salmaq 
istəyirdi ki, təkcə öz mənafeyini güdmək olmaz, ictimai mənafe na-
minə yaşamaq insanda xoş ovqat yaradır. 
“Ələsgər Ələkbərov qoca Alxan rolunda orijinal olduğu qədər 
də qüvvətli idi. Aktyor öz ifasında vətənpərvər, namuslu bir insanın, 
mehriban  bir  atanın  əzəmətli  obrazını  canlandırırdı.  O,  obrazın 
ictimai-siyasi münasibətlərini, mənəvi keyfiyyətlərini, dövrün huma-
nizmi ilə həyat udealı arasındakı vəhdətini göstərməklə qoca Alxanın 
müasirlik  ruhunu  daha  da  qüvvətləndirir  və  əzəmətli  bir  obraz 
yaradırdı...  Alxan  rolunda  Ələkbərovun  sənətkarlığı  çox  aydın  du-
yulurdu.  Ələkbərov  Alxanı  dünyagörmüş  adam  kimi  təqdim  edirdi. 
İctimai borc hissini hər şeydən yüksək tutan bu adamın hər sözü, hə-
rəkəti, rəftarı ölçülüb-biçilmişdi. Yaxşı kolxoz sədri olmaqla  yanaşı, 
həm  də  ağsaqqaldır.  Hamının  hörmət  etdiyi  mötəbər,  iqtidar  bir 


 
76 
qocadır.  Təmkini,  sadə,  səmimi,  inandırıcı,  təlqinedici  danışığı,  ye-
rişi, rəftarı daxili insani keyfiyyətləri ilə həmahəng səslənirdi”  (18). 
Alxan obrazı Ələsgər Ələkbərovun yaradıcılığında xüsusi yer 
tutan bitkin səhnə qəhrəmanıdır. Aktyor Alxanı qüsursuz ifa etmək-
lə onu tamaşaçılara böyük məhəbbətlə sevdirə bilmişdir. Ə.Ələkbə-
rov Alxan rolu ilə yaşadığımız cəmiyyətə xas olan müdrikliyi, səmi-
miyyəti ystalıqla yaratmağa nail olmuşdur. 
1948-ci  il  avqust  ayının  20-dən  sentyabr  ayının  5-ə  qədər 
Akademik  Dram  Teatrının  75  illik  yubileyi  ilə  əlaqədar  kollektiv 
Moskva şəhərində qastrolda oldu. Moskva səhnəsində S. Vurğunun 
“Vaqif”, C. Cabbarlının “1905-ci ildə”, V. Şekspirin “On ikinci ge-
cə”, Ə. Məmmədxanlının “Şərqin səhəri”, A. Ostrovskinin “Tufan” 
və  “Günahsız  müqəssirlər”  əsəri  tamaşacılara  təqdim  olundu.         
Ə.  Ələkbərov  bu  qostrolda  Vaqif,  Orconikidze,  Murov  və  başqa 
rolları ifa etdi, rəğbət qazandı. 
Teatr  Moskvadan  qayıtdıqdan  sonra  Ələsgər  Ələkbərovun  bö-
yük sənət imkanlarını nəzərə alaraq 1949-cu il may ayının 6-da A. İs-
gəndərovun  quruluşunda,  C.  Cabbarlının  tərcüməsində  V.  Şekspirin 
məşhur “Otello” faciəsi tamaşaya qoyuldu və Otello rolu Azərbaycan 
səhnəsinin ən qüdrətli sənətkarı olan Ə. Ələkbərova tapşırıldı. 
“Otello” tamaşasının geniş şöhrət qazanması Ələsgər Ələkbə-
rovun fövqalədə ifasından irəli gəlirdi. 
Azərbaycan səhnəsinin böyük sənətkarı, misilsiz səhnə ustası 
Ələsgər  Ələkbərov  dünya  Otellolarının  ən  əlçatmaz  zirvəsini  fəth 
etmişdir. 
Ə.  Ələkbərov  özü  qeyd  edir  ki,  “Otellonu  şöhrətləndirən  ... 
onun  əqli, cəsarətidir... Otello öz həyatını keçilməz meşələrdə, daim 
dəniz havasında keçirmişdir”. Əlbəttə Ə. Ələkbərov Otello obrazı ilə 
ilk  dəfə  tanış  deyildi.  Hələ  1933-cü  ildə  Kirovabad  (indiki  Gəncə-
İ.A.)  Dövlət  Dram  Teatrında  Otello  obrazını  Ş.  Asxabadzenin 
quruluşunda A. M. Şərifzadə və Kazım Ziya ilə yanaşı Ə. Ələkbərov 
da  məşq  etmişdir  Lakin  bu  aktyorlar  Azərbaycan  Dram  Teatrına 
dəvət olunduqları üçün tamaşanın hazırlanması baş tutmamışdır. 


 
77 
Əlbəttə 23  yaşlı aktyor üçün belə bir mürəkkəb obrazı oyna-
maq  çətin  idi.  O,  Otellonu  ilk  gündən  sevmiş  və  onun  arzusu  ilə 
yaşamışdır. 
Ə.  Ələkbərov  XX  əsrin  əvvəllərində  oynanılan  Otellolardan   
H. Ərəblinski, A. M. Şərifzadə, Ü. Rəcəbdən sonra Otello rolunu ifa 
etməli  idi.  Ə.  Ələkbərov  bu  çətin  və  məsuliyyətli  işin  öhdəsindən 
layiqincə gəlmişdir. 
B. Şəkinskaya xatirələrində yazır ki, “Bir gün Adil İsgəndərov 
məndən  soruşdu:  Dezdemonanı  oynamaq  istərdinmi?  Bu  gözlənil-
məz sual məni çaşdırdı. Belə səadəti kim arzulamazdı? Tutuldum. 
-Bilirsən  nə  var?-dedi,-bu  mənim  çoxdankı  arzumdur.  Bu 
tamaşaya mən çoxdan hazıram. Bütün səhnələr və surətlər gözümün 
qabağındadır.  Vaqif  və  Fərhaddan  sonra  Ələsgəri  “Otello”  da  gör-
mək  ən  əziz  arzuya  dönüb  mənə  rahatlıq  vermir...  Kipr  səhnəsində 
dağ  cüssəli  Ələsgərin:-Siz  mənim  göyərçinimi  ürkütdünüz,-deyən-
də,  qala  zirvəsindən  ağ  geyimli,  sarı  saçları  çiyinlərinə  tökülmüş, 
mələk simalı Dezdemona surətində səni görürəm. 
... A. İsgəndərov, Ə. Ələkbərov, R. Əfqanlı, F. Qədri və mən 
gündüz  məşqlərdən  əlavə  hər  axşam  bir  yerə  yığışıb  çalışırdıq, 
mübahisə edik, küsdük, barışdıq. Nə yuxumuz oldu nə rahatlığımız. 
Ələsgər odlu məhəbbətlə sevdi, qısqandı, həm də bu surətin qəhrə-
manlıq  motivlərini  yüksəltdi.  Onun  dağ  cüssəli  boy-buxunu,  çox 
güclü, eyni zamanda bir simfoniyaya bənzər ilahi səsi, ağlı, düşün-
cəsi,  qüvvəsi  elə  bil  bu  rol  üçün  yaranmışdır.  Rol  da  elə  bil  onun 
üçün yazılmışdı. Ümimiyyətlə Ələsgər Ələkbərov sənətdə bir möcü-
zə idi... 
Tez, lap 20 yaşlarında parladı. Azərbaycan səhnəsinə bir ziya, 
bir işıq verdi... və çox tez ... 50 yaşında bu ziya söndü... Lakin bu az 
vaxta  bir  əsrin  işini  gördü.  Onun  yaradıcılığı  teatr  tarixində  xüsusi 
mərhələ oldu...” (31). 
Bu  sətrləri  oxuyarkən  Ə.  Ələkbərovun  sənətinin  böyüklüyü 
qarşısında bir daha baş əyməli olursan. 
Ə. Ələkbərovun ifa etdiyi Otello obrazı ağır zəhmətdən sonra 
meydana çıxmışdır. Ə. Ələkbərovun ifasında Otello bacarıqlı dövlət 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə