İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə21/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   17   18   19   20   21   22   23   24   ...   39

 
69 
Belə  ağır  zamanda  Qatır  Məmməd-Ələkbərov  sürgündən  qayıdıb, 
artıq boğaza yığılmış kəndliləri başına toplayıb mübarizə edirdi. 
“Azərbaycanda  kəndli  hərəkatını  və  bu  hərəkatın  görkəmli 
nümayəndələrindən birinin, bəy və xanlara qarşı mübarizələrdə şöh-
rətilə xalqın məhəbbətini qazanan Qatır Məmmədin (Ə. Ələkbərov) 
həyatını  realistik  boyalarla  təsvir  edən  “Qatır  Məmməd”  vətənpər-
vərlik  ideyaları  tərənnüm  edərək  tamaşaçılarda  vətənə,  onun  qəh-
rəman  keçmişinə  məhəbbət,  düşmənlərinə  nifrət  hissləri  tərbiyə 
edirdi” (6). 
Ə.  Ələkbərovun  yaratdığı  Qatır  Məmməd  həyatını  sürgündə 
və döyüşlərdə keçirən bir insan idi. Onun ifasında Məmməd özünü 
heç vaxt xalqdan ayırmayan, gücünü xalqın birliyində görən qəhrə-
man idi. 
“Ələkbərov Qatır Məmmədi illərlə sürgündə qalmış, rus inqi-
labçılarının  böyük  inqilabi  təcrübəsini  öyrənmiş...  bir  partizan  baş-
çısı kimi təsvir edirdi” (21). 
Ə.  Ələkbərov  Qatır  Məmmədi  dolğun  ifa  etməklə  tamaşa-
çılara bu xalq qəhrəmanına qarşı böyük məhəbbət oyadırdı. 
“Ələkbərov  polkovnik  Zorin  ...  Qatır  Məmməd  ...  kimi  rol-
larda çıxış edərək, vətənpərvərlik, qəhrəmanlıq, mərdlik və çəsurluq 
hisslərini canlandırmış, tamaşaçılara nəcib hisslər aşılamışdır” (1). 
1945-ci il noyabr ayının 7-də Məhərrəm Haşımov və Əlihey-
dər Ələkbərovun quruluşunda tamaşaya qoyulan  S. Vurğunun  “İn-
san” mənzum dramında Ələsgər Ələkbərov flocof Şahbaz rolunu ifa 
etdi. 
Əsərin baş qəhrəmanı olan flosof Şahbaz-Ələkbərov mühari-
bələrə nifrət edərək, “-Qalib gələcəkmi cahanda kamal?” sualına ca-
vab axtaran bir kitab yazırdı. Flosof Şahbaz-Ələkbərov dost-tanışla-
rının, fikir və düşüncələrini ümumiləşdirərək, od içində də bəşəriy-
yətə həyat  verən problem  haqqında fikirləşirdi.  Ə. Ələkbərov Şah-
bazı  müasir  həyatla  ayaqlaşan  alim  kimi  yaratmışdır.  Şahbazın 
simasında  aktyor  onu  düşüncəli,  müxtəlif  qlobal  məsələləri  həll 
edən böyük şəxsiyyət kimi ifa edirdi. 


 
70 
1946-cı il iyul ayının 25-də Ə. Şərifovun quruluşunda A. Şai-
qin “Nüşabə” mənzum dramı tamaşaya qoyuldu. Bu əsərdə İsgəndər 
obrazı  Ə.  Ələkbərova  tapşırıldı.  Aktyorun  ifasında  İsgəndər  mərd, 
qorxmaz bir sərkərdə, dövlət xadimi idi. 
“Ələsgər Ələkbərov (İsgəndər), M. Davudova və Fatma Qədri 
(Nüşabə), S. Ruhulla (pəhləvan Uluc), Əli Qurbanov (Ərəstu) yarat-
dıqları inandırıcı xarakter vasitəsilə tamaşanın ideyasını aydın ifadə 
edirdilər” (16). 
Ələsgər  Ələkbərovun  qəhrəmanları  dərin  intellektə  malik 
xarakterlərdir. Onun ifa etdiyi zəngin obrazlar tamaşaçını düşündü-
rən böyük təsir  gücünə  malik  qəhrəmanlardır. Tamaşaçılar bu mü-
kəmməl  obrazların  təsiri  ilə  düşünürdülər,  həyat  hadisələrini  dərk 
edirdilər. 
1946-cı  ildə  qüdrətli  səhnə  ustası  Ə.  Ələkbərov  “Qırmızı 
Əmək Bayrağı” ordenı ilə təltif olunmuşdur. 
1947-ci  il  noyabr  ayının  7-də  A.  İsgəndərovun  quruluşunda    
Ə. Məmmədxanlının “Şərqin səhəri” əsərinə səhnə həyatı verilir və 
Orconikidze obrazını tamaşaçılara Ə. Ələkbərov təqdim etdi. 
Tamaşada  Orconikidze  yalnız  bir  səhnədə  görünürdü.             
Ə. Ələkbərov bu kiçik rolu tamaşacı yaddaşında saxlaya bilmişdir. 
“...Əfqanlı  (Fərhad),  Sidqi  Ruhulla  (Ağalarov)  ...  ilə  birlikdə 
Azərbaycan  səhnəsində  ilk  dəfə  olaraq  S.  Orconikidzenin  surətini 
yaradan Ə. Ələkbərov ... böyük əmək sərf etmiş, öz düşünülmüş və 
mənalı  oyunları  ilə  tamaşada  vahid  bir  ansamblın,  üslubu  vəhdətin 
əmələ gəlməsinə yardım göstərmişlər” (6). 
“Zəhmətkeşlərin  azadlığı  işində  mətinlik  göstərən,  ağıllı,  dü-
şüncəli,  öz  əqidəsindən  dönməz  Orconikidzenin  xarakterik  keyfiy-
yətlərini Ələkbərov sənətkarlıqla yaradır və tamaşaçılarda ruh  yük-
səkliyi oyadırdı” (1). 
Orconikidze obrazı  ilə  Ə. Ələkbərov tamaşaçılara qəhrəman-
lıq, vətənpərvərlik və mübariz ruh aşılayırdı. 
1948-ci  il  aprel  ayının  4-də  M.  Məmmədovun  quruluşunda      
A. Fadeyevin “Gənc qvardiya” əsəri tamaşaya qoyuldu (əsəri Qleb 
Qrakov  səhnələşdirib  və  T.  Əyyubov  tərcümə  etmişdir).  Burada 


 
71 
aktyorun  yaratdığı  Matvey  Şulqa  obrazı  güclü  təsirə  malik  səhnə 
qəhrəmanı idi. Ə. Ələkbərovun həbsxana səhnəsindəki ifası tamaşa-
çıda çox böyük təsir yaradırdı. O, Matvey Şulqanı tam düşünülmüş 
və inandırıcı şəkildə yaratmağa müvəffəq olmuşdur. 
1948-ci  il  dekabr  ayının  11-də  A.  İsgəndərovun  quruluşunda   
İ.  Əfəndiyevin  “Bahar  suları”  pyesi  səhnəyə  qoyuldu  və  kolxoz 
sədri Alxan rolunu Ələsgər Ələkbərov uğurla ifa etdi. 
Ə. Ələkbərovun yaratdığı Alxan təcrübəli, bacarıqlı, öz mənli-
yini hər şeydən uca tutan, dünya görmüş insan idi. 
“Kommunist”  qəzeti  (18.12.1948)  yazır  ki;  “Ələkbərov  qoca 
Alxan  rolunda  orijinal  və  maraqlıdır.  Onun  ifasında  ...  böyük  və-
tənpərvərin və mehriban bir atanın əzəmətli siması canlanır. Bu, ar-
tistin  öz  vəzifəsinə  ciddi  və  dərin  bir  məsuliyyət  hissi  ilə  yanaşdı-
ğını göstərir”. 
Ə. Ələkbərovun Alxanı tamaşada geniş yer tutan bir obrazdır. 
O,  tamaşanın  bütün  səhnələrində  görünürdü.  Sədrlikdən  əl  çəkən 
Alxan-Ələkbərov  daha  gərgin  işləyir,  öz  köməyini  heç  kəsdən 
əsirgəmirdi. 
M. Arif “İnqilab və mədəniyyət” jurnalında (1949, №3) yazır 
ki;  “Ə.  Ələkbərov  Alxan  surətini  böyük  məharətlə  oynayır.  Onun 
hər bir hərəkəti, ifadəsi düşünülmüşdür ... biz qarşımızda, doğrudan 
da  ...  təmiz  qəlbli,  bacarıqlı  və  namuslu  bir  qoca  görürük.  Mahir 
artist  ayrı-ayrı  səhnələrdəki  mürəkkəb  əhvali-ruhiyyələri  və  həya-
canları təsirli və inandırıcı verir”. 
Alxan-Ələkbərovun  bir  çox  səhnələri  tamaşacıda  güclü  təsir 
yaradırdı.  Bunlardan  biri  də  Uğurla  görüşdüyü  səhnədir.  Burada 
Alxan-Ələkbərov ordudan yeni gəlmiş Uğurla söhbət etdikdən son-
ra belə qənaətə gəlir ki, onu ancaq o əvəz edə bilər. “-Savadım azdır, 
başa düş! Elmim  yoxdur! Neçə dəfə bu camaata demişəm ki, daha 
mənim vaxtım keçib, qocalmışam. Gəlin bu elmli oğlanlardan birini 
keçirdək  sədrliyə.  Sözümə  baxmırlar  ki,  baxmırlar”  (İ.  Əfəndiyev, 
Əsərləri, (VI cilddə), 2 cild, Bakı, Yazıcı, 1984, səh. 182). 
Burdan  görünür  ki,  Alxan-Ələkbərov  xalqın  mənafeyini  öz 
şəxsi mənafeyindən uca tutan böyük bir insandır. 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə