İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə20/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   16   17   18   19   20   21   22   23   ...   39

 
66 
mərdlik, əzəmət, vüqar və məna, coşqunluq və mütəfəkkirlik Ələk-
bərov yaradıcılığının əsasını təşkil edirdi. Onun ... yaratdığı Əlimər-
dan ... öz dərin mündərəcəsi ilə diqqət mərkəzində dururdu” (1). 
Ə. Ələkbərovun ifasında Əlimərdan qorxmaz, başını hər vaxt 
dik tutan, məğrur bir insan idi. O, daim ədalətsizliyə qarşı mübarizə 
aparırdı. 
“Ə. Ələkbərov öz mənliyini, ləyaqəti və azadlığı uğrunda mü-
barizə aparan mərd və qorxmaz Əlimərdan obrazını yaratmışdı” (2). 
Ə. Ələkbərovun ifasında Əlimərdan kəndli hərakatının başçısı 
olmaqla yanaşı, udeal bir qəhrəman idi. 
1944-cü  il  mart  ayının  28-də  Səftər  Turabovun  quruluşunda 
Cəfər  Cabbarlının  “1905-ci  ildə”  pyesi  tamaşaya  qoyuldu  və 
inqilabçı fəhlə Eyvaz obrazını Ə. Ələkbərov ifa etdi. Onun yaratdığı 
Eyvaz sadə, odlu səslə danışan, sərrast baxışlı bir gənc idi. 
“Müxtəlif  xarakterli  rolları  eyni  sənətkarlıq  səviyyəsində  ifa 
edə  bilməsi  göstərirdi  ki,  Ə.  Ələkbərov  çox  cəhətli  istedada  malik 
olan geniş diapazonlu artistdir. “1905-ci ildə” tamaşasında Ə. Ələk-
bərov üç müxtəlif xarakterli obrazı  yaratması  bunu bir daha təsdiq 
etdi. Sadə Bakı fəhləsi, mətin inqilabçı Eyvaz, fitnəkar və təkəbbür-
lü  çar  qubernatoru  və  kobud,  yekəbaş  Əmiraslan  Salamov-bu  üç 
surət arasında nə qədər dərin, əsaslı fərq var! Buna baxmayaraq, Ə. 
Ələkbərov bu obrazların hər birinin özünə məxsus xüsusiyyətlərini 
göstərmək  üçün  incə  vasitələr  axtarıb  tapmışdır...  Onun  Eyvaz 
obrazı  birinci  dəfə  səhnəyə  çıxan  kimi  (“hə,  ana,  araba  hazırdır, 
daha dayanma!..”) öz sadəliyi və səmimiyyəti ilə tamaşaçıları valeh 
edir. Ələkbərovun ifasında Eyvaz inqilabın tam qələbəsinə möhkəm 
inanan,  fəhlə  və  kəndliləri  səbrlə  başa  salan,  sinfi  düşmənləri  isə 
sərt  və  amansız  surətdə  ifşa  edən  həqiqi  qəhrəmandır.  O,  zirək  və 
fərasətlidir,  onun  ən  sərt  və  çevik  hərəkətlərində  belə,  düşmənin 
bütün  hiylələrini  başa  düşən  təcrübəli  bir  inqilabçının  daxili 
təmkinliyi, ağır təbiəti özünü göstərir” (21). 
Eyvaz-Ələkbərov  böyük  nailiyyətlər  uğrunda  çarpışan  bir 
gənc idi. Aktyor Eyvazı sənətkarlıqla yaradırdı. O, inqilabçı Eyvazı 
çox təbii şəkildə tamaşaçılara təqdim edirdi. 


 
67 
“Bakı fəhləsi Eyvaz inqilab hərəkatının önündə gedən, dostu-
nu və düşmənini artıq yaxşı tanıyan, xalqlar dostluğu uğrunda, fəhlə 
sinfinin  azadlığı  yolunda  çar  mütləqiyyəti  və  yerli  kapitalistlərlə 
mübarizə aparan bir inqilabçıdır. Eyvazın-Ələkbərovun səhnə həya-
tında bu siyasi mövqe, inqilabi şüur aşkar görünürdü” (22). 
Ə.  Ələkbərov  Eyvazın  məhkəmə  səhnəsini  xüsusi  bacarıqla 
ifa  edirdi.  O,  Eyvazın  bütün  daxilini  tamaşaçılara  var  qüvvəsi  ilə 
göstərməyə  çalışırdı:  “-Mən  düşmənəm,  mən  düşmənəm  sizin  qan 
içində üzən təxtü-tacınıza! Mən düşmənəm sizin insan əti yeyən iki-
başlı qartalınıza! Mən düşmənəm sizin süngü və pulemyot üstündə 
duran hökmranlığınıza! Mən düşmənəm sizin ikiüzlü qanlı məhkə-
mələrinizə!  Bu  gün  bir  məni  asmaqla  siz  özünüzü  tarixin  amansız 
səhifəsindən  poza  bilməyəcəksiniz.  Mən  əzdiyiniz  milyonlardan 
biriyəm. Bu gün deyilsə sabah o milyonlar torpaqdan baş qaldıracaq 
və  sizin  qanlı  təxtü-tacınızı  başınıza  çevirəcəkdir.  Mən  buna  öz 
varlığım  kimi  inanıram”  (C.  Cabbarlı,  “Əsərləri”,  (IV  ciliddə),  2 
cild, Bakı, Yazıçı, 1983, s. 286). 
Eyvazın  bu  məşhur  monoloqunu  daxili  hərarətlə  söyləyən      
Ə. Ələkbərov nə qədər igid və cəsur görünürdü. 
“Tamaşanın  yeni  cəhətlərindən biri də o idi ki,  bu quruluşda 
Eyvaz  rolunda  Ə.  Ələkbərov  çıxış  edirdi...  Aktyor  Eyvaz  üçün  la-
zım olan boyaları, cizgiləri tapa bilirdi: onun yaratdığı Eyvaz inqi-
lab əsgəri, mətin  və sərt bir insan  mücəssəməsi  təsiri bağışlayırdı” 
(12). 
Ə.  Ələkbərovun  yaradıcılıq  məhsulu  olan  Eyvaz  həqiqət  uğ-
runda gizli iş aparan bir insan idi. O, zəhmətkeş və sadə insanların 
təfəkkürünün  necə  inkişaf  etdiyini  azadlıq  uğrunda  mübarizə 
apardığını dəstəkləyirdi. 
“Ələkbərovun  Eyvazı  haqsızlığa  və  özbaşınalığına  qarşı 
barışmaz olan mübariz bir inqilabçı idi” (2). 
Fəhlələri  mübarizəyə  səsləyən  Eyvaz-Ələkbərov  azad  həyat 
qurmaq naminə çalışırdı. 
A.  Axundov  “Azərbaycan  gəncləri”  qəzetində  (09.03.1962) 
yazır ki; “Cəfər Cabbarlının “1905-ci ildə” pyesində Eyvaz, general 


 
68 
qubernator, Salamov kimi əqidəsi, dünyagörünüşü, təbiəti etibarı ilə 
bir-birinə zidd olan obrazları zəngin boyalarla, özünə məxsus sənət-
karlıqla  yaradan  Ələsgər  Ələkbərovun  aktyorluq  istedadı  yüksək 
qiymətləndirilir. 
Sadə  Bakı  fəhləsi,  mətin  inqilabçı  Eyvaz,  fitnəkar  və  təkəb-
bürlü  çar  qubernatoru,  kobud  və  yekəbaş  Əmiraslan  Salamov-se-
vimli aktyor Ələsgər Ələkbərovun eyni əsərdə yaratdığı bu üç müx-
təlif obraz teatr tariximizi ziynətləndirən ölməz sənət inciləridir”. 
Ə. Ələkbərov Eyvazı A. M. Şərifzadə, Ü. Rəcəb, M. Sənani-
dən  sonra  yaradaraq  mətin,  mübariz  bir  inqilabcı  kimi  tamaşaçıya 
sevdirə bilmişdir. 
1944-cü il oktyabr ayının 8-də Ə. Ələkbərov Tur qardaşları və 
Lev  Şeyninin  “Gizli  döyüş”  əsərində  (tərcümə  M.  Rəfili,  rej.           
Ə. Şərifov) polkovnik Zorin obrazını səhnədə canlandırdı. 
“Aktyor oyunlarının bitkinliyi baxımından Ələsgər Ələkbəro-
vun  (Zorin),  Rza  Əfqanlının  (Petreneski)  ...  ifaları  daha  sanballı, 
daha real təsir bağışlayırdı” (26). 
Ə.  Ələkbərov  sənəti  əsas  etibari  ilə  H.  Ərəblinski  və               
A. M. Şərifzadə məktəbinə mənsubdur. Demək olar ki, onların yar-
dıcılıqlarının  bir  qoludur.  Ə.  Ələkbərovun  faciə  aktyoru  kimi 
yetişməsində  bu  iki  görkəmli  sənətkarların  rolu  əvəzsizdir.  Onun 
ifasında H. Ərəblinski və A. M. Şərifzadə sənətinin detalları vardır. 
Ə.  Ələkbərov  bu  nəhəng  sənətkarlardan  öyrənməklə,  onları 
təkrar  etməyərək  öz  yolunu,  öz  cığırını  tapmışdır.  Ə.  Ələkbərov 
çalışırdı  ki,  səhnədə  canlandırdığı  obrazlar  tamaşaçıları  düşün-
dürsün, onlarda xoş hisslər yaratsın. 
1945-ci  il  may ayının 3-də S. Turabovun və Əliheydər Ələk-
bərovun  quruluşunda  Zeynal  Xəlilin  “Qatır  Məmməd”  mənzum 
dramı  tamaşaçılara təqdim  olundu.  Bu tamaşada Ə. Ələkbərov baş 
rolu, xalq qəhrəmanının obrazını Qatır Məmmədi ifa edirdi. 
Ə.  Ələkbərovun  yaratdığı  Qatır  Məmməd  zülmə,  istismara 
qarşı mübariz olan xalq qəhrəmanı idi. 
Kənd  camaatı  zillət  içərisində  yaşayır.  Bəylər,  ağalar  kənd-
liləri  incidir,  təhqir  edir,  az-çox  qazandıqlarını  əllərindən  alırdılar. 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə