İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə16/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   12   13   14   15   16   17   18   19   ...   39

 
52 
“Aydın-Ələkbərovun ifasında kapitalist cəmiyyətinin şikəst və 
məhv  etdiyi  saysız-hesabsız  günahsız  insanlardan  birini  təcəssüm 
etdirir” (21). 
Aktyorun  ifa  etdiyi  Aydın  haqsızlığa  qarşı  coşan,  çılğın  bir 
gənc idi. O, var-dövlətə nifrət  edir, lakin onun pəncəsində əzilirdi. 
Ələkbərovun  Aydını  tamaşa  boyu  getdikcə  hiddətlənirdi,  arvadı 
Gültəkinə qarşı kobud olurdu. 
 “Aydın” tamaşasından səhnə. 
Aydın – Ə.Ələkbərov, Gültəkin – F.Qədri 


 
53 
Kazino səhnəsində Ələkbərovun ifasını unutmaq çətin idi. O, 
Aydının faciəsini son dərəcə əzabla tamaşaçılara çatdırırdı. Aydın-
Ələkbərov  yaşadığı  dövrə  nifrət  edirdi.  Kazinoda  Gültəkinlə  görü-
şən Aydın-Ələkbərov dəhşətə gələrək ruhi sarsıntılar keçirirdi. 
“Aydın rolu bir daha göstərdi ki, Ələkbərovun səhnə yaradıcı-
lığının  mühüm  bir  hissəsini  tarixi  qəhrəmanlıq  səpgili  rollar  təşkil 
etməsi onu qətiyyən yesnəsəkliyə və öz-özünü təkrara gətirib çıxar-
mır. Aktyorun istedadı ona yaratdığı obrazları bir-birindən fərqlən-
dirmək  və  təsirli  etmək  imkanı  verirdi.  O,  tapşırılan  rolun  ictimai 
varlığını,  xarakterik  xüsusiyyətlərini  düzgün  müəyyənləşdirdiyi 
üçün,  məzmun  və  üslub  etibarilə  dolğun  obrazlar  yaradıcısı  kimi 
şöhrətlənirdi. Ə. Ələkbərovun hər bir obrazında həyatın səsi və nə-
fəsi  duyulurdu.  Bununla  belə  qeyd  etmək  lazımdır  ki,  mərdlik  və 
qəhrəmanlıq, cəsurluq və mütəfəkkirlik Ələkbərovun aktyor yaradı-
cılığının başlıca xüsusiyyətləri idi” (2). 
Qüdrətli  səhnə  ustası  olan  Ə.  Ələkbərov  Aydın  kimi  mürək-
kəb xarakterli, ziddiyyətli obrazı çox böyük ustalıqla yaratmağa mü-
vəffəq olmuşdur. 
1940-ci il sentyabr ayının 26-da  görkəmli rejissor İ. Hidayət-
zadənin  qurluşunda  S.  Rüstəmin  “Qaçaq  Nəbi”  mənzum  dramı 
səhnəyə qoyuldu. 
Azərbaycanda  XIX  əsrin  ikinci  yarsında  kəndli  hərəkatının 
məşhur  qəhrəmanı  Qaçaq  Nəbinin  obrazını  yaratmaq  Ə.  Ələkbə-
rovun bir aktyor kimi qisməti oldu. 
 “Qaçaq Nəbi-Ələkbərov nəsl bə nəsl amansız istismar olunan 
sadə,  savadsız,  mərd  bir  kəndli  başçısı  idi.  Artist  onun  surətini 
canlandırmaq üçün əsasən el ədəbiyyatının zəngin materiallarından 
istifadə etmişdir” (21). 
Nəbi-Ələkbərov mülkədarlara, çar məmurlarına qarşı amansız 
idi. Ə. Ələkbərov Nəbini xalqına güvənən, ondan güc alan bir qəh-
rəman kimi ifa edirdi. 
Ələsgər  Ələkbərovun  yaratdığı  obrazların  böyük  bir  qismi 
realist səhnə qəhrəmanları idi. Bu rollar son dərəcə təbii və canlı idi. 
Aktyor ona tapşırılan obrazları böyük sənətkarlıqla ifa edirdi. O, ya-


 
54 
ratdığı hər hansı rolu tamaşaçıya çatdırmaq üçün onu yeni ştrixlərlə 
zənginləşdirirdi. Onun səhnəyə hər gəlişi canlanmaya səbəb olurdu. 
Görkəmli  teatr  xadimi  olan 
Ələsgər  Ələkbərov  səhnədə  heç 
vaxt  təkrara  yol  vermirdi.  Onun 
böyük sənətkarlıqla yaratdığı zən-
gin  obrazlar  qalereyası  bir-birinə 
bənzəməyən insanlardır. Ə. Ələk-
bərov  tamaşaçıları  özünə  cəlb  et-
məyi  bacaran,  onları  düşündür-
məyə  çalışan  əvəzsiz  və  qüdrətli 
aktyor idi. 
“Ə. Ələkbərov insan hissini, 
düşüncəsini  bütün  dramatizmi  ilə 
yaradır,  aydın  məna,  quvvətli 
məntiq ifadə edən boyalar tapırdı. 
Bu onun ürəklərə yol tapan alovlu 
qəlbinin və mənalı sadəliyinin nə-
ticəsi  idi.  Bu  sadəlik  aktyorun 
fikrini,  bədii  ifadə  vasitələrini  və 
sənət dilini rövnəqləndirirdi. Ələkbərovun yaratdığı obrazların bədii, 
estetik  təsirini  artıran  cəhətlərdən  biri  də  onun  yüksək  plastikaya 
malik olması və bəhrələnməsi idi” (2). 
Ə.  Ələkbərovun  yaratdığı  hər  hansı  obraz  tamaşaçılarda  ruh 
yüksəkliyi  yaradırdı.  Qürur  hissi  ilə  bu  böyük  sənətkarın  ilhamlı 
ifasına tamaşa edirdilər. 
1940-cı  il  may  ayının  4-də  Azərbaycan  teatr  sahəsindəki 
böyük  xidmətlərini  nəzərə  alaraq  Ələsgər  Ələkbərova  30  yaşında 
xalq artisti fəxri adı verildi. Bu gənc aktyorun böyük sənətinə veri-
lən qiymət  idi. Elə həmin ildə Ə.  Ələkbərov “Şərəf nişanı” ordeni 
ilə təltif olunur. Bütün bu uğurlar gənc, lakin sənətdə qibtəedici yol 
keçmiş,  görkəmli  səhnə  ustasının  öz  üzərində  daha  gərgin  işləmə-
sinə zəmin yaratdı. O, daha da mükəmməl obrazlar ilə tamaşaçıları 
düşündürməyə çalışdı. 
 
Ə.Ələkbərov – Nəbi rolunda 


 
55 
 
 
 
 
 
“Qaçaq Nəbi” tamaşasından səhnə. 
Nəbi – Ə.Ələkbərov, Həcər – M.Davudova 


 
56 
 
II FƏSİL 
 
SƏNƏTİN ƏLÇATMAZ ZİRVƏSİ  
(1941-1963) 
 
 
 
Ələkbərov  üçün  janr  sərhəddi  yox  idi.  O, 
hərtərəfli,  geniş  diapazonlu  qüdrətli  aktyor  idi... 
Ələkbərovun  yaratdığı  obrazlar  son  dərəcə  bədii 
və cazibədar idi... Ələsgər Ələkbərov duyan, dərk 
edən, düşünən və düşündürən bir sənətkar idi. 
 
prof. Mahmud Allahverdiyev 
 
 
Böyük aktyorluq imkanları Ələsgər Ələkbərovun coşqun, iste-
dadlı  bir  sənətkar  olduğunu  göstərirdi.  Onun  yaratdığı  zəngin  ob-
razlar qalereyası sözün həqiqi mənasında sənətkarlıq nümunələri idi. 
Bu obrazlarda tamaşaçılar aktyorun ürək çırpıntılarını hiss edirdi. Ə. 
Ələkbərovun səhnəyə hər çıxışı mükəmməl sənət əsərinin yaranma-
sına səbəb olurdu. Dərin düşüncə, səmimi ünsiyyət və ağıllı məntiq 
Ə.  Ələkbərov  yaradıcılığının  əsas  xüsusiyyətləri  idi.  Onun  aktyor-
luq imkanları hərtərəfli və məzmunlu idi. O, özünü böyük bir sənət-
kar kimi təsdiqləmişdir. Onun faciə, dramatik və komik rolları eyni 
dərəcədə qüvvətli və inandırıcı idi. 
Ə.  Ələkbərovun  bir  sənətkar  kimi  fövqalədə  istedada  malik 
olması,  bir-birinə  zidd  olan  müxtəlif  xarakterli  parlaq  obrazlar  ya-
ratmasına imkan vermışdir. Buna görə də onun bənzərsiz istedadına 
heyran  qalan  tamaşaçılar  aktyorun  ifasında  əzəmətli  obrazlarla  ya-
naşı böyük hisslərə, ehtiraslara malik olan insan surətləri görürdülər. 
Ə. Ələkbərovun yaratdığı canlı xarakterlər tamaşaçıları sevindirirdi, 
həyacanlandırırdı, kədərləndirirdi və düşündürürdü. 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə