İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə12/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   8   9   10   11   12   13   14   15   ...   39

 
38 
    
 
 
Ə.Ələkbərov müxtəlif illərdə  
Vaqif rolunda 


 
39 
 
Aktyor  Vaqifin  incə  hissiyyatı  və  uzaqgörən  zəkasını  çox 
böyük ustalıqla tamaşaçılara çatdıra bilmişdir. 
“... Ələkbərovun öz mürəkkəb rolunu sona qədər düzgün apar-
dığını  və  Vaqif  surətini  bütün  əzəmətilə  canlandırdığını  sevinclə 
deyə  bilərik.  Bu  aktyorda  böyük  istedad  və  öz  rolunu  sevmək  ba-
carığı  vardır. Onun  addımları bir-birini tamamlayır. Onda süni dö-
nüş demək olar ki, qətiyyən nəzərə çarpmır ” (11). 
Ə.  Ələkbərovun  Vaqifi  elə  zəngin  səhnə  qəhrəmanı  idi  ki, 
tamaşaçı qarşısında bu obraz bütün əzəməti ilə görünürdü. 
“Ələsgər  Ələkbərov  Vaqif  obrazı  üzərində  dərindən  düşün-
müş,  şairin  və  onun  müasirlərinin  həyatını,  yaşadığı  dövrü  və  o 
dövrdəki  ictimai  münasibətləri  lazımınca  öyrənərək  real  bir  obraz 
yaratmışdır. 
Ə.  Ələkbərovun  Vaqifi  müəllif  və  rejissorun  traktovkasına 
(quruluş-İ.A.) əsasən bütün əsər boyu böyük məqsədlərlə yaşayır. O, 
xalqın  azad  və  firavan  yaşamasını,  xalqına  mənəvi  azadlıq  veril-
məsini düşünür. 
Ə. Ələkbərovun səsi də, aktyorluq temperamenti də bu rolda 
ona  tabe  olur.  Aktyorun  atdığı  addımlar  bir-birini  tamamlayır,  ba-
xışları isə sevdiyi ellərin ağır taleyini dərindən düşündüyünü tama-
şaçılara  bildirir.  Ələkbərov  bir  sənətkar  kimi  tamaşa  boyu  Vaqifin 
müxtəlif psixoloji vəziyyətlərə  düşdüyü ağır halları ustalıqla tama-
şaçılara çatdırır. 
Tamaşaçı,  Ələkbərovun  yaratdığı  sevən  şair,  vəfalı  dost,  bö-
yük dövlət xadimi Vaqifi ürəkdən bəyənir, onun simasında öz qəh-
rəman əcdadını görür” (23). 
Ə. Ələkbərovun Vaqifi haqsızlıqlara dözə bilməyən, bu müna-
qişələrdə getdikcə bərkiyən xalq qəhrəmanıdır. 
“Xalqın  istək  və  arzularını  duyan,  onun  idealını  özünə  həyat 
məqsədi edən Vaqif-Ələkbərov qəhrəman təbiətli bir şair, dövlət xa-
dimi kimi çox güclü idi. O, ən gərgin mübarizələrlə üzləşdikdə belə 
yenə gələcəyə olan nikbin inamından dönmürdü. Ələkbərovun Va-
qifində xalq mərdlikliyi qüvvətli olduğu kimi, onun qəzəb və nifrəti 


 
40 
də  çox  kəskin  idi.  O,  qarşıya  qoyduğu  azadlıq  idealı  naminə 
mərdliklə  mübarizə  aparır,  xalqının  ləyaqətini  həyatı  bahasına  da 
olsa müdafiə etməkdən çəkinmirdi. 
Ələkbərovun uzun müddət apardığı səmərəli yaradıcılıq axta-
rışları bizə onun bu obazı sənətkarlıqla yaratmağını söyləməyə haqq 
verir. Burada iki ideal, iki dünyagörüş və iki əqidə üz-üzə dayanır, 
pəncə-pəncəyə gəlir, həyatla ölüm çarpışır, mərdlik və ləyaqət qalib 
gəlir. Ələkbərovun yaratdığı Vaqifin bədii, estetik təsiri çox qüvvət-
li  idi.  Psixoloji  cəhətdən  gərgin  olan  Vaqif,  daxili  dramatizm  nöq-
teyi-nəzərincə  də  dinamik  əsasa  malikdir.  Ələkbərovun  böyüklüyü 
də  məhz  hadisələrin  coşqun  və  gərgin  ruhunu  məharətlə  duyma-
sında,  qəhrəmanın  mənəvi  əzəmətini  ustalıqla  rəsm  etməsində  idi. 
Ələkbərov  Vaqifin  timsalında  xalqın  həyat  məntiqinə  yenilməz, 
qüvvətli idrak mənbəyinə malik olduğunu təcəssüm etdirmişdir. 
Çoxtərəfli  bir  yaradıcılıq  imkanlarına  malik  olan  Ələkbərov 
səhnədə mənalı düşüncələri ilə tamaşaçıları da düşündürməyi, onları 
özünün kədəri ilə kədərləndirməyi və sevinci ilə sevindirməyi baca-
rırdı” (1). 
Ə. Ələkbərovun Vaqifi filosof, mütəfəkkir şair kimi daha çox 
nəzərə  çarpırdı.  Xalqının  düşmənlərinə  qarşı  kini,  qəzəbi  onun 
üzünün  cizgilərində  hiss  olunurdu.  Buna  görə  aktyorun  göstərdiyi 
incə nüanslar tamaşaçılara olduqca emosional təsir bağışlayırdı. 
...Ə.Ələkbərov yüksək intellekt və nəcib ürək sahibi olan Va-
qifin daxilən zəngin obrazını yaratmaqla böyük yaradıcılıq qələbəsi 
əldə etdi (7). 
Tamaşanın  səkkizinci  şəklində  Vaqiflə  Qacarın  qarşılaşdığı 
səhnəni Ə. Ələkbərov olduqca böyük ustalıqla ifa edirdi. O, başsız 
qalmış  Qarabağın  məsuliyyətini  öz  üzərinə  götürərək,  tamaşaçılar 
qarşısında vüqarlı görünürdü. 
“Ələkbərovun  Vaqifi  bütün  xalqın,  dönməz  el  qəhrəmanları-
nın xalq içərisindən çıxan ağıllı oğulların və parlaq zəkaların ümu-
miləşdirilmiş obrazı idi. 
Vaqif obrazını yaratmaqda aktyora həyat və yaradıcılıq təcrü-
bəsi  böyük  kömək  oldu.  Ələkbərov  ruhən,  qəlbən  Vaqiflə  birləşir, 


 
41 
yalnız ayrı-ayrı sahələrdə, monoloqlarda və şeri ifadələrdə deyil, ən 
kiçik nüanslarda, çətinliklə sezilən parçalardakı hərəkətlərində belə, 
böyük,  əzəmətli  Vaqifdir.  Onun  oyunu  son  dərəcə  rəvandır.  Ələk-
bərov axıra kimi bu obrazın monumentallığını qoruyub saxlaya bilər. 
Ələsgər  Ələkbərovun  ifasında  Vaqif  obrazı  getdikcə  təkmilləşib 
cilalanırdı.  Ələkbərovun  Vaqifi  şair  təbiətli  humanist  və  böyük 
qəlbli insandı. Aktyor öz rolunu qüdrətli bir rəssam kimi tamamilə 
dolğun, səlis və mənalı yaratdığına görə idi ki, indi də tamaşacıların 
xəyalında,  o,  oynadığı  Vaqif  kimi  canlanır.  Bu  hər  şeydən  əvvəl 
nüfuzedici  aktyor  sənətinin  qüdrətidir.  Böyük  aktyorun  ifasındakı 
Vaqif  obrazı  teatr  tarixinmizdə  qazanılan  ən  böyük  nailiyyət  və 
müvəffəqiyyətlərdən biridir” (25). 
Ələsgər  Ələkbərovun  böyük  sənətkarlıqla  yaratdığı  Vaqif 
teatr tarixində nadir hadisədir. O, Vaqifin 28 yaşından 53 yaşına qə-
dər 25 il müddətində əvəzsiz ifacısı oldu. Həm Azərbaycan, həm də 
keçmiş  sovet  mətbuatı  bu  bənzərsiz  aktyorun  ürəkləri  fəth  edən 
mükəmməl  ifasından  vəcdə  gəlib,  müxtəlif  illərdə  tutarlı  rəylərlə 
çıxış etmişlər. 
“Kommunist”  qəzeti  (10.10.1938)  yazırdı;  “Azərbaycan  ... 
səhnəsinin  yetişdirməsi  olan  bu  talantlı  artist  Vaqif  rolunda  ... 
parlaq və unudulmaz bir obraz yaratmışdır... Vaqif rolunun gələcək 
ifacıları çox çətinliklə bunun təsirindən qurtara biləcəklər”. 
“Bakinski  raboçi”  qəzeti  (11.10.1938)  yazırdı;  “Aktyor  çətin 
və məsuliyyətli rolu çox gözəl ifa edir. Mübalığəsiz demək olar ki, 
Ələkbərov yalnız Vaqif rolunu ifa etdikdən sonra tamaşaçı aktyorun 
orijinal və təravətli istedadına həqiqətən qiymət verə bildi”. 
V. Zelesski “Teatr” jurnalında (1948, № 11)  yazır ki; “Ələs-
gər Ələkbərovun simasında Vaqif obrazı öz parlaq ifaçısını tapmış-
dır. Vaqif rolu istedadlı aktyorun böyük qələbəsi olmuşdur. O, Va-
qifin  çoxcəhətli  təbiətini  canlı  göstərmişdir...  Ələsgər  Ələkbərov 
rolunu həqiqi dramatizmlə ifa edir. Aktyorun yaratdığı obraz həqiqi 
incəsənət əsəri, əsl sənətkarlıq məhsuludur”. 
“Ə.  Ələkbərov  öz  qəhrəmanının  zəngin  daxili  aləmini  bütün 
gözəlliyi ilə göstərmək üçün rəngarəng ifadə vasitələrindən istifadə 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə