İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə11/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   7   8   9   10   11   12   13   14   ...   39

 
35 
başqaları  müxtəlif  xarakterli  obrazlar  yaratmışdılar.  Bu  möhtəşəm 
tamaşada  Azərbaycan  səhnəsinin  ən  qüdrətli  sənətkarı  Ələsgər 
Ələkbərov da əsərin baş qəhrəmanı Vaqif rolunu ifa edirdi. Özü də 
necə?  Yüksək  peşəkarlıqla,  böyük  sənətkarlıqla,  dolğun,  misilsiz, 
qüsursuz  bir  obraz  yaratdı.  Düz  25  ilə  yaxın  bir  müddətdə  Vaqif 
obrazı  ilə  700-dəfədən  artıq  səhnəyə  çıxan  Ələsgər  Ələkbərov 
böyük şairin əzəmətli obrazını böyüməkdə olan gənc nəslə sevdirdi. 
Ə.  Ələkbərov  Vaqif  obrazı  haqqında  (“Bakinski  raboçi” 
11.10.1938) yazırdı; “Vaqifi necə təsəvvür edirəm? Onun simasında 
mütəfəkkir şair və dövlət xadiminin xüsusiyyətləri çox gözəl şəkildə 
birləşmişdir. O, böyük və parlaq bir zəkadır”. 
Ə.  Ələkbərov  Vaqif  rolu  üzərində  gərgin  zəhmət  və  böyük 
məsuliyyətlə çalışmışdır. O, bu görkəmli şairin həyatında baş verən 
məşəqqətləri dolğun göstərməyə nail olmuşdur. Onun Vaqifi təbiət 
vurğunu,  gözəllik  məftunu,  düşmənə  qarşı  amansız  olan  bacarıqlı 
dövlət xadimi idi. 
Tamaşanın  birinci  şəklində Vaqif-Ələkbərov nikbin  və  müla-
yim  idi.  İlk  baxışdan  tamaşaçı  Vaqifi  romantik  görürdü.  Aktyorun 
məlahətli  danışığı,  xoş  siması,  mənalı  baxışları,  dolğun  hərəkətləri 
insanın ürəyini sevinc hissi ilə doldururdu. 
“...Vaqif aktyorun yaradıcılığında tamamilə yeni bir səhifədir. 
Bir pyes olaraq “Vaqif” in ən gözəl cəhətlərindən biri əsas müsbət 
qəhrəman  surətinin  qüvvətli  verilməsidir.  Bir  tamaşa  kimi  də 
“Vaqif” in ən qiymətli cəhətlərindən biri Vaqif surətinin Ələkbərov 
tərəfindən  ustalıqla  ifa  edilməsidır.  Ələkbərov  öz  qəhrəmanının 
nəcib və məğrur təbiətini, istedad və ağlını, böyük və sadəliyini ifa-
dəli və təsirli bir şəkildə canlandıraraq plastik cəhətdən çox səliqəli, 
bütöv və yetkin bir surət yaradır. 
Onun oynadığı Vaqif ciddi, təmkinli, etiqadı möhkəm, zülm-
karlara  qarşı  dərin  nifrət  bəsləyən  bir  insandır.  O,  həssas  bir  ata, 
sadiq bir dost, dərindən sevən bir ərdir. Vaqif-Ələkbərov dövlət xa-
dimi olaraq, öz vəzifəsini xalqa xidmət etməkdə, vətənin mənafeini 
qorumaqda görür. Lakin Vaqif-Ələkbərov tamaşaçını yalnız bunun-
la  həyacanlandırmır.  Onun  Vaqifi  daha  mənalıdır.  Yüksəldilmiş, 


 
36 
qaldırılmış bir səpgidə yaranan Vaqif, xalqın mənəvi qüvvəsini, ru-
hunu  təmsil  edir.  Ələkbərovun  oyunundakı  gözəl  xüsusiyyət  də 
bundan  ibarətdir.  Romantik  bir  vüsətlə  yaradılmış  şairanə  Vaqif 
surəti tamaşanın ümumi üslubuna tamamilə müvafiqdir“ (8). 
Ələsgər  Ələkbərovun  ifasında  Vaqif  Azərbaycanın  şair  və 
dövlət xadimlərinin ən tipik xüsusiyyətlərinə malik olan dolğun bir 
obrazdır.  Aktyor  bu  böyük  şairin  özünəməxsus  xarakterini  düzgün 
vermiş, onu yüksək bədii səviyyəyə qaldıra bilmişdir. 
A.Obrazçova  “Sovetskoe  iskusstva”  qəzetində  (02.08.1948) 
yazır ki; “O, daim öz xalqının taleyi üçün düşüncələr içində yaşayır, 
xalqın  bədbəxtliyinin  səbəblərini  dərk  etməyə  cəhd  edir.  Bəli,  Va-
qif-Ələkbərov, şübhəsiz mütəfəkkir şairdir, həm də namuslu, xeyir-
xah, təvazökar insandır”. 
Görkəmli sənətkarın yaratdığı Vaqif rolu son dərəcə düşünül-
müş  bir  səhnə  qəhrəmanıdır.  O,  Vaqifi  qeyrətli  ər,  müdrük  ata, 
xalqını sevən bir dövlət xadimi kimi yarada bilmişdir. 
A.Qasımzadə “Azərbaycan müəllimi” qəzetində (24.11.1960) 
yazır ki; “Ə. Ələkbərov xalq şairi Səməd Vurğunun bütün fikirlərini 
ifadə edərək, Vaqif obrazını XVIII əsrin böyük vətənpərvər şair və 
dövlət xadimi kimi yaratdı”. 
“...  Ələkbərovun  Vaqifi  vüqarlı,  əzəmətli,  realizmlə  üzvi 
surətdə bağlı olan romantik vüsətinə görə seçilirdi. O, adi bir vətən-
daş,  ata,  xalq  şairi  olmaqla  yanaşı,  həm  də  mübariz  qəhrəman, 
mütəfəkkir dövlət xadimi kimi də qüvvətli idi. Bir tərəfdən mərdanə 
təbiəti, ağıllı, tədbirli olub, sevən bir ər kimi faciələr keçirir, digər 
tərəfdən isə ictimai ideal uğrunda mətanətlə mübarizə edir, bu yolda 
həyatını belə əsirgəmirdi, Ələkbərov tamaşaçıda poetik bir münasi-
bətlə nikbinlik, azad gələcəyə inam hissi doğururdu” (2). 
Ələsgər  Ələkbərovun  Vaqifi  yüksək  xarakterə  malik  canlı, 
müxtəlif  konflikt  cərəyanında  təqdim  edilmiş  tutarlı  bir  obrazdır. 
Vaqif-Ələkbərov düşmənlərinin çərçivəsində olduqda belə tamaşacı 
onun mərdliyinə, dönməzliyinə şahid olurdu. 
“Xanla  bir  zamanlar  barışıq  axtaran  Vaqif-Ələkbərov  xanla 
barışığın mümkün olmadığına, daha doğrusu, əbəs olduğuna inanıb 


 
37 
sarayı tərk edir. Burası maraqlıdır ki, saraydan ayrıldığı vaxtdan o, 
bizim  gözümüzdə  dövlət  xadimi  kimi  yüksəlir.  Aktyor  Vaqifi  əsa-
sən  və  başlıca  olaraq  dövlər  xadimi,  maarifpərvər  bir  mütəfəkkir 
olaraq  yaradır.  O,  Vaqifin  ata  və  şair  simasını,  şəxsi  iztirablarını 
unutmasa  da  hər  halda,  yuxarıdakı  əsas  keyfiyyətləri  qabartmaq 
üçün, onları müəyyən dərəcədə gölgədə saxlayır. O, lirik səhnələri, 
ön plana çəkmir, çox yerdə rübabi duyğulardan, intonasiyadan vaz 
keçir.  Bir  küll  halında  aktyor  şair  Vaqifdən  çox  dövlət  xadimi  və 
mütəfəkkir  Vaqifin  obrazını  yaradır.  Aktyor  tamaşanın  əvvəlindən 
axırına qədər bu əsas məqsədi  gözləyir, obrazı  məhz həmin istiqa-
mətdə  inkişaf  etdirir.  Vaqif-Ələkbərov  haqqın,  ədalətin,  xeyrin  və 
səadətin təntənəsinə əvəllər idealistcəsinə etiqad bəslədiyi halda, ta-
maşanın sonuna doğru ədalət və səadət uğrunda zalımlara və işğal-
çılara  qarşı  mübarizə  əqidəsinə  gəlib  çıxır.  Mündəricə  və  forma 
vəhdətini  duymaq  cəhdi  aktyora  özü  düşdüyü  səpgidə  bitkin  və 
kamil obraz yaratmaq imkanı verir” (22).  
Ə.  Ələkbərovun  Vaqifi  tamaşaçılarda  xalqının  keçmişinə, 
onun həyatda apardığı mübarizəsinə qarşı yüksək duyğular aşılayır-
dı.  Aktyorun  yaratdığı  Vaqif  insanda  xoş  arzu  və  milli  qürur 
yaradırdı. 
““Vaqif”  pyesinin  bu  qədər  məşhur  olmasında  Azərbaycan 
teatrının  fəxrı,  SSRİ  xalq  artisti  Ələsgər  Ələkbərovun  yaradıcılıq 
əməyini xüsusi qeyd etmək lazımdır. O, öz qəhrəmanının  təbiətin-
dəki  lirizmi,  poetik  hissləri  və  fikirləri,  eyni  zamanda  Vaqifin 
yenilməzliyini, mübariz ruhunu misilsiz ustalıqla göstərirdi” (30). 
“Ə. Ələkbərov ... Vaqif obrazında həm xalqın qəhrəmanlığını, 
həm də poetik qüdrətini əks etdirirdi. Onda nikbin bir əhval-ruhiyyə 
vardı.  Mübarizə  edən  xalqın  qüdrətini,  əzəmətini  və  coşğunluğunu 
əks etdirməsi Vaqif ifaçısı Ə. Ələkbərova tamaşaçı şöhrəti gətirmiş-
di. Vaqif həm də Ə. Ələkbərovun ifasında tez-tez dəyişən, psixoloji 
cəhətdən müxtəlif hallara düşən, əsl dost və xalq adamı idi” (18). 
 
  
 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə