İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə19/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   15   16   17   18   19   20   21   22   ...   39

 
63 
Ə.  Ələkbərov  çalışırdı  ki,  yaratdığı  Yusif  obrazının  hər  bir 
kiçik  detalınıda  mənalandırsın.  O,  Yusifin  yaşadığı  dövrün  qəhrə-
manı səviyyəsində təqdim edirdi. 
“Əsərdə ağıllı, zəhmətsevər, uzaqgörən Yusif obrazı Ə. Ələk-
bərovun ifasında olduqca maraqlı qarşılanırdı. Fəaliyyətsizliyə qarşı 
cəsarətlə,  inamla  mübarizəyə  qalxan  Yusif  təşəbbüsü  ələ  alır.  Za-
voddakı  işlərə  məsuliyyətlə,  hərtərəfli  biliklə  yanaşan  Yusif 
şəraitinə uyğun hərəkət edir və direktorun müavini kimi Məhəbbətin 
hazırladığı layihəni təsdiqləyir. Yusif-Ələkbərov möhkəm və qətiy-
yətli  bir  adamdır.  Müharibə  dövrünün  şəraitini,  vəziyyətin  mürək-
kəbliyini  yaxşı  dərk  etdiyindən  o,  zavoddakı  hadisələrə  vətəndaş 
mövqeyindən  yanaşır.  İşçilərə  qarşı  həssas  və  səmimi  olan  Yusif 
Məhəbbətlə münasibətində də eyni hissləri yaşayır” (18). 
Ə.  Ələkbərovun  böyük  ustalıqla  yaratdığı  Yusif  obrazı  öz 
dövründə çox aktual idi. Bu obrazın ifa baxımından bitkin olmasına 
əsas səbəb aktyorla rol arasında olan məqsəd və  məntiqdir. Bunun 
üçün  Ə.  Ələkbərovun  Yusifi  iradəli,  düşüncəli,  qayğıkeş,  qorxmaz 
bir insan idi. 
Ələsgər Ələkbərov tamaşada hər hansı ona tapşırılan rolu ifa 
edərkən onu hərtərəfli təhlil edirdi, düşünürdü. O, ciddi yaradıcılıq 
axtarışlarını  apararaq  əsl  insan  xarakterini  yaratmağa  müvəffəq 
olurdu. 
Ə. Ələkbərov hər hansı bir səhnə əsərinin meydana gəlməsin-
də  bütün  bacarığını  sərf  edirdi.  Çalışırdı  ki,  tamaşanı  yaradan  an-
sambl  özü  kimi  müvəffəqiyyətli  olsun.  Bilirdi  ki,  onun  güclü  ifası 
tamaşanın digər yaradıcılarından çox asılıdır. 
Ələsgər  Ələkbərov  sənətkarlığının  ən  böyük  xüsusiyyətlərin-
dən  biri  də  yaratdığı  obrazın  taleyi  ilə  yaşaması  idi.  O,  bilirdi  ki, 
aktyorluq sənəti üçün mühüm amillərdən olan bu xüsusiyyətə görə 
tamaşaçılar onu sevirdi, ifa etdiyi obrazları böyük həvəslə gözləyir-
dilər.  Çünki  Ə.  Ələkbərov  səhnədə  müxtəlif  xarakterli,  zəngin  ob-
razları yaratmaqla tamaşaçılarda aktyor sənətinə böyük maraq aşıla-
yırdı. 


 
64 
1943-cü  il  may  ayının  7-də  A.  İsgəndərov  və  Ə.  Şərifovun 
quruluşunda R. Rzanın “Vəfa” pyesi tamaşaçılara təqdim olundu. 
Ələsgər Ələkbəovun böyük sənətkarlıqla yaratdığı vəkil Mira-
ğa Minnətov obrazı, yaşadığı cəmiyyətin düşməni, tüfeyli bir tip idi. 
R.  Rza  yazır  ki;  “...minnətovların  rəzil  və  qeyri-insani  həvəs 
və ehtiraslarını gözümüzdə qüdrətlə canlandırmısan” (29). 
“Ə.  Ələkbərov  Minnətovun  bütün  bu  murdar  sifətlərini  çox 
məharətlə  kəskinləşdirir,  yüksək  satirik  səviyyədə  göstərirdi.  O, 
zahirən  təmiz  və  səliqəli,  nəzakətli  və  hörmətcil  idi,  lakin  Minnə-
tovun iyrənc və çürük daxili aləminin tipik cizgilərlə, bəzən olduqca 
incə vasitələrlə açıb göstərirdi. Sümük çərçivəli çeşməkdə Minnətov 
eynəkli ilana bənzəyirdi” (21). 
Ə. Ələkbərov Minnətovun alcaq bir insan, mənəviyyatca  çü-
rük, xalqa ziyan vurmağa çalışan bir şəxs kimi  tamaşaçılara  çatdı-
rırdı. 
“Ə. Ələkbərovun düzgün ifa etdiyi Minnətov obrazı bu adam-
ların xalqa zidd, ... düşmən mahiyyətini ifşa etmişdir” (7). 
Aktyor Minnətovu mənfi bir tip kimi göstərməyə çalışaraq, bu 
insana qarşı nifrət yaradırdı. 
“Ə. Ələkbərov Minnətovu  satirik boyalarla  cilalandırır, onun 
murdar əməllərinə və çürük mənəviyyatına qarşı, tamaşaçılarda qə-
zəb və etiraz hissi oyadırdı. Bununla da Ələkbərov tamaşaçıları hə-
yata ayıq  olmağa və bu  tipli insanları  görüb onu ifşa etməyə çağı-
rırdı. Aktyorun səhnə boyaları burada rəngarəng idi: əgər o öz evin-
də  şən  və  əyyaş  idisə  də,  ictimayyət  arasında  isə  bir  qədər  fikirli, 
düşüncəli, bəzən də qayğılı, mülayim təbiətli və “namuslu” bir şəxs 
kimi görünməyə çalışırdı. 
...Ə. Ələkbərov güclü aktyorluq imkanları vasitəsilə Minnətov 
obrazını tamaşaçıların nifrət hədəfinə çevirmək üçün onun iç üzünü 
ifşa etmiş və müəllifin burada qarşıya qoyduğu məqsədi bütünlüklə 
canlandırmağa müvəffəq olmuşdur” (2). 
Aktyorun ifasında Minnətov peşəkar cinayətkar idi. O, maska 
arxasında özünü çox qayğıkeş göstərirdi. 


 
65 
“Ələsgər Ələkbərovun  yaratdığı Minnətov obrazı böyük sati-
rik ifşa qüvvəsinə malik idi” (30). 
O,  Minnətovun  obrazını  mehriban,  nəzakətli,  zahirən  gözəl, 
daxilində isə iblislər baş qaldıran bir xarakter kimi göstərməyə nail 
olmuşdur. 
“Minnətov (Ələkbərov-İ.A.) öz tamahkar  ehtirasları ilə  yaşa-
yan bir xudbin ... özünəməxsus tüfeyli tipdir” (9). 
M.  Arif  “Bakinski  raboçi”  qəzetində  (12.05.1943)  yazır  ki; 
“Hiyləgər  və  ikiüzlü  vəkil  Minnətov  obrazını  yaratmaq  üçün           
Ə. Ələkbərov təbii və inandırıcı vasitələr tapmışdır”. 
Ə. Ələkbərov Minnətovun xarakterindəki bütün incə qüsurları 
tamaşaçılara göstərməklə bu tipli insanlara qarşı ikrah hissi aşılayır-
dı. “Aktyor bu tipi kəskin, xarakterik cizgilərlə təqdim edirdi” (18). 
O,  özünü  ürək  xəstəsi  kimi  təqdim  edərək  cəbhədən  yayınır, 
lakin vətənini sevən bir insan kimi hərəkət edir, alçaq işlərlə məşğul 
olurdu. 
“Kommunist”  qəzeti  (16.05.1943)  yazır  ki;  “Baş  rollardan 
birini ifa edən Ə. Ələkbərov pozğunlaşmış ... Minnətovun dərindən 
düşünülmüş  bitkin  obrazını  yaratmış  və  özünün  yüksək  aktyorluq 
sənətini bir daha nümayiş etdirmişdir”. 
Ə. Ələkbərov Minnətov obrazını yaratmaqla özünün bir daha 
böyük sənətkar kimi təsdiqləmişdir. 
1943-cü  il  oktyabr  ayının  1-də  Əliheydər  Ələkbərovun  quru-
luşunda tamaşaya qoyulan S. S. Axundovun “Eşq və intiqam” faciə-
sində  Ə.  Ələkbərov  quldur  dəstəsinin  atamanı  Əlimərdan  obrazını 
canlandırdı. 
Əsərdə əsas konflikt kəndlilərlə mülkədarlar arasında baş ve-
rirdi. Bu düyünün açılmasında Ələsgər Ələkbərovun yaratdığı obraz 
maraqlıdır. 
“Ə.  Ələkbərovun  obrazları  öz  canlılığı,  epikliyi  və  fəallığı, 
təbiiliyi,  ideyalılığı  və  məqsəd  aydınlığı  ilə  tamaşaçıların  hissinə, 
şüuruna təsir edir, onları həyata, mübarizəyə bağlayırdı. O, səhnədə 
obrazın mənəvi həyatı, hissi, düşüncələri ilə ardıcıl olaraq yaşadığı 
üçün daim təravətli idi. Qəhrəmanlıq, mübarizlik, vətənpərvərlik və 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə