İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə15/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   11   12   13   14   15   16   17   18   ...   39

 
49 
mağın gözəl nümunəsini vermışdır. Xanlar-Ələkbərov yüksək ruhlu 
və  coşqun  ilhamlı,  əzəmətlidir.  Onu  yüksəldən  böyük  ideyalar, 
müqəddəs məqsəddir... 
Ələkbərov-Xanlar  rolunda  kiçik,  lakin  xarakterik  cəhətlərə 
diqqət  vermişdir.  Mədəndə,  buruğlar  arasında  öz  sevgilisi  Mehri-
banla görüşərkən ona əl verməkdən əvvəl mazutlu əlini səylə və tə-
ləsik  silməsi  gənc  fəhləni  nə  qədər  gözəl  xarakterizə  edir!  Yaxud 
həyatının  son  dəqiqələrini  keçirən  Xanları  yadımıza  salaq.  Burada 
Xanlar-Ələkbərov  solğun  və  zəifdir.  Lakin  onun  qansız  bədənində 
yenə  həmişəki  böyük  coşğunluq  çırpınır,  öz  işinin  qələbəsinə 
inanır... 
Ələkbərovun Xanlar obrazıda Vaqif kimi teatrımızın tarixində 
mühüm  yer  tutmuş,  geniş  kütlələr  arasında  böyük  şöhrət  qazan-
mışdır. Sovet İttifaqının başqa teatrlarında Xanlar obrazını yaradan 
görkəmli artistlər Ələkbərovun təcrübəsindən istifadə etmişlər” (21). 
Ə. Ələkbərovun böyük sə-
nətkarlıqla  yaratdığı  Xanlar  in-
sanın  şərəf  və  ləyaqətinə  ləkə 
vuran,  mənliyini  ayaqlar  altında 
tapdalayan  şəxslərə  qarşı  müba-
riz idi, amansız idi. 
1949-cu  ildə  dekabr  ayı-
nın  21-də  “Xanlar”  əsəri  yeni-
dən  tamaşaya  qoyuldu  və  Xan-
lar obrazını yenə də Ə. Ələkbə-
rov ifa etdi. 
Ə.  Ələkbərovun  müxtəlif 
səpgidə  yaratdığı  zəngin  obraz-
lar qalereyası  onun sənətinin  nə 
qədər yüksək səviyyədə olduğu-
nu  göstərirdi.  Aktyor  tamaşa 
vaxtında  ifa  etdiyi  obrazı  tək-
milləşdirirdi.  Ə.  Ələkbərovun  çox  gözəl,  insanın  ruhunu  oxşayan 
gur səsi, təmiz tələffüsü yaratdığı obrazların xarakterinə uyğun idi. 
Ə.Ələkbərov – Vasili rolunda 


 
50 
1940-cı il aprel ayının 22-də A. Kapler və A. Zlotoqorovanın 
müştərək  yazdıqları  “Lenin”  (“Tufanlı  il”)  tamaşası  M.  Rəfilinin 
tərcüməsində, Ə. Şərifovun quruluşunda səhnəyə qoyuldu və Vasili 
rolunu Ə. Ələkbərov ifa etdi. Onun ifasında Vasili son dərəcə sadə 
və səmimi idi. 
“Vasili-Ələkbərov  köhnə  dünyanı  devirmək  naminə  fədakar-
lıqla mübarizə edən, hər bir cətinliyə mətanətlə sinə gərən yenilməz 
iradəli, prinsipial  xarakterli bir inqilab  əsgəri idi. Aktyor Vasilinin 
simasında  inqilab  işi  uğrunda  öz  həyatını  belə  əsirgəməyən,  ağıllı, 
düşüncəli və tədbirli sadə bir insan kimi tamaşaçıların məhəbbətini 
qazanırdı.  Ələkbərovun-Vasilisinin  bədii  estetik  və  ictimai  pafosu 
bu  cəhətdən  aktual  əhəmiyyətə  malik  olduğu  kimi  öz  məna  və 
məntiqi ilə də tamaşaçıların hissinə, düşüncəsinə yol tapırdı” (1). 
Ə. Ələkbərovun ifa etdiyi pollara nəzər saldıqda görərik ki, bu 
obrazlarda realizm çox güclü olmuş və tamaşaçı tərəfindən maraqla 
qarşılanmışdır. Aktyorun səhnədə daxili yaşama prosesi çox qüvvəli 
olduğundan,  tamaşaçılara  elə  gəlirdi  ki,  səhnəyə  yox,  real  həyata 
tamaşa edir. Ə. Ələkbərov hər hansı obrazı canlandırarkən tipin hər 
iki xüsusiyyətinə ya komik, ya da dramatik olacağına ciddi fikir ve-
rirdi. Aktyor bu iki cəhətin hansında daha üstün olacağını düşünərək, 
istər sevinci və istərsədə kədəri düzgün göstərməyə çalışırdı. 
1940-cı il iyun ayının 29-da Adil İsgəndərovun qruluşunda C. 
Cabbarlının “Aydın” əsəri tamaşaçılara təqdim olundu. 
“Belə  bir  səhnə  yozumunda  rejissor,  əsasən  Aydın  rolunun 
ifaçısı Ələsgər Ələkbərovun istedadının potensial imkanlarına arxa-
lanmışdı” (26). 
Ə. Ələkbərov ifa etdiyi Aydına yaradıcılıq nöqteyi-nəzərindən 
yanaşırdı. O, Aydının davranışını, danışığını son dərəcə düşünülmüş 
şəkildə  tamaşaçılara  çatdırırdı.  Ə.  Ələkbərovun  ifasında  Aydın  ro-
mantik qəhrəman olmaqla bərabər, daxili temperamentə malik olan 
yumşaq qəlbli bir insan idi. 
“Rejissor  və  aktyor  (Ə.  Ələkbərovun)  bu  rolu  daha  dərindən 
düşünüb  işləmələri  sayəsində  Aydın  kapitalist  dünyasını  məhdud 
edən,  nisbətən  qüvvətli  və  ideyaca  möhkəm  bir  şəxsiyyət  kimi 


 
51 
meydana çıxmış və bunun nəticəsində onun faciəsi də böyük ictimai 
məna kəsb etmişdi” (9). 
Ə. Ələkbərovun tamaşaçılara təqdim etdiyi Aydının faciəsinə 
səbəb  əsasən  mühit  idi. O,  bir  çətin  problem  ilə üzləşəndə  darıxır, 
danışmağa söz tara bilmir və qeyri-ixtiyari əlini içki şüşəsinə yaxın-
laşdırırdı.  Bütün  bunlar  aktyorun  ifasında  son  dərəcə  təbii  və 
inandırıcı idi. 
S. Rəhman “Ədəbiyyat qəzeti” ndə (23.07.1949) yazır ki; “Bu 
aktyor  (Ə.  Ələkbərov-İ.A.)  rolun  mahiyyətini,  sinfi  və  siyasi 
əhəmiyyətini düzgün dərk etdiyindən Aydın surətini daha tamam və 
mənalı olaraq tamaşaçıya çatdıra bildi”. 
Aydın-Ələkbərov  yaratdığı  obrazın  faciəsini  öz  şəxsi  faciəsi 
kimi yox, mühitin, yaşadığı dövrün faciəsi kimi ifa edirdi. Aktyorun 
ifası mühit və şəxsiyyət arasındakı konfilikti çox inandırıcı surətdə 
tamaşaçılara çatdırırdı. Ə. Ələkbərovun Aydını böyük arzularla ya-
şayan, nikbin olmaqla bərabər, var-dövlətə nifrət edən bir insan idi. 
M.  Arif  “Kommunist”  qəzetində  (10.07.1940)  yazır  ki,         
“Ə. Ələkbərov Aydının mürəkkəb obrazını mümkün qədər təbii və 
canlı yaratmağa çalışmışdır”.
 
 
“Aydın”  pyesi  ilə  Ə.  Ələkbərov  çöx  gənc  olarkən  maraqlan-
mışdır. Belə ki, o, hələ 16 yaşında, 1926-cı ildə Əbilov adına klubda 
Pirqulu  rolunda  çıxış  etmişdir.  Aktyorun  böyük  ehtirasla  yaratdığı 
Aydın,  Pirqulunun  “kimə  qarşı?”-sulına-“Bütün  bəşəriyyətə  qarşı, 
bütün  adətlərə,  qanunlara  qarşı,  bütün  kainata,  aya,  günəşə,  ulduz-
lara, hətta tanrının özünə, bu mənəvi jandarmaya qarşı üsyan qaldı-
rılmalıdır.  Yer  üzündə  hakim,  məhkum,  zalım,  məzlum  kəlmələri 
durduqca  bəşəriyyət  bir  gülər  üz  görə  bilməz... Mən  elə  bir  dünya 
istəyirəm  ki,  orada  millətlər  azad,  fərdlər  azad,  istila  zənciri  yox, 
altun yox, şəşəə, dəbdəbə yox, fərman yox...”-belə bir kəskin cavab 
verirdi. 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə