İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə18/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   14   15   16   17   18   19   20   21   ...   39

 
60 
obraza  çox  böyük  məsuliyyətlə  yanaşırdı.  Ə.  Ələkbərov  yaratdığı 
xarakterin  mərdliyini,  mətinliyini,  vətənə  bağlı  bir  insan  kimi  çox 
düzgün dərk edərək, tamaşaçıya çatdırmışdır. 
 “Zəngin 
plastikaya 
malik  olan,  hissləri  təbii  və 
dolğun  bir  şəkildə  canlandır-
mağı  ustalıqla bacaran  Ələk-
bərovun buradakı hər bir hə-
rəkəti poetik və aydın idi. O, 
müəyyən  bir  nizama  tabe 
olan  hərəkətləri  ilə  obrazın 
xarakterini  tamamlayır  və 
tamaşaçıların qəlbində saf və 
bəşəri 
hisslər 
oyadırdı... 
Aktyorun  ifasında  səmimiy-
yətlə  paklıq,  təvazökarlıq  və 
nəciblik  hissi  qüvvətli  oldu-
ğu  kimi,  onun  təmkini  və 
mərdliyi də çox ifadəli surət-
də canlanırdı” (2). 
Ə.  Ələkbərov  Fərhadın 
xarakterini dərindən duyaraq, 
onun qəhrəmanlıq, məhəbbət 
və  lirik-psixoloji  məqamları-
nı  önə  çəkərək  orijinal  bir 
obraz yaratmışdır. 
“Ə.  Ələkbərovun  Fərhad  rolu  onun  yaratdığı  digər  obrazlar-
dan nəhəngliyi, möhtəşəmliyi ilə fərqlənirdi. Aktyor bu obrazı şövq-
lə, ilhamla, nikbin əhval-ruhiyyə ilə yaradırdı” (18). 
Ələsgər Ələkbərov eşq yolunda bütün əziyyətlərə sinə gərən, 
igid  Fərhad  obrazını  öz  bənzərsiz  ifası  ilə  tamaşaçılara  təqdim 
etmişdir.  Onun  Fərhadı  memarlıq  sənəti  ilə  fəxr  edən,  doğma 
torpağını  canından  artıq  sevən  bir  cəngavər  idi.  Vətən  torpağı 
Fərhad-Ələkbərov  üçün  çox  müqəddəs  idi.  Onu  düşmən 
“Fərhad və Şirin” tamaşasından səhnə. 
Fərhad – Ə.Ələkbərov,  
Şirin –B.Şəkinskaya 


 
61 
tapdağından  qorumaq  üçün  Fərhad-Ələkbərovda  sarsılmaz  bir  güc 
var  idi.  Aktyorun  böyük  istedadla  ifa  etdiyi  Fərhad  ülvi  hisslərlə, 
böyük ehtirasla sevən bir qəhrəman idi. 
1952-ci  il  oktyabr ayının 6-da  A.  İsgəndərov aktyor heyətinə 
dəyişiklik  etməklə  “Fərhad  və  Şirin”  mənzum  dramını  yenidən 
tamaşaya qoydu. Yenə də Fərhad rolunu Ələsgər Ələkbərov ifa etdi. 
1942-ci  ildə  Ə.  Ələkbərov  M.  H.  Təhmasibin  “Aslan  yatağı” 
əsərində  Şahmar  (rej.  Ə.  Şərifov,  28.03.1942),  M.  Huseynin  “Ni-
zami”  pyesində  Əbdək  (rej.  A.  İsgəndərov,  16.08.1942),  M.  İbrahi-
movun “Məhəbbət” dramında Yusif (rej. A. İsgəndərov, 31.10.1942) 
obrazlarını ifa etdi. 
1942-ci  il  avqust  ayının  16-da  A.  İsgəndərovun  quruluşunda 
M.  Hüseynin  “Nizami”  pyesi  tamaşaçılara  təqdim  olundu.  Əsərdə 
memar Əbdək rolu Sidqi Ruhulla və Ələsgər Ələkbərova tapşırıldı. 
Ə.  Ələkbərovun  ifa  etdiyi  Əbdək  çox  alicənab,  vətənpərvər 
bir  şəxs  olmaqla  yanaşı,  dostu  Nizamiyə  sadiq  qalan  bir  insan  idi. 
Qorxmaz,  mərd  Əbdək-Ələkbərov  xalqa  inanan,  ona  arxalanan  bir 
insan  olduğuna  görə  daim  xalqının  gözündə  ucalırdı.  Xalq  adamı 
olan,  vətənin  mənafeyini  göz  bəbəyi  kimi  qoruyan  Ədbək-Ələk-
bərovun iradəsini heç nə sındıra bilmirdi. Qəhrəmanlıq səhnələrində 
aktyor öz istedadından lazımi səviyyədə istifadə edirdi. 
“Ə. Ələkbərovun sənəti Azərbaycan teatrının realizm prinsip-
lərinə  istinad  edən  sənətdir.  Yumor  və  qroteskdən  başlamış  qatı 
faciə boyalarına, zarafat və tənqiddən tutmuş dərin, dramatik hisslə-
rə, yüksək fəlsəfi fikitlərə qədər onun yaradıcılıq arsenalında nə var-
sa hamısı realizm təliminə məxsusdur. Aktyor məhz bu təlimə görə 
ifa  etdiyi  obrazların  mənəvi  aləmini  tamaşa  boyunca  aşkarlamağa, 
onların daxili aləmindəki təbəddülatı və inkişafı göstərməyə çalışır. 
O,  bir  qayda  olaraq,  obrazların  zahirindən  daxilinə  nüfuz  edir, 
onların mahiyyətini əyani surətdə tamaşaçılara açır” (22). 
1942-ci il oktyabr ayının 31-də A. İsgəndərovun quruluşunda 
M. İbrahimovun “Məhəbbət” pyesi tamaşaya qoyuldu və bu əsərdə 
mühəndis  Yusifin obrazını  Ələsgər Ələkbərov  tamaşaçılara təqdim 
etdi. 


 
62 
Tamaşada  Yusif-Ələkbərov  Məhəbbəti  vətənpərvər  bir  insan 
kimi sevirdi, ona bir ixtiraçı kimi dərin rəğbət bəsləyirdi. 
“Yusif-Ələkbərov  öz  fədakarlığı,  nəcibliyi  və  mübarizliyi  ilə 
tamaşaçılara  nümunə  olur,  mərdlik,  qəhrəmanlıq,  vətənpərvərlik 
ideyalarını  təbliğ  edirdi.  Ə.  Ələkbərov  bu  zaman  ifa  etdiyi  başqa 
obrazlarında  olduğu  kimi,  Yusif  obrazında  da  dövrün  ruhunu, 
dinamikasını bacarıqla canlandırmışdı” (2). 
Ə.  Ələkbərovun  ifasında  Yusif  xəyanətkarlara  qarşı  mübariz 
olmaqla bərabər prinsipial, təmkinli, iradəli bir insan idi. 
M. İbrahimov yazır ki; “1942-ci ildə “Məhəbbət” draması ta-
maşaya hazırlanarkən Ələkbərov Yusif rolunu oynayırdı. Bu surətin 
cizgilərini necə axtardığını... ifaçılararla canlı əlaqədə necə orijinal-
lığa meyl etdiyini, başqalarına oxşayan heç bir daxili və zahiri əla-
mətin  təkrarına  yol  vermədiyini  yaxşı  xatırlayıram.  Hər  gün  teatra 
gələndə bəzən məşqdən əvvəl, bəzən məşq zamanı, bəzən də məşq-
dən  sonra  mənə  yaxınlaşar,  Yusifi  necə  düşünüb  təsəvvür  etdiyin-
dən  danışar,  ayrı-ayrı  epizodlar,  replikalar  və  sözlər  barədə  fikrini 
deyirdi. Mənə elə gəlir ki, gecə onun yuxusuna da hazırladığı surət 
girir. Əlbəttə, sənətə bütün ürəyini, bütün varlığını verən aktyorlarla 
işləməyin özgə ləzzəti var” (14). 
Ə.  Ələkbərov-Yusif  obrazı  ilə  o  dövrün  gərginliyini  səhnədə 
yüksək sənətkarlıqla tamaşaçılara çatdırırdı. Onun böyüklüyü daim 
vətəninə  bağlılığı  işinə  olan  çiddi  münasıbətdən  yaranırdı.  Yusif-
Ələkbərov  çox  ciddi  idi,  zəhmətkeş  idi.  Bunun  nəticəsində  bütün 
maneələri asanlıqla zərərsizləşdirirdi. 
“Ə. Ələkbərov mühəndis Yusifin (“Məhəbbət”) xarekterində-
ki cəsarət və qətiyyəti ifadə edə bilmişdir” (7). 
Ə. Ələkbərovun Yusifi tamaşaçıda mərdlik, mübarizlik hisslə-
ri aşılayırdı. 
“Fatma Qədri (Məhəbbət) və Ələsgər Ələkbərov (Yusif) rejis-
sorun  tamaşada  vermək  istədiyi  fikri  bədii-estetik  yüksəkliyə  qal-
dırırdılar” (30). 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə