İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə26/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   22   23   24   25   26   27   28   29   ...   39

 
84 
“Ədəbiyyat və incəsənət” qəzeti (02.02.1963) yazır ki; “Şeks-
pirin səhnəmizdə tamaşaya qoyulan pyesləri artistin yaradıcılıq qüd-
rətini  qat-qat  artırmışdır.  Onun  böyük  məharətlə  yaratdığı  Otello 
obrazı  haqlı  olaraq  ...  teatr  sənəti  xəzinəsində  görkəmli  bir  yer 
tutur”. 
Azərbaycan səhnəsində Ələsgər Ələkbərovdan əvvəl üç Otello 
olub. H. Ərəblinski, A. M. Şərifzadə və Ü. Rəcəb. 
H. Ərəblinski və A. M. Şərifzadə Otellonu tamaşaçılara dövlət 
xadimi  kimi  təqdim  edirdilər.  Ü.  Rəcəb  isə  sevən  aşiq  kimi  ifa 
edirdi.  Ə.  Ələkbərov  isə  Otellonu  həm  böyük  dövlət  xadimi,  həm 
sevən aşiq və həm də gözəl bir insan kimi oynayırdı. Buna görə də 
Ə. Ələkbərovun Otellosu üç aktyorun ifasından daha mükəmməl və 
təkrarolunmaz idi. 
D.  Qlikşteyn  “Bakinski  raboçi”  qəzetində  (13.05.1949)  yazır 
ki;  “Ələkbərovun  Otellosu  hərtərəflidir.  O,  nəhəng  temperamentli 
bir əsgər və mütəfəkkirdir”. 
Ə.  Ələkbərovun  ifasında  Otello  obrazı  qayğıkeş,  zəhimli, 
güclü, coşqun təbiətə malik bir insan olmaqla yanaşı, xəyanətə qarşı 
çox barışmaz idi. O, əsl sərkərdə, geniş qəlb sahibi idi. 
A.  Babayev  “Sovet  kəndi”  qəzetində  (24.11.1960)  yazır  ki; 
“Ələsgər Ələkbərov “Otello” obrazı da öz yeniliyi və orjinallığı ilə 
nəzəri cəlb edir. Özündən əvvəl Azərbaycan səhnəsində və başqa ... 
xalqların  səhnəsində  yaradılmış  Otello  obrazını  təkrar  etmir.  O, 
“Otello”-nun  faciəsini  insanlara  olan  həddindən  artıq  inamın  nəti-
cəsi  kimi  göstərir.  Bir  sıra  burjua  aktyorları  Şekspirin  yaratdığı  bu 
dahiyanə  obrazı  və  onun  faciəsini  qısqanclıq  faciəsi  kimi  qələmə 
verirlər.  Ələkbərov  isə  Otellonun  faciəsinin  ...  əsil  kökünü  Otello-
nun inamında axtarır. Aktyorun Otellonu belə təqdim etməsi, yeni, 
orijinal və cəsarətlidir”. 
Otello-Ələkbərovun  hər  bir  hərəkətində  onun  hərbiçi,  iradəli 
olması  hiss  olunurdu.  Ə.  Ələkbərovun  Otellosu,  saf  qəlbli  insan 
olduğu üçün o, öz çərçivəsində olan insanları özü kimi təsvir edirdi. 
Ə. Ələkbərovun Otellosunun monimentallığı onun yüksək səviyyəli 
insanpərvərliyindədir. 


 
85 
“Ələsgər  Ələkbərovun  bu  tamaşada  sənətkarlığın  yüksək 
mərhələsinə gəlib çatdı... Ələsgər Ələkbərovu düşündürən bir də bu 
idi ki,  onun Otellosu  sələflərinin  Otellosundan fərqli,  yeni  olmaqla 
yanaşı,  həm  də  təsirli  səslənməsi  idi.  Onun  Otellosu  tamaşaçılara 
doğmalaşdı, uzun səhnə ömrü yaşadı” (18). 
“Otello” faciəsinin  ən təsirli  yerlərindən biri də final səhnəsi 
idi.  Məxmərlə  bəzədilmiş  evdə,  gözəl  Dezdemona  şirin  röyyalara 
qərq  olmuşdur.  Otello-Ələkbərov  əlində  şam  gəlir  və  qapıları  bağ-
layırdı.  Şamın  işığında  Ələkbərovun  parlayan  gözləri  tamaşaçıları 
heyrətə  salırdı.  Otello-Ələkbərov  “budur  səbəb!”-dedikdən  sonra 
qəzəbli  halda  şamı  söndürdü.  Bu  zaman  onun  dağ  kimi  əzəmətli 
görkəmi,  təkrar  olunmaz  tələffüsü  obrazın  dinamıkasını  daha  da 
artırırdı. 
Artıq şübhələr Otellonun Dezdemonaya qarşı nifrətini artmış-
dır. Otello-Ələkbərov Dezdemona ilə vidalaşarkən, onu öpür və “-
Sən öləndən sonra da belə ol! Mən səni qabaqcadan öldürəcək, son-
ra  isə  yenidən  sevməyə  başlayacağam”.-  bu  sözlərdən  məlum  olur 
ki, Otello-Ələkbərov Dezdemonanı sevərək məhv edəcəkdir. Yuxu-
dan  oyanan  Dezdemonanın  gözəlliyi  qarşısında  təslim  olmayan 
Otello-Ələkbərov  “ölüm”-deyə  onun  zərif  boğazından  yapışıb  bo-
ğarkən tamaşaçılar sarsılırdı. 
Bütün  işlərin  üstü  açılandan  sonra  Otello-Ələkbərov  tutduğu 
işə çox peşman olurdu. Odur ki, Ə. Ələkbərov Otellonun son mono-
loqunu göz yaşları içərisində söyləyib öz xəncəri ilə boğazını kəsir 
və Dezdemonanın yatağına yıxılırdı. 
1951 və 1957-ci illərdə Özbəkistan və Ermənistan respublika-
larında qastrolda olan Azərbaycan Dövlət Dram Teatrı “Otello” ta-
maşası ilə böyük rəğbət qazandı. Tamaşaçılar Ə. Ələkbərovun Otel-
losunu çox yüksək qiymətləndirdilər. 
S. Rzayev “Sovet Ermənistanı” qəzetində (30.06.1957) yazır-
dı; “Tamaşanın axırında döşəmədə əyləşən və sanki tamamılə süst-
ləşən Otellonun-Ələkbərovun simasını unutmaq olmaz. Keçmiş ge-
neraldan heç nə qalmamışdır... Bu səhnəni Ələkbərov ustalıqla, tam 
effektlə yaradırdı”. 


 
86 
Yerevanda  nəşr  olunan  “Kommunist  ”  qəzeti  (05.07.1957.) 
yazır ki; “Otello-Ələkbərov səhnədə göründüyü ilk dəqiqədən qarşı-
mızda  nəcib,  cəsarətli,  qüvvətli  bir  insan  kimi,  Dezdemonaya  olan 
hədsiz,  incə  və  işıqlı  məhəbbətdən  ürəyə  nur  saçan  bir  xilqət  kimi 
canlanır”. 
1949-cu  ildə  Azərbaycan  Dövlət  Dram  Teatrının  75  illik 
yubileyi təntənə ilə qeyd olundu. Bir çox görkəmli səhnə xadimləri 
fəxri  adlarla  və  ordenlərlə  təltif  olundular  (“Kommunist”  qəzeti, 
23.07.1949).  Bu  yubiley  münasibəti  ilə  Ələsgər  Ələkbərova  o 
dövrün ən ali mükafatı olan Lenin ordeni verildi. 
1950-ci  il  iyun  ayının  10-da  S.  Turabovun  quruluşunda          
Ə.  Haqverdiyevin  “Köhnə  dudman”  əsəri  səhnəyə  qoyulur  və         
Ə. Ələkbərova Pərviz xan rolu tapşırılır. 
Aktyorluq  imkanlarından  bacarıqla  istifadə  edən  Ə.  Ələk-
bərov kəndlilərin amansız düşməni olan Pərviz xan obrazını məha-
rətlə  yaratdı. Ə. Ələkbərovun böyük sənətinin nəticəsi idi ki, tama-
şaçılar onun yaratdığı Pərviz xana nifrət edirdilər. Əsərdə baş verən 
münaqişələrdə Pərviz xan-Ələkbərov təkdir, heç bir arxası  yoxdur, 
öz faciəsini hiss edən cəllad idi. 
Ə. Ələkbərovun yaratdığı obrazın bütün incələklərini duymuş 
və  ondan  bacarıqla  istifadə  etmişdir.  Onun  Pərviz  xanı  hamıdan 
şübhələnən bir insan idi. Pərviz xan-Ələkbərov səhnəyə ilk gəlişin-
dən  hiss  olunurdu  ki,  o  insanlara  inanmır  və  hər  bir  hərəkətində 
əsəbilik hiss olunurdu. 
“Ələsgər Ələkbərov (Pərviz xan), Rza Əfqanlı (Bədəl) ... kimi 
tanınmış aktyorlar tutarlı surətlər yaradırdılar” (18). 
Pərviz xan-Ələkbərov bütün kənd camaatına nifrət bəsləyirdi. 
O,  öz  nifrətini  qəddarlıqla,  amansızlıqla  ifadə  edirdi.  Ə.  Ələkbə-
rovun Pərviz xanı yaşadığı cəmiyyətin kəskin nifrətini qazanmışdır. 
Pərviz  xan-Ələkbərova  hamı  düşmən  idi.  Onun  dayağı  yox  idi. 
Qəddar Pərviz xan qadınını öldürürdü, qızını istədiyi oğlanla birlik-
də  divara  hördürürdü.  Ə.  Ələkbərov  Pərvaz  xanı  millətinə  nifrət 
bəsləyən,  daxili  qorxu  keçirən  qəddar  insan  obrazını  bacarıqla  ifa 
etməyə nail olmuşdur. 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə