İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə28/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   24   25   26   27   28   29   30   31   ...   39

 
90 
“Tamaşada  teatr  kol-
lektivi  kapitalizm  cəmiyyə-
tində  pulun  insanların  əxlaq 
və  məişətinə  mənfi  təsirini 
göstərməyə  çalışmışdı...  ta-
maşanın  ən  qüvvətli  cəhəti 
məhz həmin ideyanı səhnədə 
təcəssüm 
etdirən  Vassa-
Mərziyə 
Davudova 
və 
Proxor-Ələsgər 
Ələkbərov 
obrazlarını 
böyük 
sənətkarlıqla 
yaradılması 
idi” (30). 
Ə.  Ələkbərovun  Pro-
xor  obrazındakı  ən  maraqlı 
ifası  bacısı  Vassanın  meyiti 
hələ soyumamış, sevinc hissi 
ilə  seyfi  və  yazı  stolunun 
şkafını  yoxlayaraq,  oradakı 
pulları, pul kağızlarını fərəh-
lə  cibinə  qoyurdu.  Bu  detal-
ları  aktyor  elə  böyük  sənət-
karlıqla ifa edirdi ki, həqiqə-
tən  tamaşacılar  sənətin  bö-
yüklüyünə valeh olurdular. 
“Ələkbərov  Proxorun 
mənsub  olduğu  sinfin  həyat 
fəlsəfəsini  sənət  dili  ilə  ifşa 
etməyi bacarırdı” (2). 
Ə.  Ələkbərov  Proxor 
Xrapovun daxilindəki eybəcərliyi, onun vəhşi təbiətini tamaşaçılara 
göstərməklə ona qarşı nifrət yaradırdı. 
Geniş  yaradıcılıq  diapazonuna  malik  olan  Ə.  Ələkbərov  çox 
böyük  sənətkar  idi.  Onun  ifa  etdiyi  hər  hansı  səhnə  qəhrəmanı  əsl 
“Vassa Jeleznova”
 
tamaşasından səhnə.
 
Proxor Xrapov – Ə.Ələkbərov,  
Vassa – M.Davudova 


 
91 
sənət  qələbəsi  idi.  Aktyor  istər  komik,  istər  dramatik  və  istərsədə 
faciə  rollarını  bacaqıdla  ifa  edirdi.  Ə.  Ələkbərovun  böyük  sənəti 
onun ifa eddiyi obrazlarda aydın görünürdü. Onun yaratdığı bu ob-
razlar bir sənətkar kimi  Ə. Ələkbərovun şöhrətini  yüksək zirvəsinə 
çatdıraraq,  xalqa  sevdirmişdir.  Ə.  Ələkbərovun  yaratdığı  zəngin 
surətlər Azərbaycan teatrında tarixə çevrilmiş obrazlardır.
 
 
1954-cü il sentyabr ayının 11-də A. İsgəndərovun quruluşun-
da  tamaşaya  qoyulan  Mirzə  İbrahimovun  “Həyat”  pyesində 
Süleyman  ronu  Ə.  Ələkbərova 
tapşırılır. 
Ələkbərov  yaratdığı  Süleyman 
simasını  tez-tez  dəyişə  bilən  ağıllı 
düşmən  idi.  Soyuqqanlı  insan  olan 
Süleyman  aktyorun ifasında çox təd-
birli,  hərdən  yaşadığı  cəmiyyətdən 
şikayətlənən şəxs idi. 
Ə. Ələkbərovun Süleymanı  ya-
zıçının təsvir etdiyi səviyyədə idi. Za-
hirən  cüssəli  Süleyman-Ələkbərov 
düşüncəli və məntiqli idi. 
“Ələkbərov  “Süleyman”ı  zahi-
rən  mülayim,  nəzakətli,  işgüzar  və 
qayğıkeş idisə, daxilən narahat idi. O, 
gənclərdən  və  həqiqətdən  qorxan,  öz 
idealı  naminə  hər  cür  fəlakət  törət-
məyə hazır olan cani idi” (1). 
Camaatın etibarını qazanan Sü-
leyman-Ələkbərov  çox  ehtiyatla  do-
lanır,  qatillik  edirdi,  yanğınlar  törə-
dirdi.  Süleyman-Ələkbərov  dövlətə  xeyli  ziyan  vurduqdan  sonra 
qaçmaq  istərkən  kolxozçular  onu  tuturdular  və  o  məcbur  qalıb 
təslim olurdu. 
Ə.Ələkbərov – Süleyman 
rolunda 


 
92 
Ə.  Ələkbərov  Süleymanı  yaradarkən  səhnə  priyomlarından 
bacarıqla istifadə edərək, bədii ümumiləşdirmə yolu ilə getmiş, nəti-
cədə dolğun obraz yaratmışdır. 
 
 
 “Ə.  Ələkbərov  hiyləgər  və  fitnəkar  Süleymanın  mürəkkəb 
təbiətini canlandırır, onun mənəvi eybəcərliyini ifşa edirdi” (2). 
Ə.  Ələkbərov  məharətlə  maskalanmış,  mürəkkəb  xarakterə 
malik  olan,  yeniliyə  nifrət  edən  Süleyman  obrazını  uğurla  yarada 
bilmişdir. 
1955-ci  il  yanvar  ayının  29-da  A.  İsgəndərovun  quruluşunda 
səhnəyə qoyulan C. Cabbarlının “1905-ci ildə” əsərində Ə. Ələkbə-
rov yenə də Əmiraslan bəy Salamov obrazını ifa etdi. Ə. Ələkbərov 
əvvəl  ki,  quruluşlarda  bu  tamaşada  qubernator,  Salamov  və  Eyvaz 
kimi müxtəlif xarakterli rolları müvəffəqiyyətlə tamaşaçılara təqdim 
etmişdir. Bu quruluşda ifa olunan Salamovu aktyor səhnədə yaşının 
kamillik dövründə yaratmışdır. 
“Həyat” tamaşasından səhnə.
 
Soldan: Rəxşəndə – S.Bəsirzadə, Süleyman – Ə.Ələkbərov,  
Musa – A.Rzayev 


 
93 
M.  Rəfili  “Ədəbiyyat  və  incəsənət”  qəzetində  (05.02.1955) 
yazır  ki;  “Teatrımızın  zinəti  aktyor  sənətkarlığıdır,  Vaqif  kimi  bö-
yük həyacan, ehtiras, vüqar və lirizm ilə dolu bir surət yaratmış olan 
Ələsgər Ələkbərovun Əmiraslan bəy Salamov kimi realist və satirik 
bir  xarakter  yaratmasında  göstərdiyi  ustalıq  heç  də  təəccüblü 
deyildir...  onun  yaratdığı  Salamov  surəti  bir  çox  yeni  cizgilərlə 
fərqlənir ki, bu da Ələkbərovun müvəffəqiyyətidir. Bu, öz pulunun 
qüvvətinə  güvənən,  hər  bir  şeyi  pulla  satın  almaq  mümkün  oldu-
ğuna inanan qoçu, savadsız, cahil və vəhşi bir Bakı milyoneridir ”. 
 
Ə. Ələkbərovun yaratdığı Salamov öz xeyrini güdən, həyatını 
neft  mədənlərinə  bağlayan  kobud  bir  insan  idi.  Aktyor  Salamovu 
özündən razı, düşüncəsiz şəxs kimi yaradırdı. Əvvəldə qeyd olunub 
ki, Ələkbərov hələ 1937-ci ildə, 27 yaşında bu rolu ifa edib, tənqid-
də onun Salamovunu müsbət qiymətləndirib. Deməli, obrazın daxili 
aləmi  aktyora  bəlli  idi.  Ona  görə  də  tənqidçilər  bu  rolu  aktyorun 
uğuru saymaqda haqlı idilər. 
“1905-ci ildə” tamaşasından səhnə.
 
Sağdan: Salamov – Ə.Ələkbərov, Bahadur bəy – F.Fətullayev, 
General qubernator – A.Gəraybəyli  


 
94 
“Ələkbərov  çox  məharətlə,  incə  bir  taktla,  surətin  satirik-
komik xüsusiyyətlərini ifrat dərəcədə “gülünc” vəziyyətə salmadan 
oynadığı Salamov pulun gücünə güvənən, hər şeyi bu vasitə ilə həll 
edən, pula sitayiş edən və inanan, həm də çox vəhşi, savadsız, cahil, 
kobud bir milyonçu idi” (12). 
Daim özünü düşünən, şöhrətpərəst Salamov-Ələkbərov impe-
rator tərəfdən ali nişan aldıqda belə danışa bilmirdi, xoşbəxtliyindən 
gözləri işıldayırdı. Razılığını bildirmək üçün Salamov-Ələkbərov nə 
qədər  çalışırsa  da  söz  tapa  bilmirdi,  savadsızlığını  bir  daha  sübut 
edirdi. 
“Ələkbərovun  Salamovu  xüsusilə  diqqəti  cəlb  edir.  Artıq 
Ələkbərov  hər  bir  hərəkətinin  məsuliyyətini  duyan,  ona  qiymət 
verən  püxtələşmiş  bir  aktyor  olduğundan,  Salamov  obrazında  da 
qətiyyən  şit,  yüngül  və  gülüş  xatirinə  edilən  hərəkətlərə  yol  ver-
mirdi. Salamovun kobudluğu, mənəvi məhdudiyyəti, kütlüyü, səbir-
sizliyi  və  hətta  qaraqışqırıq  qoparması  belə  aktyor  tərəfindən 
inandırıcı surətdə yaradılırdı” (2). 
Salamovun danışıq tərzini, yerişini, zahiri formasını Ə. Ələk-
bərov bacarıqla rəsm etdirirdi. Aktyor bu rolda xüsusi görkəm alır-
dı.  Salamov-Ələkbərovun  köhnə  Bakı  ləhcəsində  kobud  danışığı 
cansıxıcı idi. 
Bütün  bu  deyilənlərdən  aydın  olur  ki,  Ə.  Ələkbərovun-Sala-
movu getdikcə təkmilləşmiş, bitkin bir obraz idi. 
1956-il mart  ayının 25-də  Ə. Şərifovunun quruluşunda Alek-
sandr Şteynin “Şəxsi iş” (tərcümə Ə. Məmmədxanlı) əsəri tamaşaya 
qoyuldu,  Xlebnikov  obrazına  Ə.  Ələkbərov  səhnə  həyatı  verdi. 
Aktyor  təmiz  qəlbli,  qeyrətli,  yumşaq  təbiətli  Xlebnikov  obrazını 
bacarıqla yaratdı. 
“Xlebnikov  obrazı  da  Ələkbərovun  görkəmli  yaradıcılıq 
nailiyyətlərindən  biridir.  Aktyor  bu  çətin  rolun  ifasında  ölkəmizin 
məşhur  sənətkarından  nəinki  geridə  qalmamış,  hətta  onlardan  daha 
parlaq müvəffəqiyyət əldə etmişdir” (21). 
Ə. Ələkbərovun Xlebnikovu heç bir əsası olmayan, böhtanlara 
məruz qalan insan idi. 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə