İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə36/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   31   32   33   34   35   36   37   38   39

 
120 
Fətəli  xan-Ələkbərovun  vüqarlı,  görkəmli,  mənalı  gözləri, 
dərin  düşüncəsi  tamaşaçıları  valeh  edirdi.  Fətəli  xan-Ələkbərov 
qəhrəmanlıqla  yanaşı  qüvvətli  məntiqə,  ağıl  və  təmkinə  malik  idi. 
O, qəhrəman olmaqla yanaşı, həm də bacarıqlı dövlət xadimi idi. 
“Ələkbərovun  kinodakı  ağıllı,  uzaqgörən,  xalqının,  ölkəsinin 
qeydinə  qalan  “Fətəli  xanı”ı  teatrda  oynadığı  Cavanşirə  ruhən  çox 
yaxındır” (25). 
Ə.  Ələkbərovun  ifasında  Fətəli  xan  daim  qayğılı,  gərgin 
olmaqla yanaşı həm də daxilən qüvvətli bir şəxsiyyət idi. 
“Ələkbərov  XVIII  əsr,  Azərbaycanın  ictimai-siyasi  cəhətdən 
narahat bir vəziyyətdə  olduğu bir zamanda vətənin müdafiəsinə qal-
xan Fətəli xanın dolğun obrazını məharətlə yaratmağa nail oldu” (1). 
Ə. Ələkbərov Fətəli xanıın düşdüyü psixoloji gərginliyi baca-
rıqla göstərirdi. Aktyor yaratdığı Fətəli xan obrazını düşünülmüş şə-
kildə davam etdirərək tamaşaçı yaddaşında dərin iz buraxmağa nail 
olmuşdur.
 
 
 “Ə.  Ələkbərovun  hər  bir  hərəkəti  və  baxışı  obrazın  təbiətin-
dən  doğur  və  onu  tamamlayırdı.  Kino  sənətinin  tələblərinə  uyğun 
olaraq aktyor calışırdı ki, bir qədər iri planda parlaq boyalarla rəsm 
edilmiş Fətəli xanı sadə və təbii yaratsın. Rejissor və operator haqlı 
Ə.Ələkbərov – Fətəli xan rolunda 


 
121 
olaraq  obrazın  dərin  psixo-
loji  anlarını  bütün  incəliklə-
rinə  qədər  tamaşaçılara  çat-
dırmaq  üçün  aktyoru  ön 
planda  göstərirdilər.  Fətəli 
xan  obrazı  Ələkbərovun  ən 
görkəmli  yaradıcılıq  nailiy-
yətlərindən  idi.  Burada  qüv-
vət  və  udrak  birləşərək  xalq 
idealını ifadə edirdi. Ələkbə-
rov böyük təbiətli aktyor idi. 
O,  coşğun  bir  ehtirasla  döv-
rün ictimai-siyasi idealını tə-
rənnüm  edən,  vətənpərvərlik 
kimi  nəcib  hisslərə  silahla-
nan,  fədakar  qəhrəmanlar 
sorağında  olan  gözəl  sənət-
kar  idi.  Ələkbərov  yaratdığı 
müsbət obrazları bir xarakter 
kimi tamamlayır, ona əzəmət 
verir,  qüvvətli  və  yenilməz 
xarakterə  çevirir  və  tamaşa-
çılar  üçün  nümunə  olurdu;  onun  kino  qəhrəmanları  bədii-estetik 
ideala  çevrilir,  içtimaiyyətimizin  həqiqi  bir  üzvi  kimi  rəğbət 
qazanırdı. Ələkbərovun ekranda yaratdığı obrazlar yüksək bədiiliyə, 
aydın  fikrə  və  münasibətə,  orijinal  aktyor  təbiəti  ilə  fərdi  üslub 
xüsusiyyətinə malik idi” (2). 
Ə.  Ələkbərovun  ifasında  Fətəli  xan  bütöv,  kamil  bir  obraz 
olmaqla yanaşı vətənpərvər, yenilməz sərkərdə idi. Ə. Ələkbərovun 
yaratdığı  zəngin  obrazlar  teatrda  olduğu  kimi,  kinoda  da  yüksək 
emosiyaya, güclü intelektə malik olan insanlardır. 
Ə.Ələkbərov – Fətəli xan rolunda 


 
122 
1956-cı  ildə  M.  Hüseynin  sse-
narisi  əsasında  rejissor  Ağarza  Quli-
yev neft uğrunda gedən mübarizədən, 
qabaqcıl  neftçilərin  həyatından  bəhs 
edən  “Qara  daşlar”  filmini  ekranlaş-
dırdı.  Bu  filmdə  Azərneft  birliyinin 
rəis  müavini  İsmayılzadə  obrazını 
Ələsgər Ələkbərova tapşırdı. 
İsmayılzadə-Ələkbərov 
mərd 
neftçilərə  hörmət  edən,  onların  əmə-
yini  qiymətləndirən  bir  insan  idi. 
Aktyorun  ifasında  İsmayılzadə  fırıl-
daqçılara, dövlətin pulunu havaya so-
vuranlara qarşı amansız idi. 
1958-ci  ildə  rejissor  Həbib  İs-
mayılov  öz  ssenarisi  (A.  Yan  ilə  bir-
likdə)  əsasında  “Ögey  ana”  bədii  fil-
mini çəkdi və bu filmdə kolxoz sədri Hüseyn dayı rolunu   Ə. Ələk-
bərov ifa etdi.  
Aktyorun  canlandırdığı  Hüseyn dayı işgüzar, zəhmətkeş, son 
dərəcə  təmiz,  humanist  bir  insan  və  boyük  bir  mahala  layiqli  ağ-
saqqal idi. Ələkbərovun hərəkətlərində bütün mizanlar düşündürücü 
idi.  Tamaşacılar  sanki  filmə  yox,  canlı,  müdrik  bir  insana  tamaşa 
edir, onun keçdiyi həyat yolu ilə zənginləşirdilər. 
1958-ci  ildə  İ.  Qasımov  və  H.  Seyidbəylinin  ssenarisi  əsa-
sında Tofiq Tağızadə “Uzaq sahillərdə” bədii filmini təhvil verdi. 
Film  Azərbaycan  xalqının  böyük  oğlu,  Sovet  İttifaqı  Qəhrə-
manı Mehdi Hüseynzadəyə, onun Böyük Vətən müharibəsi dövrün-
də göstərdiyi qəhrəmanlığa həsr olunmuşdur. Bu filmdə Ə. Ələkbə-
rov partizan dəstəsinin rəhbəri olan Luici Ferrero son dərəcə maraq-
lı ekran qəhrəmanıdır. 
“   “Uzaq sahillərdə” filmindəki Ferrero obrazı aktyorun bütün 
yaradıcılığında  ən  gözəl,  ən  canlı  və  dolğun  realist  obrazlardan  bi-
ridir. O, ekranda çox görünmür, lakin göründüyü səhnələrdə tama-
Ə.Ələkbərov – İsmayılzadə 
rolunda 


 
123 
şaçının hafizəsində və qəlbində həmişəlik nəqş olunub qalır. Komis-
sarın qayğılı siması ağır və təmkinli yerişi, partizanlara ata məhəb-
bəti ilə baxması, dərin düşüncəyə dalması-bunların hamısını aktyor 
elə  daxili  qüvvə  ilə,  ilhamla  canlandırmışdır  ki,  biz  sanki  həyatın 
özünü görür, poetik ruhla zəngin olan sənədli filmə, müxtəlif millət-
lərin  mərd  partizanlarının  Triest  yanındakı  düşərgəsinə,  onların  se-
vinc və kədərinə, döyüş həyatına baxırıq” (21). 
Ə. Ələkbərovun partizan dəstəsinin rəhbəri olan Ferrero obra-
zındakı çıxışı con dərəcə təbii və inandırıcı idi. O, bacarıqlı koman-
dir, səmimi insan obrazını yaratdı. 
“Ferrero obrazı Ələkbəro-
vun  bütün  kino  yaradıcılığında 
ən gözəl, ən canlı və dolğun ob-
razlardan  biridir.  Ferrero-Ələk-
bərov  ekranda  az-az  görünür, 
lakin  hər  dəfə  görünəndə  xoş 
təsir bağışlayır və adama dərhal 
elə  gəlir  ki,  bu  saat  nə  isə  yeni 
bir  ağıllı  tədbir  quracaqdır. 
Ələkbərovun  tədbirliyi,  qayğılı 
siması, təmkinli yerişi, sakit hə-
rəkət etdikdə belə, kiçik bir de-
talla  partizanlara  ata  məhəbbəti 
ilə  baxmasını  göstərir.  Bu,  tamaşaçıda  obraza  qarşı-obrazın  timsa-
lında  bütün  qayğıkeş  insanlara  qarşı  böyük  minnətdarlıq  hissi  do-
ğurur” (25). 
Ə. Ələkbərovun ifa etdiyi Ferrero obrazında vətəndaşlıq hissi 
son dərəcə güclü idi. Ə. Ələkbərovun bu obrazdakı çıxışı öz mərd-
liyi,  dərin  düşüncəsi,  düşmənə  sonsuz  nifrəti  ilə  tamaşaçını  heyran 
qoyurdu. 
“İlk  kadrlardan  məlum  olur  ki,  dünyanın  bir  çox  ölkələrini 
işğal edib xarabazara çevirmiş faşizm cəlladları zəngin mədəniyyətli 
İtaliyanı da öz qanlı pəncəsinə keçirib məhv etmək istəyir. İtaliyada 
faşizmə qarşı partizan hərəkatına rəhbərlik edən Luici Ferrero rolu 
Ə.Ələkbərov – Ferrero rolunda 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə