İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə37/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   31   32   33   34   35   36   37   38   39

 
124 
Ələkbərova çox yaraşırdı. Bu rolda o, çox mənalı görünürdü; onun 
hər  bir  hərəkətində,  obrazın  ümumi  rəsmində  böyük  bir  aktyorun 
yaradıcılıq hünəri hiss olunurdu; zahirən əzəmətli və yaraşıqlı səs və 
diksiyaca cox təsirli olan bu aktyor daxili məna, intelekt etibarilə də 
güclü və cazibəli idi. İlk nəzərdə sakit və təmkinli görünən Ferrero-
Ələkbərov son dərəcə dramatik  bir obraz olmaqla bərabər, daxilən 
də çox gərgin idi” (2). 
Beləliklə,  Ə.  Ələkbərovun  Ferrerosu  tədbirli,  ağıllı,  iradəli, 
bacarıqlı olmaqla  yanaşı, son dərəcə mehriban, partizan dəstəsində 
olan insanlara valideyn nəvazişi göstərən komandir idi. 
1958-ci  ildə  Q.  Musayevin  ssenarisi  (rejissorlar  İ.  Əfəndiyev 
və Ş. Şeyxov)  əsasında tamaşaçılara nümayiş olunan “Gölgələr sü-
rünür”  filmində  Ə.  Ələkbərov  professor  Rəşid  Sərdarlı  rolunu  ifa 
etdi. 
Sərdarlı  obrazı  ilə  Ələk-
bərov elm aləmində  saç  ağart-
mış  bir  alimin  bütöv  obrazını 
yaratmağa nail olmuşdur. 
 “Ələkbərov  professorun 
əzəmətini,  mənəvi  ləyaqətini 
sənətkarlıqla rəsm etməklə bə-
rabər, başqalarının əli ilə adına 
və  əqidəsinə  yaraşmayan  bir 
işə  təhrik  edilərkən  keçirdiyi 
mənəvi  sarsıntılarını,  tərəddüd 
və  iztirablarını  emosional  bir  tərzdə  tamaşaçılara  təqdim  edirdi.  O, 
həyatında  ilk  dəfə  istedadı  olmayan  bir  nəfəri  müdafiə  edir,  sonra 
isə  səhvini  aradan  qaldırmaq  üçün  keçirdiyi  təbəddülatı  məharətlə 
ifadə  edirdi.  Ələkbərov  professor  Sərdarlının  təbii  və  dolğun  obra-
zını  yaratmaqla  tamaşaçılara  deyir  ki,  insan  heç  zaman  ədalət  və 
həqiqət hissini itirməməlidir” (1). 
Sərdarlı-Ələkbərovun  zəif  dissertasiya  haqqında  söylədiyi 
müsbət  fikri,  sonralar  isə  keçirdiyi  əzablar  çox  inandırıcı  idi.  Bu 
kadrlarda aktyor Sərdarlının daxili aləmini üzünün mimikasında ay-
Ə.Ələkbərov – Sərdarlı rolunda 


 
125 
dın  göstərirdi.  Ələkbərov  Sər-
darlının düşdüyü vəziyyəti dü-
şünülmüş şəkildə əks etdirirdi. 
1960-cı 
ildə 
yazıçı        
M. Hüseynin ssenarisi əsasında 
rejissor  Ağarza  Quliyev  “Sə-
hər” filmini tamaşaçılara təhvil 
verdi.  Bu  filmdə  sahibkar  Rə-
him  bəy  obrazı  Ə.  Ələkbərov 
tapşırıldı. 
Yaratdığı  hər  hansı  bir 
obrazın  inkişaf  dinamikasını 
düzgün dərk edən, onun psixoloji vəziyyətini canlandıra bilən Ələk-
bərovun  yaratdığı  Rəhim  bəy  öz  bitkinliyi  ilə  seçilən  sənət  nümu-
nəsidir. Aktyorun ifasında Rəhim bəy neftdən gələn gəlirin hesabına 
sahibkar  səviyyəsinə  yüksələn,  hər  şeyə  pulun  gözü  ilə  baxan 
insandır.
 
 
“Aktyor, kino-filmlərdə yaratdığı bir sıra başqa obrazları kimi, 
Rəhim  bəyin  də  mənəvi  eybəcərliklərini  təbii  surətdə  açmaqla 
bərabər, onun yeni ideyalarda qarşılaşdırarkən gücsüz, dayaqsız və 
qanuna  uyğun  olaraq  yaşamağa  qadir  olmayan  bir  varlıq  kimi 
mənalandırırdı” (2). 
1960-cı  ildə  Dovjenko  adına  Kiyev  kinostudiyasının  istehsal 
etdiyi  iki  seriyalı  “Varislər”  filmində  (ssenarisi  İ.  Lukovski,  quru-
luşçu rejissor T. Levçuk) din dəllalı don Aqilla obrazını Ələkbərov 
böyük müvəffəqiyyətlə yaratmışdır. 
“Ə. Ələkbərov rolun həcmindən asılı olmayaraq, onun xarak-
terik  keyfiyyətlərini  bacarıqla  ümumiləşdirir,  bədiiliklə  canlandırır 
və  dramatik  bir  münasibətlə  şərh  edirdi.  Ələkbərovun  bu  mövqeyi 
onun sənətkarlıq hünərinin ən gözəl keyfiyyətlərindən idi. O, kəskin 
gülüşü və dramatizmi eyni dərəcədə mənalandırır, aydın fikir, dərin 
məntiq ifadə edirdi” (2). 
Ə.  Ələkbərovun  ifa  etdiyi  ispaniyalı  keşiş  don  Aqillanın 
müxtəlif cildə girərək öz rəqiblərinin ürəyinə yol tapıb, onları özünə 
Ə.Ələkbərov – Rəhim bəy rolunda 


 
126 
tabe etmək istəyirdi. O,  obrazın  daxilində heyrət və nifrəti üzünün 
cizgilərində əks etdirirdi. Aktyor don Aqillanın həyatında baş verən 
böhranı  peşəkarlıqla  duyur  və  tamaşaçılara  göstərirdi.  Don  Aqilla-
Ələkbərov məğlub olduğunu başa düşdükcə daxilən sınır, lakin özü-
əvvəl ki, kimi qürurlu saxlamaq istəyir, lakin bunu bacarmırdı. 
“Xalqa,  azadlığa,  ictimai 
prinsiplərə  əsaslanan  ideyanın 
təntənəsini  görən  don  Aqilla-
Ələkbərov çox təbii  və  emosio-
nal  bir  tərzdə  böhran  keçirir, 
mütəəsir olur, təşvişə düşür. Bu, 
Ələkbərovun  qüvvətli  sənətkar-
lıq duyğularının təntənəsi  hesab 
edilə bilər” (2). 
Beləliklə,  həcmcə  kiçik 
olan ispaniyalı keşiş don Aqilla 
obrazı  həqiqətən  Ə.  Ələkbəro-
vun yaradıcılıq qələbəsi idi. 
1962-ci  ildə  Ə.  Məmmədxanlının  ssenarisi  əsasında  rejissor 
Lətif Səfərov “Leyli və Məcnun” “Məhəbbət dastanı” bədii filmini 
çəkdi.  Bu  filmdə  SSRİ  xalq  artisti  Ələsgər  Ələkbərov  Məcnunun 
atası Şeyx Əmir rolunu ifa edirdi. 
Ə.  Ələkbərov  Şeyx  Əmiri  müasir  bir  obraz  kimi  ifa  etməyə 
çalışmış və buna nail olmuşdur. Burada aktyor Şeyx Əmirin bir ata 
kimi  keçirdiyi  iztirabları,  oğluna  olan  sonsuz  məhəbbətini  incə 
şitrixlərlə  tamaşaçılara  çatdırırdı.  Oğlunu  böyük  məhəbbətlə  sevən 
Şeyx  Əmir-Ələkbərov  onun  qəlbindən  keçən  arzu  və  istəkləri 
öyrənə bilmədikdə narahat olurdu. 
“Şeyx Əmir-Ələkbərov ağıllı, qayğıkeş və mehriban olmaqla 
bərabər, həm də ağır təbiətli, düşüncəli ağsaqqal və hər bir məsələyə 
şüurla  yanaşan  kədərli  bir  atadır.  Ələkbərovun  ifasında  qaranlıq 
mühitə, yeniliyə və tərəqqiyə etinasız qalan əqidələrə qarşı ittiham 
nidası  duyulur.  Ə.  Ələkbərovun  öz  qəhrəmanını  belə  bacarıqlı 
Ə.Ələkbərov – Don Aqilla 
rolunda 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə