İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə33/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   29   30   31   32   33   34   35   36   ...   39

 
109 
edirdi.  Fərhad  Kamalov  amansız  olduğu  qədər  də  insanpərvərdir, 
cəza verəndə çox sağalmaz yaralara məlhəm qoyan təbibi xatırladır”. 
Fərhad-Ələkbərov  əsl  məqsədi  tapmaq  üçün  əlindən  gələni 
əsirgəmirdi.  O,  Bəxtiyarovu  ifşa  edərkən  qəzəblənirdi.  Bütün  bu 
prosesləri cilovlayan Fərhad Kamalov-Ələkbərov həqiqəti axtarma-
ğa çalışırdı. 
“Səhnədə  təzə  rol  kimi  son  işi  olan  Fərhad  Kamalov 
bütövlükdə aktyor Ələsgər Ələkbərovun ifasında müasirimizin canlı, 
həyati obrazı səviyyəsində təqdim edilirdi” (27). 
Ə.  Ələkbərovun  yaratdığı  Fərhad  Kamalov  öz  mənəviyyatını 
qoruyan müstəntiq kimi yaddaşlara həkk olundu. Onun ifa etdiyi bu 
obraz bütöv xarakterə malik idi. 
 
 
 
 
 
 
1962-ci  ildə  böyük  sənət  fədaisi,  SSRİ  xalq  artisti  Ələsgər 
Ələkbərovu Naxçıvan şəhər seçki dairəsinin zəhmətkeşləri SSRİ Ali 
Sovetinə deputatlığa namizədliyi irəli sürülür və deputat seçılır. Bu 
xalqın etimadını, məhəbbətini qazanan sənətkarın xoşbəxtliyi idi. 
“Alov” tamaşasından səhnə.
 
Soldan: Fərhad Kamalov – Ə.Ələkbərov,  
Kərim Rəhimli – İ.Osmanlı, Rəfiqə Rəhimli – L.Bədirbəyli 
 


 
110 
Azərbaycan  teatrının  tərəqqisində  əvəzsiz  xidmətləri  olan 
görkəmli səhnə ustası, SSRİ xalq artisti Ələsgər Ələkbərovun əməyi 
böyük,  xidmətləri  ölçüyəgəlməzdir.  O,  yarım  əsrdən  bir  az  artıq 
ömrünün 38 ilini teatr və kino sahəsinə həsr edərək ölməzlik qaza-
nan nadir sənətkarlardandır. 
 “Ələkbərov daim inkişafda olan bir aktyor idi. Bu onun səh-
nədə  dərin  fikir,  geniş  məna,  qüvvətli  məntiq  ifadəçisi  kimi  püxtə-
ləşməsinə,  böyük  ehtiraslar 
yaradıcısı  kimi  tanınmasına 
imkan  verdi.  Ələkbərov  artıq 
yaradıcılığının  son  dövründə 
ifa  etdiyi  obrazları  fəlsəfi 
ümumiləşdirmə 
səviyyəsinə 
qaldıran bir filosof aktyoru an-
dırırdı.  Bununla  da  o,  tama-
şacıları 
daha 
dərindən 
düşündürüb 
həyatı 
bütün 
əsrarəngizliyi,  bütün  ziddiy-
yəti  ilə  dərk  etməyə  vadar 
edirdi” (2). 
XX  əsrin  ən  qüdrətli 
sənətkarı  olan  SSRİ  xalq 
artisti  Ə.  Ələkbərov  yaratdığı 
bir-birindən  kəskin  fərqlənən 
zəngin  obrazlar  qalereyası  da-
im  tamaşaçıları  düşündürmüş-
dür.  Qüdrətli  sənətkarın  ifa 
etdiyi  səhnə qəhrəmanları insanları gələcəyə  aparan sənət  nümunə-
ləridir. Onun yaratdığı Elxan, Vaqif, Aydın, Kral Lir, Fərhad, Otello, 
Cavanşir  kimi  möhtəşəm  obrazlar  sənətkarlığın  əlçatmaz  zirvəsini 
fəth  etmişdir.  Azərbaycan  səhnəsinin  fəxri  olan  bu  görkəmli  sə-
nətkar  həyat  veriyi  qəhrəmanları  kimi,  bütöv  təbiətə  malik  olan 
böyük  insan  idi.  Onun  ifa  etdiyi  hər  hansı  bir  obraz  tamaşaçıların 


 
111 
mənəviyyatında  böyük  dönüş  yaradaraq, 
onları yüksəlişə, inkişafa çağırırdı. 
 “Ələkbərov çoxcəhətli istedada malik 
olan bir sənətkardır. O, tragik və komik rol-
larda  eyni  müvəffəqiyyətlə  çıxış  edir. 
Müxtəlif  xarakterli  səhnə  obrazlarını  eyni 
müvəffəqiyyətlə  yaradır.  İstedadlı  artistin 
roldan-rola  girmək  məharəti,  hər  obrazı 
özünə  məxsus 
orijinal 
səviyyədə yarat-
ması xüsusilə diqqətəlayiqdir. 
Ələsgər  Ələkbərov  bu  yaradıcılıq  müvəffəqiyyətlərinə  yalnız 
yorulmaz və inadlı əmək sayəsində nail olmuşdur. O həmişə hər bir 
rol üzərində böyük səy və ilhamla işləmişdir” (21). 
Ə.  Ələkbərov  hər  hansı  bir  obrazı  səhnədə  canlandırmazdan 
əvvəl,  yaradacağı  personajın  daxilini,  onun  bütün  xüsusiyyətlərini 
ətraflı  öyrənir  və  təhlil  edirdi.  Buna  görə  də  aktyorun  ifa  etdiyi 
obrazlar  düşünülmüş  inandırıcı  səhnə  qəhrəmanlarıdır.  Ə.  Ələk-
bərov mürəkkəb xarakterə malik olan obrazları yaradarkən qrimdən 
çox  istifadə  etmirdi  ki,  üzünün  cizgiləri  aydın  görünsün,  obrazın 
daxili aləmini tamaşaçıya dəqiq göstərə bilsin. 
SSRİ xalq artisti Ə. Ələkbərov incəsənətə bağlı bir insan idi. 
O,  böyük  aktyor  olmaqla  yanaşı  rəssam,  bəstəkar  və  bədii  qiraətçi 
idi. 
Onun  M.  A.  Əliyev,  M.  Mərdanov,          C.  Əliyev,  A.  H. 
Cavadov, Ə. Qurbanov,     Y. Alenskaya, Ə. Sultanov, F. Fətullayev,   
H.  A.  Salayev,  M.  Dadaşova  həsr  olunan 
portret  və  dostluq  şarjları  sənətkarlıq  baxı-
mından  çox  maraqlıdır.  O,  bu  portiretlərdə 
aktyor yoldaşlarının xarakter xüsusiyyətləri-
ni ifadə etməyə çalışmışdır. 
Ə. Ələkbərov özünü bəstəkar kimi də 
sınamışdır. O, S. Rüstəmin, T. Əyyubovun, 
Ə. Ələkbərov şəhər gəzintisində 


 
112 
H. Arifin sözlərinə “Gül niyə verdin”, “Qara  gözlü  dildar”, “Nazlı 
yarım  oyansın”,  bundan  başqa  “Aşıq  mahnısı”  və  Göygöl”  mah-
nılarının müəllifidir. 
Ə. Ələkbərovun “Komsomol marşı” adlı musiqisi müsabiqədə 
yüksək  mükafata  layiq  görülmüşdür.  O,  həm  də  M.  Hüseynin 
“Cavanşir” pyesində Cavanşirin səhnəyə daxil olmasını xəbər verən 
bir neçə musiqi parçasının müəllifidir. 
Ə. Ələkbərov bədii qiraət ustası kimi də məşhur idi. O, M. Ə. 
Sabirin, A. S. Puşkinin,  M.  F. Axundovun, S. Rüstəmin,                 S. 
Vurğunun,  R.  Rzanın,  İ.  Səfərlinin,                    N.  Xəzrinin,  T. 
Mütəllimovun  şerlərini  tamaşaçı  və  dinləyicilərə  yüksək  zövqlə 
çatdırırdı. 
İncəsənətin  bir  çox  növü  ilə  məşğul 
olan,  SSRİ  xalq  artisti  Ələsgər  Ələkbərov 
Azərbaycan  kinosunda  da  müxtəlif  xarakerə  malik,  sənətin 
tükənməzliyini təcəssüm etdirən əzəmətli obrazlar yaratmışdır. 
 
 
 
 
 
Ə.Ələkbərov 
müxtəlif illərdə 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə