İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə24/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   20   21   22   23   24   25   26   27   ...   39

 
78 
xadimi və eyni zamanda sevən aşiq, geniş qəlbli insan idi. Ə. Ələk-
bərov Otellonu görkəmli sərkərdə və alicənab insan kimi yaradırdı. 
“Bu tamaşada birinci növbədə, Ələsgər Ələkbərovun yaradıcı-
lıq qələbəsini xüsusilə qeyd etmək istərdim. 
Makduf, Tibalt və Kral Lir kimi mürəkkəb Şekspir qəhrəman-
larını müvəffəqiyyətlə yaradan Ə. Ələkbərov Azərbaycan səhnəsin-
də  45  idən  bəri  oynanılan  “Otello”  tamaşalarında  H.  Ərəblinski,            
A. M. Şərifzadə və Ülvi Rəcəbdən sonra Otello rolunda çıxış etməli 
idi. 
Ə. Ələkbərov  gərgin  yaradıcılıq işi sayəsində  yeni,  müstəqil, 
orijinal  bir  Otello  surəti  yaratdı.  Onun  Otellosu  sədaqətli  dövlət 
xadimi  və  qəhrəman  bir  sərkərdə  olmaqla,  eyni  zamanda,  sadə  və 
təmiz  qəlbli  insan  idi.  Ələkbərovun  Otellosunda  biz  qısqanclığın 
yox, aldanılmış insanın faciəsini görürdük. Ələkbərov bu yeni rolda 
öz  istedad  və  qabiliyyətini  bütünlüklə  nümayiş  etdirirdi.  O,  öz 
oyununda  Otellonun  ən  səciyyəvi  cəhətlərini-sadəlik  və  səmimiy-
yətini,  məğlubedilməz  iradəsini  bütün  dolğunluğu  ilə  açıb  göstərə 
bildi” (24). 
Otello-Ələkbərovun  yaradıcılığında  ən  dolğun,  mükəmməl 
obrazlardan biridir. Ə. Ələkbərovun Otellosu dünya səhnəsində ifa 
olunan  klassik  Otello  obrazları  ilə  yanaşı  durur.  Onun  Otellosu 
kamil  sənət  əsəri  kimi  Şekspir  ideyasını  dəqiq  açan  bu  tamaşada 
həlledici rol oynamışdır. 
“Otellonun  ilk  tamaşasına  az  qalmış  Ələkbərov  öz  qrim  ota-
ğında  divara  iri  bir  şəkil  vurdu.  Bu,  sovet  rəssamı  Prorokovun 
məşhur əsəri idi. Rəssam amerikan faşistlərinin qara zəncilər üzərin-
də dəhşətli zülmünü ... məhkəmsini təsvir etmişdir: gənc, vüqarlı bir 
zənci yırtıcıların əli ilə ağaca bağlanıb diri-diri yandırılır. Alov onun 
tunc  sinəsinə  yalayır.  Onun  üzündə  ağrı  və  dəhşətlə  yanaşı,  insan 
cildinə  girmiş  yırtıcılara  qarış  sonsuz  və  öldürücü  bir  qəzəb,  nifrət 
ifadəsi vardır. 


 
79 
Ələkbərov geyinib qrimləndikdən 
sonra  bu  şəklin  qarşısında  xeyli  daya-
nar,  od  içində  yanan  zəncinin  bütün 
ağrılarını,  bütün  qəzəbini  duyar,  sonra 
səhnəyə  çıxırdı...  Ələkbərov  bu  insan 
cəlladları  ilə  qarşılaşan,  onların  fitnə-
karlığı  nəticəsində  ən  gözəl  hissini-in-
sana  olan  etibarını,  müvəqqəti  də  olsa, 
itirib  sarsılan,  məhv  olan  möhkəm  ira-
dəli,  nəcib  bir  ərəbin  faciəsini  təsvir 
etmişdir” (21). 
Ə.  Ələkbərovun  yaratdığı  Otel-
loda məhəbbət,  məftunluq, istuqanlılıq, 
qısqanclıq,  qəhrəmanlıq  əsas  yer  tu-
turdu. O, Otellonu böyük temperament-
lə,  təmiz  ürəklə,  saf  məhəbbətlə,  yana-
yana yaradaraq ifa edirdi. 
M.  Hüseyn  “Azərbaycan  gəncləri”  qəzetində  (22.05.1949) 
yazır  ki;  “Otello  Ələkbərovun  ifasında  əzəmətli  olduğu  qədər  də 
sadə və səmimidir. O, ilk dəfə səhnədə göründüyü zaman hamını da 
özü kimi şad və xoşbəxt görmək istəyir. Onun məsum təbəssümün-
də,  yeddi  yaşından  bu  vaxta  qədər  çəkdiyi  bütün  iztirabları  unut-
muş, böyük məhəbbətindən başqa hər şeyə biganə baxan bir insanın 
xoşbəxtliyi  ifadə  olunmuşdur...  Otello-Ələkbərov  bütün  əsər  boyu 
hərəkətdədir. Onun pauzaları da kəskin bir dramatizm ilə doludur”. 
Ə. Ələkbərov Şekspir ideyasını düzgün dərk edərək Otellonu 
tamaşaçılara  sənətkarlıqla  çatdırmışdır.  Aktyor  orta  əsr  sərkərdə-
sinin  surətini  bütün  qüvvəsi  ilə  tamaşaçılara  göstərməyə  müvəffəq 
olurdu. 
“...  Makduf  ...  Tibalt  ...  Lirdən  sonra  Ələkbərov  Otellonu 
böyük  müvəffəqiyyətlə  yaratdı...  Ələkbərovun  ifa  etdiyi  Otello... 
böyük ictimai mənanı ifadə edir. 
Ələkbərovun oyununu zinətləndirən, ona orijinal bir keyfiyyət 
verən digər bir cəhəti də qeyd edilməlidir. O da bundan ibarətdir ki, 
Ə.Ələkbərov – Otello 
rolunda 


 
80 
bir  çox  aktyorlar  Otellonu  böyük  bir  insan  kimi  müəyyən  milli 
xüsusiyyətlərə  malik  olduğuna  çox  az  əhəmiyyət  verirlər.  Ələkbə-
rov üçün isə böyük insan Otello eyni zamanda böyük bir ərəbdir. O, 
heç  bir  zaman  ərəb  paltarını  dəyişmir,  yeri  gəldikdə  bardaş  qurub 
oturur” (6). 
Aktyor oyunu baxımından çox yeni olan Otello obrazında Ə. 
Ələkbərov gur və məlahətli gözəl səsə, kəskin və mənalı mimikaya 
malik  idi.  Ələkbərov  Otellonu  belə  böyük  sənətkarlıqla  ifa  etməsi 
ondan  irəli  gəlirdi  ki,  o,  danışmayanda  da  son  sıralarda  oturan 
tamaşaçılar  onun  nə  demək  istədiyini  üzünün  mimikasından  aydın 
hiss  edirdilər.  Şübhəsiz  ki,  Ə.  Ələkbərovun  ən  çox  şöhrət  tap-
masının əsas səbəbi məhz bu idi. 
M.  Allahverdiyev  “Ədəbiyyat  və  incəsənət”  qəzetində 
(25.04.1964) yazır ki; “Onun gur və xoş səsi, aydın tələffüzü, səhnə 
üçün  çox  dəyərli  olan  cazibəli  görkəmi,  xüsusən,  alovlu  tempera-
menti Otello rolunda çıxış etməsinə böyük haqq verirdi. 
Ə. Ələkbərov, Otelloya xas olan səmimiliyi, mərdanə sadəliyi
insana hörmət və inam hissini, əzəmət və vüqarı canlandırmaq üçün 
K.  S.  Stanslavskinin  hazırladığı  “Otello”  tamaşasının  rejissor  planı 
ilə  tanış  olmuşdu...  Ə. Ələkbərov çalışırdı  ki,  Otellonun timsalında 
Şekspirin  təbliğ  etdiyi  humanizmi,  insanpərvərliyi,  insana  inam  və 
məhəbbəti bütün gözəliyi, əzəməti ilə canlandırsın. İstedadlı aktyor 
böyük sənətkarlıqla bu vəzifənin öhdəsindən gəldi”. 
Ə.  Ələkbərovun  Otellosu  tamaşaçıları  ona  görə  sarsıdırdı  ki, 
o,  yaratdığı  obrazın  ruhunu  dərk  edərək,  onun  daxilini  düzgün  öy-
rənmişdir.  Bunun  üçün  də  Ə.  Ələkbərovun  ifası  tamaşaçını  riqqətə 
gətirirdi, onu düşündürürdü. 
“Ə.  Ələkbərov  çətin  və  mürəkkəb  Otello  rolunu  ilk  dəfə 
oynayır. Odur ki, onun böyük bədii qüvvəyə malik bir obraz yarada 
bilməsi  son  dərəcə  sevindiricidir.  Bu  müvəffəqiyyət  artistin  yalnız 
istedadından  və  yaxşı  səhnə  qabiliyyətindən  deyil,  eyni  zamanda 
onun tərbiyəsindən, dünya görüşündən irəli gəlir... Ələkbərov üçün 
Otellonun mənəvi aləminə yol tapmaq, onun düşüncələrini anlamaq, 
mənəvi saflığını duymaq, başa düşmək nisbətən asan idi. Ələkbərov 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə