İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə8/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   4   5   6   7   8   9   10   11   ...   39

 
26 
nüfuz etmiş, onu yüksək aktyorluq məharəti ilə tamaşaçılara çatdıra 
bilmişdir. 
“Ələsgər Ələkbərovun oynadığı  rollar dərin məzmun  daşıyır, 
ictimai  pafosla  fərqlənir.  Onun  ifasındakı  hər  bir  obraz  canlı  bir 
insan, bir şəxsiyyət, bir fərd olmaqla bərabər, eyni zamanda müəy-
yən  sinfin,  zümrənin  nümayəndəsi,  müəyyən  ideyanın  təmsilçisi, 
hansı bir ictimai fikrinsə tərəfdarı və təbliğatçısıdır. Bu rolların icti-
mai siqləti, vətəndaşlıq mahiyyəti böyükdür” (22). 
1936-cı il mart ayının 15-də teatr Nəzərlinin tərcüməsində da-
hi ingilis dramaturqu Vilyam Şekspirin ümumbəşəri ideyaları həya-
ta keçirən “Maqbet” faciəsi görkəmli rejissor A. A. Tuqanovun qu-
ruluşunda tamaşaya qoyuldu. 
“Şekspir  irsini  mənimsəmək  uğrunda  yorulmadan  çalışan  ... 
Azərbaycan Dövlət  Dram  Teatrı  1935/1936-cı  illərin  mövsümündə 
“Maqbet” faciəsi üzərində işləməyə başladı. 
... Bu əsərin tamaşası respublikamızın teatr həyatında əlamət-
dar bir hadisə oldu. 
... Quruluşcu rejissor A. A. Tuqanov haqlı olaraq, Şekspir rea-
lizminin mistikaya ehtiyacı olmadığını nəzərə almış, eyni zamanda, 
zahiri  effektlərdən  çəkinərək,  əsas  fikrini  aktyor  yaradıcılığına  və 
obrazların  dolğunluğuna  vermişdir.  Bunun  nəticəsində  teatr  kol-
lektivi  faciənin  ideya-məzmununu  düzgün  və  dərindən  açmağa 
müvəffəq olmuşdur”(24). 
Bu  tamaşada  A.  M.  Şərifzadə  (Maqbet),  M.  Davudova  (Ledi 
Maqbet),  Ə.  Ələkbərov  (Maqduf),  S.  Ruhulla  (Banko)  romantik-
dramatik ifa göstərə bilmişdilər. 
Ə. Ələkbərov ilk dəfə idi ki, Şekspirin əsərindən çıxış edirdi. 
Aktyor  özü  də  qeyd  edirdi  ki;  “Mən  bu  obrazı  yaratmaq  üçün 
Şekspirin öz əsərlərindən və onun haqqında yazılmış materiallardan 
istifadə etmişəm. Şekspir qəhrəmanı rolunda ilk dəfə çıxış edəcəyim 
üçün hər şeydən əvvəl müəlliflə yaxından tanış olmağa çalışmışam” 
(“Yeni yol” qəzeti, 22.02.1936-cı il).  
 


 
27 
Onu da qeyd etmək lazımdır ki, Maqduf rolunun hazırlanma-
sında  ona  Maqbet  rolunu  ifa  edən  A.  M.  Şərifzadə  çox  kömək 
etmişdir. 
“Ə.  Ələkbərov  Şekspir  əsərlərində  ilk  dəfə  oynamasına  bax-
mayaraq “Maqbet” faciəsində vətənə hədsiz sədaqətli  olan Maqdu-
fun  mərd, cəsur obrazını təsirli  və inandırıcı surətdə  yaratdı  və bu-
nunla  da  sübut  etdi  ki,  Şekspir  qəhrəmanlarını  oynayacaq  və 
gələcəkdə unudulmaz obrazlar yaratmağa müvəffəq olacaqdır”(23). 
M.  Allahverdiyev  “Ədəbiy-
yat  və  incəsənət”  qəzetində 
(25.04.1964)  yazır  ki;  “Maqduf-
Ələkbərov  ilk  dəfə  səhnədə  görü-
nərkən, təmkinli, xoşrəftar, qəhrə-
man  bir  insan  kimi  diqqəti  cəlb 
edirdi.  Aktyorun  sərrast  adımları 
aydın  baxışları  nəzakətli  hərəkət-
ləri  obrazın  varlığı  ilə  bağlı  olan 
və  onun  xarakterini  ifadə  edən 
düzgün tapılmış əlamətlər idi”. 
Maqduf-Ələkbərov  ilk  səh-
nədə  çox  təmkinli  vüqarlı  görün-
ürdü. O, olduqca mülayim və kral 
Dunkana  dərin  məhəbbət  göstə-
rirdi.
 
 
“Ələkbərov Şekspir faciəsin-
də  Maqbetə  qarşı  qoyulmuş  Şot-
land  sərkərdəsinin  möhkəm  xarakterini,  coşğun  ehtirasını,  vətənə 
sədaqətini  təsirli  və  inandırıcı  göstərirdi.  “Maqbet”  tamaşasının 
ümumi  müvəffəqiyyətində  gənc  artistin  böyük  rolu  olmuşdur. 
Maqduf-Ələkbərov  öz  ailəsinin  Maqbet  tərəfindən  xaincəsinə 
öldürüldüyü  xəbərini  eşitdikdə  qəzəb  içində  çırpınır,  vətən  və  ailə 
yarası  onu  qızğın  aslana  çevirir.  Ələkbərov  bu  səhnədə  xüsusilə 
əzəmətli idi. O, Maqdufu şöhrətpərəst və qatil padşaha qarşı, haqq 
Ə.Ələkbərov – Maqduf 
rolunda 


 
28 
işi  uğrunda  vuruşan  mərd  bir  Şotlandiya  sərkərdəsi  kimi  realist-
cəsinə canlandıra bilmişdir” (21). 
Aktyor  oyununun  ən  maraqlı  yerlərindən  biri  də  Maqduf-
Ələkbərovun  arvad-uşağını  Maqbet  tərəfindən  vəhşicəsinə  öldü-
rüldüyünü eşitməsidir. Maqduf-Ələkbərov bütün varlığı ilə sarsılırdı. 
O, göz yaşını qəlbinə damcıladırdı. Aktyor bu səhnəni elə böyük sə-
nətkatlıqla  ifa  edirdi  ki,  tamaşaçı  onun  əzabına  dərindən  şərik 
olurdu. 
“Maqduf rolunda Ə. Ələkbərov əksərən dolğun və bitkin  su-
rətlər  yaradaraq “Maqbet” in Azərbaycan səhnəsində tam mənasilə 
səslənməsinə kömək edir...” (8). 
Əsərdə  Maqduf  obrazının  böyük  olmamasına  baxmayaraq, 
aktyor yaratdığı surətin böyük arzularını dərindən hiss edərək tama-
şaçılarya  çatdırmışdır.  Ə.  Ələkbərov  obrazın  mahiyyətini  dərindən 
duyaraq cazibəli xarakter yaratmağa müvəffəq olmuşdur. 
“Bu  rol  onun  (Ələkbərovun-İ.A.)  zəngin  və  çox  cəhətli  akt-
yorluq istedadını aşkara çıxartdı, tamaşaçılarda ona qarşı böyük hör-
mət qazandırdı” (24). 
Ələsgər  Ələkbərovun  ifasında  Maqduf  düşüncəli  və  təmkin-
lidir. Onda qəhrəmanlıq və vətənpərvərlik hissi vəhtəddə verilmişdir. 
Aktyor Maqduf obrazını yaradaraq sübut etmişdir ki, o, roldan rola 
inkişaf etmiş, təkmilləşmişdir. 
“Maqduf rolunu ifa  edən Ə.  Ələkbərovun sürətlə  boy atan is-
tedadlı  bir  aktyor  olduğunu  qeyd  etməliyik.  O,  hər  yeni  rolunda  ta-
nınmaz  dərəcədə  dəyişir,  öz  istedadının  müxtəlif  cəhətlərini  büruzə 
verir. Ələkbərov, qubernator (“1905-ci ildə”) rolu ilə Maqduf arasın-
da heç bənzəyişə yol vermir. Bu, şübhəsiz, onun hər bir əsərdə irəli-
lədiyini  göstərir...  Ələkbərovun  Maqduf  rolunu  düzgün  anlamasının 
nəticəsidir  ki,  Maqbet  kimi  yırtıcı  bir  adamla  qarşılaşanda  tamaşaçı 
onun qüdrətini hiss edir və onun qalib gələcəyinə inanır” (11). 
Ə. Ələkbərovun yüksək sənətkarlıqla yaratdığı Maqduf vətən-
pərvər  bir  qəhrəman  kimi  haqqın,  ədalətin  keşiyində  duran  bir  in-
sandır. Aktyor Maqdufun mərd, son dərəcə təsirli obrazını inandırıcı 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə