İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə6/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   2   3   4   5   6   7   8   9   ...   39

 
20 
dova, M. Mərdanov, P. Tanailidi, İ. Hidayətzadə, Ü. Rəcəb, A. Gə-
raybəyli,  R.  Təhmasib,  S.  Hacıyeva  kimi  çox  böyük  sənətkarlar,     
H. Cavid, C. Cabbarlı kimi klassik dramaturqlar çalışırdılar. 
Teatra  daxil  olduğu  ilk  vaxtlardan  “Od  gəlini”  faciəsinin  qu-
ruluşçu rejissoru S. Mayorovun razılığı ilə Ə. Ələkbərova Aqşin ob-
razı tapşırıldı. 
Əlbəttə Ülvi Rəcəb kimi sənətkardan sonra bu rolu ifa etmək 
gənc  aktyor  üçün  ciddi  imtahan  idi.  Lakin  o,  bu  imtahandan 
müvəffəqiyyətlə çıxdı. 
A.  Babayev  “Sovet  kəndi”  qəzetində  (24.11.1960)  yazır  ki, 
“Aktyorun  Əzizbəyov  adına  teatrdakı  bu  ilk  çıxışı  onun  sənətinin 
pərəstişkarlarının  sayını  daha  da  artırmışdır.  Ələkbərov  özündən 
əvvəlki  ifaçıları  təkrar  etmədən  tamamilə  yeni  və  orijinal  olan  bir 
səhnə obrazı yaratmışdır”. 
Ə.  Ələkbərovun  ifasında  Aqşin  çox  cəsarətli  və  mərd  idi. 
Onun  Aqşini  böyük  sənətkarlıqla  yaradılmış  dolğun  obraz  idi.  Və 
təsadüfi  deyil  ki,  tamaşadan  sonra  C.  Cabbarlı  səhnəyə  çıxıb            
Ə. Ələkbərovun əlini sıxaraq, o gün olsun ki, Aydın, Elxan, Otello 
rollarında parlayasan-demişdir. Çox təssüf ki,  böyük dramaturq bu 
xoş günləri görə bilmədi... 
““Od  gəlini”nin  o  zamankı  tamaşalarını  görənlər  Aqşin 
rolunda çıxış edən Ələkbərovun müvəffəqiyyətini yadlarından çıxa-
ra bilməzlər. Artist öz oyunu ilə təkcə Aqşinin surətini  deyil, eyni 
zamanda  Elxan  surətinin  də  xüsusilə  böyük,  əzəmətli  çıxmasına 
qüvvətli təsir göstərirdi. Ələkbərov Elxanala Aqşinin qarşılıqlı mü-
nasibətini,  bu  münasibətin  ictimai  xarakterini  və  faciədəki  rolunu 
çox düzgün təyin dərək, başa düşmüşdü ki, Aqşinin dünyagörüşünü, 
böyük mənəvi iztirablarını nə qədər dərindən, nə qədər qabarıq şə-
kildə  göstərsə,  tamaşaçı,  Elxanın  sarsılmaz  iradəsini,  böyük  mənə-
viyyatını  o  qədər  aydın  duyar  və  görər.  Ələkbərov  Aqşinin  sima-
sında hələ kiçik yaşlarından şurunu ərəb işğalçılarının şürük fəlsəfə-
si ilə zəhərlənmiş, islam mücahidlərinin təbliğatına uyub, öz inamı-
nı möhkəm etiqada çevirmiş bir cəngavər obrazı yaratmışdı” (21). 


 
21 
A. Qasımzadə “Azərbaycan müəllimi” qəzetində (24.11.1960)  
yazır  ki;  “Onun  (Ələkbərovun-İ.A.)  burada  ilk  böyük  rolu  “Od 
gəlini”  pyesindəki  Aqşin  obrazıdır.  Bu  obraz  gənc  artistin  yüksək 
səhnə mədəniyyətinə və temperamentinə malik olduğunu göstərdi”. 
Ə.  Ələkbərov  Aqşin  obrazı  üzərində  məsuliyyətlə  işləmişdir. 
Onun  ifasında  Aqşin  daxilən  möhkəm,  bacarıqlı,  qüvvətli  bir 
sərkərdə idi. 
“Od gəlini” faciəsinin ən dəhşətli səhnələrindən biri də Elxan-
la Aqşinin həbsxanada görüş səhnəsidir. Bu səhnə nəinki Azərbay-
can hətta dünya dramaturgiyasının ən əzəmətli səhnələrindən biridir. 
Bu səhnəni ifa edərkən Ə. Ələkbərov Aqşinin son dərəcə ağıl-
lı və dərin düşüncəli olmasını mükəmməl detallarla büruzə verirdi. 
“Aqşin obrazını böyük bir sənətkarlıqla yaradan Ü. Rəcəbdən 
sonra  Ələsgər  üçün  bu  rolu  oynayıb  tamaşaçıların  rəğbətini  qazan-
maq,  əlbəttə,  asan  deyildi.  Lakin  o,  qüvvət  və  bacarığını  səfərbər 
edib Aqşinin obrazının öhdəsindən müvəffəqiyyətlə gəldi” (2). 
Ə. Ələkbərovun ifasında Aqşin düşünülmüş, qətiyyətli bir ob-
razdır. O, yaratdığı qəhrəmanı düzgün dərk etmiş və tamaşaçı yad-
daşına həkk edə bilmişdir. 
C.  Cabbarlının  “Od  gəlini”  əsərində  ki,  Aqşin  obrazından 
sonra Ələsgər Ələkbərov V. Şekspirin “Otello”  faciəsində Radriqo, 
H. Cavidin “Səyavuş” mənzum faciəsində Gərşivəz, Valentin Kata-
yevin  “Çikəklər  yolu”  əsərində  Qozdolder,  A.  Korneyçukun  “Do-
nanmanın  məhvi”  pyesində  Leytenant  Qorn,  A.  N.  Ostrovskinin 
“Günahsız  müqəssirlər”  əsərində  Murov,  C.  Cabbarlının  “1905-ci 
ildə” pyesində Qubernator, M. F. Axundovun (M.F. Axundzadənin 
– İ.A.) “Hacı Qara” komediyasında Kərəməli, Q. Musayevin “Qızıl 
çeşmə” pyesində Nağdəli, A. Korneyçukun “Polad Qartal” əsərində 
Nəsirov  və  Polad,  V.  Şekspirin  “Maqbet”  faciəsində  Maqduf,  M. 
Cananın  “Şahnamə”  əsərində  Şah  Zeyir,  V.  Şekspirin  “Romeo  və 
Cülyetta” faciəsində Tibalt, M. İbrahimovun “Həyat” pyesində Akif, 
C. Cabbarlının “1905-ci ildə” dramında Salamov, M. F. Axundovun 
“Hacı Qara” komediyasında Heydər bəy, C. Məcnunbəyovun “Ya-
nar  dərə”  əsərində  Sultanov,  Georgi  Mdivaninin  “Vətən  namusu” 


 
22 
pyesində  Yaqor  kimi  müxtəlif  xaraktetli  zəngin  obrazlar  silsiləsi 
yaratmışdır. 
Azərbaycan Dram Teatrında uğurlu addımlarını atmağa başla-
yan  Ələsgər  Ələkbərov  səhnəmizin  realist  və  romantik  aktyorluq 
məktəbini  inkişaf  etdirən  görkəmli  sənətkarların  qayğısı  ilə 
püxtələşib, yetkin bir sənətkara çevrilmişdir. 
“Ələsgər Ələkbərov roldan rola tanınmaz dərəcədə dəyişməyi, 
hər  obrazın  cildinə  girməyi,  səciyyə  dəyişməyi  yaxşı  bacarır.  Belə 
dəyişmək,  hər  dəfə  yeni  təcəssüm  tapmaq  hünəri  aktyorun  zəngin 
istedadına  dəlalət  edir.  Bu  hünərin  gücünədir  ki,  o,  müxtəlif 
əsərlərdə, müxtəlif janrlı pyeslərdə bir-birindən fəqrli, bəzən də bir-
birinə zidd olan obrazlar yarada bilir” (22). 
1934-cü il mart ayının 1-də Hüseyn Cavidin “Səyavuş” mən-
zum faciəsi İsmayıl Hidayətzadənin quruluşunda tamaşaya qoyuldu. 
Bu  əsərdə  Ə.  Ələkbərov  Əfrasıyabın  anadan  qardaşı  olan  qəddar 
Gərşivəz obrazını yaratdı. 
Əsərdə  Gərşivəz  Turan  ordusunun  sərkərdəsidir.  O,  daim 
özünü Əfrasıyaba sadiq göstərməyə çalışır. Ə. Ələkbərovun ifasında 
Gərşivəz Səyavuşun mərdliyini, qəhrəmanlığını, şan-şöhrətini görüb 
onu xəyanətlə məhv etmək istəyir. Ə. Ələkbərov Gərşivəzin hər ad-
dımda Səyavuşa zərbə endirmək istədiyini, qəddarlığını göstərmək-
lə tamaşaçıda yaratdığı obraza qarşı dərin nifrət yaradırdı. Ə. Ələk-
bərov bu mürəkkəb xarakterli rolun öhdəsindən asanlıqla gəlmiş və 
bu ifası ilə özünü tamamaşaçı yaddaşına həkk edə bilmişdir. 
1934-cü  il  noyabr  ayının  5-də  teatr  Yusif  Yulduzun  qurulu-
şunda İ. Qazıyevin tərcüməsundə Aleksandr Korneyçukun “Donan-
manın məhvi” (“31-43” və “Eskadranın məhvi”) pyesi səhnələşdiril-
di.  A.  Korneyçukun  ilk  əsərlərindən  olan  “Donanmanın  məhvi” 
müəllifə geniş şöhrət gətirmişdir. 
Ə. Ələkbərovun ifasında leytenant Qorn dərin zəkası, ağlı və 
bacarığı ilə tamaşaçının diqqətini cəlb edirdi. 
“...  Onun  (Ələkbərovun-İ.A.)  yaradıcılıq  meyli,  sənətkar  tə-
fəkkürü başlıca olaraq öz ifadəsini müasir dramaturqların əsərlərin-
də tapır” (22). 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə