İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə3/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   2   3   4   5   6   7   8   9   ...   39

 
11 
Ə. Ələkbərovun istedadını hiss edən Bakı Türk İşçi Teatrının 
rəhbərliyi onu aktyor heyətinə qəbul edir. 
“1928-1929-cu  il  mövsümündə  Ələsgərin  yaradıcılıq  həya-
tında yeni bir səhifə başlandı. Rejissor A. Ridal V. Kirşonun “Qızıl 
trenlər” (“Relsı qudyat”) əsərində Ələsgərə Andryan Andryanıç ro-
lunu  tapşırdı.  Əvvəlcə  bu  Ələsgəri  qətiyyən  sevindirmədi.  Cünki 
Andryanıç Ələsgərdən nisbətən üç dəfə yaşlı idi. Lakin aktyor get-
dikcə rola alışdı.
 
 
Ömrünün  çox  hissəsini  əzab-əziyyətlə  keçirən  qoca  Andryan 
yeni həyat naminə bir an belə rahatlıq bilmədən çalışmaqla bərabər, 
vaxtını  boş  keçirən  və  ictimai  əmək  normalarına  etinasız  yanaşan 
tənbəllərə, səhlənkarlara qarşı qəzəbli və amansız idi. İşgüzar Andr-
yan Andryanıç həm də xeyirxah, təmizqəlbli və zəhmət adamlarına 
qayğıkeşliklə  yanaşan,  gənc  ...  bir  insan  kimi  diqqəti  cəlb  edirdi. 
Ələsgər  obrazın  bu  kerfiyyətlərini  səhnədə  canlandırmağa  nail 
olmuşdur” (2). 
1929-1932-ci  illərdə  Ə.  Ələkbərov  Bakı  Türk  İşçi  Teatrında    
J.  B.  Molyerin  “Cancur  Səməd”  (“Yalançı  xəstə”)  komediyasında 
Cancur Səməd, V. Kirşonun “Küləklər şəhəri” ndə Karyagin, P. Ro-
manovun  “Zəlzələ”  əsərində  Yaraşıq,  Q.  Pavlovun  “Cin  tanrısı”nda 
dəftərxana  müdiri  Bab  Bedjerton,  V.  Hüqonun  “Noturdam  kil-
səsi”ndə ikinci carcı, Ə. H. Hamidin “Hind qızı” əsərində ser Bortel, 
A.  Qlebovun  “İncə”  pyesində  (“İnqa”)  Səlim,  S.  Bağdasaryanın 
“Qanlı səhra” əsərində Baba, S. Rüstəmin və H. Nəzərlinin “Yanğın” 
komediyasında Əhmədəli, H. Nəzərlinin “Yollar” pyesində müsavat 
əsgəri,  H.  İsmayılovun  və  Əb.  Fövzinin  “Gizli  əl”  əsərində  obkom 
sədri  Rəcəbov, S. Hüseynin “Gölgə” dramında qolcomaq Hacı  Zəki 
və başqa müvəffəqiyyətli səhnə obrazları yaratmışdır.
 
 
1929-cu  ildə  J.B.  Molyerin  “Cancur  Səməd”  komediyası 
Aleksandr  İvanovun  quruluşunda  tamaşaya  qoyuldu  və  Cancur  Sə-
məd obrazını Ələsgər Ələkbərov canlandırdı. 
Ə.  Ələkbərovun  yüksək  aktyorluq  bacarığı  getdikcə  artırdı  və 
əsas rolları ifa etmək imkanı yarandı. Cancur Səməd rolunu Ə. Ələk-
bərovdan əvvəl böyük sənətkarımız Kazım Ziya ifa etmişdir. 


 
12 
“Kazım  Ziyadan  sonra  bu  rolu  ifa  edən  Ələkbərov  zahiri 
görkəmdən  məharətlə  istifadə  etmışdir.  Cancur  Səməd-Ələkbərov 
köklükdən tərpənə bilmirdi. Kəsafət onu basmışdır. Aktyor obrazın 
bu  xüsusiyyətini  daha  qabarıq  göstərmək  üçün  şişman  bir  görkəm 
almışdır.  Onun  enlibalaqlı  şalvarı,  qırmızı  topa  saqqalı  da  ümumi 
görkəmi ilə ahəngdar surətdə bağlı idi. Bununla Ələkbərov Cancur 
Səmədin  zəhmətdən  uzaq  olan  tüfeyli  təbiətini  ifşa  edir,  onu 
bəsləyən mühitə nifrət oyadırdı” (2). 
Bu məşhur komediya N. Nuriyev tərəfindən tərcümə edilmiş, 
hadisələr azərbaycanlaşmış, surətlərin adları dəyişdirilmişdir. 
Tamaşada var-dövlət sahibi Cancur Səməd-Ələkbərov düşün-
cəsiz və xəsisdir, dayaz düşüncəsilə əlaqədar onun düşdüyü hala ta-
maşaçı gülürdü. Aktyor yaratdığı obrazın vəziyyətini dərindən dərk 
edərək onu xarakterik boyalarla açırdı. 
1929-cu  ilin  payızında  rejissor  Aleksandr  İvanov  böyük  türk 
nasiri  və  dramaturqu  Əbdülhəq  Hamidin  “Hind  qızı”  faciəsini 
Əhməd Cavadın tərcüməsində tamaşaya qoydu. İlk tamaşa dekabrın 
17-də göstərildi. 
““Hind qızı” tamaşası  teatrın güclü  aktyor ansamblının sənət 
qələbəsi  qazandığı  əsərlərdən  oldu.  Tamaşada  bir-birindən  müvəf-
fəqiyyətli aktyor oyunları əsərə monimental təsir gücü, bədii tamlıq, 
ideoloji aydınlıq vermışdir” (28). 
Ə. Ələkbərov “Hind qızı” əsərlində əyalət hakimi, polkovnik 
ser Bortel obrazını çox yüksək sənətkarlıqla ifa etmişdir. O, ingilis 
müstəmləkəçisi  ser  Bortelin  qəddarlığını,  daxili  eybəcərliyini  aç-
maqla son dərəcə böyük, dramatik ampulaya malik olduğunu sübut 
etdi.  Ser  Bortel-Ələkbərov  sakit  görünməsinə  baxmayaraq,  içəri-
sində gizlənmiş vəhşi təbiətini məharətlə tamaşaçılara göstərirdi. 
 “...  Ə.  Ələkbərov  ser  Bortel  kimi  məhsul  və  çətin  bir  rolda 
çıxış edirdi. Ələsgərin 19 yaşlı olmasına baxmayaraq, onun hündür 
boyu, enli kürəyi, iri sifəti, qızğın temperamenti, gur səsi ser Bortel 
rolunu müvəffəqiyyətlə oynadığına ümid verirdi... Bortelin-Ələkbə-
rovun  ətrafındakı  sadə  insanlara  son  dərəcə  laqeyd  bir  münasibət 
bəsləməsi  tamaşaçını  hiddətləndirir,  nifrət  və  qəzəb  doğururdu. 


 
13 
Onun gözlərində parıldayan talançılıq ehtirası sifətindəki saxta ifa-
dələri  silib  aparırdı.  Bortel-Ələkbərov  səhnədə  tək  qalanda  açıq 
gözlərini yavaş-yavaş qıyıb, bürüşmüş barmaqlarını və əyri biləyini 
sinəsinə sıxaraq kəskin nəzərlərlə ətrafı seyr edir və surətli adımlar-
la səhnədən çıxırdı. Bununla da Ələkbərov başqa xalqın var-dövləti-
ni  talan  etməkdə  mahir  və  böyük  bir 
təçrübəyə  malik  qəddar  Bortelin  daxili 
eybəcərliyini  ifadəli  cizgilərlə  göstərir 
və ifşa edirdi” (2). 
 “Ə.  Ələkbərov  qubernator  ser 
Bortel rolunda tipik bir ingilis müstəm-
ləkəçisi  obrazını  yaratmışdır.  Gənc  ar-
tist,  ser Bortelin simasında, zəif və  ge-
ridə  qalmış  xalqları  insan  hesab  etmə-
yən,  onların  qanını  soran  yırtıcı  impe-
rialistlərin  tipik  xüsusiyyətlərini  yaxşı 
ümumiləşdirmışdir.  Ser  Bortelin  çatıl-
mış  qaşları,  böyük  bir  narazılıq  ifadə 
edərək büzülmüş dodaqları, hind kənd-
lilərinə  bir  ikrah  hissi  ilə  baxan  sərt 
gözləri tamaşaçılara aydın göstərirdi ki, 
o,  “ali  irqə”  mənsub  olması  ilə  öz 
“yüksək  mədəniyyəti”  ilə  lovğalanan 
bir müstəmləkəçidir. Artist lovğa imperialistin yırtıcılığını onun hər 
bir hərəkətində, mimikasında, səsində və tələffüzündə belə açıb gös-
tərirdi. Qubernator kəndlilərlə danışarkən quduz bir köpəyə çevrilib, 
hürüyirdü. Yoxsul hindlilərin döyülməsi səhnəsində ser Bortel zəif, 
aciz adamlara ruhi və cismani işgəncə verməkdən zövq alan qəddar 
bir  cəllad  olduğunu  xüsusilə  aydın  göstərirdi.  Lakin  Ələkbərovun 
ser Borteli sakit halda da hətta şən göründüyü anlarda da özünü ifşa 
edirdi:  onun  gözlərində  həmişə  sərt,  soyuq  bir  ifadə,  insana  nifrət 
hissinin tutqun ifadəsi görünürdü” (21). 
“Bakinski raboçi” qəzeti (22.12.1929) yazır ki; “Gənc aktyor 
Ələkbərovun axır vaxtlar çox irəli getdiyini qeyd etməliyik. Ələkbə-
Ə.Ələkbərov – ser Bortel 
rolunda 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə