İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə10/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   6   7   8   9   10   11   12   13   ...   39

 
32 
göstərərək,  elə  bir  əda  və  ifadə  ilə  deyirdi  ki,  “gəda”  sözündən 
təhqiramiz bir söyüş bilməyən zadəganın sanki bütün varlığını açıb 
göstərirdi” (21). 
Beləliklə,  Maqduf  obrazından  sonra  Ələsgər  Ələkbərov 
Tibaltı da yüksək sənətkarlıqla yaratmağa müvəffəq olmuşdur. 
1937-ci il aprel ayının 28-də A. İsgəndərovun quruluşunda M. 
İbrahimovun ilk səhnə  əsəri olan  “Həyat” pyesi  tamaşaya qoyuldu 
və  Akif  obrazını  Ə.  Ələkbərov  ifa  etdi.  Pyesdə  cərəyan  edən 
konflikt də Akifin ailəsindən başlayır. 
Ə. Ələkbərov Akifi lirik planda 
yaratmağa  müvəffəq  olmuşdur.  Onun 
Akifi  qısqanc  və  sadəlövh  idi.  Ələk-
bərovun  Akifi  zəmanəsinin  oğludur. 
O,  Süleymana  inanırdı,  ona  müqavi-
mət göstərə bilmirdi. 
1937-ci  ildə  noyabr  ayının  3-də 
İ. 
Hidayətzadənin 
quruluşunda          
C. Cabbarlının “1905-ci ildə” əsəri ta-
maşacıların  sərancamına  verili  və 
Əmiraslan bəy Salamov rolu Ə. Ələk-
bərov canlandırdı. Əlbətdə İ. Hidayət-
zadədən və M. A. Əliyevdən sonra bu 
obrazı  yaratmaq  aktyordan  böyük  ba-
carıq tələb edirdi. Və Ə. Ələkbərov bu 
obrazı layiqincə ifa etdi. 
Salamov-Ələkbərovun  ifasında 
yalnız küt və kobud adam deyildir. O, 
kapitalist  mənafeyini  bilən,  heç  kəsə  güzəşt  etməyən  bir  insan  idi. 
“Salamov obrazında Ə. Ələkbərov Əmiraslanbəyin kobudluğunu və 
primitivliyini,  kütlüyünü  və  yırtıcılığını  tam  ciddi  planda,  obrazın 
sinfi  təbiəti  kimi  inikas etdirmişdir.  Artist  burada  da  Cabbarlı  dia-
loqlarının  dərin  ictimai  mahiyyətini  düzgün  qavradığını  gös-
tərmişdir” (21). 
 
Ə.Ələkbərov – Salamov 
rolunda 


 
33 
D.  Qalin  “Bakinski  raboçi”  qəzetində  (15.11.1937)  yazır  ki; 
“Bu rol nadir bir təzəliyə və özünəməxsusluğa malikdir, gənc artist 
Ə. Ələkbərov kəskin satirik ahəngə meyl edir”. 
Ələsgər  Ələkbərov  ifa  etdiyi  bu  mürəkkəb  obrazı  belə 
xarakterizə  edirdi;  “Salamovun  böyük  ustalıqla  işlənmiş  spesifik 
cizgiləri,  hərəkətləri  vardır.  Salamov  dedikcə  kobud,  yöndəmsiz, 
hərəkət və ifadələrində ölçüsüz və biçimsizdir. Bu tipin hərəkət və 
danışıqları indi bizim üçün çox gülməlidir. Komik effektlər yaradan 
bu  cəhətləri  inkişaf  etdirməklə  rol  ciddiyyətini,  buna  görə  də 
ictimai-tarixi mənasını itirir, gülməli şarj halına salınmış bir şəkildə 
meydana  çıxır.  Bu  qorxulu  nöqsana  yol  verməmək  üçün  mən 
əlimdən  gələn qədər çalışmışam” (12). 
Ə.  Ələkbərovun  yaratdığı  Salamov  zəhmətkeş  insanların 
amansız düşməni idi. O, kobud olmaqla yanaşı, hər şeyə pulun gözü 
ilə baxırdı. Aktyorun ifasında Salamovun tamaşa boyu bütün müha-
kimə və fikirləri sadədir, iyrəncdir. 
“Oynadığı rolları bədii ümumiləşdirmə səviyyəsinə qaldırmaq, 
onların fərdiyyəti ilə ictimai mahiyyəti bə mövqeyi arasında vəhdət 
tapmaq,  tip  yaratmaq  Ələsgər  Ələkbərovun  realizm  məktəbinə  hə-
mişə sadiq olduğunu sübut edir. O öz yaradıcılığının ilham dəmlə-
rində  ən  uğurlu  və  müvəffəqiyyətli  obrazlarını,  yaradarkən  Azər-
baycan  səhnə  realizminə  həqiqətən  gözəl  nümunələr  əlavə  edir, 
ayrı-ayrı  hallarda  öz  böyük  sələflərinin  səviyyəsinə  yüksəlir.  Ə. 
Ələkbərovun  faciə  planında  yaratdığı  bəzi  obrazları  Abbas  Mirzə 
xəttinin  davamı  hesab  edilə  bilər.  Onun  yaradıcılığına  bütünlüklə 
baxanda, onun fəaliyyətinə ümumi bir nəzər yetirəndə isə düşünmək 
olar  ki,  Azərbaycan  səhnə  realizminin  iki  qolu-realizm  və  roman-
tizm xətləri burada birləşərək yeni bəhrə vermişdir” (22). 
1938-ci  il  yanvar  ayının  17-də  Rza  Təhmasıbin  quruluşunda 
tamaşaya qoyulan M.  F. Axundovun məşhur “Hacı Qara” komedi-
yasında Ə. Ələkbərova Heydər bəy obrazı ilə tamaşaçılar qarşısında 
çıxış etdi.
 
 


 
34 
Heydər  bəy-Ələsgər  Ələk-
bərovun  yaratdığı  ən müvəffəqiy-
yətli  rollardan  biridir.  Aktyor 
Heydər  bəyin  timsalında  köhnə-
liyi,  tüfeyliliyi  ifşa  edirdi.  Bu  ta-
maşada  müəyyən  epizodlar  olma-
sına  baxmayaraq  aktyor  bunların 
öhdəsindən  bacarıqla  gəlirdi.  Ə. 
Ələkbərovun  ifa  etdiyi  Heydər 
bəy  tamaşa  boyu  müxtəlif  yerlər-
də hadisəyə uyğun obrazı qürurlu 
gənc kimi,  dost kimi,  vüqarlı bəy 
kimi,  qaçaq kimi, müqəssir kimi, 
məsum  bir  cavan  kimi  elə  təsirli 
oyun  nümayış  etdirirdi  ki,  tama-
şaçı  onun  böyük  istedadına  valeh 
olurdu. 
Ələsgər  Ələkbərov  1938-ci 
ildə,  mart  ayının  26-da  A.  İsgən-
dərovun  quruluşunda  “Yanar  də-
rə” pyesində Sultanov və yenə hə-
min ildə, aprel ayının 28-də S. Rüstəmin tərcüməsində, Ağəli Dada-
şovun  quruluşunda  Georgi  Midivaninin  “Vətən  namusu”  (“Vətən 
oğlu”) əsərində Yaqor obrazlarını ifa etdi. 
“  “Vətən”  tamaşasının  premyerası  martın  2-də  təyin  olundu. 
Ancaq  həmin  gün  və  ümumiyyətlə,  1937-ci  ildə  bu  tamaşa 
oynanılmadı.  Cabbar  Məcnunbəyovun  bu  əsəri  1938-ci  il  mart 
ayının 26-da “Yanar dərə” adı ilə göstərildi” (26). 
1938-ci  il  oktyabr ayının 5-də Azərbaycan teatr sənətində ta-
rixi  hadisə  baş  verdi.  Həmin  gün  Səməd  Vurğunun  “Vaqif”  mən-
zum  dramı Adil  İsgəndərovun quruluşunda tamaşaya qoyuldu.  Ta-
maşada çox qüdrətli aktyor ansambılı var idi. Sidqi Ruhulla-Qacar, 
Əli  Qurbanov-Vidadi,  Ağasadıq  Gəraybəyli-İbrahim  xan,  Rza  Əf-
qanlı-Eldar,  Fatma  Qədri-Xuraman,  Sona  Hacıyeva-Gülnar  və 
Ə.Ələkbərov – Heydər bəy  
rolunda 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə