İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə13/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   9   10   11   12   13   14   15   16   ...   117

 44 

 

 



 

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEVİN ADINDAN BELARUS 

RESPUBLİKASININ PREZİDENTİ ALEKSANDR 

LUKAŞENKONUN ŞƏRƏFİNƏ TƏŞKİL EDİLMİŞ 

RƏSMİ QƏBULDA NİTQ 

 

«Gülüstan» sarayı 

 

2 may 2007-ci il 

 

Azərbaycan Respublikasının Prezidenti 



İlham Əliyevin nitqi 

 

Hörmətli Aleksandr Qriqoryeviç! 



Hörmətli qonaqlar! 

İcazə verin, sizi Azərbaycan torpağında bir daha səmimi-

qəlbdən 

salamlayım 

və  aparılmış  danışıqlardan  dərin 

məmnunluğumu  bildirim.  Aleksandr  Qriqoryeviçlə  görüşü-

müzdə  bizi  maraqlandıran  bütün  məsələlər  –  siyasi,    qarşılıqlı  

əlaqələr,  iqtisadi  əməkdaşlıq,  energetika,  neft-qaz  əməliyyatları  

sahəsində  əməkdaşlıq, humanitar, hərbi-texniki əməkdaşlıq, yəni 

son vaxtlar aşkar tərəqqi olan bütün istiqamətlər barədə çox geniş 

fikir  mübadiləsi  aparıldı.  Çox  qısa  müddətdə  münasibətlərimizin 

tamamilə  yeni səviyyəyə çıxması bizi olduqca sevindirir. Bu çox 

etibarlı,  çox  güclü  qarşılıqlı  əlaqələr,  tərəfdaşlıq,  əməkdaşlıq 

səviyyəsidir.  Biz  belə  əməkdaşlıq  üçün  zəruri  olan  hər  şeyi  qısa 

müddətdə təmin etdik. Bu gün biz bu barədə danışdıq, çox az vaxt 

ərzində  Azərbaycanın  Belarusda  və  Belarusun  Azərbaycanda 

səfirlikləri açıldı. Ötən ilin oktyabrında biz Minskdə razılığa gəldik 

və  demək  olar,  dərhal  sonra  Bakı–Minsk  aviareysi  açıldı.  Artıq 

bunun  özü  də  fəal  iqtisadi  əməkdaşlığın  mühüm  elementidir. 



 

45 


Razılaşmalardan  yarım  il  sonra  Azərbaycanda,  Azərbaycan 

müəssisələrində  Belarus  zavodlarının  məhsulu  buraxılır,    əmtəə 

dövriyyəsinin  artırılmasına    dair  çox  fəal  dialoq  gedir.  Bütün 

bunlar  praktik    işlərin,    ölkələrimizin    rəhbərliyinin    siyasi  

iradəsinin    və    əlbəttə    ki,    bu    layihələrin    tapşırıq    verilmiş 

əlaqədar 

qurumlar, 

təşkilatlar  tərəfindən  fəal  həyata 

keçirilməsinin nəticəsidir. 

Belarus   prezidentinin   Azərbaycana   bugünkü   səfəri   də   

münasibətlərimizin   inkişafında   mühüm  mərhələdir. Müstəqillik 

illəri  ərzində  ölkələrimiz  dövlətin  inkişafı,  müstəqilliyin 

möhkəmlənməsi, iqtisadi potensialın  möhkəmlənməsi  üçün  çox 

böyük  yol  keçmişdir.  Müstəqil  ölkələr  kimi,  Belarus  və 

Azərbaycan  bu  gün  də  tərəqqi  və  inkişaf  yolu  ilə  inamla 

irəliləyir.  Biz  sizin  uğurlarınıza,  nailiyyətlərinizə,  ölkənizin 

dönmədən  inkişafını  və  əhalinin  firavanlığını  təmin  edən  hər 

şeyə sevinirik. Eyni hal Azərbaycanda da baş verir. 90-cı illərin 

ortalarının  çox  ağır  böhranından  çıxan  iqtisadiyyatımız  indi 

olduqca  dinamik  inkişaf  edir.  Son  üç  ildə  iqtisadiyyatın  artım 

sürətinə  görə  Azərbaycan  dünyada  inamla  birinci  yerdə  gedir. 

İqtisadi  artımımız  2005-ci  ildə  26  faiz,  2006-cı  ildə  35  faiz, 

2007-ci ilin birinci rübündə isə 40 faiz olmuşdur.  Bütün bunlar 

Azərbaycanın  potensialının  artdığını,  iri  regional  layihələri, 

sərmayə  layihələrini  həyata  keçirmək  imkanlarını  göstərir. 

Biz eyni halı Belarusda da müşahidə edirik. 

Keçən  ilin  oktyabrında  ölkənizə  ilk  rəsmi  səfərim  zamanı 

dövlətinizin  inkişafını  özüm  əyani  surətdə  yəqin  etdim.  Mən 

sənaye  müəssisələrinə  də  getdim,  şəhərlə  tanış  oldum  və  hər 

yerdə qayda-qanun, təmizlik, qaydaya salınmış istehsal, sahmanlı 

məişət və yüksək mədəniyyət gördüm. 

Odur  ki,  əgər  nailiyyətlərdən  danışsaq,  onda  haqlı  olaraq 

fəxr  edə  bilərik  ki,  Azərbaycan  və  Belarus müstəqil  dövlətlər 

kimi  formalaşmışlar.  Qarşıda  hələ  çox  problemlər  var.  Biz  bir 

çox  sosial  problemləri  –  insanların  həyat  şəraitinin 

yaxşılaşması,  rifahının  yüksəlməsi  ilə  bağlı  problemləri  həll 

etməliyik.  Lakin  artıq  bugünkü  nailiyyətlər  inamla  deməyə 



 46 

imkan  verir  ki,  biz  qarşımızda  duran  bütün  problemləri  həll 

edəcəyik. 

Azərbaycan  böyük  həcmdə  neft  və  qaz  hasil  edən  ölkəyə 

çevrilir, neft hasilatının səviyyəsi sürətlə artır. Neft hasilatı bu il 

43  milyon  tona  çatacaq,  gələcəkdə  50–60  milyon  tonadək 

artıracağıq,  qaz  hasilatını  da  artıracağıq.  Bizim  çox  böyük 

yataqlarımız  var,  indi  onların  işlənilməsinə  başlamışıq.  Bu 

yataqlar Azərbaycanın, dostlarımızın və tərəfdaşlarımızın enerji 

təhlükəsizliyini  azı  yüz  il  təmin  edəcəkdir.  Ona  görə  də 

əməkdaşlığın  mümkün  istiqamətlərini  təhlil  edərək,  belə 

qənaətə  gəlmişik  ki,  iqtisadiyyatın  diqqətimizin  mərkəzində 

olan, əslində bütün istiqamətləri və sektorları ikitərəfli əlaqələr, 

ikitərəfli əməkdaşlıq üçün hazır və açıqdır. 

Ölkəmizdə fəal iqtisadi islahatlarla yanaşı, güclü sosial siyasət də 

aparılır. Bununla da biz keçid dövrü islahatlarının ağırlığını azaltmağa 

çalışırıq  və  xalqın  həyat  və  rifah  səviyyəsinin  yüksəlməsi  üçün 

gələcəkdə bütün tədbirləri görəcəyik. 

Nailiyyətlərlə yanaşı,  problemlərimiz  də var  və  onlardan ən 

başlıcası  erməni  silahlı  qüvvələri  tərəfindən  Azərbaycan 

ərazisinin  bir  hissəsinin  işğalının  davam  etməsidir.  Dağlıq 

Qarabağda  başlanmış  separatizm  Ermənistanın  Azərbaycana 

qarşı  təcavüzünə  gətirib  çıxardı,  etnik  təmizləmə  siyasəti 

aparıldı,  bu  siyasət  nəticəsində  bir  milyon  azərbaycanlı  öz 

torpağında  qaçqın və  məcburi köçkünə  çevrildi.  Ərazimizin 20 

faizi  bu gün də işğal altındadır.  Bu,  ölkəmiz üçün, regionumuz 

üçün  ən  böyük  problemdir  və  ümumən,  regionun  gələcək  sabit  

inkişafı  üçün  ən  böyük  təhlükədir.  BMT  Təhlükəsizlik  Şurası-

nın    Ermənistan    silahlı    qüvvələrinin  ərazimizdən    dərhal    və  

qeyd-şərtsiz  çıxarılmasını  tələb  edən  dörd  qətnamə,  digər  çox  

nüfuzlu    beynəlxalq  təşkilatların  müvafiq  qətnamələr  qəbul 

etməsinə  baxmayaraq,  münaqişə  indiyədək  həll  olunmayıbdır. 

Bizim  mövqeyimiz  son  dərəcə  sadə  və  ədalətlidir,  beynəlxalq 

hüququn  prinsip  və  normalarına  əsaslanır.  Hər  bir  münaqişə 

kimlərinsə istəklərinin, arzularının və xam xəyallarının baş tutması 

üçün deyil, məhz mövcud hüquq normaları çərçivəsində həll edil-




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə