«İnkoterms 2000» şərtləri exw ex works ( named place) Zavoddan ( yerin adı)


DEQ Delivered Ex Quay (... named port of destination) Yanalma körpüsündən göndəriş (... təyinat limanın adı)



Yüklə 64,17 Kb.
səhifə6/7
tarix08.09.2018
ölçüsü64,17 Kb.
#67003
1   2   3   4   5   6   7

 

DEQ
Delivered Ex Quay (... named port of destination)


Yanalma körpüsündən göndəriş (... təyinat limanın adı)

«Yanalma körpüsündən göndəriş» termini, idxal üçün gömrük rəsmiləşdirilməsindən keçməmiş mal adı çəkilən təyinat limanında yanalma körpüsündə alıcının sərəncamına təqdim edildikdə, satıcı göndəriş üzrə öz öhdəliklərini yerinə yetirdiyini bildirir. Satıcı malın yanalma körpüsünə nəql edilməsi və boşaldılması ilə bağlı bütün xərcləri və riskləri ödəməlidir. DEQ termininə əsasən, malın idxal üçün gömrük rəsmiləşdirilməsi, həmçinin idxal zamanı vergilərin, rüsumların və digər yığımların ödənilməsi öhdəlikləri alıcının üzərinə düşür.

Lakin, əgər tərəflər malın idxalı üzrə bütün xərcləri və ya onların bir hissəsini satıcının öz üzərinə götürməsini istəyərlərsə, bu, alqı-satqı müqaviləsinə (Bax. Giriş b. 11) edilmiş müvafiq əlavədə dəqiq razılaşdırılmalıdır.

Hazırki termin yalnız dəniz və ya daxili su nəqliyyatı ilə daşınma zamanı, mal təyinat limanında yanalma körpüsündə gəmidən boşaldıldıqda, tətbiq oluna bilər. Lakin, əgər tərəflər satıcının öhdəliklərinə malın körpüdən limandakı digər yerə (anbara, terminala və s.) və ya limandan kənara yerdəyişməsi ilə bağlı riskləri və xərcləri daxil etmək istəyərlərsə, DDU və DDP terminlərindən istifadə olunmalıdır.



A. SATICININ VƏZİFƏLƏRİ

B. ALICININ VƏZİFƏLƏRİ

A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması

B.1. Dəyərin ödənilməsi

Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir.

Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir.

A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya digər rəsmi şəhadətnamələri və ya digər sənədləri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın ixracı üçün tələb olunan və onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri və digər sənədləri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün tələb olunan bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

A.3. Daşınma və sığorta müqavilələri

B.3. Daşınma və sığorta müqavilələri

a) Daşınma müqaviləsi
Satıcı öz hesabına malın adı çəkilən təyinat limanında adı çəkilən yanalma körpüsünə qədər daşınmasına dair müqavilə bağlamalıdır. Əgər xüsusi yanalma körpüsü razılaşdırılmamışdırsa və ya belə göndəriş növü təcrübəsində müəyyənləşdirilməmişdirsə, satıcı adı çəkilən təyinat limanında onun üçün daha münasib yanalma körpüsünü seçə bilər.
b) Sığorta müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

a) Daşınma müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
b) Sığorta müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

A.4. Göndəriş

B.4. Göndərişin qəbul edilməsi

Satıcı razılaşdırılmış tarixdə və ya razılaşdırılmış müddət hüdudlarında malı, A.3a) maddəsinə müvafiq olaraq, yanalma körpüsündə alıcının sərəncamına təqdim etməlidir.

Alıcı, malın A.4 maddəsinə müvafiq olaraq göndərişindən dərhal sonra malı qəbul etməlidir.

A.5. Risklərin keçidi

B.5. Risklərin keçidi

Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, malı göndərməli və A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anına qədər onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir.

Alıcı A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anından etibarən onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Alıcı – öz öhdəliklərini yerinə yetirə bilmədikdə, B.7 maddəsinə müvafiq olaraq, bildiriş göndərməli, – göndərişin razılaşdırılmış tarixinin və ya razılaşdırılmış müddətinin başa çatması anından etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.6. Xərclərin bölüşdürülməsi

B.6. Xərclərin bölüşdürülməsi

Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.3a) maddəsindən meydana çıxan xərclərə əlavə olaraq, malın, A.4 maddəsinə müvafiq olaraq, yanalma körpüsünə göndəriş anına qədər malın göndərişi ilə bağlı bütün xərcləri ödəməlidir və – əgər tələb olunarsa (bax. Giriş b. 14), – gömrük rəsmiyyətlərinin yerinə yetirilməsi ilə bağlı bütün xərcləri, həmçinin malın ixracı və onun, A.4 maddəsinə müvafiq olaraq, göndərişinə qədər üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması zamanı ödənilməli olan digər rüsumları, vergiləri və sair yığımları ödəməlidir.

Alıcı: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onunla bağlı bütün xərcləri, o cümlədən malın sonrakı nəqlinə və ya anbarda və ya terminalda yerləşdirilməsinə qədər onun limanda dövriyyəsi ilə bağlı bütün xərcləri ödəməli və – mal, B.7 maddəsinə müvafiq olaraq, onun sərəncamına təqdim edildikdən sonra onu qəbul etmək ödhəliyini yerinə yetirməməsi nəticəsində meydana çıxan bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır və – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı və onun sonrakı nəqli üçün ödənilməli olan gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün xərcləri ödəməlidir.

A.7. Alıcının məlumatlandırılması

B.7. Satıcının məlumatlandırılması

Satıcı malın A.4 maddəsinə müvafiq olaraq göstərilən gəminin gəlməsinin güman edilən tarixi barədə alıcını lazımi qaydada məlumatlandırmalı, həmçinin göndərişin qəbul olunması üçün adətən lazım olan tədbirlərin həyata keçirilməsi üçün alıcıya tələb olunan digər bildirişləri göndərməlidir.

Alıcı, əgər o, razılaşdırılmış müddət çərçivəsində vaxtı və/yaxud adı çəkilən təyinat limanına göndərişin qəbul edilmə məntəqəsini müəyyən etmək hüququna malikdirsə, bu barədə satıcını lazımi şəkildə məlumatlandırmalıdır.

A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

Satıcı, təyinat limanında alıcıya malın göndərişini qəbul etmək və onu yanalma körpüsündən çıxarmaq imkanının verilməsi üçün, alıcıya öz hesabına deliveri-order və/yaxud adi nəqliyyat sənədini (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar və ya qarışıq daşınma qaiməsi) təqdim etməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər.

Alıcı, A.8 maddəsinə müvafiq olaraq, deliveri-orderi və ya nəqliyyat sənədini qəbul etməlidir.

A.9. Yoxlama – qablaşdırma – markalanma

B.9. Mala baxış

Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı, onun tərəfindən malın göndərişi üçün lazım olan qablaşdırmanı öz hesabına təmin etməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərişi adətən qəbul edilmiş hallar istisna edilməklə). Qablaşdırma lazımi şəkildə markalanmalıdır.

Alıcı yükləmədən əvvəl malın baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir.

A.10. Digər vəzifələr

B.10. Digər vəzifələr

Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir.

Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir.

 

DDU
Delivered Duty Unpaid (... named place of destination)


Rüsum ödənilmədən göndəriş (... təyinat yerinin adı)

«Rüsum ödənilmədən göndəriş» termini, satıcı gömrük rəsmiləşdirilməsindən keçməmiş və gələn nəqliyyat vasitəsindən boşaldılmamış malı adı çəkilən təyinat yerində alıcının sərəncamına təqdim edəcəyini bildirir. Satıcı, (əgər tələb olunarsa) (Bax. Giriş b. 14) təyinat ölkəsində idxal üçün yığılan bütün yığımlar («yığımlar» dedikdə, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinə görə, həmçinin gömrük rəsmiləşdirilməsinin, gömrük rüsumlarının, vergilərin və digər yığımların ödənilməsinə görə məsuliyyət və risklər başa düşülür) istisna edilməklə, bu yerə qədər malın nəql edilməsi ilə bağlı bütün xərcləri və riskləri ödəməlidir. Alıcı belə yığımlara görə, həmçinin idxal üçün gömrük rəsmiləşdirilməsini vaxtında keçə bilməməsi ilə bağlı meydana çıxan digər xərclər və risklərə görə məsuliyyət daşımalıdır.

Lakin, əgər tərəflər gömrük rəsmiləşdirilməsi üzrə riskləri və xərcləri, həmçinin malın idxalı üzrə xərcləri satıcının öz üzərinə götürməsini istəyərlərsə, bu, alqı-satqı müqaviləsinə edilən müvafiq əlavədə dəqiq razılaşdırılmalıdır. (Bax. Giriş b. 11).

Malın boşaldılması və təkrar yüklənməsinə görə məsuliyyət, risklər və xərclər seçilmiş göndəriş yerinin kimin nəzarəti altında olmasından asılıdır.



Hazırki termin nəqliyyat növündən asılı olmayaraq tətbiq oluna bilər, lakin göndəriş gəminin bortunda və ya təyinat limanında yanalma körpüsündə həyata keçirilərsə, DES və ya DEQ terminləri tətbiq edilməlidir.

A. SATICININ VƏZİFƏLƏRİ

B. ALICININ VƏZİFƏLƏRİ

A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması

B.1. Dəyərin ödənilməsi

Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir.

Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir.

A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya digər rəsmi şəhadətnamələri və digər sənədləri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın ixracı üçün və onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri və digər sənədləri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

A.3. Daşınma və sığorta müqavilələri

B.3. Daşınma və sığorta müqavilələri

a) Daşınma müqaviləsi 
Satıcı öz hesabına malın adı çəkilən təyinat yerinə qədər daşınmasına dair müqavilə bağlamalıdır. Əgər xüsusi məntəqə razılaşdırılmamışdırsa və ya belə göndəriş növü təcrübəsində müəyyənləşdirilməmişdirsə, satıcı adı çəkilən təyinat yerində onun üçün daha münasib yeri seçə bilər.
b) Sığorta müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

a) Daşınma müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
b) Sığorta müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

A.4. Göndəriş

B.4. Göndərişin qəbul edilməsi

Satıcı yükü gətirildiyi istənilən nəqliyyat vasitəsində razılaşdırılmış tarixdə və ya göndəriş üçün razılaşdırılmış müddət hüdudlarında adı çəkilən göndəriş məntəqəsində alıcının və ya alıcı tərəfindən göstərilən digər şəxsin sərəncamına boşaldılmamış şəkildə təqdim etməlidir.

Alıcı, A.4 maddəsinə müvafiq olaraq həyata keçirilmiş mal göndərişini qəbul etməlidir.

A.5. Risklərin keçidi

B.5. Risklərin keçidi

Satıcı malı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, göndərməli və A.4 maddəsinə müvafiq olaraq, onun göndəriş anına qədər malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir.

Alıcı A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anından etibarən onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Alıcı – B.2 maddəsinə müvafiq olaraq öz öhdəliklərini yerinə yetirmədikdə – bu şəkildə mala dəymiş itkilər və zədələnmələrlə bağlı bütün əlavə riskləri ödəməlidir. Alıcı – öz öhdəliklərini yerinə yetirmədiyi zaman, B.7 maddəsinə müvafiq olaraq, bildiriş göndərməlidir, – razılaşdırılmış tarixdən və ya göndərişin razılaşdırılma müddəti başa çatdığı andan etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.6. Xərclərin bölüşdürülməsi

B.6. Xərclərin bölüşdürülməsi

Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.3a) maddəsindən meydana çıxan bütün xərclərə əlavə olaraq – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onunla bağlı bütün xərcləri ödəməli və – əgər bu tələb olunarsa (Bax. Giriş b. 14) –ixrac üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi ilə bağlı bütün xərcləri, həmçinin malın ixracı və onun A.4 maddəsinə müvafiq olaraq göndərişinə qədər üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması zamanı ödənilməli olan digər rüsumları, vergiləri və digər yığımları ödəməlidir.

Alıcı: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onunla bağlı bütün xərcləri ödəməli və – malın B.2 maddəsinə müvafiq olaraq öz öhdəliklərini yerinə yetirmədikdə və ya B.7 maddəsinə müvafiq olaraq, lazımi bildiriş vermək öhdəliyini yerinə yetirmədikdə, bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər xərcləri, həmçinin malın idxalı zamanı gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri ödəməlidir.

A.7. Alıcının məlumatlandırılması

B.7. Satıcının məlumatlandırılması

Satıcı alıcını malın göndərilməsi barədə lazımi qaydada məlumatlandırmalı, həmçinin malın göndərişinin qəbul olunması üçün adi lazımi tədbirlərin həyata keçirilməsi üçün ona tələb olunan digər bildirişləri alıcıya göndərməlidir.

Alıcı, əgər o, razılaşdırılmış müddət çərçivəsində vaxtı və/yaxud adı çəkilən təyinat yerinə göndərişin qəbul edilmə məntəqəsini müəyyən etmək hüququna malikdirsə, bu barədə satıcını lazımi şəkildə məlumatlandırmalıdır.

A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

Satıcı, A.4/B.4 maddələrinə müvafiq olaraq, malın göndərişi üçün alıcıya tələb oluna bilən deliveri-orderi və/yaxud adi nəqliyyat sənədini (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar, hava qaiməsi, dəmir yolu və ya avtomobil nəqliyyat qaiməsi və ya qarışıq daşınma qaiməsi) öz hesabına alıcıya təqdim etməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər.

Alıcı, A.8 maddəsinə müvafiq olaraq, tələb olunan deliveri-orderi və ya nəqliyyat sənədini qəbul etməlidir.

A.9. Yoxlama – qablaşdırma – markalanma

B.9. Mala baxış

Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı, onun tərəfindən malın göndərişi üçün lazım olan qablaşdırmanı öz hesabına təmin etməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərişi adətən qəbul edilmiş hallar istisna edilməklə). Qablaşdırma lazımi şəkildə markalanmalıdır.

Alıcı yükləmədən əvvəl malın baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir.

A.10. Digər vəzifələr

B.10. Digər vəzifələr

Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir.

Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir.

Yüklə 64,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə