Innovasiya menecmenti


Sürətli izləyici/müdafiə olunan



Yüklə 1,46 Mb.
səhifə59/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   55   56   57   58   59   60   61   62   ...   69
innovasiya-menecmenti-muhazire

Sürətli izləyici/müdafiə olunan
Bu strategiya da həmçinin əhəmiyyətli texnoloji bazanın olmasını tələb edir ki, bu da aşağı xərclər, müxtəlif dizaynlar, fərqli xüsusiyyətlərinin inkişafına gətirib çıxarır. Müəssisələr dizayn, istehsal, marketinq və inkişafda cəld olmalıdırlar. Bu da bazarda birinci olan şirkətə cəld reaksiya verməyə kömək edir. Lakin R&D olmadan onların cavabı daha zəif olur, buna görə də strategiya texnologiyanın daha yaxşı başa düşülməsini və öyrənilməsini özündə birləşdirir.
Qeyd etdiyimiz hər iki strategiya şirkətlər tərəfindən daha çox istiifadə olunur, xüsusilə rəqibləri ilə kəskin yarışın idarəolunması üçün ən yaxşı üsullardandır. Bəzən bir müəssisə rəqiblərini izləyərək növbəti məhsulu inkişaf etdirir ki, bu da onun bazarda 1-ci olmasına gətirb çıxarır. Bu sağlam rəqabətə aid olunur, ona görə də əksər dövlətlər onun tətbiq olunmasına çalışır.
Xərclərin minimallaşdırılması/təqlid edən
Bu strategiya məhsul istehsalına çəkilən xərclərin azaldılmasına əsaslanır. Məhsul istehsalında və emal prosesində müstəsna qabiliyyət və bacarıqların olmasını tələb edir. Müdafiə olunan strategiyaya oxşasa da, digərlərindən əsas fərqi texnoloji bazalarının yaxşı inkişaf etməməsidir. Texnologiya, adətən digər müəssisələrdən lisenziyalaşdırılır. Lakin, buna baxmayaraq böyük uğura nail olmaq və hətta bazarda lider olmaq da mümkündür. Bu strategiya Asiya ölkələrində geniş yayılıb və sürətlə inkişaf edir. Aşağı əmək haqqı müəssisələrə imkan yaradır ki, onlar mövcud olan məhsulları aşağı xərclərlə təqlid edib, bazara daxil olaraq, uğur qazana bilsinlər.
Bazar seqmentləşməsi xüsusi/ənənəvi
Bu strategiya konkret bazar seqmentinin tələblərinin dəqiq qarşılanmasına əsaslanır. Iri həcmli istehsal adətən tələb olunmur, məhsullar daha az dəyişikliklərlə xarakterizə olunur. Bu daha çox ənənəvi məhsullara aid olunur. Həqiqətən də, bəzi müəssisələr öz məhsullarını dəyişikliklərin azlığını vurğulayaraq reklam edirlər. Strategiyalara misal olaraq aşağıda komputer sahəsində onların rolu göstərilmişdir, hər bir strategiya-xarakteri-strategiyadan istifadə edən şirkətlər-məhsulları:

  1. Lider/hücüm edən- intensiv elmi texniki bacarıq, yüksək risk- İntel, Apple- Microchip, Macintosh

  2. İzləyici/müdafiə olunan- güclü texniki baza, istehsalda və dizaynda cəldlik- İBM, HP- şəxsi komputerlər

  3. Xərclərin minimallaşdırılması/təqlid edən- xərclərin aşağı olması, texniki bazanın limitliliyi- Research Machines(tədqiqat maşınları)- hissələrin yığılmasına fokuslaşma

  4. Bazar seqmentləşməsi xüsusi/ənənəvi- minimal texniki dəyişikliklər- Apple- qrafik dizaynları.


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə