Innovasiya menecmenti


Strateji alyansın növləri



Yüklə 1,46 Mb.
səhifə61/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   57   58   59   60   61   62   63   64   ...   69
innovasiya-menecmenti-muhazire

Strateji alyansın növləri
Strateji alyansın əhatə dairəsinə görə 2 növü var:

  1. Sənaye daxili strateji alyanslar. Buna bir senayə daxilində ixtisaslaşan şirkətlərin alyansı aiddir. Məsələn, ABŞ-ın 3 avtomobil şirkətinin əmələ gətirdiyi alyans senayə daxili alyansdır.

  2. Sənayelər arası strateji alyanslar. Bura isə müxtəlif sənayelərdə fəaliyyət göstərən şirkətərin alyansı aiddir. Buna misal olaraq Matsushita, Canon, fuji və Apple kompaniyalarının yaratdığı GlaxoSmithKline alyansı misal göstərmək olar.

Bundan əlavə strateji alyansın 7 ümumi növü var:

  1. Lisenziya

  2. Təchizatçı əlaqələri

  3. Vençur birləşmələr

  4. əməkdaşlıqlar

  5. R&D konsorsiumları

  6. Istehsal birlikləri

  7. Innovasiya şəbəkələri

Lisenziya
Lisenziya ən geniş yayılmış strateji alyans növüdür. Burada lisenziya verən və lisenziya alan şirkətlər olur. Lisenziya verən lisenziya alana öz
resurslarından istifadə etməyə hüquqi icazə verir. Bu tip alyanslar bir növ öyrədici kimi tanınır. Lisenziya verən müəllim rolunda çıxış edir. Bu növ strateji alyans texnoloji inkişaf cəhətdən daha az xərcli və yeni bazarlara daha sürətli çıxış əldə eləyir. Buna misal olaraq JVC firmasının VHS səs texnologiyasını Sharp, Sanyo, Thompson firmalarına lisenziya olaraq verilməsini göstərmək olar.

Təchizatçı əlaqələri
Bir çox firmalar təchizatçıları ilə sıx əlaqələr qururlar. Bunlar aşağıdakılar kimi olur:

  • əgər təchizatçı komponenti firmanın istehsalına uyğun dəyişərsə xərclər daha az olur

  • R&D xərcləri o zaman az olar ki, təchizatçı firmaya istifadə ilə bağlı düzgün məlumat versin

Növbəti mərhələ isə təchizatçı ilə firma arasında əmtəələrin dəyişməsi, təcrübənin, biliyin və investisiyanın bölüşməsi aiddir.
Video-kasset firması olan Thompson ilə Fransanın avtomobil firması Sitroen arasında olan əlaqə buna misal ola bilər. Thompson Sitroeni maqnitofonlarla techiz edirdi. Bundan sonra Sitroen Thompsondan maşın rulları üçün radio nəzarət edici istehsal etməyi təklif etdi. Bu alyans nəticəsində yeni əmtəə yarandı.


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə