Innovasiya menecmenti



Yüklə 1,46 Mb.
səhifə64/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   61   62   63   64   65   66   67   68   69
innovasiya-menecmenti-muhazire

Element 3. Ümumi dil
Sizin kommunikasiya strategiyanızın başlıca hədəfi şirkətinizdə açıq innovasiya və ümumilikdə innovasiya (yenilik) üçün paylaşılan dili inkişaf etdirməkdir. Əgər hamı eyni dildən istifadə edirsə, hamının başa düşə biləcəyi və əlaqə quracağı tərzdə problemləri həll etmək əhəmiyyətli dərəcədə asandır.
Böyük korporasiyalar bu ümumi dili inkişaf etdirmək üçün adətən ekspertlər gətirərək insanlara dili öyrədirlər və inkişaf etdirirlər. Siz bunun öhdəsindən gəlməyə bilərsiz, lakin bu işin icrasının başqa yolları da var. Məsələn, siz açıq innovasiyalar haqqında kitab və məqaləsi olan insanlar təklif edə bilərsiz ki, bunun haqqında müzakirələr edə, əsas terminləri ayıra və insanların öyrənməsi üçün bu terminlərin izahını verə bilərsiz. Əmin olmalısınız ki, siz və sizin rəhbərlik üzvləriniz şirkətin təqdimat və yığıncaqlarında bu dildən istifadə edirsiniz. Yavaş-yavaş bu dil bütün təşkilatda süzgəcdən keçir və şirkətin istifadə olunan lüğətinin bir hissəsinə çevrilir.
Bəzi təşkilatlar məhsulları və xidmətləri üçün müştəri əlaqələrinin digər səviyyəyə keçməsi üçün nəzərdə tutulan çox qısa dərəcə olan “qalxan dərəcədən” istifadə edirlər.
Potensial əməkdaşlarımız, həmçinin sizin açıq innovasiya təşəbbüsünüzün himayədarlarına çevirməyə ehtiyac duyğuğumuz kolleqalarımız üçün istifadə olunan ismarıc və təkliflərdə niyə də ondan istifadə olunmasın ?
Element 4. İşçilərə təşəkkür.
Mən hər zaman deyirəm, baxmayaraq ki, açıq yenilikçi iş mühiti qurmaq və bir çox vasitələrin istifadəsi çox çətindir, yeniliklər üçün məsul şəxslərin uyğun mühit və şəraiti təşkil etməyə ehtiyacları var. Düzgün şəraiti təşkil etməyin əsas yollarından biri işçilərə digərləri ilə edilən əməkdaşlıq əsasında alınan işlərin ona qarşı hər hansı mənfi bir rəy formalaşdırmayacağını izah etməkdir. Bu sadəcə olaraq daxili və xarici rəsursları birləşdirərək hərtərəfli yenilikçi inkişafı yüksəltməyə xidmət edən bir təşəbbüsdür. Bu həmçinin xırda və böyük təkşilatlar üçün də belədir.
Siz özündən narazı qalındığını zənn edən işçilərinizi məyus etmək istəməzsiniz.
Edilən yeniliklərə görə müsbət qiymətləndirildiyini düşünən işçilər hər bir təşkilatda biznesin bütün sahələrində yenilikçiliyin tətbiqinin asanlaşmasına xidmət edir. İnnovasiya məhsul və texnologiyadan daha çox şeylər ifadə edir və bu heç bir şəkildə R&D sahəsində tətbiq edilməməlidir.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə