Innovasiya menecmenti



Yüklə 1,46 Mb.
səhifə67/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   61   62   63   64   65   66   67   68   69
innovasiya-menecmenti-muhazire

Virtual kompaniya
Virtual kompaniya ideyası yeni yaranmışdır. Bu növün mahiyyəti ondan ibarətdir ki, resurslar digər şirkətdən icarəyə götürülür. Lakin bunun mənfi cəhəti ondan ibarətdir ki, şirkətin öz innovasiya qabiliyyəti aşağı düşür.
Strateji alyansın yaradılmasının məqsədləri
Alyansların yaradılmasının bir çox məqsədləri olur. Bəzi alyanslar yeni texnoloji bazara yollar axtarmaq üçün yaradılırlar. Digərləri isə risklərin bölüşdürülməsi üçün strateji alyans qururlar. Strateji alyansın yaranmasının əsas səbəbləri:

  1. Yeni biznesə giriş

  2. Xərclər və riskin böllüşdürülməsi

  3. Strateji partnyorlarla daha yaxşı əlaqələr

  4. Inkişaf və tədqiqatın (R&D) xərclərinin azaldılması

  5. Təchizatçı əlaqələrindən istifadə

  6. Yeni texnologiyanın əldə olunması

  7. Yeni menecment bacarıqları

Uğurlu strateji alyansın qurulmasının mərhələləri
Strateji alyansın qurulmasının 3 mərhələsi var. Bu düzgün partnyorun seçilməsi başlayır. Bu tamami ilə alyansın yaranma motivasiyasından asılıdır. Ikinci mərhələdə isə partnyorlar arasında danışıqlar mərhələsidir. Üçüncü və sonuncu mərhələ isə alyansın uğurlu idarə edilməsidir. Strateji alyansın uğurlu olması ortaq ehtiyacların olması və birgə işləmək bacarığından asılıdır.
Strateji alyansların yaradılmasının riskləri
Bu anacan biz strateji alyansların yaxşı tərəflərindən danışmışıq. Buna baxmayaraq strateji alyansların mənfi cəhətləri vardır. Strateji alyanslar partnyorlar arasında əməkdaşlıqdan daha çox rəqabətə yol açır. Aparılmış tədqiqatə əsasən 900 strateji alyansın yarısından çoxu öz varlığını qoruyub saxlaya bilməmişlər. Sübut olunmuşdur ki, strateji alyanslar firmanın innovasiya qabiliyyətinə mənfi təsirlər göstərir. Sıx strukturlaşdırılmış alyanslar şirkətlərin müstəqilliyinə mənfi təsir göstərir. Bu sonda innovasiya bacarığının azalmasına və texnloji dəyişikliklrdə iştiraka mənfi təsir göstərir.
Bunun qarşısını almaq üçün menecerlər partnyorluqla əlaqədar riskləri düzgün müəyyən etməli, şərikləri düzgun qiymətləndirməlidirlər. Aparılmış tədqiqata əsasən strateji alyansın dağılmasının 7 əsas səbəbi müəyyən edilmişdir:

  1. Patnyorlar arasında anlaşılmazlıq və allyansın ehtiyacı olduğu yeni menecment stilinə adaptasiya olunmaması

  2. Şirkətlər arasında olan mədəniyyət fərqlərinin oyrənilməməsi

  3. Məsuliyyətin azlığı

  4. Şirkətlər arasında strateji məqsədlərin fərqliliyi

  5. Inamın azlığı

  6. Coğrafi uyğunsuzluqlar

  7. Qeyri-real gözləntilər



Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə