Innovasiya menecmenti


Mövzu 12. İnnovativlik dərəcələri



Yüklə 1,46 Mb.
səhifə58/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   54   55   56   57   58   59   60   61   ...   69
innovasiya-menecmenti-muhazire

Mövzu 12. İnnovativlik dərəcələri
Birinci bölmədə qeyd olunmuşdur ki, xarici mühitdə baş verən hadisələr hər bir müəssisənin inkişafına bir başa təsir göstərir. Ona görə də, müəssisələrin uzunmüddət ərzində sağ qalması xarici mühitdə baş verən dəyişikliklərə adaptasiya olmaq qabiliyyətindən asılıdır. Müəssisə daima irəli baxmalı, gələcəkdə baş verə biləcək hadisələrə əvvəldən hazırlıqlı olmalı və dünyada baş verən elmi və texniki yeniliklər nəticəsində lazım gəldikdə bəzi xüsusiyyətlərini dəyişməyi bacarmalıdır. Lakin, gələcək bilinməzdir-buna görə də bəzi müəssisələr uğur qazana biləcək, bəzilərisə yox. Innovasiya fəaliyyətini yarışa bənzətsək, faktiki olaraq, bəzən yarışın iştirakçılarının hansı müəssisələr olduğunu bilmək olmur. Tez-tez gözlənilməyən sahələrdə yeni namizədlər meydana gəlir. Bəzən isə, müəssisələr yarışın harada başlayıb, harada qurtardığını müəyyənləşdirə bilmirlər. Ona görə də, müəssisələr lider olmaq məqsədilə yarışa başlamaqlarına baxmayaraq, liderdən geri qalaraq yarışı tamamlayırlar.Yeni məhsulun inkişafı bir çox müəssisəyə böyüməyə davam etməyə şərait yaradır. Lakin, onların resurslarından, qabiliyyətlərindən, arzularından asılı olaraq bir neçə strategiyalar vardır. Bu faktorlar korporativ strategiyanın hansı istiqamətdə seçilməsinə birbaşa təsir edir. Innovasiya siyasəti instehsal prosesi, maliyyə, araşdırma və inkişaf funksiyalarına uyğun olaraq eyni istiqamətdə həyata keçirilir. Ümumilikdə, 4 innovasiya strategiyasından danışmaq olar. Bu strategiyalar nə bir-birini təkzib etmirlər, nə də tamamilə eyni deyillər. Bu strategiyaların geniş spektri də məntiqlə mümkündür: həqiqətən də, firmalar məhsul istehsalından asılı olaraq, balanslı şəkildə strategiyalardan istifadə edə bilərlər.
Aşağıdakı strategiyalar vardır:
- lider/hücüm edən
- izləyici/müdafiə olunan
- xərclərin minimallaşdırılması/təqlid edən
- bazar seqmentləşməsi xüsusi/ənənəvi
İndi isə hər birinin ayrılıqda izahına keçək
Lider/hücüm edən
Bu strategiyanın əsas üstünlüyün texniki inhisarın, yəni intensiv elmi texniki qabiliyyətinin olmasındadır. Əsas məqsəd rəqabət başlamazdan əvvəl bazara yeni məhsulu gətirməkdir. Belə strategiyalar əhəmiyyətli R&D (araşdırma və inkişaf) fəaliyyətini və marketinq resurslarını, yeni məhsul haqqında təhsil səviyyəsi və bilikləri tələb edir.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə