İnsan Resursları və Riayət Olunma Standartı


İnsan Resursları və Riayət Olunma Standartı



Yüklə 223,16 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix08.10.2017
ölçüsü223,16 Kb.
#3943
1   2   3   4   5   6   7   8

İnsan Resursları və Riayət Olunma Standartı                                           

 

 Azərbaycan Mərkəzi Bankı

 

 

(qiymətləndirmələr)   və   fəaliyyət   nəticələrinə   əsaslanan   həvəsləndirmə 

proqramının (mükafatlar, komisyonlar və s.) hazırlanması və tətbiqi.



Təlim   və   ixtisas   artırma   mütəxəssisi  –   ixtisas   artırma   tələblərini   və   təlim 

büdcələrini müəyyən etmək; xarici təlim imkanlarının təhlili və seçilməsi; daxili 

kursların   təşkil   olunması;   təlimin   effektivliyinin   qiymətləndirilməsi   üçün 

metodların hazırlanması və həyata keçirilməsi.



İR   üzər   idarəetmə   mütəxəssisi  –   idarəetməyə   dəstək;   işçilərin   sənədlərinin 

saxlanması; İR komyuter sisteminə məlumatların daxil edilməsi və yenilənməsi; 

baş   rəhbərlik   üçün   hesabatların   və   xarici   nəzarət   orqanları   üçün   statistik 

hesabatların   hazırlanması;   maaş   cədvəlinin   hazırlanması   üçün   hesabatlar;   İRB 

işçiləri üçün təqdimatların hazırlanması, səfərlərin təşkili və s.

İR   bölməsinin   rəhbəri   adətən   birbaşa   olaraq   İdarə   Heyəti   Sədrinə   hesabat   verir. 

Strukturundan ası olaraq bəzi banklarda, İRB rəhbəri həmçinin İdarə Heyətinin üzvü ola 

bilər. O, İdarə Heyətinin üzvü olmadığı halda bankın Strateji Planlaşdırma Qrupunun 

üzvü   olmalıdır.   Məqsəd   onun   bankın   strategiyasının   müəyyən   olunmasına   xidmət 

göstərməsini   və   eyni   zamanda   İR   strategiyasının   hazırlanmasında   əhəmiyyətli   rol 

oynamasını təmin etməkdir.

İR bölməsinin rəhbəri, həmçinin bölmənin digər əməkdaşları ƏM-nin riayət edilməsinə 

görə məsuliyyət daşımalıdırlar.



İRB işçilərinin səriştələri

İR   departamenti   bankın   rəhbərliyinin   və   bank   işçilərinin   etibarını   qazanmalıdır. 

Müvafiq ixtisas və iş təcrübəsi ilə yanaşı tələb olunan lazımi bacarıq, vərdiş və şəxsi 

xususiyyətlərə aşağıdakılar aiddir:



Strateji bacarıqlar – biznes strategiyasının inkişafına xidmət, İR strategiyasının 

müəyyən olunması və yerinə yetirilməsi;



Biznes   anlayışı   –  bank   fəaliyyəti   üçün   önəmli   uğur  amilinin   başa   düşülməsi; 

biznes mühitindən və xarici rəqabətdən xəbərdar olması; bankın dəyərlərinin və 

mədəniyyətinin başa düşülməsi;



Peşakar səriştə – bacarıq və texniki qabiliyyətlərin olması (məsələn ƏM, İR idarə 

edilməsi, xarici dil, kompüter və s. sahələrdə biliklər);



İnsanları   idarəetmə   və   ünsiyyət   qabiliyyətləri   –  tabe   olan   işçilərin   və 

rəhbərliyin stimulunu artırmaq; peşəkar etibar yaratmaq. 



Peşəkar səriştələrin davamlı inkişafı – peşəkar bilik və qabiliyyətlərin fasiləsiz 

inkişaf etdirilməsi; İR ilə əlaqədar yeniliklərdən xəbərdar olmaq.



Nüfuz



Qərar vermə və problem həll etmə

6



İnsan Resursları və Riayət Olunma Standartı                                           

 

 Azərbaycan Mərkəzi Bankı

 

 

1.4.


İR funksiyasının avtomatlaşdırılması

 

 

İR   funksiyasının   təkmilləşdirilməsi   yollarından   biri   İR   idarə   edilməsi   sisteminin 

avtomatlaşdırılmasıdır. Avtomatlaşdırmanın müsbət cəhətləri əsasən  aşağıdakılardır:

Daha effektiv və dəyər baxımından səmərəli xidmətlərin təmin edilməsi;



Bankın müxtəlif hissələrindən İR-na aid olan məlumatların toplanması ;

Strateji kadr siyasəti qərarları üçün məlumatlar üzərində İR-na xas olan təhlilin 



aparılması;  

İdarəetmə   xərclərinin   azaldılması   və   az   əhəmiyyətli   olan   işlərin   aradan 



qaldırılması.

Ən çox avtomatlaşdırılan İR funksiyaları aşağıdakılardır:

İşçilərin şəxsi məlumatlarının saxlanılması;



Maaş cədvəlinin hesablanması;

Xəstəlik və analıq ödənişlərinin hesablanması;



İşə gəlməmə hallarının qeyd olunması və nəzarəti; 

İntizam cəzalarının qeyd olunması;



Standart sənədlərin hazırlanması (məsələn əmək müqavilələri, icra qərarları);

İşçilərin qiymətləndirilməsi sistemi.



Yuxarıdakı   bütün   sahələr   vahid   proqram   təminatı   vasitəsi   ilə   avtomatlaşdırılır.   İR 

funksiyaları ayrı-ayrı proqramlar tərəfindən də həyata keçirilə bilər.



2.

Mənbələrin müəyyən olunması və seçmə

İşə götürmə insan resurslarının idarə edilməsində əhəmiyyətli rol oynayır. Bankın işə 

götürmə  siyasəti   onun biznes  məqsədləri   ilə  uzlaşmalı   və ƏM  ilə   uyğunluğu  təmin 

edilməlidir.   Bank   işə   götürmə   prosesinin   səmərəliliyini   artırmaq   üçün   öz   tələbatını, 

resurslarını və imkanlarını nəzərə almalıdır. 

Seçmə prosesi aşağıdakı mərhələlərdən ibarətdir:

işin təhlili; 



vəzifə təlimatları;

şəxsi meyarlar;



seçmə meyarlarının müəyyən olunması;

müsahibə;



iş təklifi/etiraz məktubu;

tövsiyələrin yoxlanılması;



namizədin qiymətləndirilməsi formasının yaradılması;

işə qəbul etmə/ müqavilə;



yeni işçi üçün  tanışlıq/inteqrasiya və tanışlıq proqramı.

7



Yüklə 223,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə