İnsan Resursları və Riayət Olunma Standartı


İnsan Resursları və Riayət Olunma Standartı



Yüklə 223,16 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix08.10.2017
ölçüsü223,16 Kb.
#3943
1   2   3   4   5   6   7   8

İnsan Resursları və Riayət Olunma Standartı                                           

 

 Azərbaycan Mərkəzi Bankı

 

 

2.1.


Potensial namizədlərin mənbələrinin müəyyən olunması

 

 

Seçmə   prosesinin   müvəffəqiyyətliyi   potensial   namizədlərin   mənbələrinin 

müəyyənləşdirilməsindən asılıdır. Mənbələrə aşağıdakıları nümunə göstərmək olar:

Başqa təşkilatlar;



Kolleclər/universitetlər; 

İşə götürmə agentlikləri.



İşə götürmə siyasətinin bir hissəsi kimi bank ən yaxşı işçi mənbələrini müəyyən etməli 

və uyğun axtarış metodlarını hazırlamalıdır. Məsələn, işə götürmə xidməti bankın öz 

daxilində yerinə yetirilsə bu halda potensial namizədlərin axtarışı aşağıdakı metodlarla 

həyata keçirilə bilər:

Vakansiyaların İnternetdə və kütləvi informasiya vasitələrində nəşr olunması;



İş sərgilərində iştirak edilməsi;

Şəxsi   təqdimatların   istifadə   olunması   (xususən   bankın   dəyərli   işçiləri   öz 



əlaqələrindən istifadə edərək namizədləri təqdim edə bilərlər)

Bu metodların dəyər baxımından effektivliyi  də nəzərə alınmalıdır. Məsələn, bəzi iş 

vakansiyalarının   reklam   olunması   böyük   sayda   lazımsız   namizədlərin   müraciətinə 

gətirib çıxara biləcəyi üçün məsləhət olunmaya bilər.

Bankın   öz   işçilərinin   təqdimatı   ilə   təklif   olunan   namizədlərin   başqa   namizədlərlə 

müqayisədə seçmə meyarları fərqli olmamalıdır.

2.2.

Seçmə meyarları

 

 

İşin təhlili

Seçmə prosesində ən çox istifadə olunan metodlardan biri işin təhlilidir. İşin təhlilinin 

əsas   məqsədi   təkcə   işin   məzmunu   haqda   məlumat   verməkdən   ibarət   deyildir.   Eyni 

zamanda hər bir işin rolu və məqsədini izah etməkdən ibarətdir (aşağıdakı şəkilə nəzər 

yetirin). İşin təhlili həmçinin vəzifə, məsuliyyət səviyyəsi, tələb olunan bacarıqlar və 

işin digər xüsusiyyətləri kimi aspektləri müəyyənləşdirir.



Vəzifə təlimatları

İşin təhlili prosesinin əsas elementindən biri vəzifə təlimatıdır. Vəzifə təlimatı götürmə 

prosesi ilə yanaşı İR digər fəaliyyətində də istifadə olunur. Məsələn, təlim və ixtisas 

8

İşin təhlili



Şəxsi

xüsusiyyətlər

Seçmə 

meyarı

Vəzifə

təlimatları


İnsan Resursları və Riayət Olunma Standartı                                           

 

 Azərbaycan Mərkəzi Bankı

 

 

artırma, fəaliyyət nəticələrinin qiymətləndirilməsi və məvacib strukturunun təyin olması 

və s. Vəzifə təlimatına aşağıdakılar aiddir:

İşin adı; 



Maaş norması;

İş yeri;


Tabe olduğu şəxs;

Tabe olanların sayı (aid olduğu halda);



İşin əsas məqsədinin qısa məzmunu;

Əsas vəzifələrin siyahısı;



Başqa sənədlərə istinad (məsələn, həmkarlar ittifaqı ilə müqavilə).



Şəxsi xüsusiyyətlər

İşin   təhlili   prosesindən   əldə   olunan   ikinci   sənəd   işçinin  şəxsi   xüsusiyyətidir.   Şəxsi 

xüsusiyyətlər işə aid olan vəzifələri deyil, işin yerinə yetirilməsində vacib olan şəxsi 

keyfiyyəti vurğulayır. Şəxsi xüsusiyyətlərə aşağıdakılar aiddir:

Şəxsi   xüsusiyyət   tələbləri   razılaşdırıldıqdan   sonra   müvafiq   başlıqlar   altında   təhlil 

edilməlidir. Bunun üçün müəyyən metodlar mövcuddur ki, bunlar arasında Rocerin 7 

cəhət planını və Freyzerin 5 mərhələli dərəcələrini xüsusilə qeyd etmək olar

1

.



Rocerin yeddi cəhət planı aşağıdakıları əhatə edir:

1.

Fiziki quruluş – səhhət, bədən quruluşu, xarici görünüş, davranış və nitq; 

2.

Nailiyyətlər – təhsil, ixtisas, təcrübə və treyninqlər;

3.

Ümumi idrak - əsaslı intellektual bacarıq;

4.

Xüsusi   qabiliyyətlər   –  mexaniki,   fiziki   bacarıq,   sözlərdən   və   ya   təsvirlərdən 

istifadə etmək bacarığı;

5.

Maraqlar – intellektual, praktiki, konstruktiv, fiziki cəhətdən fəal, ictimai, bədii;

6.

Rəftar – qəbul etmə, başqaları üzərində təsir, təmkinlilik, etibarlılıq, özünə inam;

7.

Şərait – yerli şərait, ailənin məşğulliyəti.

Freyzerin beş mərhələli dərəcə sistemi aşağıdakıları əks etdirir:

1.

Digərləri üzərində təsir – fiziki quruluş, xarici görünüş, nitq və davranış;

2.

Əldə olunmuş ixtisas – təhsil, peşə təlimi, iş təcrübəsi;

3.

Anadangəlmə qabiliyyət – anadangəlmə tez qavrama və dərk etmə qabiliyyəti;

4.

Motivasiya   –  işçilər   tərəfindən   müəyyən   edilmiş   məqsədlər,   işçilərin   həmin 

məqsədlərə riayət eməsi və onların həyata keçirilməsində qazanılmış nailiyyət;

5.

Tənzimləmə   -  emosional   davamlıq,   təzyiqlərə   tab   gətirmək   və   insanlarla   yola 

getmək qabiliyyəti.

1

  Bu iki sistemdən yeddi cəhət planı daha uzun müddətli tətbiq edilmə tarixinə malikdir. 5 mərhələli 



dərəcə sistemi daha sadədir və daha çox namizədin karyerasının dinamik

 

aspektləri üzərində cəmlənir. 



Bunların hər ikisi müsahibə üçün mükəmməl struktur təmin edə bilər.   

9



Yüklə 223,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə