İnsan Resursları və Riayət Olunma Standartı


İnsan Resursları və Riayət Olunma Standartı



Yüklə 223,16 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix08.10.2017
ölçüsü223,16 Kb.
#3943
1   2   3   4   5   6   7   8

İnsan Resursları və Riayət Olunma Standartı                                           

 

 Azərbaycan Mərkəzi Bankı

 

 

İRB-nin əsas məqsədi insan resursları üzrə aşağıdakı sahələrdə xidmət göstərməkdən 

ibarətdir:

Bu funksiyalar Standartın aşağıdakı bölmələrində ətraflı təsvir olunur:



Planlaşdırma və siyasət – Təşkilati strategiyanı və fəaliyyət hədəflərini dəstəkləyən 

və   onlarla   uzlaşan   İR   idarə   edilməsi   planlarını   və   siyasətini   inkişaf   etdirmək. 

Səciyyəvi tədbirlərə aşağıdakılar daxildir:

Strateji məqsədlərin inkişaf etdirilməsinə kömək göstərilməsi;



Bankın   məqsəd   və   vəzifələrinin   həyata   keçirilməsi   üçün   kadr   tələblərinin 

müəyyən edilməsi;

İR   planının   hazırlanması   və   məqsədlərin   həyata   keçirilməsi   üçün   İRB-nin 



yaradılması.

Potensial işçi mənbələrini müəyyən etmək və seçmək – bankın tələblərini yerinə 

yetirmək üçün vaxtında və məhsuldar yolla müvafiq işçiləri cəlb etmək. Səciyyəvi 

tədbirlərə aşağıdakılar daxildir:

İşə   götürmə   qaydalarının   yaradılması   (tərcümeyi-hal,   test-müsahibə,   verilmiş 



zəmanətlərin yoxlanılması);

İş təhlilinin aparılması və vəzifə təlimatlarının yazılması; 



Vəzifələr üzrə əsas iş funksiyalarının müəyyən edilməsi və sənədləşdirilməsi;

Bankın tələbinə uyğun işə götürmə meyarlarının müəyyən olunması;



Potensial  namizədləri  müəyyənləşdirmək  məqsədilə  daxili  işçi heyətinin,  əmək 

bazarının və işə götürmə agentliklərinin qiymətləndirilməsi;

İşə götürmə üsullarının müəyyən edilməsi və onların bankda tətbiq edilməsi;



Bankı potensial namizədlərə ən yaxşı iş yeri kimi tanıtmaq və təbliğ etmək üçün 

strategiyanın hazırlanması;

3

Planlaşdırma və siyasət



İnformasiyanın idarə olunması

İxtisas artırma 

və Məsləhət

Mənbə və Seçmə

Mükafatlandırma 

və Saxlama

İş dəyişmə 

və İşdən çıxarma




İnsan Resursları və Riayət Olunma Standartı                                           

 

 Azərbaycan Mərkəzi Bankı

 

 

Yeni işçilər üçün tanışlıq/oriyentasiya prosesinin, o cümlədən xidməti fəaliyyətin 



qiymətləndirməsi təhlili standartlarının hazırlanması, inkişaf etdirilməsi və/və ya 

tətbiq edilməsi.



İnkişaf etdirmək  və məsləhət vermək  – bankın məqsədlərinə  nail olmaq  üçün 

lazım olan bilik və bacarıqları inkişaf etdirmək, işçilərin şəxsi məsələlərinin həllinə 

kömək göstərmək.

Mükafatlandırmaq və işdə saxlamaq – yüksək göstəriciləri olan işçilərin bankda 

qalmasını  nizamlayan,  bankın məqsədlərinə  nail olmasını  dəstəkləyən  və yüksək 

effektivliyi   təmin   edən   müavinat   və   mükafatlar   sistemini   yaratmaq.   Səciyyəvi 

tədbirlərə aşağıdakılar daxildir:

Müvafiq   dərəcə   və   yüksəlmə   strukturuna   əsasən   işçilərin   mükafatlandırılması 



üçün   bank   üzrə   mükafatlandırma   proqramlarının   yaradılması   və   həyata 

keçirilməsi;

Maliyyə   və   qeyri-maliyyə   meyarlar   əsasında   həvəsləndirici   mükafatlandırma 



proqramlarının tərtib edilməsi və həyata keçirilməsi;

İş   yerində   stimullaşdırma   yaratmaq   məqsədilə   işçilər   üçün   həvəsləndirici 



mükafatların müəyyən edilməsi.

İşdən   azad   etmə   və   başqa   vəzifəyə   keçirmə  –   işdən   azad   etmə   və   vəzifə 

dəyişmənin   işçilərə  olan   neqativ  təsirini  nəzərə  alaraq  onun  peşəkar,   ədalətli   və 

işçiyə   və   kollektivə   mümkün   qədər   az   təsir   göstərən   idarə   olunması   ƏM 

çərçivəsində təmin edilməlidir.



Xidməti   fəaliyyətin   qiymətləndirilməsi  –   İR   idarə   edilməsi   ilə   əlaqədar 

informasiyanın effektiv və dəqiq təmin və emal edilməsinə, başqa biznes sistemləri 

və prosesləri ilə bütövlük təşkil etməsinə nail olmaq.

İşçilər üçün Təlimat Kitabçası, Etik davranış Məcəlləsi

İR idarə edilməsi siyasəti və prosedurları ƏM uyğun olmalıdır.

1.3.

Vəzifə və məsuliyyətlər

 

 

İR funksiyasının təşkil edilməsi

İR funksiyasının strukturu və işçi heyəti aşağıdakı amillərdən asılıdır:

Bankın ölçüsü və təşkilati strukturu



İR funksiyasına təyin olunan vəzifə;

İR idarə edilməsi sahəsində işləyən kadrların ixtisas və bacarıqları;



Bütün   bankda   və   xüsusən   İR   idarə   edilməsində   əsas   biznes   proseslərinin 

avtomatlaşdırılma səviyyəsi.

Orta   və   böyük   ölçülü   banklar   üçün   İRB-nin   səciyyəvi   təşkilati   strukturu   aşağıda 

göstərilir: 

4



İnsan Resursları və Riayət Olunma Standartı                                           

 

 Azərbaycan Mərkəzi Bankı

 

 

Böyük   banklarda   (300-350   nəfərdən   çox)   bu   funksiyaların   hər   birini   bir   neçə   işçi 

tərəfindən yerinə yetirilir. Orta ölçülü banklarda (120 nəfərdən çox) isə bu funksiyaların 

hər biri və ya bir neçəsi minimum işçi tərəfindən yerinə yetirilə bilər. Kiçik banklarda 

İR funksiyası bir işçidən ibarət olur. Belə hallarda İR bölməsinin rəhbəri vəzifəsi başqa 

bir vəzifə ilə birləşdirilə bilər (məsələn Hüquq Məsləhətçisi, Baş Əməliyyatçı və ya Baş 

Maliyyə İşçisi və s.).

İRB rəhbərinin və ayrı-ayrı mütəxəssislərin məsuliyyətləri



İRB   Direktoru  –   korporativ   strategiyaların,   qaydaların,   plan   və   büdcələrin 

hazırlanmasında   iştirak   edir   və   korporativ   missiya   və   vəzifələrin   həyata 

keçirilməsini   təmin   etmək   üçün   bankın   fəaliyyətinə   nəzarət   edir;   işçilərin   və 

bankın   effektivliyinin   yaxşılaşdırılması   və   onlara   bankdakı   bacarıq   və 

karyeralarının   artırılması   üçün   əlverişli   imkanların   verilməsi   üçün   insan 

resurslarının inkişafının planlaşdırılması və istiqamətləndirilməsi, fəaliyyətin və 

karyeranın idarə edilməsi üzrə proses və proqramlarının hazırlanması üçün tam 

məsuliyyət daşıyır; mükafatlandırma prosesinin idarə edilməsinə və işçilərin işə 

cəlb   edilməsi,   saxlanılması   və   həvəsləndirilməsi   üçün   mükafat   qaydaları, 

prosesləri və prosedurlarının hazırlanmasına nəzarət edir; münaqişəni azaltmaq və 

işçilərin   maksimum   iştirakını   təmin   etmək   məqsədilə   işçilərlə   münasibət   və 

ünsiyyət   strategiyaları   və   qaydaları   üzrə   məsləhətlər   verir;   bank   üzrə   gəlirli 

xidmətlərin göstərilməsini təmin etmək üçün İR xidmətinin işini idarə edir və ona 

nəzarət edir.

Aşağıda   ayrı-ayrı   İR   mütəxəssislərinin   məsuliyyətləri   göstərilir.   Bu   vəzifə   və 

səlahiyyətlər   departamentin   təşkilati   və   əməliyyat   strukturu   daxilində,   eləcə   də 

işçilərin   ayrı-ayrı   vəzifə   təlimatlarında   göstəriləcəkdir.   Misal   üçün,   aşağıda 

göstərilən   vəzifə   funksiyalar   hər   bir   bankın   şəraitinə   uyğunlaşdırılması   üçün 

genişləndirilə bilər:



İşə   götürmə   və   seçmə  –   işə   götürmə   metodlarını   inkişaf   etdirmək   və   yerinə 

yetirmək;   işçi   mənbələrini   müəyyən   etmək;   müsahibə   və   yoxlama   yolu   ilə 

nəzərdən keçirmə, tərcümeyi halın yoxlanması; ilkin tanışlıq proqramları.



Müavinət   və   mükafatlar  –   məvacib   siyasətini,   müavinət   strukturunu   və 

mükafatlar   proqramlarını   hazırlamaq;   əmək   bazarını   təhlil   etmək,   maaş 

sorğularında   iştirak   etmək;   fəaliyyət   nəticələrinin   idarə   edilməsi   sisteminin 

5

İRB rəhbəri

İşə götürmə və 

Seçmə Mütəxəssisi

İR İdarəçiləri / 

İR Köməkçiləri

Təlim və İxtisas 

artırma Mütəxəssisi

Müavinat və Mükafatlar / 

Effektivliyin idarəetməsi 

Mütəxəssisi



Yüklə 223,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə