İnsan Resursları və Riayət Olunma Standartı



Yüklə 223,16 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix08.10.2017
ölçüsü223,16 Kb.
#3943
1   2   3   4   5   6   7   8

İnsan Resursları və Riayət Olunma Standartı                                           

 

 Azərbaycan Mərkəzi Bankı

 

 

6.

Xidməti fəaliyyətin qiymətləndirməsi 

Xidməti   fəaliyyətinin   qiymətləndirilməsi   proqramları   insan   resurlarının   idarə 

olunmasının mühüm hissəsidir. Onlar fərdi işçi səviyyəsində, həm də bank səviyyəsində 

fəaliyyəti   təkmilləşdirmək   üçün   əhəmiyyətli   imkanlar   yaradır.   Bank   üçün   xidməti 

fəaliyyətin qiymətləndirilməsi, hər işçini gördüyü işə görə qiymətləndirmənin ən əsas 

yoludur   və eyni  zamanda  əməkdaşın   gələcək   inkişafı  üçün  lazım   olan  treyninqlərin 

təyin olunması və karyera inkişafının müzakirəsi üçün əhəmiyyətli bir imkan verir.. 

Xidməti fəaliyyətinn qiymətləndirilməsi rəsmi olaraq ildə bir və ya iki dəfə keçirilir. Bu 

proses,   normal   olaraq   aşağıda   hər   biri   haqqında   daha   ətraflı   məlumat   verilən   üç 

mərhələdən ibarət olmalıdır:

fəaliyyət vəzifələrinin, məqsədlərinin və tələblərinin müəyyənləşdirilməsi;



fəaliyyət nəticələrinin qiymətləndirilməsi üzrə görüşlərin həyata keçirilməsi;

fəaliyyətin mükafatlarla, o cümlədən əmək haqqı, stimullaşdırma proqramları və 



s. ilə əlaqələndirilməsi

İRB   bu   prosesin   idarə   olunmasında   və   əlaqələndirilməsində   məsuliyyətlidir. 

Ayrı-ayrı fəaliyyət hədəf və məqsədlərinin yaradılması, departament rəhbərləri 

tərəfindən   birbaşa   olaraq   işçilərlə   birgə   həmin   vəzifə   və   məqsədləri 

departamentin   və   bankın   strateji   məqsədləri   ilə   əlaqələndirilməklə   yerinə 

yetiriləcəkdir.   İşçilərin   qiymətləndirilməsi   prosesi   departament   səviyyəsində 

həyata   keçiriləcəkdir.   İRB   bütün   sənədlərlə   (kağız   və   ya   elektron   formada), 

cədvəllərlə və digər inzibati elementlərlə düzgün rəftar edilməsini təmin etmək 

üçün əlaqələndirici vəzifəsində çıxış edəcəkdir. Bu, prosesin işçi və təşkilat üçün 

əhəmiyyətini tam başa düşərək onun obyektiv keçirilməsini təmin edir.        

6.1.

Xidməti fəaliyyətin qiymətləndirilməsi üçün tələblərin müəyyənləşdirilməsi

 

 

Xidməti   fəaliyyətin   qiymətləndirilməsi,   planlaşdırılmış   məqsədlər,   standartlar   və 

səriştəlik tələbləri çərçivəsində fəaliyyəti idarə etməklə və başa düşülməklə, işçilər, işçi 

qrupları və bankdan ən yaxşı nəticələrin əldə edilməsi üsuludur. Bu proses işçilərin 

əmək nəticələrinin bir hissəsi kimi diqqətlə sənədləşdirilməli və nələrə nail olunması 

haqqında   birgə   anlayışın   yaranması   üçün   vacib   sayılır.   Əlavə   olaraq   o,   işçilərin 

ixtisasının artırılmasının qısa və uzun müddət ərzində nail olunacağı ehtimalını artırır və 

onların   idarə   edilməsi   üçün   yanaşmanı   müəyyən   edir.   Xidməti   fəaliyyətinin 

qiymətləndirilməsi   effektiv   əks   əlaqə   və   məqsədlərin   tənzimlənməsi,   o   cümlədən 

mükafatlar, əmək haqqlarının artırılması və vəzifələrin böyüdülməsi ilə bağlı qərarların 

qəbul edilməsi imkanını yaradır.

İşçilər onlardan gözlənilən fəaliyyətin qiymətləndirilməsi metodu, yaxşı, orta və zəif 

fəaliyyətin   müəyyənləşdirilməsi   meyarı   və   fəaliyyətin   müxtəlif   səviyyələrini   hansı 

hərəkət/mükafat   müşayiət   edəcəyi   barədə   məlumatlandırılmalıdır.   İşçilərlə   fərdi 

hədəflər   üzərində   razılaşarkən,   yadda   saxlamaq   lazımdır   ki,   yaxşı   ifadə   edilmiş 

məqsədlər SMART olmalıdırlar:

Spesifik – aydın, birmənalı, düzgün, başa düşülən və təşviqedici;



Ölçülə bilən – kəmiyyət, keyfiyyət, vaxt və pul;

16



İnsan Resursları və Riayət Olunma Standartı                                           

 

 Azərbaycan Mərkəzi Bankı

 

 

Yerinə yetirilə bilən – tələbkar, lakin səriştəli və etibarlı şəxs tərəfindən yerinə 



yetirilən;

İşə aidiyyatı olan -   işçilərin məqsədlərinin korporativ məqsədlərlə eyni olması 



üçün bankın məqsədlərinə uyğun ;

Vaxta bağlı – razılaşdırılmış vaxtda tamamlanmalı.



6.2.

Xidməti fəaliyyətin qiymətləndirilməsinin həyata keçirilməsi 

 

 

Müddət


Banklar   qiymətləndirmə   proseslərini   yarım   ilillik   və   ya   illik   keçirməyi   nəzərdə 

tutmalıdırlar. İllik qiymətləndirmə  prosesi adətən maliyyə  ili ilə uyğun olmalıdır ki, 

müvafiq   mükafatlandırmalar   bu   prosesin   bir   hissəsi   kimi   meydana   çıxsın.   Bir   çox 

hallarda,   ilin   ortasında   aparılan   qiymətləndirmə   fikir   söyləmək   və   məqsədləri 

yeniləşdirmək   üçün   imkan   yaradır,   son   qiymətləndirmə   isə   mükafatları,   treyninq 

ehtiyaclarını, vəzifə yüksəlişini müəyyənləşdirir. 

Qiymətləndirmə prosesi

Qiymətləndirmə prosesini asanlaşdırmaq üçün İRB aydın və istifadə üçün asan olan 

qiymətləndirmə   formasını   yaratmalıdır.   Bu   forma   ilin   başlanğıcında   yaradılan 

sənədlərlə yaxından əlaqələndirilməlidir. Belə formanı ən yaxşı dizaynla yaratmaq üçün 

qiymətləndirənin və qiymətləndirilənin mülahizələrinə ayrılmış sahələr daxil olmaqla 

məcburi   seçimlərdən   ibarət   olan   yoxlama   cədvəli   tərtib   etmək   olar.   İRB   həmçinin, 

qiymətləndirmə   nəticələrinin   fəaliyyəti   qiymətləndirənlə   müzakirə   olunmasını   və 

imzalanmasını təmin etmək üçün bütün formaların düzgün doldurulmasına və vaxtında 

təhvil verilməsinə nəzarət etməlidir. İRB fəaliyyətin qiymətləndirilməsi prosesi üçün 

təlimatlar hazırlamalı və işçilərə çatdırmalıdır.

Əksər   təşkilatlarda,   qiymətləndirmə   forması   hər   məqsəd   və   ya   səriştəyə   dərəcələrin 

verilməsini tələb edir. Adətən, bu daha sonra ümumi reytinqdə xülasələşdirilir. 

Xidməti fəaliyyətin  qiymətləndirməsi

Qiymətləndirmələr, işçinin birbaşa hesabat verdiyi müdiri tərəfindən həyata keçirilir. 

Özünü-qiymətləndirmə   prosesində   işçi   vəzifə   və   məqsədlərin   necə   yerinə   yetirildiyi 

barədə   onların   şəxsi   qiymətləndirməsini   qeyd   etməklə,   qiymətləndirmə   formasını 

dolduracaqdır. Bu zaman, lazım olduqda işçinin rəhbərliyi altında işlədiyi digər işçilər 

tərəfindən   verilən   məlumat   daxil   ediləcəkdir.   Müdir   sonradan   işçinin   fərdi 

qiymətləndirilmə nəticələrini qeyd edəcək və onunla müzakirə edəcək.

İşçilərin   qiymətləndirilməsini   aparan   şəxslər,   effektiv   və   obyektiv   qiymətləndirmə 

strukturunu   təmin   etmək   üçün   lazımi   təlim   və   səriştələrə   malik   olmalıdır. 

Qiymətləndiricilər,   qiymətləndirmə   iclaslarından   əvvəl   bütün   zəruri   material   və 

məlumatları   hazırlamalı   və   işçilərə   məlumat   verməlidirlər.   İRB   hər   2   tərəf: 

qiymətləndiricilər   və   qiymətləndirilənlər   üçün   rəsmi   təlim   və   təlimat   materialları 

hazırlayır.    

Qiymətləndirmə prosesinin nəticəsi

17



İnsan Resursları və Riayət Olunma Standartı                                           

 

 Azərbaycan Mərkəzi Bankı

 

 

Fəaliyyətin   qiymətləndirilməsinin   nəticəsi   adətən   aşağıdakılardan   təşkil   olunan 

tamamlanmış qiymətləndirmə formasından ibarətdir:

Fəaliyyətin əvvəlcədən razılaşdırılmış hədəf/məqsədlərə qarşı qiymətləndirilməsi. 



Buraya   adətən   maliyyə  (məsələn  gəlir  və   biznesin  inkişafı  və   s)  və   keyfiyyət 

(məsələn, kredit portfelinin keyfiyyəti)  məqsədləri daxildir. Bundan əlavə, cari 

bacarıqların/səriştənin qiymətləndirilməsi (məsələn texniki səriştələr, problem həll 

etmə,   səlahiyyət   vermə,   qərar   qəbul   etmə,   yaradıcılıq,   rabitə,   qrup   işi,   və   s.) 

aparılmalıdır. Yayınmalar üzrə səbəblər qeyd olunmalıdır;

İşçilərin   intensivliyinin   və   ixtisas   artırma   tələblərinin   vəzifə   və   səlahiyyət 



tələblərinə və əvvəlcədən razılaşdırılmış hədəflərə qarşı müəyyən edilməsi;

Təlimlərə   xüsusi   ehtiyacı   vurğulayan   və   işçinin   karyera   məqsədləri   ilə   uyğun 



gələn ixtisas artırma planı. Buraya həmçinin menecerin işçi haqqında onun vəzifə 

kateqoriyasının qaldırılmasına hazır olması haqqında rəyi daxil ola bilər;

Bankın hədəf və məqsədlərini dəstəkləyən, tamamlayan, həyata keçirən növbəti 



qiymətləndirmə müddəti üçün razılaşdırılmış fərdi məqsədlər;

6.3.


Xidməti fəaliyyətin qiymətləndirilməsinin mükafatlarla əlaqələndirilməsi

 

 

Fəaliyyətin idarə edilməsi aşağıdakılarla əlaqəlidir:



Fəaliyyətin təkmilləşdirilməsi  – korporativ və fərdi məqsədlərə çatmaq üçün 



İşçinin inkişafı – işçiyə öz məqsədlərinə çatmaq üçün imkan vermək üçün



Ünsiyyət və qoşulma  – rəhbərlər və işçilər arasında qarşılıqlı anlaşmaya imkan 

yaratmaq, məlumat mübadiləsi və gözlənilən nəticələrin müəyyənləşməsi.

Bu səbəbdən, fəaliyyətin idarə olunması sisteminin səmərəli olması, yəni, işçiləri fərdi 

və korporativ məqsədlərə çatmağa ruhlandırmaq üçün, onların fəaliyyəti birbaşa maddi 

mükafatlara bağlı olmalıdır. Mükafatlar aşağıdakı şəkillərdə ola bilər:

Fəaliyyətə görə ödəniş (maaş artımı və stimullar);



Kadr qərarları (yüksəlmələr, üfqi hərəkətlər və fəaliyyətin dayanması);

Təlim və ixtisas artırma tədbirləri.



6.4.

Xidməti fəaliyyətin qiymətləndirilməsi, təlim və ixtisas artırma tələbləri ilə

 

  

əlaqələndirilməsi

Xidməti fəaliyyətin  qiymətləndirilməsi prosesi işçilərin təlim və ixtisas artırma 



tələbləri haqqında əsas məlumat mənbəyi olmalıdır. 

7.

İşçilər üçün Təlimat Kitabçası, Etika və Peşəkar Davranış Məcəlləsi

7.1.


İşçilər üçün təlimat kitabçası

 

 

İşçilər üzrə Təlimat Kitabçasının əsas məqsədi işçiləri, onların bankdakı işlərinə aid 

olan bankın ümumi siyasət və prosedurları barədə və bank işçiləri üçün nəzərdə tutulan 

mükafat   proqramları   haqqında   məlumatlarla   təmin   etməkdən   ibarətdir.   İşçilər   üçün 

18



İnsan Resursları və Riayət Olunma Standartı                                           

 

 Azərbaycan Mərkəzi Bankı

 

 

Təlimat Kitabçaları İR siyasəti və prosedurlarını cəmləşdirir və işçiləri bu prosedurlara 

riayət etmək üçün lazım olan göstərişlərlə tanış edir. 

İşçilər üçün Təlimat Kitabçasının Məzmunu

İşçilər üzrə Təlimat Kitabçaları adətən bankda yeni işçilərə verilir. Orada açıq və sadə 

formada, onların bank haqqında bilmələri lazım olan bütün qaydalar barədə məlumatlar 

verilir.   İşçilər   üzrə   Təlimat   Kitabçalarında   əhatə   olunan   mövzular   adətən 

aşağıdakılardan ibarətdir:



Bankın qısa təsviri  – onun tarixi, missiyası, dəyərləri, xidmətləri, strukturu və 

rəhbərliyi;



İşə   götürmə   şərtləri   və   qaydası  –   iş   növü,   birinci   iş   günündə   tələb   olunan 

sənədlər, əmək müqaviləsinə xitam verilməsi, xəbərdarlıq müddəti;



İş   vaxtı  –   iş   saatları   və   əlavə   iş   saatlarına   görə   ödəniş,   işə   gəlmə/gəlməmə, 

xəstəliyə görə məzuniyyət/analıq ödənişi, bayramlar, məzuniyyət;



Əmək   haqqı  –   maaş,   təltif   və   əlavə   ödənişlər,   məvacib   ödənişləri   (bank 

köçürmələri, vergi tutulmaları və s.), ezamiyyə xərclərinin ödənilməsi;



Sosial təminat və rifahın təmin olunması – sığorta və əlavə faydalar;



Karyera  inkişafı  – təlim  və  təhsil   imkanları;  təlim  seçimlərinin   mövcudluğu; 

ezamiyyət və internatura;



Bank   daxili   qaydalar  –   geyim   qaydası;   telefondan   istifadə,   elektron   poçt   və 

İnternet; siqaret çəkmə üzrə qaydalar;



Səhhət və təhlükəsizlik tədbirləri;



Nizam-intizam qaydaları və mübahisələrin aradan qaldırılması prosedurları

Bəzən   kiçik   banklarda   məlumat   kitabçasının   hazırlanması   və   kitabça   şəklində   çap 

olunması özünü doğrultmur. Bu halda banklar bu informasiyanın vərəqlər şəklində çap 

olunmuş xülasəsini hazırlaya bilərlər.

İşçilər üçün Təlimat Kitabçasının Müddəalarının İdarə edilməsi

İşçilər üçün Təlimat Kitabçasının müddəaları tam şəkildə Əmək Məcəlləsinə müvafiq 

olmalıdır.   Bankın   siyasət   və   prosedurlarında   baş   verən   hər   hansı   dəyişikliklər   üzrə 

bankın təlimat  kitabçasını  daima  təzələmək  yaxşı  təcrübə  sayılır.  Bankın  işçiləri  bu 

dəyişikliklər   barədə   vaxtaşırı   məlumatlandırılmalıdırlar.   İşçilər   üzrə   Təlimat 

Kitabçasının tərtib olunması və onların dəyişdirilməsi barədə işçilərə məlumat verilməsi 

İR bölməsinin vəzifəsidir.

Şirkətlər bu təlimat kitabçalarını məxfi sənəd sayırlar və işçilərdən bankdakı işilərini 

tərk etdikdə, onu qaytarmağı tələb edirlər.

7.2.


Etik Davranış Məcəlləsi

 

 

Etik Davranış Məcəlləsinin hazırlanması və dərc edilməsi banklarda geniş gəbul edilən 

təcrübədir. Bankın Etik Davranış Məcəlləsi onun missiya və dəyərləri ilə bağlıdır və 

bank öz fəaliyyətini həyata keçirdikdə və öz ətrafındakı tərəflərə – işçilərə, müştərilərə, 

19



İnsan Resursları və Riayət Olunma Standartı                                           

 

 Azərbaycan Mərkəzi Bankı

 

 

səhmdarlara, təchizatçılara və ümumiyyətlə cəmiyyətə münasibətdə riayət etdiyi əsas 

prinsipləri   vurğulayır.   Bu   məcəllə   həmçinin   işçi   tərəfindən,   etika   qaydalarının 

pozulması halında, görə bilcəyi tədbirləri qısa formada izah edir, bunlardan bəziləri:



Maraqların toqquşması – şəxsi maraqların bank, müştəri və ya əlaqəli tərəflərin 

maraqları   ilə   toqquşması;   bankı   kənar   biznes   məqsədləri   üçün   təqdim   etmək; 

bankın əlaqələrindən istifadə edərək, bankın, onun müştərisinin və ya filialının 

hesabına öz şəxsi biznesini inkişaf etdirmək;



Hədiyyələrin verilib və alınması  – biznes fəaliyyətini artırmaq və ya ona təsir 

etmək   üçün   istənilən   şəxsə/təşkilata   rüşvət   və   ya   başqa   oxşar  haqq   verilməsi; 

biznes fəaliyyətinə təsir etmək üçün hədiyyələrdən, pul mükafatlarından və artıq 

dərəcədə əylənmələrdən çəkinmək;



Məxfilik – banka, müştəriyə və ya əlaqəli tərəfə məxsus məxfi və bizneslə əlaqəsi 

olan   məlumatları   saxlanılmaq,   qiymətli   kağızların   alınıb-satılması   ilə   əlaqədar 

insayder məlumatını istifadə etməmək; 



Bərabər   imkanlar  –   diskriminasiya   yol   verməmək   və   başqalarının   işlərində 

onlara hörmət bəsləmək və məsuliyyətli olmaq;



Siyasi   fəaliyyət  –   bankın   etika   məcəlləsinə   zidd   olan   (yəni   maraqların 

toqquşmasına səbəb olan) siyasi tədbirlərə cəlb olunmamaq.

Etik Davranış Məcəlləsi İdarə Heyəti tərəfindən tərtib edilir və Müşahidə Şurası 

tərəfindən təsdiq edilir.

Bəzən Etik Davranış Məcəlləsinin bütün və ya bəzi müddəaları bankın işçilər 

üzrə Təlimat Kitabçasına daxil olunur.

7.3.


Peşəkar Davranış Məcəlləsi

 

 

Bir  çox banklar   eyni   zamanda   İR bölməsinin   işçiləri   üçün  ətraflı   Peşəkar  Davranış 

Məcəlləsinə malik olurlar. Peşəkar Davranış Məcəlləsi, bank daxilində İR işçiləri üçün 

əsas prinsipləri və davranış dəyərlərini müəyyən edir. Peşəkar Davranış Məcəlləsində 

işçilərin aşağıdakı davranış qaydalarına əməl etməsi tələb olunur:

Dəqiqlik   –   İR   bölməsinin   işçiləri   işə   götürənlərə   və   işçilərə   olduqca   dəqiq 



məlumatlar və məsləhətlər verməlidirlər;

Məxfilik – İR bölməsinin işçiləri bankın məxfilik tələblərinə hörmət etməli və 



bütün   işçilər   haqqında   məlumatların   (o   cümlədən   hazırkı,   keçmiş   və   gələcək 

işçilər haqqında məlumatlar) məxfi saxlanılmasını təmin etməlidirlər;

Məsləhət verilməsi – Lazımi səriştəyə malik olan İR bölməsinin işçiləri bankın 



işçiləri üçün məsləhətçi olmalıdırlar;

Digər işçilərin hazırlanması – İR bölməsinin işçiləri öz-özünü inkişaf etdirməni 



genişləndirməli və bankın cari və gələcək ehtiyaclarını yerinə yetirən işçilərin tam 

inkişafına xidmət etməlidirlər;

Bərabər imkanlar – İR bölməsinin işçiləri düzgün, bərabər hüquqlu iş təcrübəsinin 



yaradılmasına köməklik göstərməlidirlər;

Düzgün davranış – İR bölməsinin işçiləri işçilərlə davranarkən ədalətli, mütərəqqi 



və nəzakətli davranış qaydalarından istifadə etməlidirlər;

20



İnsan Resursları və Riayət Olunma Standartı                                           

 

 Azərbaycan Mərkəzi Bankı

 

 

Öz-özünü   inkişaf   etdirmə   –   İR   bölməsinin   işçiləri   öz   fəaliyyətlərini   daima 



yaxşılaşdırmalı və səriştə və biliklərini yeniləşdirməlidirlər

Peşəkar Davranış Məcəlləsi İdarə Heyəti tərəfindən tərtib edilir və Müşahidə 

Şurası tərəfindən təsdiq edilir.

Analoji   davranış   qaydaları,   eləcə   də   korporativ   dəyərlərin   və   davranış 

metodlarının təsdiqlənməsi, ayrı-ayrı departamentlər üçün spesifik elementləri 

daxil   etməklə   bütövlükdə   bank   üçün   tərtib   oluna   bilər.   İRB   bu   qaydaların 

hazırlanmasına köməklik göstərməlidir.

8.

Riayət etmə prosedurları

Riayət etmə prosedurlarının əsas məqsədi işçiləri məlumatlandırmaq və onlara, riayət 

etmə   məsələləri   üzrə   açıqlamalar   əldə   edilməsi   prosedurlarını   və   pozuntular   barədə 

hesabat   verməyi   izah   etməkdir.   Riayət   etmə   prosedurları   bankın   ümumi   qayda   və 

prosedurlarının tərkib hissəsidir və aşağıdakıları əks etdirir:

Bankın siyasətini/Etik Davranış Məcəlləsini pozan halların təsvirini;



Bankın   siyasətinin/Etik   Davranış   Məcəlləsinin   pozulmasının   qarşısını   alma 

yollarını;

Bankın   siyasətinin/Etik   Davranış   Məcəlləsinin   pozuluması   görə   intizam 



tədbirlərini.

Məsələn, “maraqların toqquşması” siyasətində bank maraqların münaqişəsi yarana bilən 

halları təsvir edə bilər; məsələn:

Məhsul/xidmət satınalması üzrə cavabdeh olan işçinin şəxsi və ya ailə üzvlərinin 



maraqları   olduğu   şirkətlərdən   satınalınmanın   həyata   keçirilməsinə   təsir 

göstərməsi;

İşçilərin   bankda   tutduqları   vəzifələrinə   mane   olan   kənar   fəaliyyətlə   məşğul 



olmaları;

İşçilərin, bankın adından və ya bankın resurslarından, o cümlədən təchizat, işçilər 



və ya avadanlıqlarından öz şəxsi məqsədləri üçün istifadə etmələri.

Riayət proseduraları bankın qaydalarının pozulmasının qarşısını almaq üçün işçilərin nə 

edə biləcəklərini göstərməlidir. Belə tədbirlər aşağıdakılardır:

müəyyən tədbirlər görməzdən əvvəl əsaslı faktları təmin etmək;



birbaşa məsul olan şəxslə məsləhətləşmək;

bankın baş rəhbərliyinə hesabat vermək.



İşçilərdən   həmçinin,   bankın   qaydalarına   və   Etik   Davranış   Məcəlləsinə   riayət 

edəcəklərini   təsdiq   etmək   üçün   xüsusi   sənədləri   (məsələn,   açıqlamama   və/və   ya 

məxfilik müqaviləsi) imzalamaq tələb oluna bilər.

Riayət Prosedurlarının idarə edilməsi

21



İnsan Resursları və Riayət Olunma Standartı                                           

 

 Azərbaycan Mərkəzi Bankı

 

 

Banklar tərəfindən “Biznes etikası və davranışın açıqlanması” adlı sənəd hazırlana bilər. 

Bu sənədin əsas məqsədi işçilərə hər hansı qeyri-etik, vicdansız, saxtakar, qeyri-qanuni 

davranış və ya bankın qayda və prosedurlarının, habelə Əmək Məcəlləsinin pozulması 

halları barədə hesabat verməyin onların vəzifəsi olmasını başa salmaqdır. Bu sənəd elə 

bir   qaydada   tərtib   edilir   ki,   işçilər   belə   pozuntular   barəsində   məlumat   verə   bilmək 

imkanına malik olsunlar. 

Bu bildiriş bankın işçi üzrə təlimat kitabçasına əlavə edilə bilər və yaxud bankın ayrıca 



bir sənədi kimi tərtib oluna bilər.

22

Document Outline


Yüklə 223,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə