İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 458,5 Kb.
səhifə2/6
tarix17.09.2018
ölçüsü458,5 Kb.
#69066
növüQaydalar
1   2   3   4   5   6

fondun tərkibinə daxil edilməsi qaydası;

13.2.15. payın cari dəyərinin hesablanması qaydası;

13.2.16. pay sahiblərinin reyestrində mülkiyyət hüquqlarının ötürülməsinin

qeydiyyatı qaydası;

13.2.17. fondun aktivləri hesabına idarəçiyə, depozitara və digər şəxslərə

ödənilməli olan mükafatların, xərclərin və xidmət haqlarının hesablanma qaydası

və maksimum həcmi (fondun aktivlərinə nisbətən faizlə);

13.2.18. fondun fəaliyyəti haqqında məlumatların açıqlanması qaydası;

13.2.19. fondun aktivlərinin ölkədən kənarda yerləşdirilməsi nəzərdə

tutulduqda, aktivlərin xarici idarəçinin idarə edilməsinə verilməsi qaydası;

13.2.20. fondun ləğvi ilə bağlı idarəçi tərəfindən müvafiq tədbirlərin

görülməsi qaydası (o cümlədən, idarəçinin lisenziyasının ləğv edilməsi halında);

13.2.21. fonddan və pay sahiblərindən vergilərin tutulması rejimi barədə

məlumat;12

13.2.22. paylı investisiya fondunun formalaşdırılması baş tutmadıqda,

qoyulmuş vəsaitlərin geri qaytarılmasının formaları və qaydaları;

13.2.23. qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar.

13.3. Paylı investisiya fondunun idarə edilməsi qaydaları bu Qanunun 13.2-

ci maddəsinin tələblərinə cavab vermədikdə, habelə özündə qanunvericiliyə zidd

müddəalar əks etdirdikdə, nəzarət orqanı onun dövlət qeydiyyatına alınmasından

imtina edir.

13.4. Fondun qaydalarına nəzarət orqanı tərəfindən təqdim edildiyi tarixdən

etibarən 30 iş günü müddətində baxılır və qeydiyyatdan imtina üçün əsas

olmadıqda, qaydalar dövlət qeydiyyatına alınır.

13.5. Dövlət qeydiyyatına alınanadək fondun qaydalarının açıqlanmasına

yol verilmir.

13.6. Dövlət qeydiyyatına alındıqdan sonra fondun qaydaları idarəçisinin

internet səhifəsində açıqlanmalı və qüvvədə olduğu müddət ərzində hamının tanış

ola bilməsi üçün açıq olmalıdır. Fondun qaydaları açıqlanmadan fond paylarının

yerləşdirilməsinə yol verilmir.

Maddə 14. Paylı investisiya fondunun investisiya bəyannaməsi

14.1. Paylı investisiya fondunun investisiya bəyannaməsi idarəçi tərəfindən

qəbul edilir və özündə aşağıdakıları əks etdirir:

14.1.1. fondun investisiya strategiyası;

14.1.2. payların marketinq və satış strategiyası;

14.1.3. investisiya istiqamətləri və sahələri haqqında məlumat;

14.1.4. investisiya şərtləri;

14.1.5. fondun aktivlərinin diversifikasiyası şərtləri;

14.1.6. investisiyaların həyata keçirilməsi ilə bağlı risklər;

14.1.7. investisiya fəaliyyətinə dair məhdudiyyətlər;

14.1.8. dividendlərin ödənilməsi qaydası (nəzərdə tutulduqda).

Maddə 15. Paylı investisiya fondunun idarə edilməsi qaydalarına əlavə

dəyişikliklər edilməsi

15.1. Açıq və interval paylı investisiya fondunun idarə edilməsi qaydalarına

əlavə və dəyişikliklər edilməsi haqqında qərar idarəçi tərəfindən qəbul olunur.13

15.2. Qapalı paylı investisiya fondunun idarə edilməsi qaydalarına əlavə və

dəyişikliklər edilməsi haqqında qərar pay sahiblərinin ümumi yığıncağı tərəfindən

qəbul olunur.

15.3. Paylı investisiya fondunun idarə edilməsi qaydalarına əlavə və (və ya)

dəyişikliklərin dövlət qeydiyyatına alınması barədə ərizə müvafiq qərarın qəbul

edildiyi tarixdən 5 iş günü ərzində nəzarət orqanına təqdim olunur.

15.4. Paylı investisiya fondunun idarə edilməsi qaydalarına əlavə və (və ya)

dəyişikliklər müvafiq ərizənin daxil olduğu gündən 10 iş günü ərzində nəzarət

orqanı tərəfindən baxılır və imtina üçün əsas olmadıqda, dövlət qeydiyyatına alınır.

15.5. Paylı investisiya fondunun idarə edilməsi qaydalarına edilmiş əlavə və

(və ya) dəyişikliklər qanunvericiliyin tələblərinə zidd olduqda və ya pay

sahiblərinin hüquqlarını məhdudlaşdırdıqda, nəzarət orqanı onları dövlət

qeydiyyatına almaqdan imtina edir və imtinanın səbəbləri göstərilməklə, idarəçiyə

bildiriş göndərir. İmtinadan inzibati və ya məhkəmə qaydasında şikayət verilə

bilər.


15.6. Dövlət qeydiyyatına alındığı tarixdən 5 iş günü ərzində həmin əlavə

və (və ya) dəyişikliklər paylı investisiya fondunun idarəçisinin internet səhifəsində

və kütləvi informasiya vasitələrində açıqlanır və açıqlandığı tarixdən 30 təqvim

günü sonra qüvvəyə minir.

Maddə 16. Paylı investisiya fondunun formalaşdırılması və payın

dəyərinin hesablanması

16.1. Paylı investisiya fondunun idarə edilməsi qaydaları nəzarət orqanı

tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra idarəçi həmin fondun paylarını

investorlara təklif edə bilər.

16.2. İdarəçi paylı investisiya fondunun qaydalarının dövlət qeydiyyatına

alındığı tarixindən etibarən 90 gün ərzində fondun formalaşdırılmasını başa

çatdırmalıdır. Göstərilən müddət ərzində formalaşdırılması baş tutmadıqda, fond

paylı investisiya fondlarının dövlət reyestrindən çıxarılır və idarəçi həmin fondu

formalaşdırmaq hüququnu itirir.

16.3. İdarəçi paylı investisiya fondunun formalaşdırılmasının baş tutmuş

hesab edilməsi üçün yetərli olan kapitalın nəzarət orqanı tərəfindən müəyyən

edilən minimum həcmindən az olmamaqla, pulla ifadə olunmuş minimum həcmini

fondun qaydalarında müəyyən edir.

16.4. Paylı investisiya fondunun formalaşdırıldığı müddət ərzində paylar

fondun qaydalarında müəyyən edilmiş dəyərlə yerləşdirilir.

16.5. Paylı investisiya fondunun paylarının yerləşdirilməsi zamanı əldə

edilmiş pul vəsaitləri depozitarda açılmış xüsusi hesabda saxlanılır. Fondun 14

formalaşdırıldığı müddət ərzində əldə olunmuş pul vəsaitləri yalnız banklarda

depozit şəklində və (və ya) qısamüddətli dövlət qiymətli kağızlarına yerləşdirilə

bilər.

16.6. Fondun formalaşdırılması başa çatdıqdan sonra idarəçi tərəfindən bir



payın satış qiyməti və payın geri satın alınması ilə bağlı pay sahibinə ödənilməli

olan pulun məbləği (fondun ləğv edilməsi halı istisna olmaqla) payın cari dəyərinə

əsasən hesablanır.

16.7. Idarəçi tərəfindən payların satışı və geri satın alınması zamanı onların

dəyəri fondun xalis aktivlərinin satış və ya geri satın alınma barədə sifarişin

verilməsindən sonrakı növbəti hesablanması zamanı müəyyən edilmiş dəyərinin

hesablama tarixinə payların ümumi sayına (pay sahiblərinin reyestri əsasında)

bölünməsi yolu ilə müəyyən edilir.

16.8. Fondun formalaşdırılması müddəti başa çatdıqdan sonra xalis

aktivlərin dəyərinin hesablanması və bu barədə məlumatın açıqlanması aşağıdakı

qaydada həyata keçirilir:

16.8.1. açıq paylı investisiya fondları üzrə - həftədə azı bir dəfə, payların

satışı və geri satın alınması üzrə sifarişlərin qəbulu müddətinin başa çatdığı

gün;


16.8.2. interval paylı investisiya fondları üzrə - ayda bir dəfə, habelə

payların satışı və geri satın alınması üzrə sifarişlərin qəbulu müddətinin başa

çatdığı gün;

16.8.3. qapalı paylı investisiya fondları üzrə - fondun qaydalarına uyğun

olaraq, fondun qaydalarına əlavə və dəyişikliklər edilməsi və ya fondun ləğvi ilə

bağlı payların geri satın alınması halında isə, müvafiq sifarişlərin qəbulunun

başlandığı gün.

16.9. Xalis aktivlərin dəyəri barədə məlumat fondun idarəçisinin rəsmi

internet səhifəsində və ya fondun qaydaları ilə müəyyən edilmiş kütləvi

informasiya vasitələrində açıqlanmalıdır.

16.10. Paylı investisiya fondunun formalaşdırılması müddəti bitdikdən

sonra idarəçi nəzarət orqanına 3 iş günü ərzində fondun formalaşdırılması

haqqında hesabat təqdim etməlidir.

16.11. Fondun formalaşdırılması müddəti bitdikdən sonra cəlb edilmiş

vəsaitin həcmi fondun qaydaları ilə müəyyən edilmiş ilkin kapitalın miqdarından

az olduqda, fondun formalaşdırılması baş tutmamış hesab edilir. Bu halda idarəçi

öz vəsaitləri hesabına bu barədə məlumatı dərhal dərc etdirməli və 30 gün ərzində

payların satışından əldə edilmiş pul vəsaitlərini və gəlirləri (olduqda) payların

sahiblərinə, onlara məxsus payların sayına mütənasib şəkildə qaytarmalıdır. 15

Maddə 17. Paylı investisiya fondunun paylarının satışı

17.1. Payın satışı idarəçiyə investor tərəfindən verilmiş sifariş əsasında

həyata keçirilir. Paylı investisiya fondunun payları idarəçinin özü tərəfindən və ya

broker vasitəsilə yerləşdirilə bilər. İnterval və qapalı paylı investisiya fondlarının

yerləşdirilmiş payları ilə alqı-satqı əqdləri yalnız fond birjasında bağlanıla bilər.

17.2. Açıq paylı investisiya fondunun paylarının satışı idarəçi tərəfindən

həftədə bir dəfə həyata keçirilir. Açıq paylı investisiya fondunun paylarının cari

dəyərindən aşağı qiymətə satılmasına yol verilmir.

17.3. İnterval paylı investisiya fondunun paylarının satışı ildə bir dəfədən az

olmamaq şərtilə, fondun qaydalarında müəyyən edilmiş müddətdə idarəçi

tərəfindən həyata keçirilir. İnterval paylı investisiya fondu formalaşdırıldıqdan

sonra payların alınması üzrə sifarişlərin hər bir qəbul müddəti 10 iş günündən az

olmamalıdır. Sifarişlərin növbəti qəbul müddəti sifarişlərin əvvəlki qəbul

müddətinin bitməsindən 60 gün sonra başlana bilər.

17.4. Qapalı paylı investisiya fondunun paylarının satışı yalnız fondun

formalaşdırıldığı müddət ərzində, habelə bu Qanunun 21.13-cü maddəsində

göstərilmiş hallarda paylar geri satın alındıqdan sonra idarəçi tərəfindən həyata

keçirilə bilər. Bu halda payların alınması üzrə sifarişlər onların geri satın alınma

müddəti bitdikdən sonra 10 iş günü ərzində verilə bilər.

17.5. Paylar müvafiq pul vəsaitləri fonda daxil olduqdan sonra investorun

adına rəsmiləşdirilir. Pay depozitar tərəfindən alıcının adına açılmış depo hesabına

köçürüldükdən sonra əldə edilmiş hesab edilir. Paya sahiblik hüququnu təsdiq edən

sənədlər payların alıcının depo hesabına köçürüldüyü gündən etibarən 1 iş günü

ərzində ona təqdim edilməli və pay sahiblərinin reyestrində müvafiq qeydlər

aparılmalıdır.

17.6. Payın satışından aşağıdakı hallarda imtina edilə bilər:

17.6.1. fondun qaydaları ilə nəzərdə tutulmuş sifarişlərin verilmə şərtlərinə

alıcı tərəfindən riayət edilmədikdə;

17.6.2. payın alınması üzrə sifariş bu Qanuna əsasən pay sahibi qismində

çıxış edə bilməyən şəxslər tərəfindən verildikdə;

17.6.3. bu Qanunla nəzərdə tutulmuş qaydada payların satışının

dayandırılması haqqında qərar qəbul edildikdə.16

Maddə 18. Paylı investisiya fondunun paylarının geri satın alınması

18.1. Paylar bilavasitə idarəçi tərəfindən və ya brokerin vasitəsi ilə,

investisiya fondunun aktivləri hesabına geri satın alına bilər.

18.2. Paylı investisiya fondunun formalaşdırılması müddətində payların geri

satın alınmasına yol verilmir.

18.3. Fondun formalaşdırılması müddəti istisna olmaqla, payların geri satın

alınması payların satışı ilə eyni zamanda həyata keçirilməlidir.

18.4. Açıq paylı investisiya fondunun paylarının geri satın alınması barədə

sifariş fondun qaydaları ilə nəzərdə tutulmuş müddətdə (həftədə bir dəfədən az

olmamaq şərti ilə) idarəçi tərəfindən qəbul edilir. Payların geri satın alınmasını

tələb edən şəxsə ödənişlər payların geri satın alınması tarixindən etibarən 10 iş

günü ərzində həyata keçirirlir.

18.5. İnterval paylı investisiya fondunun paylarının geri satın alınması

barədə sifariş fondun qaydaları ilə nəzərdə tutulmuş müddətdə (ildə bir dəfədən az

olmamaq şərti ilə) idarəçi tərəfindən qəbul edilir. Sifarişlərin hər bir qəbul müddəti

10 iş günündən az olmamalıdır. Payların geri satın alınması barədə sifarişlərin

qəbul müddəti əvvəlki qəbul müddətinin bitməsindən 60 gündən sonra başlana

bilər. Payların geri satın alınmasını tələb edən şəxsə ödənişlər sifarişlərin qəbul

müddətinin bitməsindən sonrakı 15 iş günü ərzində edilir.

18.6. Qapalı paylı investisiya fondunun paylarının geri satın alınması barədə

sifariş fondun fəaliyyət müddətinin sonunda və bu Qanunun 21.13-cü maddəsi ilə

nəzərdə tutulmuş hallarda idarəçi tərəfindən qəbul edilir. Payların geri satın

alınması barədə sifarişlərin qəbul müddəti fondun qaydalarında (həmin halların

yarandığı tarixdən 10 iş günündən gec olmamaq şərti ilə) müəyyən edilir. Payların

geri satın alınmasını tələb edən şəxsə ödənişlərin edilməsi fondun qaydaları ilə

nəzərdə tutulmuş müddətdə (sifarişlərin qəbul müddətinin bitməsindən sonra 30

gündən gec olmamaq şərti ilə) təmin edilməlidir.

18.7. İdarəçi aşağıdakı hallarda payların geri satın alınmasından imtina edə

bilər:


18.7.1. payların geri satın alınması barədə fondun qaydaları ilə müəyyən

edilmiş sifarişin verilmə şərtlərinə riayət olunmadıqda;

18.7.2. bu Qanunla nəzərdə tutulmuş qaydada payların geri satın

alınmasının dayandırılması haqqında qərar qəbul edildikdə.17

Maddə 19. Paylı investisiya fondunun paylarının satışının və geri satın

alınmasının dayandırılması

19.1. Paylı investisiya fondunun paylarının geri satın alınması

dayandırıldıqda, onun paylarının satışı da dayandırılır.

19.2. Paylı investisiya fondunun paylarının satışı və geri satın alınması

idarəçinin qərarı ilə aşağıdakı hallarda dayandırılır:

19.2.1. depozitar xidmətlərinin göstərilməsi ilə bağlı hüquq və öhdəliklər

digər depozitara keçdiyi müddət ərzində;

19.2.2. fors-major hallarında fondun fəaliyyətinin təmin edilməsi mümkün

olmadıqda.

19.3. Açıq paylı investisiya fondunun payının cari dəyəri bundan əvvəlki

tarixə hesablanmış payın dəyərinə nisbətən 20 faiz dəyişdikdə və ya payların geri

satın alınması nəticəsində açıq və ya interval paylı investisiya fondunun xalis

aktivlərinin dəyəri sonuncu hesablanma tarixinə nisbətən 10 faiz və daha çox

azaldıqda, idarəçi nəzarət orqanını məlumatlandırmaqla, fondun paylarının satışını

və geri satın alınmasını 3 iş günündən çox olmayan müddətə dayandıra bilər.

19.4. Idarəçi paylı investisiya fondunun paylarının satışının və geri satın

alınmasının dayandırılması barədə qərarı yalnız payların satışı və geri satın

alınması üzrə sifarişlərin qəbul müddəti bitdikdən sonra qəbul edə bilər.

19.5. Payların satışını və geri satın alınmasını dayandırdıqda, idarəçi

müvafiq qərarın qəbul edildiyi gün dayandırmanın səbəblərini göstərməklə, fondun

depozitarına və nəzarət orqanına yazılı formada məlumat təqdim etməlidir.

19.6. Paylı investisiya fondunun paylarının satışı və geri satın alınması

aşağıdakı hallarda nəzarət orqanının qərarı ilə dayandırılır:

19.6.1. idarəçinin və ya depozitarın müvafiq lisenziyası ləğv olunduqda;

19.6.2. idarəçi, depozitar, auditor və ya qiymətləndirici tərəfindən

investisiya fondunun fəaliyyətinin təmin edilməsi ilə bağlı qanunvericiliyin

tələbləri pozulduqda.

19.7. Payların satışı və geri satın alınması onların dayandırılmasının

səbəbləri aradan qaldırıldıqdan sonra bərpa edilir. Payların satışının və geri satın

alınmasının bərpası üçün idarəçi həmin səbəblərin aradan qaldırılmasını

təsdiqləyən faktları göstərməklə, fondun depozitarına və nəzarət orqanına yazılı

formada məlumat təqdim etməli, habelə həmin məlumatı fondun qaydalarında

müəyyən edilmiş kütləvi informasiya vasitələrində dərhal dərc etdirməlidir.18

Maddə 20. Paylı investisiya fondunun pay sahiblərinin reyestri

20.1. Paylı investisiya fondu haqqında məlumat, o cümlədən satılmış və geri

satın alınmış payların ümumi məbləği və dəyəri, pay sahibləri və onlara məxsus

payların miqdarı, habelə idarəçi barədə məlumatlar paylı investisiya fondunun pay

sahiblərinin reyestrində əks olunur.

20.2. Paylı investisiya fondunun pay sahiblərinin reyestri qiymətli kağızlar

bazarının peşəkar iştirakçısı olan reyestrsaxlayıcı tərəfindən aparılır.

Maddə 21. Qapalı paylı investisiya fondunun pay sahiblərinin ümumi

yığıncağı

21.1. Pay sahiblərinin ümumi yığıncağı idarəçi tərəfindən aşağıdakı hallarda

çağırılır:

21.1.1. idarəçinin və ya depozitarın təşəbbüsü ilə;

21.1.2. payların ən azı 10 faizinin sahiblərinin yazılı tələbi ilə.

21.2. Ümumi yığıncağın çağırılması haqqında pay sahiblərinin yazılı

tələblərinə yığıncağın çağırılmasının səbəbləri və gündəliyə dair təkliflər daxil

edilməlidir.

21.3. Pay sahiblərinin ümumi yığıncağında iştirak etmək hüququna malik

olan şəxslərin siyahısı fondun pay sahiblərinin reyestri əsasında müəyyənləşdirilir.

Həmin siyahı ümumi yığıncağın keçirilməsinədək 60 gündən gec və 45 gündən tez

olmayan müddətə tərtib olunmalıdır.

21.4. Pay sahiblərinin ümumi yığıncağının keçirilməsi barədə tələbin daxil

olduğu tarixindən etibarən idarəçi aşağıdakıları yerinə yetirməlidir:

21.4.1. ümumi yığıncağın keçirilmə vaxtını və yerini 3 iş günü ərzində

müəyyən etmək;

21.4.2. pay sahiblərinə və depozitara 5 iş günü ərzində ümumi yığıncağın

keçirilməsi barədə bildirişlər göndərmək.

21.5. İdarəçi ümumi yığıncağın keçirilməsini müvafiq tələbin daxil olduğu

tarixdən 30 təqvim günündən tez və 45 təqvim günündən gec olmayaraq təmin

etməlidir.

21.6. İdarəçi bu Qanunun 21.1.2-ci maddəsində nəzərdə tutulan pay

sahiblərinin tələbi ilə ümumi yığıncağın çağırılmasından imtina etdikdə, yaxud

bunu əsassız olaraq gecikdirdikdə, ümumi yığıncaq pay sahiblərinin müraciəti ilə

depozitar tərəfindən çağırılır.19

21.7. Pay sahiblərinin ümumi yığıncağı payların ən azı 60 faizinin sahibləri

iştirak etdikdə səlahiyyətlidir.

21.8. Pay sahiblərinin ümumi yığıncağında yetərsay olmadıqda, ümumi

yığıncaq bu Qanunun 21.4-cü maddəsində müəyyən edilmiş tələblərə əməl

edilməklə yenidən çağırılmalıdır. Bu halda ümumi yığıncağın gündəliyi

dəyişdirilməməlidir. Təkrarən çağırılan ümumi yığıncaq payların 40 faizinin

sahibləri iştirak etdikdə səlahiyyətlidir.

21.9. Təkrarən çağırılan ümumi yığıncaqda yetərsay olmadıqda, ümumi

yığıncaq bu Qanunun 21.4-cü maddəsində müəyyən edilmiş tələblərə riayət

edilməklə yenidən çağırılmalıdır. Bu halda ümumi yığıncağın gündəliyi

dəyişdirilməməlidir. Təkrarən çağırılan ümumi yığıncaq payların 25 faizinin

sahibləri iştirak etdikdə səlahiyyətlidir.

21.10. Bu Qanunun 21.9-cu maddəsinə əsasən təkrarən çağırılan ümumi

yığıncağın keçirilməsi üçün yetərsay təmin olunmadıqda, idarəçi bu barədə nəzarət

orqanına məlumat verməklə, yetərsaydan asılı olmayaraq ümumi yığıncağı keçirir

və onun qərarı əsasında paylı investisiya fondu ləğv edilir.

21.11. Pay sahiblərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə

aşağıdakılar aiddir:

21.11.1. fondun qaydalarına əlavə və dəyişikliklər edilməsi;

21.11.2. idarəçinin, depozitarın, auditorun və qiymətləndiricinin (olduqda)

əvəz edilməsi;

21.11.3. fondun idarə edilməsi müqaviləsinə vaxtından əvvəl xitam

verilməsi haqqında qərar qəbul edilməsi;

21.11.4. fondun xərclərinin artırılması;

21.11.5. fondun yenidən təşkili və ləğv edilməsi.

21.12. Pay sahibinə məxsus səslərin sayı ümumi yığıncağın keçirilməsi

zamanı onun mülkiyyətində olan payların sayına bərabərdir. Fondun qaydalarına

əlavə və dəyişikliklər edilməsi, idarəçinin, depozitarın, auditorun və

qiymətləndiricinin (olduqda) əvəz edilməsi, habelə yenidən təşkil və ləğv barədə

ümumi yığıncağın qərarları səsvermədə iştirak edənlərin üçdə iki səs çoxluğu ilə

qəbul edilir. Digər məsələlər üzrə qərarlar səsvermədə iştirak edənlərin sadə səs

çoxluğu ilə qəbul edilir.

21.13. Fondun qaydalarında əlavə və dəyişikliklər edilməsi, onun yenidən

təşkili və ləğvi barədə məsələlər üzrə qərarlar qəbul edildikdə, səsvermədə həmin

qərarların əleyhinə səs vermiş pay sahibləri mülkiyyətlərində olan payların geri

satın alınmasını tələb edə bilərlər. Belə hallarda payların geri satın alınması üzrə 20

sifarişlərin idarəçi tərəfindən qəbulu və ödənilməsi bu Qanunla müəyyən edilmiş

qaydada həyata keçirilir.

21.14. Fondun qaydaları ilə nəzərdə tutulduğu halda, pay sahibi ümumi

yığıncaqda imzası qanunvericiliklə müəyyən edilmiş qaydada (notarial və sair)

təsdiq edilməklə, qiyabi surətdə səs verə bilər.

21.15. İdarəçi (bu Qanunun 21.6-cı maddəsi ilə nəzərdə tutulmuş halda isə

depozitar) pay sahiblərinin ümumi yığıncağının keçirildiyi tarixdən 3 iş günündən

gec olmayaraq yığıncağın protokolunun surətini nəzarət orqanına təqdim etməlidir.

Maddə 22. Paylı investisiya fondunun əmlakının uçotu

22.1. Paylı investisiya fondunun əmlakı idarəçinin özünə məxsus, habelə

onun idarəçiliyində olan digər fondlara aid əmlakdan ayrı olaraq formalaşır və

uçotu ayrı aparılır.

22.2. Paylı investisiya fondunun idarə edilməsi ilə bağlı əməliyyatların

aparılması üçün fondun depozitarında ayrıca pul hesabı, fondun əmlakını təşkil

edən qiymətli kağızların uçotunun aparılması üçün isə, fondun depozitarında ayrıca

depo hesabları açılır. Həmin hesablar paylı investisiya fondunun adı göstərilməklə,

idarəçinin adına açılır və fondun onun idarəçiliyində olması barədə məlumatı

özündə əks etdirir.

22.3. Qapalı paylı investisiya fondunu təşkil edən daşınmaz əmlaka

hüquqlar dövlət qeydiyyatına alınarkən daşınmaz əmlakın dövlət reyestrində

fondun və onun idarəçisinin adları qeyd olunur.

22.4. İdarəçi və ya depozitar müflisləşdikdə paylı investisiya fondunu təşkil

edən əmlak müsabiqə kütləsinə daxil edilmir.

Maddə 23. Paylı investisiya fondunun pay sahiblərinə zərərin

vurulmasına görə məsuliyyət

23.1. İdarəçi müvafiq qanunvericiliyin tələblərini pozması və ya fondun

idarəedilmə qaydalarına riayət etməməsi nəticəsində pay sahiblərinə vurduğu

zərərə görə onların qarşısında tam məsuliyyət daşıyır.

23.2. İdarəçi fondun aktivlərinin bazar dəyərinin artması və ya azalması

nəticəsində payın cari dəyərinin dəyişməsinə görə pay sahibləri qarşısında

məsuliyyət daşımır.

23.3. Depozitar bu Qanunla və nəzarət orqanı tərəfindən qəbul edilmiş

normativ hüquqi aktlarla müəyyən edilmiş tələbləri pozduqda, pay sahibləri

qarşısında idarəçi ilə birgə məsuliyyət daşıyır. Bu halda idarəçi depozitara qarşı

reqress tələbini irəli sürə bilər.21

IV fəsil

İnvestisiya fondunun idarəçisi, depozitarı, auditoru və aidiyyəti şəxsləri

Maddə 24. İnvestisiya fondunun idarəçisi

24.1. Azərbaycan Respublikasının ərazisində yalnız qanunvericiliklə

müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş, müstəsna olaraq aktivlərin idarə

edilməsi üzrə fəaliyyət göstərən və bu fəaliyyət növü üzrə xüsusi razılığa

(lisenziyaya) malik olan hüquqi şəxslər investisya fondunun idarəçisi ola bilərlər.

24.2. İdarəçi digər sahibkarlıq fəaliyyət növləri ilə məşğul ola bilməz.

İdarəçinin nizamnaməsində qanunvericiliklə hüquqi şəxslərin nizamnaməsində

müəyyən edilmiş tələblərlə yanaşı fəaliyyətinin müstəsna predmetinin

müştərilərinə məxsus pul vəsaitləri, qiymətli kağızlar və qanunvericilikdə nəzərdə

tutulmuş digər əmlakla onların və ya üçüncü şəxslərin xeyrinə əməliyyatların

aparılması üzrə peşəkar fəaliyyətdən ibarət olması müəyyən edilməlidir.


Yüklə 458,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə