İqtisadiyyata giriş fənni üzrə suallar və cavablar



Yüklə 221,03 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix16.11.2017
ölçüsü221,03 Kb.
#10561
1   2   3   4   5   6   7   8

13 

 

İqtisadi sistem – maddi və qeyri-maddi nemət və xidmətlər istehsalçıları və istehlakçıları 



arasındakı xüsusi şəkildə nizamlanmış əlaqələr sistemidir. 

İqtisadi  sistemdə  təsərrüfat  fəaliyyəti  həmişə  bu  və  ya  digər  şəkildə  təşkil  olunmuş, 

əlaqələndirilmiş olur. 

İnsanların  iqtisadi  fəaliyyətinin  iki  əlaqələndirilmə  üsulunu  nəzərdən  keçirir.  Birincisi 

məcbur  etmə  ilə  müşayiət  olunan  mərkəzləşdirilmiş  rəhbərlik  və  ya  iyerarxiyadır;  ordunun, 

müasir totalitar dövlətin metodları  belədir. İkinjisi fərdlərin könüllü əməkdaşlığı, və ya spontan, 

kor-təbii nizamdır;  burada fəaliyyətə əsas siqnal qiymətlərdir. Resurslara və əməyin nəticələrinə 

qiymətin  enməsi  və  ya  qalxması  təsərrüfatçılara  hansı  istiqamətdə  hərəkət  etmək  lazım 

olduğunu göstərir. 

İqtisadi sistem anlayışı müxtəlif iqtisadçılar tərəfindən müxtəlif cür şərh edilir. 

-»İqtisadi  sistem-  müəyyən  joğrafi  ərazi  hüdudlarında  istehsal,  gəlir    və  istehlakla  bağlı 

qərarların qəbul edilməsi və həyata keçirilməsi ilə bağlı mexanizmlər və institutların cəmidir» . 

(P.Qreqori,R.Styuart) 

-»İqtisadi sistem - özündə iqtisadi davranış və nəticələrə bilavasitə və  ya dolayısı ilə təsir  edən 

bütün  institutlar,  təşkilatlar, qanun  və qaydalar, ənənələr, mövqelər, dəyərləndirmələr

qadağalar və davranış sxemlərini əhatə edir». (F.Prayor) İqtisadi sistemin ümumi ünsürləri: 

 

 

 



 

Məhsuldar qüvvələr 

 

Təbii: təbii resurslar, 

İctimai: istehsal vasitələri, 

Ən ümumi: elm, 

insanın imkanları və s. 

əmək bölgüsü  və s. 

təhsil, mədəniyyət və s. 

 

İstehsal münasibətləri 

 

Sosial iqtisadi (mülkiyyət 

Təşkilati - iqtisadi (təcrübə 

Texniki - iqtisadi 

münasibətləri) 

mübadiləsi,  marketinq, 

menecment və s.) 

 

Resurslar, əmək, təbii, 



İctimai əmək bölgüsü: 

Əmək prosesi və onun 

istehsalvasitələri, elmi- 

 

istehsalın məhsul hazırlan-  tərkib hissələri: əmək, 



texniki  təhsil və s. 

ması üzrə ixtisaslaşması 

əmək vasitələri, əmək 

cisimləri 

 

İstehsal imkanları: 



Nəticələr: maddi-əşyavi 

Səmərəlilik: 

nəticələrlə 

məhdud resurslardan 

məhsul, xidmətlər 

xərclərin nisbəti 

seçim 

 

 



2.

 

İqtisadi sistemlərin əsas problemləri. 

 

Seçim  probleminin  mahiyyəti  ondadır  ki,  çoxsaylı  təlabatları  ödəmək  üçün  istifadə 

olunan hər bir amil məhdud olsa da, ondan alternativ istifadə və istehsal amillərinin daha yaxşı 

uzlaşdırılması problemi həmişə mövcuddur. 




14 

 

İqtisadiyyatın əsas problemləri: 



1.Tələbatların sonsuzluğu (Fiziki,mənəvi,sosial) 

2.Resursların məhdudluğu (əmək,torpaq,kapital) 

3.

 

Resursların səmərəli bölüşdürülməsi və istifadəsi 4.Seçim 



problemi: 

 



Nə istehsal etmək? - Müəyyən dövrdə hər hansı iqtisadi sistemində mümkün məhsul və 

xidmətlərdən hansılar istehsal olunmalıdır. 

 

Necə istehsal etmək? - Hansı taxnologiyadan istifadə yolu ilə istehsal olunmalıdır. 



 

Kimin üçün istehsal etmək? - İstehsal olunacaq məhsul və xidmətləri kim alacaqdır. 



Təsərrüfat  sisteminin  xüsusiyyətləri,  bir  tam  kimi,  onun  tərkibinə  daxil  olan  quruluş 

elementləri  xüsusiyyətlərinin  sadəcə  cəmi  ilə  eyni  deyil.  Yeni  keyfiyyətlər,  yeni  xüsusiyyətlər 

meydana  gəlir.  Sistem  daim  inkişafdadır  və  müəyyən  xüsusiyyətlərə  malikdir:  bütövlük, 

nizamlılıq, sabitlik,  dəyişkənlik, dözümlülük, çeviklik, ziddiyyətlilik. 

 

 

3.



 

İqtisadi sistemlərin təsnifləşdirilməsi meyarları və tipləri. 

 

İqtisad  elmi  tarixinin  göstərdiyi  kimi,  iqtisadi  sistemlərin  təsnifatlaşdırılması  müxtəlif 

meyarlar (əlamətlər) əsasında aparıla bilər. 

Bu çoxluğun əsasında iqtisadi sistemlərin xassələrinin obyektiv  müxtəlifliyi durur. 

İriləşdirilmiş şəkildə iqtisadi sistemlərin meyarlarını üç qrupa  bölmək olar: 

1.Predmetəmələgətirən  meyarlar–  iqtisadi  nəzəriyyənin  predmetini  əmələ  gətirən  struktur 

elementlər tərəfindən meyarlardır. Belələrinə funksional  iqtisadi əlaqələr, istehsal münasibətləri 

(hər şeydən əvvəl, mənimsəmə münasibətləri  kimi başa düşülən), institutlar aiddir. 

Müvafiq  olaraq,  iqtisadi  sistemlər  funksional  əlaqələr,  istehsal  münasibətləri  və institusional 

sistemlərə bölünür. 

2.Sosial-iqtisadi  meyarlar-  iqtisadi  sistemin  başlıja  məzmun  tərəflərinin  ayrıl-masına 

əsaslanan  meyarlardır.  Onların  arasında:  istehsal  və  istehlakın  birləşməsi  üsulu  (iqtisadi 

fəaliyyətin koordinasiyası üsulu); bilavasitə istehsalçıların istehsal vasitələri ilə birləşməsi üsulu 

(mülkiyyətin  tipi); sosial-mədəni amilin rolu, sənaye və iqtisadi əsasların inkişaf dərəcəsi. 

Müvafiq olaraq, iqtisadi sistemlər təsərrüfatçılıq formaları, eləcə də formasiya, sivilizasiya və 

texnoloji əlamətləri üzrə bölünür. 

3.Həcm  və  dinamik  meyarlar–  sistemin  mürəkkəbliyi  və  onun  dəyişkənliyini 

səciyyələndirən  meyarlardır.  Onların  arasında  sistemin  eyniliyi  və  ya  müxtəlifliyi,  sistemin 

statikliyi və ya dinamikliyi vardır. 

Müvafiq olaraq, iqtisadi sistemlər «xalis» və «qarışıq», statik və tarixən inkişaf edənlərə bölünə 

bilər. 

 

 



4.

 

İqtisadi sistemlərin təsnifatı. 

İqtisadi  ədəbiyyatlarda  təsərrüfat  (iqtisadi)  sistemlərinin  inkişaf  təmayüllərinə  baxışlar 

müxtəlifdir.  İqtisadçıların  bir  qismi  hesab  edir  ki,  sistemin  inkişafının  həlledici  təmayülü 

eyniliyə, bütün quruluş  elementlərinin unifikasiyasına yönümlənmiş inkişafdır. 

Müasir dünya ən müxtəlif iqtisadi sistemlərin mövcudluğu ilə səciyyələnir, onlar  bu  və 

ya  digər  tarixi  şəraitdə  yaranaraq  dəyişilməz  qalmayıb,  daim  inkişaf 




Yüklə 221,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə