İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə13/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   9   10   11   12   13   14   15   16   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
                                                
əsas  ticarət  ortaqları  ilə  olan  əlaqələri  zəiflətmək  istəmədik‐
lərini  ancaq  digər  müsəlman  ölkələri  ilə  əməkdaşlığı  inkişaf 
etdirmək istədiklərini qeyd etdi. 
Sədəqə vermək mövzusuna toxunan Mahathir Muhammed 
sədəqə verənin zaman keçdikcə buna alışdığını və investisiya 
qoymadığını  deyir.  İslam  ölkələri  investisiyalarını  müsəlman 
ölkələrə qoymaqla bu ölkələrdəki insanların vəziyyətini yaxşı‐
laşdıra bilərlər. 
Başqa bir nüans İslamda məqbul görülməyən faiz gəliri ilə 
əlaqədardır.  Sabiq  baş  nazir  müsəlman  sərmayənin  əslində 
Qərb maliyyə sistemində faiz gəliri əldə etdiyini və oradakı in‐
sanların rifahının yüksəldilməsinə səbəb olduğunu irəli sürür. 
Halbuki  bu  sərmayə  müsəlman  ölkələrinə  yönəldilərək  həm 
müsəlman əhalinin vəziyyəti yaxşılaşdırıla bilər həm də xaricə 
beyin köçünün qarşısı alına bilər. Eyni qayda ilə R&D (innova‐
siya) fəaliyyətlərinə çəkiləcək xərclər də qarşılana bilər ki, bil‐
diyimiz kimi bu da texnoloji yenilik və innovasiya baxımından 
çox  əhəmiyyətlidir.  Bütün  bunların  həyata  keçməsi  isə  ölkə 
rəhbərlərinin niyyət və səriştələri ilə bilavasitə əlaqəlidir. 
Beyin  köçündən  də  bəhs  edən  Muhammed,  müsəlman 
alimlərinin  çoxunun  xarici  ölkələrdə  yaşadığını  və  öz  vətən‐
lərində bunlar üçün şərait olmadığını qeyd edir. Müsəlman öl‐
kələri öz alimlərinin çalışmalarının nəticəsi olan əmtəələri xa‐
rici  ölkələrə  böyük  miqdarlarda  pul  ödəyərək  alırlar.  Fikri 
mülkiyyət  haqlarını  irəli  sürən  Qərb  ölkələri  müsəlman  ölkə‐
lərdə  maliyyə  yükünü  çoxaltmağa  çalışırlar.  ABŞ  və  Böyük 
Britaniya bu ölkələrdə rejim dəyişdirmə haqqına sahib olduq‐
larını fikirləşirlər. Əslində isə bu ölkələrə beyin köçündən do‐
layı şərəfiyə
*
 ödəməlidirlər. 
 
*
 Şərəfiyə ‐ ərəbcə bir ifadədir. İngilis dilindəki qarşılığı local improvement tax 
olan şərəfiyə, bələdiyyələrin yerinə yetirdikləri infrastruktur xidmətlərindən 
dolayı, daşınmaz mallarının dəyəri artan şəxslərdən bələdiyyə (dövlət) 
 
‐ 52 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
İslam  ölkələri  R&D  fəaliyyətlərinə  əhəmiyyət  verməlidir‐
lər. Lazımi sərmayə qoyulmalı və Qərb ölkələrinə gedən alim‐
lər  vətənlərinə  qazandırılmalıdır.  Müsəlman  əxlaqını  yerinə 
yetirməli  olan  müsəlman  iş  adamları  sadəcə  müsəlmanlarla 
deyil, hamıyla iş görməlidirlər. Amma bərabər şərtlər qarşısın‐
da müsəlmanlara üstünlük verməlidirlər. 
Çıxışının sonunda qədim bir Çin atalar sözü olan “Min mil‐
lik bir yol bir addımla başlayar” sözünü xatırladaraq, “biz də 
bu yola çıxmalıyıq, o addımı atmalıyıq” deyir. 
Muhammed,  Asiya  Böhranından  sonra  həyata  keçirdikləri 
iqtisadi siyasətin hər ölkə  üçün eyni olmadığına diqqət çəkir. 
Ölkəsinin  böhran  dövründəki  vəziyyətini  2001‐ci  il  sonrası 
Türkiyə ilə müqayisə edən sabiq baş nazir o dönəmdə Malay‐
ziyanın  xarici  borcunun  Türkiyəyə  görə  çox  aşağı,  üstəlik  yı‐
ğım nisbətlərinin ÜDM‐nin 40 faizi qədər olduğunu xatırlada‐
raq bu nisbətlərin Türkiyədə daha aşağı olduğuna diqqət çəkir 
və dolayısı ilə Türkiyədə həyata keçiriləcək tədbirlərin Malay‐
ziyadakından  fərqli  olacağını  söyləyir.  Türkiyənin  baş  naziri 
olsaydı BVF ilə əlaqədar necə bir siyasət aparacağı sualına isə 
Türkiyə ilə əlaqədar statistik məlumatları görmədən danışma‐
nın  doğru  olmayacağını  vurğulayaraq  belə  deyir:  “Mən  prin‐
sip olaraq BVF‐dən hər zaman uzaq durmağa çalışıram”. 
Asiya  Böhranından  sonra  çətin  vəziyyətdən  çıxmaq  üçün 
BVF‐nin  siyasətinə  qarşı  çıxaraq  öz  iqtisadi  siyasətini  həyata 
keçirən  bir  ölkə  olaraq  Malayziya,  iqtisadçılar  üçün  maraqlı 
bir  nümunə  təşkil  etməkdədir.  Xüsusilə,  Joseph  E.Stiglitz 
“Qloballaşma və Onun Doğurduğu Narazılıqlar” adlı kitabın‐
da  Malayziyanın  davranışlarını  çox  tərifləməkdədir.  Əvvəlcə 
                                                                                              
tərəfindən məcburi şəkildə alınan bir vergi növüdür. Mahathir Muhammed 
beyin köçünün qərb ölkələrində zənginlik və əlavə dəyər yaratdığı üçün bu 
ölkələrin İslam ölkələrinə əvəzini maddi olaraq ödəməli olduqlarını nəzərdə 
tutur. 
 
‐ 53 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
də  qeyd  etdiyimiz  kimi  Malayziyanın  bu  siyasəti  həyata  ke‐
çirməsi  dönəmin  baş  naziri  olan  Mahathir  Muhammedin  adı 
ilə bağlıdır. Biz Muhammedin bütün dedikləri ilə razılaşmırıq. 
Lakin,  Mahathirin  çıxışında  hər  şeydən  öncə  diqqət  çəkən  və 
bizim də razılaşdığımız nüans ondan ibarətdir ki, BVF resept‐
lərinə qarşı çıxan sabiq baş nazir müsəlman ölkələrindəki səfa‐
lətin səbəbkarı və günahkarının, Stiglitzdən fərqli olaraq, yenə 
də  məhz  müsəlman  ölkələrinin  özləri  olduğunu  qeyd  etmək‐
dədir. Məsələyə bu tərəfdən baxıldığında BVF reseptlərinin al‐
tında gizlənən ölkə rəhbər və bürokratiyasının üzərindəki pər‐
də qalxmış olur. Nəinki müsəlman ölkələri, demək olar ki, bü‐
tün inkişaf etməmiş və ya inkişaf etməkdə olan ölkələrdə ölkə 
rəhbərliyi yoxsulluq qarşısında BVF reseptlərinin müvəffəqiy‐
yətsizliyindən bəhs edərək BVF‐nin günahkar olduğunu, lokal 
şərtləri diqqətə almadığını iddia edirlər. Sabiq baş nazirin de‐
diklərindən belə bir nəticə çıxartmaq mümkündür ki, ölkədəki 
geri  qamışlığın  səbəbi  bilavasitə  ölkəni  idarə  edənlərin  qusur 
və səriştəsizliyi ilə əlaqədardır. 
Sabiq baş nazir Qərbin təzyiqini dərk edir və bununla mü‐
barizənin  yolunun  da  onlarla  olan  münasibətləri  axsatmadan 
ancaq  müsəlman  ölkələrinin  bir‐birləri  ilə  əməkdaşlıqlarının 
inkişaf etdirilməsindən keçdiyini söyləyir. 
Forumun açılış toplantısında dünyada ən böyük 1000 mü‐
əssisə sıralamasında İslam ölkələrindən cəmi altı firmanın yer 
aldığı,  İslam  Konferansı  Təşkilatı  üzvü  57  ölkənin  ixracatının 
dünya  ixracatı  içərisindəki  payının  sadəcə  8  faiz  olduğu  vur‐
ğulandı.  MÜSİAD  Başqanı  İslam  dünyasındakı  sıxıntıların 
əsas qaynağının siyasi və iqtisadi durğunluq, islahatları həya‐
ta keçirə bilməmək və texnoloji geriləmə olduğunu irəli sürə‐
rək vəziyyətdən çıxış yolunun bir mədəniyyət proyektinin və 
iddiasının  olması  və  onun  gerçəkləşdirilə  bilinməsində  yatdı‐
ğını söylədi. 
 
‐ 54 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə