İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə11/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   7   8   9   10   11   12   13   14   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
vəzifələrindən  biridir.  Ona  görə  də  bir  böhran  ortaya  çıxdığı 
zaman ilk tənqid hədəfi BVF olur. 
Lakin  diqqət  edilərsə,  ikinci  və  üçüncü  problemin  ortaya 
çıxmasının əsas səbəbi də əslində birinci problemdir. Yəni BVF 
yerli  xüsusiyyətləri  nəzərə  alaraq  (korrupsiya  kimi)  daha  tə‐
ləbkar  davrandığı  zaman  həmin  ölkələr  təşkilatı  problemləri‐
nə həddindən artıq müdaxilə etməkdə günahlandırırlar. 
Məsələn,  hələ  1995‐ci  ildə  BVF‐nin  Azərbaycan  hökuməti 
ilə  birgə  hazırlamış  olduğu  birinci  proqramda  struktur  re‐
formlarının  həyata  keçirilməsi,  daha  sonra  hazırlanan  ikinci 
proqramda korrupsiyaya qarşı mübarizənin aparılması qərar‐
laşdırılmışdır.  Məgər  BVF,  deyilən  sahələrdə  ciddi  bir  nəticə 
hasil  olmadan  Azərbaycanda  iqtisadi  inkişafa  nail  olmanın 
mümkünsüz  olduğunu  bilməyirmi?  Və  ya  Türkiyədə  illərlə 
üst‐üstə  yığılan  və  bu  gün  on  milyard  dollarlarla  ölçülən, 
bankların “vəzifə zərəri” (görev zararı) adlandırdıqları proble‐
min  bir  gün  partlayacağını  bilməyirdimi?  Lakin  məsələlərlə 
bu qədər dərindən maraqlanmaq daxili problemlərə müdaxilə 
sayılır, baxmayaraq ki, son nəticədə tənqid hədəfi BVF olur. 
Qısacası,  BVF‐nin  üzərində  böyük  məsuliyyət  var.  Lakin, 
Fondun  prinsiplərinə  əməl  etməmənin  heç  bir  hüquqi  məsu‐
liyyəti olmasa da, bu təşkilatın təkliflərinin də böyük bir çəkisi 
var. Bu quruluşdan və ya Dünya Bankı kimi digər rəsmi quru‐
luşlardan, ya da özəl finans təşkilatlarından kredit əldə etmək 
istəyən  ölkələrin  BVF  ilə  olan  münasibətlərini  yaxşı  yöndən 
inkişaf  etdirməyə  diqqət  etmələri  lazımdır.  Azərbaycanda  iki 
pilləli  bank  sistemi  mövcud  olduğu  kimi  (birinci  pillədə  özəl 
kommersiya  bankları,  ikinci  pillədə  Milli  Bank),  yeni  dünya 
sistemində  də  bu  beynəlxalq  rəsmi  finans  quruluşları  ən  üst 
üçüncü pilləni əmələ gətirir. 
Eyni  zamanda  fond,  üzv  ölkələrlə  dövrü  formada  həyata 
keçirdiyi iki tərəfli görüş toplantıları vasitəsilə nəzarət funksi‐
 
‐ 44 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
yasını  yerinə  yetirə  bilir.  Bunlara  dördüncü  maddə  “məslə‐
hətləşmə toplantıları” da deyilir. Bu zaman bir BVF mütəxəs‐
sislər qrupu əlaqədar ölkəni ziyarət edir, toplantılar vaxtı üzv 
ölkə, makroiqtisadi siyasətlər və proseslər haqqında məlumat 
verir.  Beləliklə,  bəhs  edilən  görüşlər  Fonda,  üzv  ölkənin  iqti‐
sadi inkişafını və tətbiq olunan siyasətləri təhlil etmək, tədiyyə 
balansını  nəzərdən  keçirmək  və  bu  tədbirlərin  digər  üzvlərin 
valyuta kursları və xarici balansları üzərindəki təsirlərini ana‐
liz etməyə imkan verir. 
Lakin BVF öz çəkisindən və imkanlarından səmərəli istifa‐
də edə bilərmi? 
Bəzi  iqtisadçılar  BVF‐nin  stabillik  proqramlarının  və  Dün‐
ya Bankı kreditlərinin çox geniş səviyyədə məhdudlaşdırılma‐
sının  tərəfdarıdırlar.  Belə  ki,  bir  böhran  ortaya  çıxdığı  zaman 
BVF‐nin müraciət edilə biləcək ən sonuncu kredit mənbəyi ol‐
masını  istəyirlər.  Üzv  ölkələrin  bir  böhranla  qarşılaşdıqları 
təqdirdə  BVF‐nin,  milyardlarca  dollarlıq  çarə  proqramların‐
dansa, böhranların önlənməsi üçün daha çox çalışmasını təklif 
edirlər.  Yəni  işini  səmərəliləşdirməsinin  tərəfdarıdırlar.  Eyni 
zamanda BVF‐nin yoxsulluğa qarşı mübarizəni Dünya Bankı‐
na  dövr  edərək,  kiçik  həcmli  iqtisadi  proqramlara  daha  yük‐
sək  nisbətdə  faiz  tətbiq  etməsinin  məqsədə  uyğun  olacağını 
düşünürlər. 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 45 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 46 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Beynəlxalq Valyuta Fonduna 
qulaq asmağa dəyərmi?
*
 
Bəhruz Məmmədli 
 
Bu  yaxınlarda  Beynəlxalq  Valyuta  Fondunun  (BVF)  Yaxın 
Şərq və Orta Asiya Ölkələri Departamentinin Azərbaycan üz‐
rə missiyası 30 noyabr ‐ 15 dekabr tarixindəki Azərbaycan sə‐
fəri ilə bağlı məqamları açıqladı. Bu məqamlar əsasında 2006‐
cı ilin mart ayında İcraçı Şurada müzakirə edilmək üçün hesa‐
bat hazırlanacaq. Missiya Azərbaycan iqtisadiyyatının qısa və 
orta müddətdə qarşılaşa biləcəyi problemlərlə əlaqədar höku‐
mət rəsmiləri ilə fikir mübadiləsi aparıb. 
Missiyanın  fikrincə,  qısa müddətdə  Azərbaycanda ümumi 
daxili məhsulun (ÜDM) real artımı müsbət perspektiv göstər‐
sə də, inflyasiya təzyiqləri meydana gələ bilər. Bunun qarşısını 
almaq üçün hökumətin valyuta məzənnəsinin daha elastik ol‐
masına  şərait  yaratmaq,  qiymətli  kağızlar  bazarını  inkişaf  et‐
dirmək və pul siyasətində inflyasiya hədəflərinin tutdurulma‐
sına  daha  çox  yer  vermək  niyyəti  missiya  tərəfindən  təqdir 
edilib.  Bununla  bərabər,  makroiqtisadi  stabillik  və  xərclərin 
daha  yaxşı  aparılması  üçün  hökumətə  2006‐cı  ilin  büdcəsini 
daha  ehtiyatlı  həyata  keçirməsi  tövsiyə  edilib.  Bu  kontekstdə 
missiya prezidentin 2004‐cü ildə təsdiq etdiyi neft gəlirlərinin 
idarə  edilməsi  üzrə  uzunmüddətli  strategiyasının  gələcəkdə 
də əldə rəhbər tutulmasının vacibliyini vurğulayıb. 
Qeyd  edək  ki,  prinsip  olaraq  BVF  tam  elastik  valyuta  mə‐
zənnəsi  sisteminin  tərəfdarıdır.  Lakin  yaxın  gələcəkdə  Azər‐
baycana böyük neft gəlirlərinin daxil olması gözlənildiyindən 
elastik  valyuta  məzənnəsi  siyasəti  ilə  milli  valyutanın  dəyər‐
                                                 
*
 29 dekabr 2005. 
 
‐ 47 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə