İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə7/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   2   3   4   5   6   7   8   9   10   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
mi kiçik ölkələr üçün daha böyük bir məna kəsb edir. Əlbəttə 
ki, hər hansı bir ölkənin hökuməti tək tərəfli olaraq bu proses‐
də iştirak etməyi rədd edə bilər. Ancaq bu gün telekommuni‐
kasiya texnologiyaları elə bir səviyyəyə çatıb ki, belə bir qəra‐
rın  təsiri  məhdud  olacaq.  Bundan  başqa,  iqtisadi  olaraq  belə 
bir qərardan doğacaq daxili və xarici təzyiqlərə tab gətirə bil‐
mək çox çətindir. Həmçinin belə bir siyasət bugünkü dünyada 
rasional deyildir. 
2. İqtisadi qloballaşmanın potensial faydaları nələrdir? 
Bizim  maraqlandığımız  kapital  hərəkətlərindəki  qloballaş‐
manın  potensial  faydaları  ilə  əlaqədar  olan  fikirləri  aşağıdakı 
kimi cəmləyə bilərik: 
‐ Beynəlxalq kapital bazarlarına daxil olma ölkələrə, isteh‐
laklarını zaman boyunca hamarlaşdırma (consumption smoo‐
thing) fürsəti verir. 
‐ Ölkələr ehtiyac duyduqları kapitalı cəlb edərək daha yük‐
sək investisiya səviyyəsinə və iqtisadi artıma nail ola bilərlər. 
Bundan  başqa  cəlb  edilən  kapitalla  birlikdə  ölkələrə  texnoloji 
“know‐how” da daxil olmaqdadır. Bunun nəticəsində də ölkə‐
də məhsuldarlıq artmaqdadır. 
‐  Sərbəst  kapital  hərəkətləri  hökumətləri  makro  iqtisadiy‐
yatı daha səriştəli idarə etməyə təşviq və məcbur edir. 
‐ Sərbəst kapital hərəkətləri ölkənin daxili maliyyə bazarla‐
rının dərinliyini və genişliyini artırır. 
3. İqtisadi qloballaşmanın görünən mənfi təsirləri nələrdir? 
Bu mənfi təsirlərin ən önəmlilərini aşağıdakı kimi cəmləyə 
bilərik: 
‐ Böyük miqyaslı kapital hərəkətləri ölkədə makro iqtisadi 
natarazlıq yarada bilər. 
‐  Qısa‐müddətli  kapital  hərəkətlərinin  köçəri  olması  ölkə 
iqtisadiyyatını kövrək vəziyyətə gətirə bilər. 
 
‐ 28 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
‐  Kapital  marketlərindəki  asimmetrik  informasiya  nəticə‐
sində kapital effektli bir şəkildə hərəkət etməyə bilər. 
4.  Bütün  bunlara  baxaraq,  bir  ölkə  kapital  hərəkətlərinin 
müsbət  təsirlərindən  ən  üst  səviyyədə  faydalanmaq  və  mənfi 
təsirlərini minimumda tutmaq üçün nələr etməlidir? 
Qloballaşma  prosesində  iştirak  etmək  ən  rasional  variant‐
dırsa, bir ölkə aşağıdakı islahatları aparmağa məcburdur: 
‐  Makro  iqtisadi  sabitliyi  təmin  eləmək  üçün,  həm  dünya‐
dakı,  həm  də  ölkə  daxilindəki  vəziyyəti  nəzərə  alan  məntiqli 
maliyyə və pul siyasəti tətbiq eləmək; 
‐  Daxili  maliyyə  sisteminin  effektli  işləməsini  təmin  elə‐
mək; 
‐ Lazım olan hüquqi və struktur islahatları aparmaq. 
Bütün bunlar üçün siyasi baxımdan qətiyyətli bir hökumət 
lazımdır. Ekonometrik araşdırmaların nəticələrinə görə, bu is‐
lahatları  apara  bilən  ölkələr  kapital  hərəkətlərinin  müsbət  tə‐
sirlərindən  daha  çox  faydalanırlar.  Ancaq  belə  ölkələrin  sayı 
çox azdır. 
Ölkələrin  əksəriyyəti  bu  islahatları,  bir  neçə  dəfə  iqtisadi 
böhrana  məruz  qaldıqdan  sonra  məcburən  aparırlar.  Deməli, 
qloballaşma  prosesinə  daxil  olan  bir  ölkənin  önündə  iki  vari‐
ant var: ya əvvəlcə könüllü olaraq lazım olan islahatları apara‐
caq,  ya  da  bu  islahatları  böhranlardan  sonra  məcburi  olaraq 
aparacaq. Joseph E.Stiglitz o nöqtədə haqlıdır ki, BVF ölkələrin 
bu  islahatları  aparıb  aparmadıqlarına  baxmadan  onlara  kapi‐
tal hərəkətlərini sərbəstləşdirmək üçün təzyiq edir.
*
Ölkələr  müəyyən  müddətə  kapital  hərəkətlərini  məhdud‐
laşdıra  bilərlər.  Ancaq  bu  qiymətli  zamanı,  lazımi  islahatları 
aparmaq üçün xərcləməlidirlər. 
                                                 
*
 Fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki, Stiglitzin özü qloballaşmaya 
qarşı deyildir. Stiglitzin əsas tənqid etdiyi nöqtə, qloballaşma prosesinin 
böyük ölkələr və beynəlxalq təşkilatlar tərəfindən ədalətsiz bir şəkildə tətbiq 
edilməsidir. 
 
‐ 29 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
Nəticədə qeyd eləmək istəyirəm ki, iqtisadi çətinliklərlə üz‐
ləşən ölkələrin əksəriyyətində hökumətlər öz siyasi nüfuzları‐
nı  itirməmək  üçün  bütün  günahın  qloballaşmada  olduğunu 
bəyan  edirlər.  Çünki  bu  lazımi  islahatları  aparmaqdan  daha 
asandır.  Ancaq  bilməliyik  ki,  böyük  ölkələr  və  ya  beynəlxalq 
təşkilatlar  nə  rol  oynayırsa  oynasın,  qloballaşma  prosesindən 
səmərəli bir şəkildə istifadə eləmək bizim özümüzdən asılıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 30 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Qloballaşma prosesində əməyin 
keyfiyyəti dəyişərkən
*
 
Natiq Sabiroğlu 
 
Günümüzdə getdikcə bütün dünyanı saran qloballaşma fe‐
nomeninə  əslində  dörd  mərhələli  tarixi  bir  prosesdən  keçilə‐
rək gəlinib: Sənətkarlıq, manufaktura, mexanikləşmə və avto‐
matlaşdırma. 
Sənətkarlıq dövründə əmək ən əhəmiyyətli istehsal vasitəsi 
olub.  Öz  başının  ağası  olan  əmək  özü  üçün  istehsal  etməkdə 
idi. Ayrıca bazarda da əmtəə‐əmtəə mübadiləsi keçərli idi. 
Manufaktura  mərhələsində  isə,  əmək  sahibi,  əvəzində  is‐
tehsal  etdiyinin  bir  qismini  almaq  şərti  ilə  əməyini  satmaqda 
və ya müəyyən bir əmək haqqı almaqda idi. 
Mexanikləşmə dövründə əmək gerçək mənada ilk dəfə tex‐
nologiya  ilə  tanış  oldu.  Karl  Marxın  ölümündən  üç  il  əvvəl 
1880‐ci ildə gerçəkləşən məhsuldarlıq (productive) inqilabı, bu 
mərhələdə  fəhləni  (proletariatı)  işçiyə  çevirdi.  Makina  böyük 
ölçüdə əməyi əvəz etməyə başladı. Dolayısı ilə əmək keyfiyyət 
dəyişdirərək makinanın başında gözləyən, ehtiyatları, nasazlıq 
və problemləri nəzarətdə saxlayan bir mövqeyə gəldi. 
Avtomatlaşdırma  mərhələsində  isə,  daha  əvvəl  aşağı  key‐
fiyyətli əməyin gördüyü və görə bilmədiyi bütün işləri müasir 
robotlar artıqlaması ilə yerinə yetirə bilməkdə idilər. 1950‐ci il‐
lərə  gəlindiyində  isə,  idarəetmə  inqilabı  gerçəkləşdi.  Bu  da 
mavi  yaxalı  işçinin  bəyaz  yaxalı  işçiyə  çevrilməsinə  səbəb  ol‐
du. A.Tofflerə görə, sənətkarlıq və manufaktura mərhələlərini 
əhatə edən əkinçilik inqilabı (birinci dalğa) ən əhəmiyyətli is‐
tehsal faktoru olaraq torpaq və əməkdən istifadə etməkdə idi. 
                                                 
*
 11 iyun 2004. 
 
‐ 31 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə