İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə3/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   2   3   4   5   6   7   8   9   ...   93

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Qloballaşma və Stiglitz
*
 
Natiq Sabiroğlu 
 
Joseph E. Stiglitz günümüzdə dünyanın ən məşhur iqtisad‐
çılarından biridir. Xüsusilə Yeni İqtisadiyyatda asimmetrik bil‐
gi  nəzəriyyəsi  sahəsindəki  çalışmaları  ilə  məşhur  olan  Nobel 
İqtisad  Mükafatı  Laureatı  alim,  son  illərdə  daha  çox  Clinton 
administrasiyasındakı 4 illik (1993‐1997) İqtisadi Məsləhətçilər 
Şurası Başqanı və Dünya Bankındakı (IBRD) 3 illik (1997‐2000) 
Baş  İqtisadçı  və  Başqan  Yardımçısı  kimi  vəzifələrdə  çalışma 
nəticəsində əldə etdiyi şəxsi təcrübələrə dayanaraq qələmə al‐
dığı  və  yenicə  dilimizə  də  tərcümə  edilən  “Qloballaşma  və 
onun doğurduğu narazılıqlar” adlı kitabı ilə dünyanın müza‐
kirə  mövzusuna  çevrilib.  Kitabın  şübhəsiz  ən  böyük  xüsusiy‐
yəti  müəllifin  qloballaşma  prosesinə  ‐  son  illərdəki  məşhur 
ideoloji reaksiyaların əksinə ‐ elmi paradiqmadan yanaşması‐
dır. Əvvəlcədən qeyd edək ki, biz Stiglitzin fikirlərinə qlobal‐
laşmanın  doğurduğu  nəticələr  baxımından  qoşuluruq.  Lakin 
bunun səbəblərinin BVF kimi qlobal güclərdən çox, lokal güc‐
lərdən  qaynaqlandığını  düşünürük.  Kitabda  qloballaşmanın 
daha insani bir çöhrəyə büründürülməsinin zəruriliyi, beynəl‐
xalq maliyyə qurumlarının – xüsusilə Beynəlxalq Valyuta Fon‐
dunun  ‐  lokal  şərtləri  çox diqqətə  almadan ifrat  müdaxiləçili‐
yinə yönəldilən tənqidlər fikrimizcə yerindədir. İnkişaf etmək‐
də olan ölkələri beynəlxalq təşkilatların yardımına möhtac bu‐
raxan lokal hökumətlərin bu məsələdəki rolu isə başqa bir ya‐
zının mövzusudur. 
Lakin  biz  bu  məqalədə  Stiglizə,  başqa  bir  Nobel  Laureatı 
Robert  Mundellin  (1999)  görüşləri  çərçivəsində,  obyektiv  kri‐
                                                 
*
 18 avqust 2004. 
 
‐ 15 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
teriyalar  işığında  razılaşmadığımız  bəzi  məqamlara  elmi  tən‐
qidlər yönəltməyə çalışacağıq. 
İlk  əvvəl  beynəlxalq  rəsmi  qurumlarla  əlaqədar  qısa  bir 
arayış  vermək  yerində  olacaq.  Bilindiyi  kimi  Beynəlxalq 
Valyuta Fondu (IMF) və Dünya Bankı 1944‐cü ilin iyul ayında 
ABŞ‐ın New Hampshire  əyalətinin  Bretton  Woods qəsəbəsin‐
də  keçirilən  BMT  Pul  və  Maliyyə  Konfransında  İkinci  Dünya 
Müharibəsi sonrası “yeni qlobal düzənin şəkillənməsi” məqsə‐
dilə yaradıldı. Dünya Bankı müharibənin səbəb olduğu dağın‐
tıların yenidən  inşası  və  üzv  ölkələrin  iqtisadi  inkişaf  səyləri‐
nin dəstəklənməsi, BVF isə, qlobal iqtisadi sistemin stabilliyini 
təmin  etmək  üçün  yaradıldı.  Daha  sonra  bu  prosesin  davamı 
olaraq beynəlxalq ticarətin sərbəstləşdirilməsi məqsədilə Tarif‐
lər və Ticarət Üzrə Baş Saziş (GATT ‐ daha sonra bu ad 1995‐ci 
ildə Dünya Ticarət Təşkilatı ‐ WTO şəklində dəyişdirildi) yara‐
dıldı.  Ayrıca  bu  qurumların  maraq  dairəsinə  ‐  daha  doğrusu 
ixtisas  sahələrinə  ‐  daxil  olmayan  sahələrdəki  boşluqları  dol‐
durmaq üçün də BMT‐nin UNCTAD, ILO, UNIDO, UNDP ki‐
mi müxtəlif qurum və proqramları dövriyyəyə daxil oldu. Fik‐
rimizcə bu qurumlar arasında günümüzdə yaşanan müzakirə 
və fikir alış‐verişləri olduqca faydalıdır. Belə ki, Dünya Bankı 
uzun  müddətli  struktur  proyektləri  ilə  maraqlanırkən,  daha 
qısa müddətli maliyyə qeyri‐stabillikləri də BVF‐nin əhatə dai‐
rəsinə daxildir. Yenə ölkə xalqının böyük bir bölümünü müf‐
lisləşdirərkən,  kiçik  bir  elitaya  yüksək  faydalar  təmin  edən 
gömrük və kvotalar kimi beynəlxalq ticarət önündəki əngəlləri 
qaldırmaqla məşğul olan DTT‐yə qarşılıq, BMT‐nin alt qurum‐
ları da bu proseslərdə daha çox insani boyutları ön plana çıxa‐
rırlar. Dolayısı ilə ayrı‐ayrı sahələrdə ixtisaslaşan bu qurumlar 
əslində bir‐birini tamamlamaqdadırlar. Xüsusilə BVF ilə Dün‐
ya Bankı arasında yaşanan fikir ayrılıqlarını klassik Amerikan‐
Avropa çəkişməsindən uzaq tutaraq elmi prizmadan yaxınlaş‐
 
‐ 16 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
maq  daha  doğru  olacaqdır  ‐  təbii  ki,  Stiglitz  bu  kateqoriyaya 
aid deyil (bilindiyi  kimi,  yazılı  olmayan  ənənəyə  görə  Dünya 
Bankı  başqanları  hər  zaman  Amerikadan,  BVF  başqanları  da 
Avropadan seçilir). 
Yazar kitabda ardıcıl olaraq BVF, Dünya Bankı və ABŞ Xə‐
zinədarlığı  arasında  imzalanan  Washington  Konsensusunu 
tənqid etməkdə və BVF‐nin də daha çox bu konsensusa sadiq 
qaldığını qeyd etməkdədir. Bilindiyi kimi sözü gedən konsen‐
sus  üç  başlıca  maddəyə  əsaslanmaqdadır:  Liberallaşma,  özəl‐
ləşdirmə və maliyyə intizamı. 
Yazar  bu  üç  sahədəki  BVF  praktikalarını  tənqid  etməkdə‐
dir.  Unudulmamalıdır  ki,  BVF  yardım  deyil,  bir  kredit  quru‐
mudur  və  heç  bir  ölkə  BVF  ilə  “stand  by”  anlaşması  imzala‐
maq məcburiyyətində deyil. Ayrıca qurumun beynəlxalq are‐
nada gözə ilk çarpan aktyor olmasının da bu düşüncədə rolu 
böyükdür.  Yazar  BVF‐nin  kredit  vermə  yoluyla  ölkələri  istə‐
diyi  politikaları  həyata  keçirməyə  məcbur  etdiyini  söyləmək‐
dədir.  Lakin  1990‐cı  illərdən  sonra  beynəlxalq  arenada  kredit 
axımındakı  dəyişikliklərə  baxdığımızda  mənzərənin  heç  də 
belə olmadığı anlaşılır. Belə ki, son illərdə beynəlxalq özəl kre‐
ditlərin həcmi rəsmi kreditləri aşmışdır. 1990‐cı ildə inkişaf et‐
məkdə olan ölkələrə yönələn sərmayənin yarısından çoxu (56 
faizi)  rəsmi  mənbələrdən  və  təsdiqli  sərmayə  ikən  (dövlətlər 
və beynəlxalq qurumlar), indi bu pay 10 faizin də altına enmiş 
vəziyyətdədir.  Bunun  müqabilində  özəl  mənbələrdən  maliy‐
yələşdirmənin payı da 44 faizdən 90 faizə yüksəlmişdir. İstis‐
na olaraq, 1997‐1998‐ci illərdə beynəlxalq rəsmi kreditlərin nis‐
bəti yüksəlmişdir. Bu hadisə, 1997‐ci ildəki “Asiya Böhranı” sı‐
rasında  rəsmi  qurumların bu  ölkələrə ayırdığı  kredit  miqdar‐
larının artması nəticəsində gerçəkləşmişdir. Fəqət böhranın tə‐
siri azaldıqdan sonra, 1999‐cu ildə, rəsmi kreditlərin həcmində 
təkrar  azalma  tendensiyası  müşahidə  edilməyə  başladı.  2003‐
cü  ildə  dünya  səviyyəsində,  41,4  milyard  dollar  olan  toplam 
 
‐ 17 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə