İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə18/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

43

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Göründüyü kimi, 2006-cı ildən baş layaraq dövlət büdcəsinin investisiya xərclərinin məbləği və büdcə xərc-

lərində onun payı sürətlə artmağa baş layıb. Lakin illik dövlət büdcəsinin layihəsi Milli Məclisdə müzakirə 

və  təsdiq  edilərkən  bu  xərc  maddəsi  haq qında  yalnız  ümumi  məlumat  verilir,  yəni  dövlət  büdcəsinin 

ümumi xərclərinin 35-40%-ni təşkil edən bu vəsaitin yönəldildiyi konkret layihələr barədə detallaşdırılmış 

mə lumatlar  Milli  Məclisin  deputat larına  və  ictimaiyyətə  açıqlanmır.  Dövlət  büdcəsinin  investisiya  xərc-

lərinin istiqamətlər, təşkilatlar və layihələr üzrə bölgüsü büdcənin icrasına başlandıqdan sonra – müvafiq 

ilin yanvar-fevral ayları ərzində – Nazirlər Kabinetinin sərən camı əsasında həyata keçirilir. 

Dövlət büdcəsinin investisiya xərc ləri əsasən ölkədə istehsal və sosial infrastrukturun yenidən qurulmasına, 

bərpasına və yenilərinin tikintisinə yönəldilir.



Cədvəl 4. 2006-2010-cu illərdə dövlət büdcəsinin investisiya xərclərinin istiqamətlər üzrə bölgüsü

Əsas istiqamətlər

2006

2007


2008

2009


2010

milyon 


manat

Xüsusi 


çəkisi, 

%-lə


milyon 

manat


Xüsusi 

çəkisi, 


%-lə

milyon 


manat

Xüsusi 


çəkisi, 

%-lə


milyon 

manat


Xüsusi 

çəkisi, 


%-lə

milyon 


manat

Xüsusi 


çəkisi, 

%-lə


 1

 2

 3



 4

 5

 6



 7

8

9



10

11

I. İnfrastruktur 



layihələri

578.4


65.8

935.4


49.2

2630.3


61.5

2098.5


59.1

2350.7


56.9

Yol-nəqliyyat 

infrastrukturu 

215.4


24.5

422.3


22.2

1581.6


37.0

1182.6


33.3

1681.2


40.7

Kommunal 

infrastruktur 

56.8


6.5

82.1


4.3

344.2


8.1

242.9


6.9

229.6


5.6

Su ehtiyatları və 

irriqasiya tədbirləri 

25.5


2.9

70.2


3.7

123.4


2.9

88.6


2.5

222.8


5.4

Sənaye və enerji 

kompleksi 

277.8


31.6

213.8


11.2

532.1


12.4

490.5


13.8

169.0


4.1

Ekologiya

1.3

0.1


18.9

1.0


20.9

0.5


5.2

0.1


25.6

0.6


Kənd təsərrüfatı

1.7


0.2

54.4


2.9

28.1


0.7

18.7


0.5

22.5


0.5

Sahibkarlıq

-

-

73.7



3.9

-

-



70.0*

2

-

II. Sosialyönümlü 



layihələr

122


13.9

405


21.3

769.7


18.0

683.1


19.2 

552.1


13.4

Təhsil obyektləri 

43.4

4.9


92.7

4.9


214.7

5.0


59.4

1.7


128.5

3.1


Səhiyyə obyektləri 

24.2


2.7

72.0


3.8

204.2


4.8

81.9


2.3

82.8


2.0

Əlil və şəhid ailələri 

üçün obyektlər 

11.3


1.3

18.7


1.0

42.8


1.0

41.2


1.2

67.4


1.6

Mədəniyyət obyektləri 

üzrə 

12.0


1.4

77.9


4.1

174.2


4.1

98.6


2.8

170.5


4.1

İdman obyektləri 

14.4

1.6


57.5

3.0


105.0

2.4


54.1

1.5


71.7

1.8


Qaçqın və məcburi 

köçkünlərin sosial 

yaşayış şəraitinin 

yaxşılaşdırılması 

1.3

0.2


3.98

0.2


4.0

0.1


5.2

0.1


3.1

0.1


Digər sosial sahələr

15.4


1.8

82.1


4.3

25.0


0.6

342.7


9.6

28.1


0.7

III. Müdafiə, məhkə-

mə, hüquq və müha-

fizə orqanları və 

fövqəladə halların 

aradan qaldırılması 

tədbirləri

130.1


14.8

301.7


15.8

454.7


10.7

558.4


15.7 

847.9 


20.5 

IV. Digər layihələr

47.7

5.5


260.1

13.7


420.5

9.8


213.4

6.0


381.7

9.2 


 Yekun:

879.6


100.0

1902.2


100.0

4275.2


100.0

3553.4


100.0

4132.4


100.0

Mənbə: Hesablama Palatasının müvafiq illər üzrə dövlət büdcəsinin icrası barədə rəyləri


44

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Cədvəl 4-dən göründüyü kimi, dövlət investisiyalarının əsas hissəsi yol-nəqliyyat layihələrinə sərf olunur. 

2004-cü ildən başlayaraq Azərbaycan əsas avtomobil yollarını yenidən qurmağa bağlayıb. Bakıdan Gürcüstan 

sərhədinədək olan Şərq-Qərb magistralı, həmçinin Bakı–Quba–Rusiya sərhədi və Ələt–Astara (İran sərhədi) 

avtomobil yollarının yenidən qurulması işləri də davam edir. Bütün bu layihələr üzrə avtomobil yollarının 

dördzolaqlı, A  kateqoriyalı  yollara  çevrilməsi  nəzərdə  tutulur.  Bu  layihələrdən  əlavə  Bakı–Şamaxı,  Bakı 

dairəvi  yolu  layihələri  də  reallaşdırılıb  və  başa  çatdırılıb.  Bundan  başqa,  Bakı  şəhərində  müxtəlif  yol  və 

yolötürücülər tikilib və tikilməkdədir.

Bununla belə, yol-nəqliyyat layihələrinin həyata keçirilməsində iki amil diqqəti çəkir ki, bunun biri layihələrin 

uzanması, digəri isə baha başa gəlməsidir. Məsələn, Bakı şəhərinin Əzizbəyov dairəsindən aeroporta çəkilmiş 

14 km avtomobil yolunun yenidən qurulması 2 ildən çox çəkib və hər km üçün 24 min ABŞ dolları xərclənib. 

Hesablamalara görə, 100 milyon dollar vəsaitə Çin 45,5 km, ABŞ 17 km, Avropa ölkələri 14,5 km yol çəkdiyi 

halda, Azərbaycan 5,5 km yol çəkir

60

.



İstifadə olunan dövlət investisiyalarının səmərəlilik problemi əksər sektorlar üçün keçərlidir. Məsələn, 2005-

2011-ci  illərdə  “Azərenerji”  SC-yə  1206.1  milyon  manat  dövlət  investisiyası  yönəldilib.  Bununla  belə,  bu 

investisiyalar elektrik enerjisi istehsalına təsirsiz ötüb. Bu investisiyaların fonunda 2006-cı ildən başlayaraq 

elektrik enerjisi istehsalı 24.5 milyard kVt/saatdan 20.1 kVt/saata, istilik enerjisi isə isə 5238 min Qkal.-dan 

1013.4 min Qkal.-a düşüb.

Cədvəl 5. 2005-2011-ci illərdə “Azərenerji” SC-yə qoyulan dövlət investisiyaları və istehsal göstəriciləri

Göstəricilər 

2005

2006

2007

2008

2009

2010

2011

“Azərenerji” SC-yə dövlət 

investisiyaları, milyon manat

6.7


272.5

116.8


318.1

240.5


72.0

179.5


Elektrik enerjisi istehsalı, 

milyard kVt/saat

22.9

24.5


21.8

21.6


18.9

18.7


20.1

İstilik enerjisi istehsalı, min 

Qkal.

4 723


5 238

4 244


4 399

3 196


2 968

1013.4


Dövlət  sektoruna  yönəldilən  investisiyaların  dövlət  şirkətlərinin  büdcəyə  ödənişlərinə  müsbət  təsiri  hiss 

edilmir.  Qeyri-neft  sektoru  üzrə  6  iri  dövlət  vergiödəyicisi  üzrə  aparılmış  hesablamalar  götərir  ki,  2007-

2011-ci illərdə Rabitə Nazirliyinə daxil olan müəssisələr və “Dövlət Dəmir Yolları” SC istisna olmaqla, qalan 

dövlət şirkətləri dövlət büdcəsindən aldıqları investisiya ilə müqayisədə xeyli az vergi ödəyiblər (Cədvəl 

6). Ümumiyyətlə isə, bu 6 iri dövlət vergiödəyicisinin son 5 il ərzində dövlət büdcəsində aldığı investisiya 

yardımı ödədiyi vergilərdən 2,3 dəfə çox olub. Bu isə həmin şirkətlərə qoyulan investisiyaların hansı fayda 

gətirdiyi barədə suallar yaradır.

Bundan başqa, 2012-ci il üzrə dövlət investisiya xərclərindən Bakı ŞİH-ə ayrılan vəsaitin (327 mln. manat) 

8 şəhərin (Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Şəki, Lənkəran, Naftalan və Yevlax) icra hakimiyyətlərinə 

ayrılmış  ümumi  vəsaiti  8  dəfə  üstələməsi,  həmçinin  24%-nin  isə  rentabellə  işləyən  dövlət  şirkətlərinin 

payına düşməsi göstərir ki, siyasətdə xüsusi vurğulanan “özəl sektor”, “regionların tarazlı inkişafı” arxa 

plandadır

61

.

Cədvəl 4-dən göründüyü kimi, dövlət investisiyaları üzrə strateji və siyasət sənədlərində nəzərdə tutulmasa 



da,  “Müdafiə  və  hüquq-mühafizə  orqanları”  ücün  investisiyalar  (tikinti)  qoyulur  və  bu  da  cəmi  dövlət 

investisiya xərclərinin 20,5%-ni təşkil edir.

60

  http://www.azadliq.org/content/article/24691577.html 



61

  2012-ci il üzrə dövlət investisiyalarının sifarişçi təşkilatlar üzrə bölgüsü




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə