İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə19/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   ...   15   16   17   18   19   20   21   22   ...   35

45

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Cədvəl 6. Qeyri-neft sektoruna daxil olan 6 iri dövlət vergiödəyicisinin büdcədən aldığı investisiya və 

ödədiyi vergilərin balansı, min manat

Dövlət şirkətləri

2007-2011

Dövlət 

investisiyaları

Ödədiyi vergilər

Fərq

Rabitə Nazirliyi

24504.4

124850.7


100346.3

“Azərenerji” SC

926925

555170.8


-371754.2

“Dövlət Dəmir Yolları” SC

9900

105374.2


95474.2

Xəzər Dəniz Gəmiçiliyi

126583.5

6419.6


-120163.9

AZAL DK


484642.3

94898.4


-389743.9

“Azərsu” SC

601272.5

53834


-547438.5

Cəmi


2173827.7

940547.7


-1233280

Mənbə: Hesablama Palatası və Nazirlər Kabinetinin sərəncamları, müəllif hesablamaları

Başqa bir məsələ isə dövlət investisiya xərclərinin mühüm bir hissəsinin dövlət inzibati binaların tikintisinə 

və təmirinə böyük vəsaitlərin ayrılması idi. Bu istiqamətə dövlət investisiyalarından 2007-ci ildə 336,1 mln., 

2008-ci ildə 600,2 mln., 2009-cu ildə isə 582 mln. manat vəsait ayrılmışdı

62



Azərbaycanda  dövlət  investisiyalarının  səmərəliliyini  isə  ilk  dəfə  olaraq  BVF  qiymətləndirib.  BVF-nin 



ekspertləri  71  aşağı  və  orta  gəlirli  ölkənin  «Dövlət  İnvestisiyalarının  İdarə  Olunması  İndeksi»ni  (Public 

Investment Management Index, PIMI – 2011) tərtib ediblər

63

.

İndeksdə  dövlət  investisiya  layihələrinin  idarə  olunmasının  institusional  mühit  amilləri  və  ümumi 



effektivliyi  4  istiqaməti  əhatə  edən  17  indikator  üzrə  təhlil  edilir.  2010-cu  ildə  dövlət  büdcəsinin  35%-ni 

(təqribən 5.1 milyard dollar) dövlət investisiyalarına yönəldən Azərbaycan indeks üzrə 1.53 bal (maksimum 4



bal) toplayaraq 71 ölkə arasında 43-cü pillədə qərarlaşıb. Müqayisə üçün qeyd etmək olar ki, qonşu ölkələrdən 

Ermənistan  indeks  sıralamasında  8-ci,  Qazaxıstan  9-cu,  Türkiyə  isə  24-cüdür.  Ölkəmiz  xüsusən  dövlət 

investisiya  layihələrinin  strateji  qiymətləndirilməsi  və  layihələrin  seçimi  kateqoriyaları  üzrə  daha  aşağı 

qiymət almışdır – 4 baldan 0,5 bal (bu kateqoriyaya aşağıdakı indikatorlar daxildir: strateji idarəetmənin 

təbiəti  və  sektoral  strategiyaların  mövcudluğu,  qiymətləndirmə  standartlarının  şəffaflığı,  gözlənilən 

qiymətləndirmənin  aparılması,  qiymətləndirmənin  müstəqil  şəkildə  yoxlanılması).  Dövlət  investisiya 

layihələrinin  seçimi  və  büdcələşdirilməsi  üzrə Azərbaycanın  indeksi  1,6,  dövlət  investisiya  layihələrinin 

icrası üzrə 2, dövlət investisiya layihələrinin icrasının qiymətləndirilməsi və auditi üzrə 2-dir. Bu hesabatdan 

çıxan əsas nəticələr ondan ibarətdir ki, Azərbaycanda dövlət investisiya layihələri vahid bir strateji plana 

əsaslanmır,  qiymətləndirmə  prosesi  şəffaf  deyil,  layihələrin  nəzarət  sisteminin  səmərəliliyi  və  layihənin 

icrası bitdikdən sonra aparılan qiymətləndirmənin səviyyəsi isə aşağıdır. 

62

  İnzibati binaların təmiri və tikintisi üzrə korrupsiya risklərinin monitorinqi üzrə yekun hesabat. AİYİB, 2009 http://freeeconomy.



az/attachments/099_Inzibati_binalar_ve_korrupsiya_riskleri.pdf 

63

  http://www.imf.org/external/pubs/ft/wp/2011/wp1137.pdf 




46

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

4.3. İnsan kapitalı

İqtisadiyyatın effektiv fəaliyyəti və iqtisadi diversifikasiyanın səviyyəsi insan kapitalının inkişafı ilə birbaşa 

bağlıdır. İşçi qüvvvəsinin biliklərinin formalaşması təhsil sisteminin, sağlamlığının qorunması isə səhiyyə 

infrastrukturunun inkişafı sayəsində təmin edilir. Yaponiya və Tayvan kimi təbii resurslar baxımından yoxsul 

ölkələrin yüksək innovasiya və texnologiyaya əsaslanan diversifikasiya olunmuş iqtisadiyyat formalaşdıra 

bilməsi məhz insan kapitalının inkişafından qaynaqlanır. Təhsilin inkişafına olan xüsusi diqqətin nəticəsidir 

ki, hazırda Yaponiya, ABŞ və Koreya kimi ölkələrdə 17-23 yaşlı gənclərin 50%-ə qədəri ali təhsil alır. 1990-

cı  illərin  əvvəllərində  Cənubi  Koreyada  ÜDM-in  20%-dən  çoxu  təhsil  və  səhiyyə  sisteminin  inkişafına 

xərclənirdi. Öz növbəsində, Yaponiyada ÜDM-in 3, İsveçdə 3,7, ABŞ-da isə 2,8%-i elmə yönəldilir. Təhsil 

üzrə Beynəlxalq Komissiyanın tövsiyəsinə görə, təhsi xərcləri ÜDM-in 6%-dən az olmamalıdır

64

. İqtisadi 



Əməkdaşlıq və İnkişaf Təşkilatının 2011-ci il üzrə təhsil hesabatında verilən məlumata görə, 2008-ci ildə 

təşkilata üzv olan ölkələrdə təhsil xərclərinin ÜDM-də payı 5-8% intervalında dəyişilib

65



Sağlamlıq da insan kapitalının inkişafında təhsil sistemi qədər əhəmiyyətli rol oynayır. DST-nin 2010-cu ildə 



dünyada səhiyyənin vəziyyətinə dair hesabatında qeyd olunur ki, bir çox inkişaf etmiş ölkələrdə icbari tibbi 

sığorta  yığımları  nəzərə  alınmaqla,  dövlət  büdcəsindən  səhiyyəyə  ayrılan  xərclərə  ÜDM-in  orta  hesabla 

5-6%-i qədər vəsait xərclənir

66

.



Hazırda dünyada insan kapitalının inkişaf səviyyəsini qiymətləndirmək üçün müxtəlif beynəlxalq təşkilatlar 

tərəfindən  mütəmadi  qiymətləndirmələr  aparılır  və  hesabatlar  hazırlanır.  Məsələn,  BMT-nin  illik  İnsan 

İnkişafı hesabatları

67

, DİF-in Qlobal Rəqabətliyə dair hər il açıqladığı hesabatlar



68

 dünya ölkələrində insan 

kapitalının inkişaf səviyyəsini dəyərləndirmək üçün etibarlı mənbələr hesab olunur.  

 

2000-2010-cu  illərdə  Azərbaycanda  həm  əhalinin  təhsilalma  imkanlarının  artırılması,  həm  də  insanların 



sağlamlığının qorunması cahəsində bir sıra addımlar atılıb. İlk növbədə “Əhalinin sağlamlığının qorunması 

haqqında”,  “Tibbi  sığorta  haqqında”  və  “Təhsil  haqqında”  qanunlar  qəbul  edilib.  O  biri  tərəfdən, 

bu  sektorların  hər  biri  üzrə  müxtəlif  dövlət  proqramları  işlənib  hazırlanıb.  2006-cı  ildən  başlayaraq 

hökumət  vərəmlə  mübarizə,  xroniki  böyrək  çatışmazlığı,  hemofiliya  xəstəliyi,  yoluxucu  xəstəliklərin 

immunoprofilaktikası,  talassemiyanın  müalicə  və  profilaktikası,  şəkərli  diabetin  müalicəsi,  HİV/AİDS-in 

müalicəsi üzrə proqramların icrasına başlayıb və hər il dövlət büdcəsindən həmin proqramlara vəsait ayrılır. 

Məsələn, təkcə 2010-cu ildə adıçəkilən proqramlara dövlət büdcəsindən 47 milyon manat ayrılıb. 2006-2010-

cu illərdə bu proqramlara ayrılan xərclərin ümumi məbləği isə 150 milyon manata çatır. 

Təhsil sahəsində orta ixtisas təhsili sistemində islahatlar, təhsil sisteminin informasiyalaşdırılması, ümumtəhsil 

məktəblərində təhsilalanların dərsliklərlə pulsuz təminatı, məktəbəqədər təhsilin yeniləşdirilməsi, ali təhsil 

sistemində islahatlar, məktəb binalarının tikintisi və yenidən qurulması, məktəb kitabxanalarının maddi-

texniki  bazasının  yaxşılaşdırılması  üzrə  hökumət  proqramları  qəbul  olunmuş,  texniki-peşə  təhsilinin 

inkişafına  dair  konsepsiya  təsdiqlənmişdir.  Bunlardan  başqa, ARDNF-nin  vəsaiti  hesabına  2007-ci  ildən 

başlayaraq  xarici  ölkələrin  ali  təhsil  ocaqlarında  azərbaycanlı  tələbələrin  oxumasına  dəstək  verilir.  2007-

2011-ci  illərdə  bu  proqram  çərçivəsində  2000  nəfərədək  tələbənin  xarici  universitetlərdə  oxuması  təmin 

edilib. İnsan kapitalının inkişafı üzrə siyasətin nəticələrini qiymətləndirmək üçün isə sektorlar üzrə təhlilə 

və beynəlxalq təşkilatların hesabatlarına nəzər yetirək.

64

  Егел Е.А. Роль человеческого капитала в современной экономике. http://vestnik.osu.ru/2007_3/12.pdf 



65

 Education at a Glance 2011. OECD indicators. http://www.oecd.org/dataoecd/61/2/48631582.pdf 



66

  Доклад о состоянии здравоохранения в мире 2010. http://www.who.int/whr/2010/whr10_ru.pdf 

67

  Human Development Reports. http://hdr.undp.org/en/reports/global/hdr2011/ 



68

 Reports http://www.weforum.org/reports-results?fq=report^report_type%3A%22Competitiveness%22



 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə