İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə22/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

51

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

4.4. İnnovasiyalar

İnnovasiya rəsmi dövlət sənədlərində prioritet kimi. İqtisadi və ixrac diversifikasiyası istehsal olunan və 

ixrac edilən məhsulların çeşidləndirilməsini nəzərdə tutur ki, müəssisələr də yeni məhsul formalaşdırmaq 

üçün  innovasiya  fəaliyyətini  (yeni  ideyaların  yaranması,  onların  elmi  tədqiqatlarla  əsaslandırılması,  texniki

işləmələrlə  tətbiqi  formaya  salınması,  sınaq  istehsalının  həyata  keçirilməsi)  tətbiq  etməli  və  güclü  innovasiya 

bazasına  malik  olmalıdır.  Bunun  üçün  dövlətin  innovasiya  fəaliyyətinin  təşviqinə  və  innovasiya 

infrastrukturunun qurulmasına (elmi-tədqiqat mərkəzləri, laboratoriyalar, biznes inkubatorlar, innovasiya zonaları

yönəlik dəstək tədbirləri həlledicidir. Azərbaycanda son illər qəbul edilən bir sıra hüquqi sənədlərdə və 

dövlət proqramlarında ölkə iqtisadiyyatı üçün və hökumətin yeni dönəmdə iqtisadi siyasəti üçün innovasiya 

amilinin  önəmi  vurğulanıb.  2020-ci  ilədək  dövrü  əhatə  edən  “Azərbaycan  2020:  gələcəyə  baxış”  İnkişaf 

Konsepsiyasının hazırlanması barədə prezident sərəncamında qeyd edilir ki, Azərbaycan iqtisadiyyatında 

yeni  mərhələnin  əsas  hədəfi  çoxşaxəli,  səmərəli  və  innovasiyayönümlü  iqtisadiyyatın  formalaşdırılması  ilə 

bağlıdır. Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramının əsas 

vəzifələrindən  biri  məhz  elmtutumlu  sahələrin  inkişafı  ilə  bağlı  qabaqcıl  texnologiya  və  innovasiyaların 

tətbiq edilməsidir. İİN və SKMF 2011-2015-ci illərdə sahibkarların kreditləşdirilməsi zamanı ilk növbədə 

innovasiyalar tətbiq olunan yeni iş yerlərinin yaradılmasına yönəldilmiş layihələrə üstünlük verməlidir

74



Lakin ayrılıqda innovasiya fəaliyyəti ilə bağlı normativ-hüquqi akt və ya dövlət proqramı bu günə qədər 



qəbul  edilməsə  də,  innovasiya  fəaliyyətinin  əsasında  elmi  tədqiqatlar  və  texniki  işləmələr  “2009-2015-ci 

illərdə  elmin  inkişafı  üzrə  Milli  Strategiya”nın  məqsədlərindən  biri  məhz  elmi  tədqiqatların  və  innovasiya



siyasətinin səmərəsini artırmaqdır

75

. Ancaq Milli Strategiyanın həyata keçirilməsi üçün qəbul edilən müvafiq 

dövlət proqramının 2010-cu ilin sonuna qədər tamamlanmalı olan bəzi müddəaları, təəssüf ki, tam yerinə 

yetirilməyib.  Nümunə  kimi  elmi  işçilərin  əməyinin  stimullaşdırılması,  onların  sosial  müdafiəsinin  və 

mənzil  təminatının  yaxşılaşdırılması  üçün  dövlət  proqramlarının  hazırlanması  bəndini  qeyd  etmək  olar. 

Parlamentdə 2010-cu ildə hazırlanan «Elmi fəaliyyət haqqında» qanun layihəsi innovasiya fəaliyyətini əhatə 

etmir və “İnnovasiya fəaliyyəti haqqında” qanuna ehtiyac getdikcə artır.

İnnovasiya xərcləri və innovasiya göstəriciləri. “2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın 

giriş hissəsində hökumət rəsmən etiraf edir ki, Azərbaycanda “elmin maliyyələşdirilməsi sahəsində mövcud 

vəziyyət qənaətbəxş deyil. Əgər 1980-1990-cı illəri əhatə edən dövrdə büdcədən elmə sərf olunan xərclərin 

ÜDM-də payı 0,3-0,5% hüdudlarında idisə, 1998-2008-ci illər ərzində bu göstərici 0,2% təşkil etmişdir. Ali 

məktəblərdə  elmi  tədqiqatlara  ayrılan  vəsaitin  həcmi  və  elmi  sektorda  çalışan  əməkdaşların  sayı  heç  də 

qənaətbəxş sayıla bilməz. Bütövlükdə Azərbaycan elminin maddi-texniki bazası olduqca köhnəlmiş hesab 

edilməlidir.  Elmi  təşkilatların  əsas  fondlarındakı  avadanlıqların  yaşı  20  ildən  artıqdır.  Patent  aktivliyi 

baxımından  da  bu  təşkilatların  fəaliyyəti  qaneedici  deyil.  Bütövlükdə  Azərbaycan  elminin  bugünkü 

vəziyyəti dövlətin innovasiya siyasətinin təminatı etibarilə müasir tələblərə cavab vermir. Azərbaycan elmi 

həm struktur cəhətdən, həm də aparılan tədqiqatların mövzu və əhatə dairəsinə görə əsasən sovet dövründə 

formalaşmış qəliblər çərçivəsində qalmaqdadır”

76



74

 http://www.huquqiaktlar.gov.az/StatementDetails.aspx?statementId=4837



75

  http://e-qanun.az/print.php?internal=view&target=1&docid=17199&doctype=0 

76

  http://e-qanun.az/print.php?internal=view&target=1&docid=17199&doctype=0 




52

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Diaqram 22. Sənaye müəssisələrinin innovasiya xərcləri

Sənaye müəssisələrinin innovasiya xərcləri

0

5

10

15

20

25

30

35

40

45

50

55

2005

2006

2007

2008

2009

2010

in

no

vasi

ya 

xər

cl

ər

i (

m

ln

.A

ZN

)

0.00%

0.10%

0.20%

0.30%

0.40%

0.50%

0.60%

0.70%

sən

əyen

in

 əl

avə 

dəyər

in

də 

payı

 (%

)

 

UNESCO-nun 2010-cu ildə açıqlanan elm hesabatına əsasən isə, Azərbaycan “elmi tədqiqat və işləmələr”ə 



(R&D) yönələn xərclərin ÜDM-dəki payına görə həm Gürcüstandan, həm də Ermə nistandan geri qalır

77



Dünya  Bankının  “Bilgi  İqtisadiyyatı  İndeksi”nə  (Know ledge  Economy  Index  2012)  görə,  Azərbaycan  öz 

mövqeyini  2000-ci  illə  müqayisədə  15  pillə  yaxşılaşdıraraq  145  ölkə  arasında  79-cu  yerdə  qərar la şıb. 

İndeksdə  Gürcüstan  68-ci,  Er mə nis tan  71-ci  yerdə  olub.  Ümumi  indek sin  sub-indeksi  olan  “İnnovasiya 

indeksi”nə görə isə Azərbaycan 145 ölkə arasında 89-cu olub. Dünya Ban kının bu metodologiyasına əsasən 

(a) innovasiya fəaliyyəti, (b) təhsil və təlim sistemi, (c) institusional mühit və (d) İKT sistemi birlikdə bilgi 

iqtisadiyyatını formalaşdıran 4 ən əsas ünsürdür. İnnovasiyanın ölçülməsi indikatorları kimi isə əhalinin 

hər milyon nəfərinə düşən elmi tədqiqatçıların sayı (Azərbaycanda 2008-ci il üçün 1.358); elmi jurnallarda 

çıxan elmi məqalələrin sayı; alınan patentlərin sayı və patent məbləği; yüksək texnologiyaların ixracda payı; 

habelə innovasiya xərclərinin səviyyəsi əsas götürülür. 

Diaqram 23İxrac və qeyri-ixrac firmalarında innovasiya fəaliyyəti ilə məşğul olanlar (%-lə)

 

Mənbə: http://www.ebrd.com

77



 UNESCO Science Report 2010: The Current Status of Science around the World




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə