İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə20/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   ...   16   17   18   19   20   21   22   23   ...   35

47

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

 Təhsil. 2009-2013-cü illərdə ali təhsil sistemində islahatlara dair dövlət proqramında qeyd olunur 

ki, hazırda Azərbaycanda əhalinin hər 10 min nəfərinə 156 nəfər ali məktəb tələbəsi düşdüyü halda, 

inkişaf etmiş Qərb ölkələrində həmin göstərici 250-450 nəfər intervalında dəyişilir. Hətta bu göstəricinin 

səviyyəsinə görə Azərbaycan Qazaxıstan və Rusiyadan 3 dəfə, Gürcüstan, Ermənistan və Moldovadan 2 

dəfə geri qalır

69

. Hazırda Azərbaycanda dövlət və özəl universitetlərdə 140 min nəfərdən artıq tələbə təhsil 



alır. Bu isə 18-35 yaş qrupunda olan bütün gənclərin təxminən 14-15%-ni təşkil edir. O biri tərəfdən, son 

10 ildə dövlət ali təhsil müəssisələrində ödənişli təhsil yerlərinin sayının artması ali təhsil almaq istəyən 

insanların, xüsusilə də aztəminatlı əhali qruplarının ali təhsilə əlçatanlığını azaldıb. Məsələn, əgər 2004-cü 

ildə ali məktəblərə hökumətin müəyyənləşdirdiyi ümumi qəbul planının (28475 yer) 38%-i ödənişsiz idisə, 

2011-ci ildə ödənişsiz yerlərin sayı 5% azalıb. Bu isə o deməkdir ki, hazırda ali təhsil almaq istəyən hər 10 

nəfərdən 7-si pulla oxumalıdır. 

Təhsilin  aşağı  pillələrində  də  ciddi  problemlər  var.  DSK-nın  məlumatına  görə,  hazırda  1-ci  sinfə  gedən 

uşaqların ən yaxşı halda 16-17%-i, kənd yerlərində isə 9-10%-i məktəbəqədər təhsil müəssisələrində zəruri 

bilik  və  vərdişlərə  yiyələnmək  imkanına  malikdir

70

.  Halbuki  inkişaf  etmiş  ölkələrdə  həmin  göstəricinin 



səviyyəsi 90%-dən aşağı deyil. TQDK-nın hazırladığı illik statistik təhlil göstərir ki, son illər orta məktəbi 

başa  vuran  məzunların  orta  hesabla  20%-i  buraxılış  imtahanlarını  müvəffəqiyyətlə  verə  bilmədiyi  üçün 

attestat ala bilmir. 2009-2011-ci illərdə 11-ci sinfi başa vurmalı olan 297 min nəfər orta məktəb məzunundan 

61 min nəfəri (20,5%) attestat imtahanlarından kəsilib. Bundan əlavə, komissiyanın məlumatına görə, ali 

məktəblərə ərizə təqdim edən orta məktəb məzunlarının azı yarıdan çoxu qəbul imtahanlarında keçid balı 

səviyyəsində bal toplaya bilmir. Məsələn, TQDK-nın hesabatına əsasən, ali təhsil almaq niyyətində olan orta 

məktəb məzunlarının 2009-cu ildə 54, 2010-cu ildə 50, 2011-ci ildə isə 51%-i 200-dən aşağı bal toplayıb ki, bu 

da ənənəvi “5” ballıq qiymətləndirmə sistemi üzrə “2” qiymətinə bərabərdir

71



Son  10  ildə  orta  ixtisas  və  peşə  məktəblərində  təhsilalanların  sayında  artım  müşahidə  olunmaqdadır. 



2000-2010-cu illərdə texniki-peşə məktəblərinə daxil olanların sayı 3,5 nəfər (25%) artaraq 16,5 min nəfərə, 

orta  ixtisas  məktəblərinə  qəbul  olunanların  sayı  isə  2  min  nəfər  (13%)  artaraq  16,8  min  nəfərə  çatıb. Ali 

məktəblərdə olduğu kimi, dövlət orta ixtisas məktəblərində də qəbul planının əhəmiyyətli hissəsi ödənişli 

ixtisasların payına düşür. Məsələn, TQDK-nın məlumatına görə, 2010-2011-ci tədris ili üzrə texnikumlara 

10,2 min nəfərlik qəbul planının 70%-i (7100 nəfər) ödənişli yerlər üçün ayrılmışdı. 

Ötən 10 ildə dövlətin təhsilə ayırdığı xərclər 7 dəfədən çox artsa da, hələ də Azərbaycanda təhsil xərclərinin 

ÜDM-ə nisbəti inkişaf etmiş ölkələrin analoji göstəricisindən əhəmiyyətli dərəcədə azdır. 

Cədvəl 7. Təhsilin dövlət tərəfindən maliyyələşdirilməsi

Göstəricilər/illər

2000

2005

2006

2007

2008

2009

2010

Təhsil xərcləri, milyon manatla

181.8

372,5


479.1

723


980

1148


1181

Təhsil obyektlərinin tikintisinə 

ayrılan dövlət investisiyalarının 

məbləği, milyon manatla

0

3453


34517

186632


197350

44931


84513

Təhsil xərclərinin büdcə 

xərclərində payı, %-lə 

23.8


17.4

12.6


11.8

9.1


10.9

10.0


Təhsil xərclərinin ÜDM-də 

payı, %-lə

3.8

2.9


2.6

2.5


2.4

3.2


2.8

69

  http://www.edu.gov.az/view.php?lang=az&menu=83&id=74 



70

  http://www.azstat.org/statinfo/education/az/index.shtml# 

71

  Statistik təhlil. http://tqdk.gov.az/az/statistics/ 




48

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Cədvəl 7-dən göründüyü kimi, 2000-2010-cu illərdə təhsil xərclərinin məbləği 7 dəfəyədək artsa da, həmin 

xərclərin dövdət büdcəsinin məcmu xərcləmələrində payı 23,8%-dən 10%-ə, ÜDM-ə nisbəti isə 3,8%-dən 

2,8%-dək azalıb. Bu, ilk növbədə onun nəticəsidir ki, təhsilə ayrılan vəsaitlərlə büdcə xərclərinin və ÜDM-

in artımı arasında tarazlı əlaqə təmin olunmayıb. Belə ki, həmin dövrdə ÜDM-in nominal həcmi 10, büdcə 

xərcləmələri isə 15 dəfədən çox artıb. Qeyd olunan dövrdə təhsil infrastrukturunun yenidən qurulmasına 

600 milyon manata yaxın büdcə investisiyası yönəldilib. 

Hökumətin bütün növdən olan peşə təhsili müəssisələrində yeni ixtisaslara qəbul imkanlarını yaratması onu 

göstərir ki, iqtisadi diversifikasiyanın hədəfi kimi seçilmiş sahələrin tələbatı müəyyən qədər nəzərə alınır. 

Məsələn, 2001-2011-ci illər ərzində hökumətin qərarı ilə turizm sahəsi ilə bağlı 2 peşə məktəbi (Qəbələ Turizm 

və Hotelçilik üzrə Peşə Tədris Mərkəzi, Bakı Turizm Peşə Məktəbi), 1 orta ixtisas məktəbi (Mingəçevir Turizm 

Kolleci) və 1 ali məktəb (Azərbaycan Turizm İnstitutu), İKT sahəsi ilə bağlı 1 orta ixtisas müəssisəsi (Bakı 

Kompyuter Kolleci) yaradılıb. Bunlardan savayı, hazırda ölkədə bilavasitə qeyri-neft sektoru üzrə kadrlar 

hazırlayan ixtisaslaşmış kolleclər – Bakı Qida Sənayesi Kolleci, Bakı Sənaye-Pedaqoji Kolleci, Azərbaycan 

Dəniz Balıq Sənayesi Kolleci, Bakı Dövlət Rabitə Kolleci, Bakı Texnologiya Kolleci kimi texnikumlar fəaliyyət 

göstərir. Orta hesabla hər il bu cür ixtisaslaşmış kolleclərə 1000 nəfərdən artıq tələbə qəbul olunur.

Texniki-peşə  məktəblərində  106  peşə  üzrə  kadr  hazırlanır.  Həmin  ixtisasların  bilavasitə  30-u  hökumətin 

iqtisadi diversifikasiyanın hədəfi kimi seçdiyi sahələr – aqrar sektor, qeyri-neft emal sənayesi, turizm və 

İKT sektoru ilə bağlıdır (məsələn, cihazçı, meyvə-tərəvəz ustası, heyvandarlıq kompleksləri üzrə operator, 

traktorçu,  süd  məhsulları  üzrə  usta,  arıçı,  baytar  xidməti  üzrə  operator,  toxucu,  xalçaçı,  mehmanxana 

inzibatçısı və s.). 2011-ci ildə texniki-peşə məktəblərinə daxil olan 15,2 min nəfər şagirdin 3,5 min nəfəri 

bilavasitə sadalanan ixtisasları seçib

72



Ali təhsil müəssisələri üzrə qəbul planlarının təhlili göstərir ki, hələlik hökumətin iqtisadi diversifikasiyanın 



hədəfi kimi seçdiyi sahələr üzrə hazırlanan kadrların sayı çox deyil. Məsələn, TQDK-nın 2010-2011-ci illər 

ixtisas  seçimi  ilə  bağlı  hazırladığı  3-cü  buraxılışda  təqdim  olunan  məlumatların  təhlili  göstərir  ki,  qəbul 

planı aqronomluq ixtisası üzrə 70, zootexnik ixtisası üzrə 42, baytarlıq ixtisası üzrə 56, balıqçılıq ixtisası 

üzrə 25 yer müəyyən edilib. Turizm sahəsi üzrə müxtəlif ixtisaslara 129 nəfər, qida sənayesi üzrə peşələrə 

181 plan yeri müəyyənləşdirilmişdi. Problem ondadır ki, bir çox hallarda həmin plan yerlərinin 30-40%-

i tutulmamış qalır. Çünki adıçəkilən ixtisaslar üzrə yerlərin əksəriyyəti ödənişlidir. Məsələn, 2010-cu ildə 

turizmlə bağlı bütün plan yerlərinin 96-sı və ya 75%-i, aqronom, zootexnik və baytarlıq ixtisası üzrə yerlərin 

isə 73%-i ödənişli olub. Reallıqda isə hökumətin diversifikasiya siyasəti həmin ixtisaslara marağı artırmaq 

üçün pulsuz dövlət təhsilinə üstünlük verilməsini tələb edir. 

Səhiyyə. Azərbaycanda artıq 10 ildən çoxdur tibbi sığortaya dair qanun qəbul edilib, 11 avqust 2008-ci il 

tarixdə isə Nazirlər Kabinetinin 179 saylı qərarı ilə icbari tibbi sığortanın tətbiqinə dair Konsepsiya təsdiqlənib. 

Bununla belə, əhali üçün zəmanətli tibbi sığorta mexanizmi mövcud deyil. Eyni zamanda dövlətin hər kəsə 

pulsuz tibbi xidmət almaq hüququ verməsi formal xarakter daşıyır. Vətəndaşlar dövlət xəstəxanalarında 

nəinki  mürəkkəb  tibbi  əməliyyat  və  müalicələrə  görə,  hətta  adi  müayinələrə  görə  qeyri-rəsmi  ödənişlər 

verməkdə  davam  edirlər.  Ölkədə  özəl  klinikaların  sayı  da  sürətlə  artmaqdadır.  Eyni  zamanda  əhalinin 

əksəriyyəti  işəgötürənlərin  və  dövlətin  onların  sağlamlığına  görə  ödəməli  olduqları  icbari  tibbi  sığorta 

haqlarını da öz ciblərindən vermək məcburiyyətində qalır. 

72

  Məlumatlar Azərbaycan Respublikası Təhsil Nazirliynin “2011-2012-ci tədris ilində ilk peşə ixtisas təhsili müəssisələrinə kadr 



hazırlığı üçün müraciət edənlərə dair Hesabat” əsasında hazırlanıb 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə