İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə17/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

41

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

maliyyə vasitəçiliyinin inkişaf səviyyəsini göstərir. Ölkə iqtisadiyyatının diversifikasiyalaşmasında maliyyə 

sferasının diversifikasiyalaşma dərəcəsi mühüm rol oynayır. 

Azərbaycanda dövlət qiymətli kağızlar bazarı əsasən Maliyyə Nazirliyinin qısamüddətli istiqrazlarından 

(təqribən  300  milyon  manatlıq)  ibarətdir.  Bundan  başqa,  MB-nin  qısamüddətli  notları  (təqribən  100-150 

milyon manatlıq) da dövriyyədədir. Sığorta bazarı hələ kifayət qədər formalaşmadığından onun da kredit 

resursları bazarına ciddi təsir imkanları yoxdur. 

Dövlət  mülkiyyətinin  özəlləşdirilməsi  prosesində  səhmdar  cəmiyyətlərin  yaradılmasına  rəğmən  hələ  də 

ölkədə korporativ səhm bazarının yarandığını söyləmək mümkün deyildir. Fond birjasında səhmlərin alqı-

satqısı üzrə əməliyyatlar aparılsa da, bunlar hələ də şirkətlərə real resurslar cəlb etmək imkanı vermir. 

Ölkədə  habelə  özəl  pensiya  fondları,  investisiya  fondları,  tikinti-əmanət  təşkilatları,  klirinq  təşkilatları, 

uçot  (veksel)  evləri  və  başqa  bu  kimi  xarici  ölkələrdə  geniş  yayılmış  maliyyə  vasitəçiliyi  institutlarının 

formalaşmaması alternativ borc vəsaitləri bazarının yaranmamasını mümkünsüz edir. Bütün bunlar ölkənin 

kredit bazarında kommersiya banklarının inhisarçılığını gücləndirir. 



4.2. İnfsrastruktura yönəlik dövlət investisiyaları

Azərbaycan dövlət investisiyası təcrübəsinə 1995-ci ildən başlayıb. O vaxt dövlət investisiyalarının həcmi 

məhdud idi (15,8 milyon manat) və büdcə xərclərinin 5%-ni təşkil etmişdi. 2005-ci ildən başlayaraq isə AÇG 

müqaviləsi üzrə neft hasilatının artması və dünya bazarında xam neftin qiymətinin bahalaşması dövlətin 

gəlirlərinin kəskin artmasına gətirib çıxardı və bu da hökumətə həmin təcrübəni genişləndirməyə imkan 

yaratdı. 

Dövlət investisiyaları təcrübəsi genişlənməyə başlanan dövrdə hökumət dövlət investisiya siyasətinin əsas 

istiqamətlərini belə müəyyən etmişdi

57

:

- investisiya axınının qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsinin stimullaşdırılması;



- regionların tarazlı inkişafını təmin etmək üçün investisiya axınının optimallaşdırılması;

-  ölkədə  investisiya  fəaliyyətinin  sosial  istiqamətinin  gücləndirilməsi,  insan  kapitalına  və  infrastruktura  qoyulan

investisiyaların prioritetliyi;

- dövlətin müdafiə qabiliyyətinin artırılması;

- dövlət investisiya siyasətinin şəffaflığının təmin edilməsi.

2007-2010-cu illər üzrə sosial-iqtisadi inkişafın prioritetlərində dövlət investisiya siyasətinin infrastruktura və 

sosial sahəyə yönəldiyi qeyd olunmuşdu

58

“Dövlət özəlləşdirmə prosesini həyata keçirərək hazır məhsul istehsalını



özəl sektorun öhdəsinə verdiyi bir vaxtda qeyri-neft sektorunun tarazlı inkişafı üçün zəruri olan infrastruktur sahələrinə

investisiyaların yönəldilməsi artan dinamika ilə davam etdiriləcək və aktiv dövlət investisiya siyasəti yeridiləcəkdir.

Eyni zamanda sosial infrastruktur əhəmiyyətli dərəcədə inkişaf etdiriləcəkdir”.

Qeyd  etmək  lazımdır  ki,  dövlət  investisiyaları  üzrə  praktika  Azərbaycanda  2005-ci  ildən  genişlənməyə 

başlansa da, hökumət yalnız 2008-ci ildə Dövlət İnvestisiya Siyasəti adlı sənəd qəbul edib bu sahədə aydın 

prioritetlər müəyyən etdi

59

:

- infrastruktur sahələrinin inkişafı və onların obyektlərinin davamlı istismarının təmin edilməsi;



- regionların tarazlı inkişafının təmin edilməsi;

- insan kapitalının davamlı inkişaf etdirilməsi və sosial təminatın gücləndirilməsi.

57

  Azərbaycanın 2006-2009-cu illər üzrə sosial-iqtisadi inkişafının əsas prioritetləri. 2006-cı ilin Büdcə Zərfi



II cild, səh. 36

58

  Azərbaycanın 2007-2010-cu illər üzrə sosial-iqtisadi inkişafının əsas prioritetləri. 2007-ci ilin Büdcə Zərfi, I cild, səh. 27.



59

 2008-2011-ci illərin Dövlət İnvestisiya Siyasəti. www.economy.gov.az 




42

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Cədvəl 3. 2000-2011-ci illərdə dövlət investisiyalarının həcmi, büdcə gəlirlərində payı və ÜDM-ə nisbəti 

Göstəricilər 

2000

2005

2006

2007

2008

2009

2010

2011

Dövlət investisiyaları, 

milyon manat

26,53


159,89

879,64


1902,23

4275,17


3553,38

4132,37


5851,6

Dövlət büdcəsində 

payı, %

3,47


7,47

23,21


31,25

39,68


33,83

35,12


38,01

ÜDM-ə nisbəti, %

0,56

1,28


4,88

7,09


10,65

10,28


9,73

11,69


Əgər dövlət investisiyalarının həcmi 2000-ci ildə 26,5 milyon manat olmuşdusa, 2005-ci ildə 159,9 milyon 

manat, 2011-ci ildə isə 5851,6 milyon manat olub. Beləliklə də 2000-ci illə müqayisədə 2011-ci ildə dövlət 

investisiyalarının həcmi 221 dəfə artıb və dövlət büdcəsi xərclərinin 38%-ni təşkil edib. Bu müddət ərzində 

dövlət investisiyalarının ÜDM-ə nisbəti də 0,56%-dən 11,69%-dək artıb. Həmçinin 2000-2011-ci illərdə dövlət 

büdcəsi vasitəsilə infrastruktura, sosial sahələrə və başqa tikinti layihələrinə 21 milyard manat xərclənib.

Diaqram 20. 2000-2011-ci illərdə dövlət investisiyalarının həcmi və büdcədə payı

Diaqram 21. Dövlət investisiyalarının büdcə xərclərində payının və ÜDM-ə nisbətinin dəyişməsi



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə