İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə15/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

36

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

həyata keçirilib. 2005-ci ildə Dövlət büdcəsinin Ehtiyat Fondunun xərcləri 28.6 milyon manat olmuşdusa, 

2008-ci ildə 438.5 milyon, 2010-cu ildə isə 448.3 milyon manat təşkil edib. 

Prezidentin Ehtiyat Fondunun xərcləri 2006-cı ildə 74.0 milyon manat olduğu halda, 2010-cu ildə iki dəfə çox 

artaraq 159.5 milyon manat olub. Bu fondun vəsaitlərinin istifadəsi ilə bağlı dövlət başçısı təkbaşına qərar 

verir. MBQ-nin araşdırmalarına əsasən, Prezidentin Ehtiyat Fondunun vəsaitləri əsasən siyasi məqsədlərə 

(siyasi  imicin  formalaşmasına)  yönəlik  tədbirlərə  yönəldilir

42

.  2010-cu  ildə  dövlət  büdcəsinin  ümumi 



xərclərinin  607.8  milyon  manatı,  yaxud  5,2%-i  ehtiyat  fondları  vasitəsilə  xərclənib.  Dövlət  büdcəsindən 

ehtiyat fondlarına ayrılan vəsaitin artırılması tendensiyası davam edir.



Diaqram 16. Dövlət büdcəsinin ehtiyat fondlarının xərclərinin dinamikası (milyon manat)

Sahibkarlığın dəstəklənməsi. 2002-ci ildə dövlət büdcəsindən SKMF-yə 2.6 milyon, 2005-ci ildə 40.0 milyon 

manat ayrılmışdısa, 2006-2009-cu illərdə hər il büdcədən fonda ayrılan vəsaitin məbləği təqribən 74 milyon 

manat olub. 2010-cu ildə bu məbləğ bir qədər azalaraq 44.0 milyon manat olub. Lakin 2005-ci ildən başlayaraq 

sahibkarlara verilən kreditə görə fonda qaytarılan vəsaitin məbləği ildən-ilə sürətlə artmağa başlayıb: 2005-

ci ildə bu məbləğ 7.1 milyon manat olmuşdusa, 2010-cu ildə 75.5 milyon manat təşkil edib (10 dəfədən çox 

atrıb). Bunun hesabına fondun sahibkarlara təqdim etdiyi kreditin məbləği də ildən-ilə yüksəlib. 

Fondun sahibkarlara təqdim etdiyi güzəştli kreditin ümu mi məbləği 2002-ci ilə cəmi 1.5 milyon, 2005-ci ildə 

36.3 milyon manat olubsa, 2009-cu ildə 129.6 milyon, 2010-cu ildə isə 115.0 mil yon manat təşkil edib. 

Ümumiyyətlə, 2002-2010-cu illər dövründə fond tərə findən müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkar-

lara 580.1 milyon manatlıq güzəştli kreditlər verilib: bunun 208.6 milyon manatı (35,6%) müxtəlif sənaye 

məhsullarının istehsalına, 179.4 milyon manatı (30,9%) kənd təsərrüfatı məhsullarının istehsalına, 77.1 milyon 

manatı (13,3%) kənd təsərrüfatı məhsullarının emalına, 79.2 milyon manatı (13,6%) xidmət (infrastruktur) 

sahələrinin inkişafına, 34.3 milyon manatı (5,9%) turizmin inkişafına və 1.6 milyon manatı (0,3%) isə kütləvi 

informasiya vasitələrinin (KİV) inkişafına yönəldilib. 

42

  Büdcə sistemi haqqında qanuna edilən əlavə və dəyişikliklər barədə MBQ-nin rəyi. 2009 




37

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA__Diaqram_17._SKMF-nin_vəsaitlərinin_artım_dinamikası_(milyon_manat)'>DİVERSİFİKASİYA

Diaqram 17. SKMF-nin vəsaitlərinin artım dinamikası (milyon manat)

Diaqram 18. 2002-2010-cu illərdə SKMF-nin kreditlərinin sahələr üzrə bölgüsü (%-lə) 

Qeyd edək ki, 2009-cu ildə KİV-ə Dövlət Dəstəyi Fondu yaradıldıqdan sonra dövlət büdcəsindən bu fonda 

vəsait ayrılır və bu vəsaitlər KİV-in inkişafı ilə bağlı layihə lərə yönəldilir. Buna görə də SKMF 2009-cu ildən 

KİV-in inkişafı layihələrinə maliyyə ayırmır. 

SKMF ölkənin bütün iqtisadi rayonları üz rə layihələrin maliyyələşdirilməsini hə ya ta keçirir. Lakin 2010-

cu ilədək fondun ma liy yə ləşdirdiyi layihələr arasında paytaxt, Aran və Gəncə–Qazax iqtisadi zona larının 

layihələri daha üstün çəkiyə malik dir. 

Son illər SKMF-nin təqdim etdiyi kreditlərin məbləğinin böyüdülməsi siyasəti həyata keçirilib. Belə ki, 2009-

cu ilədək fond 1000 manatadək kreditlər də təqdim edirdisə, fondun əsasnaməsində 2009-cu ildə həyata 

keçirilən dəyişiklikdən sonra fond 10 min manatdan aşağı məbləğdə kredit vermir. Eyni zamanda, həmin 

dəyişiklikdən sonra fondun təqdim edə biləcəyi kreditin yuxarı məbləği kimi 5 milyon manat müəyyən 

edilib. SKMF-nin məlumatına əsasən, 2009-cu ildən sonra fondun təqdim etdiyi bütün kreditlərin 85-90%-ni 

böyük (250 min manatdan 1.0 milyon manatadək) və iri (5.0 milyon manatadək) həcmli kreditlər təşkil edir

43



43

  

http://anfes.gov.az/az/




38

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Diaqram 17. DSKMF-nin vəsaitlərinin artım dinamikası (milyon manat)

Azərbaycan İnvestisiya Şirkəti. 30 mart 2006-cı ildə yaradılmış AİŞ-in ilkin nizamnamə kapitalı ARDNF-

nin  vəsaiti  hesabına  formalaşdırılıb.  Bu  məqsədlə  fondun  2006-cı  ilin  büdcəsindən  90.0  milyon  manat 

vəsait  ayrılıb.  Şirkətin  nizamnamə  kapitalının  artırılması  üçün  2009-cu  ilin  dövlət  büdcəsindən  (dövlət 

investisiyaları hesabına) 70.0 milyon manat vəsait yönəldilib. 

AİŞ-in iştirak etdiyi və gələcəkdə iştirak etmək istədiyi layihələr aşağıdakılardır

44

:



-

süd  məhsulları  istehsalçısı  olan  “Milk  Pro”  ASC-nin  mövcud  süd  zavodunun  rekonstruksiyası  və  yeni  süd

zavodunun tikintisi;

-

Fransanın “Lafarge” şirkəti ilə yeni sement zavodunun inşası;

-

“Azərduz” zavodunun tikintisi (“Azərsun” Holdinqlə birlikdə);

-

“AzAqroExport” MMC;

-

“Azərtoxum” MMC-nin yaradılması;

-

gəmiqayırma  zavodunun  tikintisi  –  25%  (ARDNŞ  (65%)  və  Sinqapurun  “Kappel  Offshore&Marine”  şirkəti

(10%) ilə birlikdə);

-

Xəzər Beynəlxalq İnvestisiya Şirkəti (İslam İnkişaf Fondu, Özəl sektorun inkişafı üzrə İslam Korporasiyası və

başqaları ilə birlikdə);

-

İsveçrənin “Holcim” şirkətinə məxsus “Qaradağ Sement” zavodunun səhmlərinin 10%-nin alınması;

-

tullaнtıların emalı zavodunun tikintisinə investisiya qoyuluşu;

-

neft terminalı və neft-kimya komplekslərinin tikintisi layihələri;

-

kənd təsərrüfatı layihələri.

Yaranandan 2010-cu ilin sonunadək AİŞ-in iştirak etdiyi layihələr üzrə yerli və xarici investorlarla birgə ölkə 

iqtisadiyyatına 488.3 milyon manat investisiya yönəldilib

45

.



Vergi stimullaşdırılması. 2001-ci ilin əvvəlindən Azərbaycanda Vergi Məcəlləsi qüvvəyə minib. Bununla da 

vergilərlə bağlı bütün məsələlər vahid qanunvericiliklə tənzimlənməyə başlanıb. 

Vergilərin  iqtisadi  fəallığa  uzunmüddətli  stimullaşdırıcı  təsirini  artırmaq,  investisiyaları  təşviq  etmək, 

müəssisələrin istifadəsində qalan maliyyə vəsaitlərinin həcmini yüksəltmək məqsədi ilə mənfəət vergisinin 

dərəcəsi 2003-cü ildə 27%-dən 25%-ə, 2004-cü ildə 24%, 2006-cı ildə 22%, 2010-cu ildə isə 20%-ə endirilib. 

Maliyyə  sektorunun  inkişafının  sürətləndirilməsi,  bank  və  sığorta  xidmətlərinin  keyfiyyətinin  daha  da 

yaxşılaşdırılması, habelə bankların, sığorta şirkətlərinin ödəmə qabiliyyətinin möhkəmləndirilməsi və onların 

kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması məqsədi ilə 28 oktyabr 2008-ci il tarixli qanuna

46

 

44



  http://aic.az/pages/b40d1e8a-0d00-11e1-a541-081967bb730e/page.html#haqqimizda 

45

  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu ildə fəaliyyəti haqqında Hesabat. Səh. 313



46

  Bankların, sığorta və təkrarsığorta şirkətlərinin kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması haqqında qanun, 28 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə