İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə11/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   ...   7   8   9   10   11   12   13   14   ...   35

27

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Qarabağ  və  ətraf  regionları  işğalı  nəticəsində  ölkədə  1  milyondan  çox  qaçqın  və  məcburi  köçkünün 

olması da nəqliyyat və ticarət əlaqələrinə ciddi məhdudlaşdırıcı təsir edir. Neft-qaz sektorundan asılılığın 

azalmasında sosial hədəflərin olması və yoxsulluğun azalmasına bunun təsiri mühümdür. Neft hasilatının 

pikə çatmasından sonra ixracda azalma yalnız hasilatın azalması səbəbindən olmayacaq, həm də hasilatın 

daha böyük hissəsi daxili tələbatın ödənilməsinə yönələcək. O zaman hökumət artıq fiskal ekspansiyanı 

davam etdirə bilməyəcək və eyni zamanda hidrokarbon resurslarının neft idxalatçısına çevriləcək. Bununla 

da qeyri-neft büdcə kəsirinin qeyri-neft ÜDM-inə nisbəti və cari hesablar balansının kəsiri də artım trendi 

göstərəcək. Hesabatdakı ssenarilər göstərir ki, hətta ən optimist variantda belə bu proses 2020-2025-ci illərdə 

baş  verəcək.  Neqativ  ssenarinin  baş  tutmaması  üçün Azərbaycan  yoxsulluğun  azaldılmasına,  ikirəqəmli 

inflyasiyanın qabaqlanmasına, qeyri-neft sektorunda məhsuldarlığın ən yüksək olduğu sahələrin inkişafına 

nail olmalıdır. Azərbaycan iqtisadiyyatı əvvəlcə (a) təbii resurslardan asılılıq fazasından (b) keçid fazasına, 

daha sonra isə (c) davamlı inkişaf fazasına keçməlidir.

6)  “Xəzər  hövzəsində  neft  iqtisadiyyatı  və  siyasəti: Azərbaycan  və  Mərkəzi  Asiyada  neft  gəlirlərinin 

təkrar bölgüsü” (The economics and politics of oil in the Caspian Basin: the redistribution of oil revenues 

in Azerbaijan and Central Asia; 2008). Hər bir neft-qaz ölkəsində gəlirlərin ədalətli bölgüsü və səmərəli 

istifadəsi ilk növbədə belə bir suala cavab tapmağı vacib edir: vəsaitin nə qədərini bu gün, nə qədərini isə 

sabah xərcləməli? Azərbaycan hökuməti neft gəlirlərindən ölkədəki sosial, siyasi və etnik gərginliyi ortadan 

qaldırmaq  üçün  istifadə  edir.  Həssas  sosial  qruplara  yönəlik  dövlət  proqramları  həyata  keçirilir. Ancaq 

ölkənin  sosial-iqtisadi  inkişafına  mühüm  əngəl  olan  regionlar  arasındakı  disbalans  böyük  neft  gəlirləri 

hesabına nəinki öz həllini tapmır, əksinə, daha da dərinləşir. Belə ki, iqtisadi resursların daha çox Bakı və 

Abşeron yarımadasında konsentrasiyası müşahidə olunur. Neft gəlirlərinin sosial-iqtisadi rifaha tam çevrilə 

bilməməsinə isə iqtisadi agentlərin “renta axtarışı” meyilləri (rent-seeking), sosial kapitalın zəif inkişafı və 

köhnəlmiş  istehsal  bazası  mane  olur.  Uzunmüddətli  dövrdə  neft  gəlirlərindən  səmərəli  istifadə  nəinki 

davamlı iqtisadi inkişafa təkan verər, hətta siyasi stabillik üçün də qarant rolunu oynayar.



7) “Neft fondları effektivdirmi? Azərbaycan və Qazaxıstanda resurs gəlirlərinin idarə olunması” (How 

effective are oil funds? Managing resource windfalls in Azerbaijan and Kazakhstan; 2007). İrihəcmli neft 

gəlirlərinin  müəyyən  hissəsini  büdcədən  kənarda  tutmaq  üçün  bir  sıra  neft-qaz  ölkələri,  o  cümlədən 

Azərbaycan  ayrıca  Neft  Fondu  formalaşdırmışlar.  Neft  Fondu  Azərbaycanda  digər  dövlət  qurumlarına 

nisbətən daha şəffaf və hesabatlıdır. Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünə (EITI) qoşulması fondun 

hesabatlılığının  təkmilləşməsinə  daha  müsbət  təsir  etmişdir.  Azərbaycan  hökuməti  sosial  inkişaf  və 

infrastruktur ehtiyaclarına xərcləmələr (spending oil revenues), makroiqtisadi stabilliyin qorunması (sterilizing



oil revenues) və neft gəlirlərinin bir hissəsinin gələcək nəsillər üçün saxlanması (saving oil revenues) arasında 

doğru balansı tapmalıdır. Hələlik isə Qazaxıstanda bu balans Azərbaycandan daha optimal qurulub. Belə ki, 

2006-cı ildə Qazaxıstanda qeyri-neft büdcə kəsirinin qeyri-neft ÜDM-inə nisbəti cəmi 4,3%, Azərbaycanda 

isə bu göstərici 30%-dən çox olmuşdur. Səbəb isə ondan ibarətdir ki, ARDNF rəsmən yığım fondu olsa da, 

Azərbaycan vəsaitlərinin böyük hissəsini heç bir limit olmadan dövlət büdcəsinə və öz büdcəsi vasitəsilə 

investisiya layihələrinə ayırır. Qazaxıstanın Milli Fondu isə daha çox stabilləşmə funksiyası yerinə yetirsə 

də,  neftin  qiyməti  əvvəlcədən  müəyyən  həddi  keçdikdən  sonra  avtomatik  yığım  mexanizmi  işə  düşür 

və  dövlət  büdcəsinə  köçürmələr  məhdud  olmaqla  hər  il  ayrıca  olaraq  Prezident  tərəfindən  təsdiqlənir. 

Hesabatda həm də qeyd edilir ki, Azərbaycan hökuməti yüksək xərcləmələrin makroiqtisadi stabilliyə və 

valyuta məzənnəsinə təsiri, habelə qeyri-neft sektorunun rəqabətliyini daim diqqətdə saxlamalıdır. Çünki 

bunların təmin edilməməsi iqtisadi diversifikasiya üçün ciddi əngələ çevrilə bilər. 

8) “Qara qızılı insan qızılına çevirmək: neft gəlirlərindən davamlı inkişafa nail olmaq üçün istifadə” 

(Converting black gold into human gold: using oil revenues to achieve sustainable development; 2006). BMT-

nin bu hesabatı Azərbaycan İİN-in tələbi əsasında hazırlanıb və nəinki neft gəlirlərindən davamlı inkişafa nail 




28

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

olmaq üçün necə istifadə etmək barədə ümumi tövsiyələr, hətta çox konkret tədbirlər planına da malikdir. 

Hesabatda ilk diqqətçəkən fikir ondan ibarətdir ki, “Azərbaycanın iri neft ixracatçısı olması hələ onun qlobal 

iqtisadiyyata tam inteqrə ola bildiyi anlamına gəlmir”. Azərbaycan yalnız inkişaf etmiş və rəqabətqabiliyyətli 

qeyri-neft sektoru ilə qlobal iqtisadiyyata inteqrasiyasını tamamlaya bilər. Ölkə əhalisinin mütləq çoxluğu 

məhz qeyri-neft sahələrində işləyir və bu sahələrdə ixtisas sahibi olmuşdur. Paradoksallıq ondan ibarətdir 

ki, ölkə “holland sindromu”nun bəzi əlamətlərindən qaça bilsə də, qeyri-neft sektorunu qlobal iqtisadiyyata 

inteqrasiya etdirə bilməyib. Hökumətin uzunmüddətli hədəfləri arasında gəlirlərin artımı və yoxsulluğun 

azaldılması,  “holland  sindromu”nun  neytrallaşdırılması,  qeyri-neft  sektoru  üzrə  artım  və  institusional 

islahatlar kimi ümumi məsələlər var. Ancaq hesabatda “qara qızılı insan qızılına çevirmək” konsepsiyası 

çərçivəsində əsas diqqət ayırılan məqamlar bunlardır:

a) İnsan resurslarının inkişafı strategiyası: təhsilə investisiya, dövlət sektorunda texniki təhsilin inkişafı, təhsil 

təqaüdləri, təhsil parkları, icma kollecləri, təhsil fondları.

b) Makroiqtisadi məsələlər: yeni iqtisadi monitorinq xidməti, makroiqtisadi risklərin xəritəsi, neft gəlirlərinin 

xərclənməsinə nəzarət.

c)  “Qara  qızılı  insan  qızılına  çevirmək”  alətləri:  məlumat  bazalarının  yaradılması,  sorğuların  keçirilməsi, 

iqtisadi-riyazi modelləşdirmə. 

d) Ölkələr üzrə öyrənmə və əməkdaşlıq: digər neft ölkələrindən alınan dərslərin (lessons learned) və təcrübələrin 

sistemli öyrənilməsi.

Hesabatda  Norveç,  Çili,  Trinidad  və  Tobaqo,  Nigeriya  və  Qazaxıstan  kimi  resursla  zəngin  ölkələr 

Azərbaycanla müqayisə edilir və ölkəmiz üçün müəyyən “dərslər” çıxarılır. Bu “dərslər”i ümumiləşdirsək, 

bunlar  uzunmüddətli  yanaşmanın  olmasından,  davamlı  institusional  reformaların  keçirilməsindən, 

qanunların ciddi tətbiq mexanizmlərinin olmasından, korrupsiyanın qabaqlanmasından, neft bumunun ilk 

dövründə ləngitmədən hüquqi və institusional çərçivələrin qurulmasından ibarətdir. İstənilən halda bütün 

hesabatda qırmızı xətlə keçən əsas müddəa ondan ibarətdir ki, neft gəlirlərindən istifadə ilə davamlı inkişafa 

nail  olmaq  və  qeyri-neft  sektorunu  inkişaf  etdirmək  üçün  insan  resurslarına  və  sosial  kapitala  sərmayə 

qoymaq lazımdır. 

9) “Resursla zəngin ölkələrdə hidrokarbon gəlirlərinin ağıllı idarə olunması” (Pruden-tial management of 

hydrocarbon revenues in resource-rich economies; 2005). Bu araşdırma sənədində Azərbaycan, Qazaxıstan, 

Rusiya və Türkmənistanın, yəni neft-qaz və digər minerallarla zəngin postsovet ölkələrinin təbii resurslardan 

gələn  gəlirləri  uzunmüddətli  dövrdə  idarəetmə  meyillərindəki  və  institusional  quruluşlarındakı  fərqli 

və  oxşar  cəhətlər  təhlil  edilir.  Qeyd  olunur  ki,  həmin  gəlirlər  ölkələrdə  investisiyayönümlü  kapital 

formalaşmasını  sürətləndirir,  ancaq  kapital  qoyuluşlarının  davamlılığı  mineral  resursların  istismarı  ilə 

yanaşı,  kapital  mənbələrinin  diversifikasiya  olunmasını  da  tələb  edir.  Eyni  zamanda,  dövlət  investisiya 

qoyuluşu prosesində “hökumət digər alternativlərinə və özəl sektora nisbətən geridönüş mənfəəti (return

ən aşağı olan layihələri seçir”. Buna görə də institusional bazası zəif ölkələrin neft-qaz gəlirləri hesabına 

davamlı iqtisadi inkişafa nail olmaları çətindir. Azərbaycan və Qazaxıstan kimi ölkələrin mineral gəlirləri 

dövlət maliyyəsi sistemində əlahiddə statusla idarə etmək üçün formalaşdırdıqları neft fondlarına Böyük 

Britaniya (Şimal dənizində istismar edilən hidrokarbon yataqlarından daxil olan vəsaitlərdə) kimi ictimai 

vəsaitlərin prioritetlərə uyğun xərclənməsi ictimaiyyətdə şübhə doğurmayan ölkələrdə ehtiyac duyulmur. 



10)  “Xəzərin  neft  sərvətləri:  kim  fayda  götürəcək?”  (Caspian  oil  windfalls:  who  will  benefit?,  2003). 

Gəlirlərin idarə edilməsinin istənilən uğurlu planı onun icrasını mümkün edən “siyasi iradə”dən asılıdır. 

Gəlirlərin  saxlandığı  stabilləşmə  fondları  neft-qaz  ölkələrinin  uzunmüddətli  iqtisadi  diversifikasiya 

hədəfləri üçün önəmlidir və onlar ölkələri daha riskli maliyyələşmə olan borclanmadan qoruyur. Ancaq 

fondlar  üzərində  güclü  ictimai  nəzarət,  gerçək  hakimiyyət  bölgüsü  olmasa,  orada  toplanan  vəsaitlərin 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə