İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə10/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

25

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

d)  Seçilən  sahənin  idxalı  əvəzetmə  (“import  substitution”)  potensialı.  İqtisadi  inkişaf  strategiyalarında  bir 

qayda olaraq idxalı əvəzetmə yanaşması neqativ nəticələr də doğurur. Belə ki, bu yanaşma proteksionizm və 

subsidiyalaşma vasitəsilə rəqabət mühitinə mənfi təsir göstərir. Ancaq hansı sahələrdə ki böyük daxili tələb 

var və ənənəvi olaraq yerli müəssisələr rəqabətli olublar (Azərbaycanın neft-kimya kompleksi, kondisioner 

istehsalı,  meyvə-tərəvəz  sektoru  kimi),  idxalı  əvəzetmə  tətbiq  edilə  bilər  (daha  çox  köhnə  müəssisələrin 

modernləşməsi yolu ilə). 

İqtisadi diversifikasiya üçün sektorlar seçilərkən yuxarıda sadalananlarla yanaşı texnoloji transfer, regional 

qeyri-bərabərsizliklər,  ərzaq  təhlükəsizliyi  kimi  faktorlar  da  nəzərə  alınmalıdır.  Hesabatda  Azərbaycan 

üçün  spesifik  olan  təhlillər  göstərir  ki,  qara  və  əlvan  metallurgiya,  qida  məhsullarının  emalı,  elektrik 

avadanlıqları  (elektronika  istisna  olmaqla),  nəqliyyat  növləri  üzrə  ehtiyat  hissələri  (avtomobil  nəqliyyatı 

istisna olmaqla), mebel və tütün məhsulları kimi sənaye sahələrində yuxarıdakı bütün meyarlar ödənilir. 

Taxılçılıq,  heyvandarlıq,  orqanik  meyvə-tərəvəz  yetişdirilməsi,  bitki  yağları,  süd  məhsulları  və  yumurta 

istehsalı kimi kənd təsərrüfatı sahələri isə ixrac və daxili tələbatı ödəmək qabiliyyətinə malik olsa da, onların 

əməktutumluğu və əmək məhsuldarlığı problemi vardır. Azərbaycanın bir sıra xidmət sahələrində yeni iş 

yerləri formalaşdırma potensialı və digər sektorlarla əlaqəsi yüksək olsa da, ölkənin bütövlükdə “xidmətlərin 

ixracı” sahəsində imkanları yüksək deyil.

2)  “Azərbaycan  üzrə  məsləhətləşmə  ilə  bağlı  işçi  Hesabat”  (Republic  of  Azerbaijan:  2010  Article  IV 

Consultation – Staff Report; IMF, 2010). Beynəlxalq Valyuta Fondunun Nizamnaməsinin 4-cü maddəsinə 

əsasən, həmin qurum Azərbaycan hökuməti ilə mütəmadi məsləhətləşmələr aparır və yekun tövsiyələrini 

hesabat  formasında  yayımlayır.  Bu  hesabatlarda  neft  qiymətlərindəki  kəskin  dəyişikliklərin  fiskal 

gəlirlərdə yaratdığı kəsintilərdən və tsiklik dəyişikliklərdən qorunmaq üçün qeyri-neft sektorunun inkişaf 

etdirilməsi zərurəti Azərbaycan iqtisadiyyatı üçün önəmli çağırış kimi dəyərləndirilir. 2010-cu ildə BVF-nin 

yayımladığı növbəti belə işçi hesabatda Azərbaycan iqtisadiyyatı 2008-2009-cu illərin qlobal maliyyə böhranı 

prizmasından təhlil edilir. 2008-ci ilin ikinci yarısı və 2009-cu ilin birinci yarısında dünya bazarlarında neftin 

qiymətinin kəskin azalması ilə birlikdə ixracdakı və fiskal gəlirlərdəki ciddi azalmalar, qeyri-neft ÜDM-in 

artım tempinin 2009-cu ildə səngiməsi Azərbaycan iqtisadiyyatının diversifikasiya edilməyəcəyi təqdirdə 

iqtisadi böhranlara qarşı “immunitet”inin zəifliyindən və dayanıqsızlığından (habelə uzunmüddətli dövrdə 

borclanmanın artacağından) xəbər verir. Hesabatda ümumi ixracın cəmi 5%-ni (2010-cu il) təşkil edən qeyri-

neft sektorunun inkişafı üçün vergi, gömrük və maliyyə xidmətləri üzrə islahatlar xüsusi vurğulanır. Bu 

çərçivədə  ölkənin  DTT-yə  üzvlüyünün  sürətləndirilməsi  və  sahibkarların  aşağı  faizli  kredit  resurslarına 

çıxışının təmin edilməsi önəmlidir. 



3)  “Azərbaycan  üzrə  ölkə  iqtisadi  Memorandumu  –  yeni  İpək  yolu:  ixrac  hesabına  diversifikasiya” 

(Azerbaijan country economic Memorandum  new silk road: export-led diversification; 2009). Hesabatda 

öncə  qeyd  olunur  ki,  Azərbaycanın  2024-cü  ilə  qədər  neft-qaz  sektorundan  daxil  olacaq  fiskal  gəlirləri 

198 milyard dollar təşkil edəcək və bu gəlirlər ölkədə insanların yaşam keyfiyyətinin yüksəldilməsi üçün 

geniş imkanlar açır. Ancaq bu gəlirlər makroiqtisadi tarazlığı və fiskal dayanıqlığı risk altına atır. Sənəddə 

iqtisadiyyatın diversifikasiyasının (qeyri-neft ixracının qeyri-neft ÜDM-ə nisbəti kimi) 2001-2005-ci illərdə 

daha aktiv həyata keçirildiyi vurğulanır, nəinki 2006-2008-ci illərdə. İqtisadi diversifikasiya istiqamətində 

ayrıca plan və proqramların olmaması və qlobal maliyyə böhranının təkrarlanacağı təqdirdə ölkənin iqtisadi 

artım templərinin azalacağı riski proqnozlaşdırılır. Hökumətin həyata keçirdiyi protsiklik xərcləmə siyasəti 

– yəni neftin qiymətinin və dolayısı ilə neft gəlirlərinin yüksək olduğu dövrdə daha çox xərcləmək həm 

inflyasiyaya, həm də manatın real effektiv məzənnəsinin bahalaşmasına səbəb olur ki, bu da kənd təsərrüfatı 

və ayrı-ayrı sənaye sahələri hesabına iqtisadi diversifikasiyaya nail olmağı çətinləşdirir. Neft-qaz gəlirlərinin 

nəsildən-nəslə bölgüsü və azalan xarici tələbin alternativ sektorlar tərəfindən qarşılanması da problematikdir. 

Azərbaycanın davamlı iqtisadi inkişaf naminə diversifikasiyaya nail olması və neft-qaz gəlirlərindən səmərəli 



26

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

istifadə üçün hesabatda aşağıdakı tövsiyələr öz əksini tapmışdır: a) “Neft-qaz gəlirlərinin idarə olunması 

üzrə uzunmüddətli Strategiya”da (2004) öz əksini tapan dəyişməz real xərclər prinsipinin ayrıca normativ 

sənədlə daha da tətbiq edilə bilən bir hala gətirilməsi və həmin məbləğin hər il büdcə ilə birgə parlamentdə 

müzakirə  olunması;  b)  hökumət  xərcləmələrinin  və  diversifikasiya  siyasətlərinin  ən  yüksək  səviyyədə 

əlaqələndirilməsi üçün Prezident yanında məşvərətçi iqtisadi şuranın formalaşdırılması; c) xərclərin idarə 

olunması üzrə əsas təsisatların (xəzinədarlıq, büdcənin tərtibi, dövlət investisiyalarının qiymətləndirilməsi, 

dövlət  satınalmaları,  daxili  və  xarici  maliyyə  nəzarəti)  gücləndirilməsi;  d)  dövlət  müəssisələrinin  tətbiq 

etdikləri  qiymətlərə  və  onların  maliyyə  intizamına  nəzarət;  e)  kommunal  xidmətlərdə  özəl  sektorun 

daha çox cəlb edilməsi; f) xüsusi razılıq və lisenziyaların sayının azaldılması və verilməsi prosedurunun 

sadələşdirilməsi; g) gömrük və sərhəd ticarəti üzrə prosedurların sadələşdirilməsi; h) birbaşa vergilər üzrə 

dərəcələrin  azaldılması,  vergi  inzibatçılığının  daha  da  təkmilləşdirilməsi,  özəl  sektorun  vergi  yükünün 

azaldılması yolu ilə gizli məşğulluğun ortadan qaldırılması; i) özəl sektorla şəffaf dialoqun qurulması, qeyri-

neft ixracının artırılmasına yönəlik xarici sərmayənin cəlb edilməsi, rəqabət mühitinin təkmilləşdirilməsi; 

j)  bank  sektoru  üzərində aktiv  nəzarət  və  tənzimləmə  mexanizmlərinin  gücləndirilməsi; k)  kiçik  və  orta 

sahibkarların  və  həmçinin  iri  korporasiyaların  kreditlərə  çıxışının  sadələşdirilməsi,  maliyyə  sektoruna 

iri  xarici  bankların  cəlb  edilməsi;  l)  təhsil  sisteminə  daha  çox  sərmayənin  qoyulması  və  əmək  bazarının 

tələblərinə cavab verməsi; m) əmək bazarında iş axtaranlarla işəgötürənlərin daha aktiv əlaqələndirilməsi; 

o) dövlət sektoruna daha ixtisaslı və peşəkar insanların cəlb edilməsi.

4)  “Azərbaycan  üzrə  makroiqtisadi  araşdırma  –  milli  iqtisadiyyatın  diversifikasiyasının  yolu” 

(Macroeconomic  study  of Azerbaijan    the  way  to  national  economic  diversification;  2009).  Hesabatda 

təbii resurslardan asılılığın iqtisadi artım mənbələrini effektsizləşdirməsi, iqtisadi təsisatların səmərəliliyini 

zamanla  azaltması,  milli  valyutanın  bahalaşması  kimi  fəsadları  ətraflı  təhlil  edilir. Azərbaycanla  Norveç 

nümunələri müqayisə edilərək Norveçin resurslardan səmərəli istifadəsinin sirrinin ictimai nəzarətdə və 

şəffaflıqda olduğu qeyd edilir. Həmçinin Azərbaycan iqtisadiyyatında “holland sindromu”nun simptomları 

aşkar  edilərək  iqtisadi  diversifikasiyanın  qaçılmazlığı  vurğulanır.  İqtisadi  diversifikasiya  üçün  vahid  bir 

siyasət  həlli  (policy  solution)  yoxdur,  bu,  uzunmüddətli  bir  prosesdir  və  uzunmüddətli  məqsədlər  tələb 

edir. Ancaq məsələ üzərində ümumi bir konsensus odur ki, iqtisadi diversifikasiyaya gedən yol investisiya 

mühitinin təkmilləşməsindən keçir və bunun üçün aşağıdakılar edilməlidir:

a)  stabil hüquqi çərçivələr;

b)  səmərəli makroiqtisadi və fiskal idarəçilik;

c)  bank sektorunun gücləndirilməsi;

d)  kiçik və orta müəssisələrin kreditlərə əlverişli çıxışı;

e)  xarici subyektlərin mülkiyyət hüquqlarının qorunması;

f)  insan kapitalına investisiyalar;

g)  sənaye sahələrinə investisiyalar;

h)  innovasiya və araşdırmalara (R&D) investisiyalar.

İqtisadi diversifikasiya üçün birbaşa xarici sərmayələr aparıcı elementdir. Bu baxımdan Azərbaycanın vaxt 

itirmədən öz ərazisində (məsələn, Naxçıvan Muxtar Respublikasında) xüsusi iqtisadi zonalar formalaşdırması 

tövsiyə edilir. 



5) “Resurs istismarı, asılılıq və inkişaf: Azərbaycan” (Resource depletion, dependence and development: 

Azerbaijan;  2008).  Bu  araşdırma  sənədində  Azərbaycanın  qeyri-neft  iqtisadiyyatının  (non-hydrocarbon

economy) imkanları məhdud qiymətləndirilir. Həmçinin xüsusi olaraq vurğulanır ki, Ermənistanın Dağlıq 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə