İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə12/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

29

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

məqsədəuyğun  istifadəsinə  heç  bir  təminat  yoxdur.  Buna  görə  də  hesabatda  Azərbaycan  hökumətinə 

SOFAZ-ın missiyasını konkretləşdirmək, onun idarə edilməsində vətəndaş cəmiyyətinin rolunu artırmaq, 

uzunmüddətli  aktivlərin  idarəetmə  strategiyasını  hazırlamaq,  qanunvericilik  bazasını  təkmilləşdirmək, 

büdcə ilə münasibətləri tənzimləmək tövsiyə olunur. Qeyri-neft sektorunu inkişaf etdirmək üçün isə (digər 

hesabatlarda olduğu kimi) biznes mühitini yaxşılaşdırmaq, neft gəlirlərindən sosial məqsədlər üçün effektiv 

vacibdir.

11) “Aşağı gəlirli ölkələrdə ixracın diversifikasiyası: Doha raundundan sonrakı beynəlxalq çağırış” (Export 

diversification in low-income countries: an international challenge after Doha; 2003). OECD-in 98 ölkə üzrə 

(1966-2000-ci illəri əhatə etməklə) apardığı xarici ticarət statistikasının təhlili göstərdi ki, diversifikasiyaya 

nail  olmaq  aşağı  gəlirli  ölkələr  üçün  daha  çətin  vəzifədir.  Eyni  zamanda,  ixracın  diversifikasiyası  hələ 

bunun davamlı yüksək gəlir (bazar payından asılı olaraq) və yüksək iqtisadi artım vəd edəcəyi anlamına 

gəlmir.  Xüsusən  azgəlirli  ölkələrdə  insan  kapitalı  müqayisəli  üstünlüyün  əsas  elementi  olmadığından 

onlar  yalnız  az  texnologiya  tutumlu  və  az  vərdiş  tələb  edən  sənaye  sahələri  (məsələn,  kənd  təsərrüfatı 

mallarının qablaşdırılması) hesabına diversifikasiyaya nail olurlar. İxracın və ümumiyyətlə iqtisadiyyatın 

diversifikasiyası ölkənin idxalını da stimullaşdırdığından bu, bütövlükdə bütün ölkələr üçün faydalıdır.



12)  “Azərbaycan  üzrə  insan  inkişafı  hesabatı,  2000”  (Azerbaijan  human  development  report,  2000).  Bu 

hesabat  Neft  Fondunun  yaradılması  dövrünü  və  o  zaman  onun  əsas  funksiyalarından  biri  kimi  qeyri-

neft  sektorunun  “holland  sindromu”na  qarşı  qorunmasını  qarşısına  məqsəd  qoyduğunu  təhlil  edən 

unikal mənbədir. Qeyd olunur ki, neft gəlirlərindən istifadə həm də cəmiyyətə əlavə yük gətirmədən təbii 

sərvətlərin ədalətli şəkildə hamı üçün əlçatan monetar sərvətlərə çevrilməsini, habelə iqtisadi artımla insan 

inkişafı arasında əlaqə yaradılmasını təmin etməlidir.

Sadalanan hesabatlarla yanaşı, Oksford Universitetinin 2011-ci ildə yayımladığı “Resurs gəlirlərinin idarə 

olunması: iqtisadi prinsiplər və Xəzər təcrübəsi” (Management of resource revenues: economic principles and



Caspian experiences, Ox.Un. 2011), BVF-nin 2008-ci ildə açıqladığı “Hökumət xərclərinin iqtisadi artıma təsiri: 

Azərbaycan nümunəsi (Impact of government expenditure on growth: the case of Azerbaijan, IMF, 2008) tədqiqat 

sənədlərində,  habelə AB-nin  “Avropa  qonşuluq  və  əməkdaşlıq  aləti. Azərbaycan:  2007-2013-cü  illər  üzrə 

ölkə strateji sənədi”ndə (European neighborhood and partnership instrument. Azerbaijan: country strategy paper



for 2007-2013) ölkə iqtisadiyyatının və ixracın diversifikasiyası qaçılmaz zərurət kimi qeyd olunub. Birinci 

qeyd olunan tədqiqatda Azərbaycanın neft gəlirlərinin sürətli xərclənməsinin özəl sərmayələri sıxışdırması 

təhlükəli  meyil  hesab  olunur  və  uzunmüddətli  dövrdə  “sərmayə-istehlak”  münasibətlərini  tənzimlədiyi 

üçün  “davamlı  gəlir  yanaşması”nın  (permanent  income  hypothesis)  tətbiqinin  önəmi  vurğulanır.  Dünya 

Bankının fərqli ssenarilər üzrə “davamlı gəlir” hesablamaları Azərbaycanın hər il neft gəlirlərindən 4.3-7.7 

milyard dollar intervalında dəyişməsinin ölkə üçün daha məqbul olcağını təsbit edib.



3.7. İqtisadi diversifikasiyaya mane olan faktorlar 

Holland sindromu. Resurs ölkələrində iqtisadi diversifikasiyaya mane olan ən mühüm faktorlardan biri də 

“holland sindromu”dur. Bu sindromun mahiyyəti xammal satışından ölkəyə daxil olan irimiqyaslı xarici 

valyuta axınları qarşısında yerli valyutanın durmadan bahalaşması və bununla da bir sıra iqtisadi sektorların 

rəqabət qabiliyyətinin azalmasından ibarətdir. Azərbaycanın milli valyutası olan manat son 6 ildə (2006-cı



ilin əvvəlindən 2012-ci ilin əvvəlinə qədər) dünyada aparıcı valyutalar olaraq qəbul edilən dollar, avro və funt 

sterlinqə qarşı xeyli bahalaşmışdır. 




30

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Diaqram 11. Azərbaycan manatının ABŞ dolları, avro və funt sterlinqə nisbətən kursu

Mənbə: AMB, müəllif hesablamaları

İxracın neftdən asılılığının diver sifi kasiyanı ləngidən fəsadları. Azər bay  canın ixracı neft və neft məhsul-

larından ciddi şəkildə asılıdır. Bu asılılığın səviyyəsi 2011-cu ildə 97% olub ki, bu da bütün dünyada neft-

qaz ölkələri arasında ən yüksək göstə ri ci lərdən biridir

34

. Xatırladaq ki, hətta Nigeriyada neftin ixracda payı 



bizdən aşağıdır – 90%

35

. Belə bir asılılığın diversifikasiyanın ləngiməsi baxı mından doğurduğu bəzi risklər 



var:  (a)  Neftin  qiyməti  dünya  bazarlarında  həddən  artıq  volatil  (dəyişkən)  olduğundan  ölkə  qiymətlərin 

azalması  ilə  milli  və  tükənən  sərvət  olan  neftin  ixracından  çox  qısa  müddətdə  böyük  pullar  itirə  bilər. 

Azərbaycan  bu  problemlə  2008-ci  ilin  sonu,  2009-cu  ilin  əvvəllərində  qarşılaşdı  və  normal  qiymətlərlə 

qazana  biləcəyi  milyardlarla  pulu  itirdi.  Bu  itkilərə  eyni  zamanda  iqtisadi  diversifikasiya  üçün  önəmli 

maliyyə mənbələrinin itirilməsi kimi də yanaşmaq olar. (b) Neft hasilatı geniş mənada elm və innovasiya 

tutumlu hesab edilmədiyindən bu sektorun iqtisadiyyatda dominantlığı müasir innovasiya iqtisadiyyatına 

keçid vasitəsilə iqtisadi diversifikasiyanı (Azərbaycan ÜDM-in 0,17%-ini, Gürcüstan 0,18%-ini, Ermənistan 

isə 0,21%-ini innovasiyaya (R&D) xərcləyir

36

) və davamlı iqtisadi inkişafı ləngidir. Çünki bütün resurslar və 



investisiyalar ya bu sektora yönəlir, ya da xidmət sektoruna. Eyni zamanda, neft hasilatı ölkənin məşğulluq 

probleminin həllinə də ciddi töhfə verə bilmir. Azərbaycanda iqtisadi aktiv əhalinin cəmi 2-3%-i neft hasilatı 

və əlaqədar sahələrdə çalışır. Əhalinin 38,2%-i (2010) isə kənd təsərrüfatında məşğulluğunu təmin edib. (c) 

İxracın neft və neft məhsulları kimi bir neçə əmtəədən asılılığı ixracın ölkələr üzrə də ciddi konsentrasiyasına 

gətirib çıxarır. Yəni ixrac bir neçə ölkədən asılı olur ki, bu da ixracın diversifikasiyasına və yeni bazarlara 

çıxışa mane olur. Azərbaycanın ixracının əsasını təşkil edən xam neftin əsas alıcıları İtaliya və Fransadır 

(2010-cu il üçün) ki, bu iki ölkə xarici ticarət dövriyyəmizin üçdə birinə sahibdir.

Zəif idarəçilik, strateji yanaşmanın olmaması və sosial aktorların prosesdə zəif iştirakçılığı. Ümumi dövlət 

idarəçiliyində  və  inkişaf  prioritetlərinin  seçimində  sosial  aktorların  (akademik  dairələr,  müstəqil  ekspertlər,



vətəndaş cəmiyyəti təşkilatları) kənarda qalması bəzi hallarda hökumətin seçdiyi prioritetlərin sosial-iqtisadi 

reallıqları əks etdirməməsinə və qərarqəbuletmə prosesində özgələşməyə (alienation) səbəb olur. Beləliklə, 

sosial-iqtisadi həyatı bütünlüklə neft-qaz gəlirləri üzərində qurulan Azərbaycanda da resursla zəngin olan bir 

34

  http://www.turan.az 



35

  http://www.eiu.com (2011) 

36

  http://www.worldbank.org (2009-2010)




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə