İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə13/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   ...   9   10   11   12   13   14   15   16   ...   35

31

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

çox ölkələrin üzləşdiyi ciddi bir problemin simptomları özünü tədricən büruzə verməkdədir. Bu problem də 

hökumətin və bütövlükdə dövlət strukturlarının həyata keçirdikləri idarəetmə və siyasət yaratma prosesinin 

(policy-making)  tədricən  daha  da  səmərəsizləşməsi,  konstitusion  əsaslarla  hakimiyyətin  yeganə  mənbəyi 

olmalı olan xalqdan özgələşməsidir. Bu özgələşmə həm də ictimai vəsaitlərin mənimsənilməsinə rəvac verir. 

Diaqram 12. 1996-2010-cu illərdə Azərbaycan hökumətinin effektivliyi indeksi

Hökümətin effektivliyi 

(-2.5-dən +2.5-ə doğru yaxşılaşan indeks)

-1.2

-1

-0.8

-0.6

-0.4

-0.2

0

1996

1998

2000

2002

2004

2006

2008

2010

 

Mənbə: World Bank Governance Indicators

Azərbaycanda  dövlət  idarəçiliyinin  və  hökumət  siyasətinin  ümumi  para metrlər  və  xüsusən  də  effek-

tivlik meyarı üzrə son dövrlər xüsusilə geniş istinad edilən relevant beynəl xalq indekslər və konsepsiyalar 

əsasında  digər  ölkələrlə  müqayisəli  qiymətləndirilməsi  əhatəli  şəkildə  aparılmayıb.  Dövlət  idarəçiliyinin 

effek tivliyi parametri qarşıya qoyu lan əsas məqsədlərə çatmaq və mü hüm funksiyaları icra etmək imka nına 

sahib  olmaq  və  bu  proseslərin  resurslardan  səmərəli  isifadə  əsasın da  yerinə  yetirilməsini  nəzərdə  tutur. 

Ancaq diaqram 12-də göstərilən Dünya Bankının idarəetmə indikatorlarından (WB Governance Indicators

biri olan hökumətin effektivliyi (government effectiveness) Azərbaycanda hakimiyyətin icraedici qanadının 

effektivliyinin ciddi artım göstərmədiyini nümayiş etdirir. 

Sosial-iqtisadi  inkişafın  ortamüddətli  dövrdə  yeni  hədəflərini  müəyyən  etməyi  qarşıya  məqsəd  qoyan 

“Azərbaycan  2020:  gələcəyə  baxış”  İnkişaf  Konsepsiyasının  hazırlanması  ilə  bağlı  fərmanda  isə  hədəflər 

arasında iştirakçı dövlət idarəetməsi naminə islahatlar öz əksini tapmayıb. Vətəndaş passivliyini azaltmaq 

üçün  dövlət  idarəetməsində  iştirakçılıq  (participatory  governance)  modeli  tətbiq  edilməli,  siyasətin 

formalaşması  (policy-making)  və  qərarqəbuletmə  (decision-making)  prosesinin  müxtəlif  mərhələlərində 

ictimaiyyətin rəyi öyrənilməlidir. Azərbaycanda güclü ictimai təzyiq qrupları tam formalaşmadıqca iqtisadi 

inkişaf  prioritetlərinə  çatmaq  üçün  sərf  edilən  ictimai  vəsaitin  səmərəsiz  istifadəsi  və  mənimsənilməsi 

problemi qalacaqdır.

Hökumətin ayrı-ayrı dövlət proqramlarında və strateji sənədlərdə prioritet elan etdiyi qeyri-neft sahəsindəki 

müxtəlif sektorların neft-qaz sektoruna alternativ kimi inkişaf etdirilməsinin seçim meyarları üzrə qiymət-

ləndirmə matrisi aşağıda verilmişdir. Seçim meyarları seçilən sektorun digər iqtisadi sektorlarla əlaqəsinin 

olması (“lokomotiv effekti”), əməktutumlu olması, ixrac potensialı və sektorun idxalı əvəzetmə potensialıdır. 




32

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Hökumət tərəfindən prioritet kimi seçilən sektorlardan, demək olar ki, yarısının Azərbaycan üçün yüksək 

hesab oluna bilən ixrac və idxalı əvəzetmə potensialı var. Əməktutumlu olması və digər sektorlarla əlaqə isə 

seçilən sektorların çoxunda orta səviyyədədir. 



Cədvəl 2. Hökumətin prioritet elan etdiyi qeyri-neft sektorlarının beynəlxalq 

seçim meyarlarına görə qiymətləndirilməsi

Sektorlar\Meyarlar

Sektorun digər 

sektorlarla əlaqəsi 

Sektorun 

əməktutumlu 

olması 

Sektorun ixrac 

potensialı

Sektorun idxalı 

əvəzetmə 

potensialı

1. Kənd təsərrüfatı 

Yüksək

Yüksək


Yüksək

Yüksək


2. Balıqçılıq 

Orta


Zəif

Yüksək


Yüksək

3. Yeyinti sənayesi 

Yüksək

Orta


Yüksək

Yüksək


4. Yüngül sənaye

Orta


Orta

Orta


Orta

5. Tikinti sənayesi

Orta

Orta


Orta

Orta


6. Kimya sənayesi

Yüksək


Yüksək

Yüksək


Yüksək

7. Cihazqayırma 

Orta

Orta


Orta

Zəif


8. Turizm sektoru

Orta


Orta

Zəif


Zəif

9. Elektroenergetika 

Orta

Zəif 


Yüksək

Yüksək


10. Təhsil sektoru

Orta


Yüksək

Zəif


Orta


33

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

4.1. Maliyyə sektoru

Ölkə  iqtisadiyyatında  baş  verən  dəyişikliklər  ölkənin  maliyyə  sisteminin  dəyişikliklərinə,  eyni 

zamanda  həm  də  maliyyə  sistemindəki  dəyişikliklər,  öz  növbəsində,  ölkə  iqtisadiyyatındakı 

dəyişikliklərə birbaşa təsir göstərir. Buna görə də 2000-2010-cu illər dövründə hökumətin maliyyə 

siyasətinin  necə  inkişaf  etməsini,  ölkənin  maliyyə  sistemində  hansı  dəyişikliklərin  baş  verməsini 

izləmək çox önəmlidir. 



Büdcə xərcləri siyasəti. 2003-cü ilədək Azərbaycanın dövlət büdcəsinin xərcləri 1 milyard manatdan 

aşağı olub. 2003-cü ildə dövlət büdcəsinin xərcləri 1 milyard manat, 2005-ci ildə isə 2 milyard manatı 

keçib. Neft gəlirlərinin sürətlə artması, ARDNF-dən olan transfertlərin məbləğinin sürətlə böyüməsi 

nəticəsində 2005-2010-cu illərdə büdcə xərclərinin yüksək artım templəri qeydə alınıb. 2010-cu ildə 

büdcə xərclərinin məbləği 2000-ci ildə olduğundan 15,4 dəfə, 2005-ci ildə olduğundan isə 5,5 dəfə 

çox olub. 



Diaqram 13. 2000-2010-cu illər dövründə dövlət büdcəsi xərclərinin dinamikası 

(milyon manat)

Qeyd etmək lazımdır ki, 2005-ci ildən 2008-ci ilədək olan dövrdə büdcə xərc lə rinin əvvəlki illə müqayi sə də 

artım templəri çox yük sək (2005-ci ildə 42,5%, 2006-cı ildə 77,0%, 2007-ci ildə 60,6% və 2008-ci ildə 75,5%) 

olmaqla illik ÜDM-in həm real, həm də nominal artım templərini qabaqlayıb. 

4. DİVERSİFİKASİYA SİYASƏTİNİN  

     NƏTİCƏLƏRİNİN TƏhLİLİ




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə